Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 8(011)-1019/2025 05.11.2025 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Xətai Rayon Məhkəməsinin hakimi Nağıyev Vüqar Güloğlan oğlu, X1 Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 8(011)-190/2025 saylı, xx.xx.2025-ci il tarixli qərardadına izah verilməsinə dair ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək MÜƏYYƏN ETDİ: X2 Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 8(011)-190/2025 saylı, xx.xx.2025-ci il tarixli qərardadına izah verilməsinə dair ərizə ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 8(011)-190/2025 saylı, xx.xx.2025-ci il tarix qərardadına uyğun olaraq, xx.xx.2008-ci il təvəllüdlü X3 yetkinlik yaşma çatanadək saxlanılması üçün borclu X5 hansı tarixdən başalayaraq sonrakı artımlar nəzərə alınmaqla hər ayın və ilin ölkə üzrə müəyyən olunmuş minimum haqqı məbləğinin, yəni 2018, 2019, 2020, 2021, 2022, 2023, 2024-cü illər üzrə respublika üzrə müəyyən edilmiş minimum əmək haqqı məbləği göstərilməklə 1.18 misli həddində aliment tutularaq X2na edilməsinə dair Bakı şəhəri Xətai rayon məhkəməsinin 8(011)-190/2025 saylı xx.xx.2025ci il tarixli qərardadına uyğun olaraq izah edilməsini və qərardad üzrə verilmiş müvafiq icra vərəqəsinin, verilməsini, icra vərəqəsi verilməklə məlumat üçün tələbkara yaşadığı ünvan üzrə və icra edilməsi üçün Bakı şəhəri Sabunçu rayon icra şöbəsinə göndərilməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Məhkəmə ərizəni və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək hesab edir ki, ərizə geri qaytarılmalıdır. Belə ki, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin (bundan sonra - Mülki Prosessual Məcəllə) 151.1-ci maddəsinə əsasən, ərizə bu Məcəllənin tələblərinə riayət edilməklə verildikdə, onun məhkəmə icraatı mümkündür. Mülki Prosessual Məcəllənin 152.1.7-ci maddəsinə əsasən, bir və ya bir neçə cavabdehə bir-biri ilə əlaqədar olmayan bir neçə tələb birləşdirildikdə hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. Mülki Prosessual Məcəllənin 152.4-cü maddəsinə əsasən, iddia ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. Belə ki, ərizənin məzmunundan da müəyyən olunduğu kimi ərizəçinin tələbi iki hissədən - Bakı şəhəri Xətai rayon məhkəməsinin 8(011)-190/2025 saylı xx.xx.2025-ci il tarixli qərardadına izah verilməsi və qərardad üzrə müvafiq icra vərəqəsinin verilərək, qərardadın icra edilməsi üçün Bakı şəhəri Sabunçu Rayon İcra Şöbəsinə göndərilməsindən ibarətdir. Lakin, qeyd edilən tələblərə bir icraatda baxıla bilməz. Məhkəmənin mövqeyinə əsasən ərizəçi Bakı şəhəri Xətai rayon məhkəməsinin 8(011)- 190/2025 saylı xx.xx.2025-ci il tarixli qərardadına izah verilməsi barədə ərizə ilə məhkəməyə müraciət etməlidir. Digər tələblər isə sözügedən qərardada izah verilməsinə dair ərizəyə baxılan zaman qəbul edilmiş yekun məhkəmə aktı qanuni qüvvəyə mindikdən sonra məhkəmə tərəfindən həll edilməli olan məsələlərə aiddir. Şərh edilənlərə əsasən məhkəmə hesab edir ki, ərizəsi Mülki Prosessual Məcəllənin tələblərinə riayət edilmədən verildiyindən, yəni irəli sürülən tələblər bir-biri ilə əlaqədar olmadığından ərizə, ona əlavə edilmiş sənədlərlə birlikdə geri qaytarılmalıdır. Şərh olunanlara əsaslanaraq və Mülki Prosessual Məcəllənin 152-ci maddəsini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: X1 Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 8(011)-190/2025 saylı, xx.xx.2025-ci il tarixli qərardadına izah verilməsinə dair ərizəsi və ona əlavə edilmiş sənədlər ərizəçiyə geri qaytarılsın. Ərizəçiyə izah edilsin ki, ərizənin geri qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. Qərardaddan 10 (on) gün müddətində Bakı Şəhəri Xətai Rayon Məhkəməsinə (“Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə) şikayət verilə bilər. Hakim Vüqar Nağıyev
Məhkəmə qərarları › İş №8(011)-1019/2025
Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qərardad — İş №8(011)-1019/2025
05.11.2025 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver