Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 8(011)-1021/2025 24.11.2025 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Abbasova İlahə Namiq Kamal qızının sədrliyi, Musayeva Aytəkin Bulud qızının katibliyi, Tələbkar, Borclunun nümayəndəsi X2 iştirakları ilə, Tələbkar Bakı Apellyasiya Məhkəməsinin 25 iyul 2023-cü il tarixli 2(103)-4377/2023 saylı qətnaməsinin icra üsülünün və qaydasının dəyişdirilməsi barədə ərizəsinə Bakı şəhərində məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Tələbkar Bakı Apellyasiya Məhkəməsinin 25 iyul 2023-cü il tarixli 2(103)-4377/2023 saylı qətnaməsinin icra üsülünün və qaydasının dəyişdirilməsi barədə ərizəsi ilə məhkəməyə müraciət edərək, ərizəsində göstərmişdir ki, tələbkar borclu ilə 04 avqust 2015-ci il tarixində nikaha daxil olmuşdur. Birgə nikahlarından xx.xx.2017-cı ıl təvəllüdlü X5 doğulmuşdur. Bakı şəhər Xətai Rayon Məhkəməsinin 2(011)-2432/2022 saylı, xx.xx.2022ci il tarixli qətnaməsinə əsasən tərəflər arasında bağlanmış nikahın pozulması, birgə nikahdan doğulan uşağın ananın himayəsinə verilməsi, uşağın saxlanılması üçün hər ay 193 manat sabit pul məbləğində alimentin tutularaq cavabdehə ödənilməsi qət edilmişdir. Qətnamə qanuni qüvvəyə minmişdir. Uşaq doğulduqdan 6-7 ay sonra tələbkarln anası X1 yanında qalmışdır. Onlar birlikdə ailə ünvan 1 ünvanında yaşasalar da, uşaq tələbkarın anası X4 ilə birlikdə Tovuz rayonu, Köhnəqala kəndində yaşamışdır. Bu səbəbdən uşaq nənəsinə çox bağlıdır. Cavabdeh tərəfindən məhkəmədə iddia qaldırılarkən 2022-ci ilin fevral ayında müvəqqəti təminat tədbiri qismində uşağın atadan alınaraq ona verilməsi barədə ərizə ilə məhkəməyə müraciət etdikdən sonra, Xətai rayon Məkəməsi tərəfindən e- MTT(011)-94/2022 saylı qərardad qəbul edilərək, uşağın hər həftənin cümə axşamı günündən (cümə axşamı günü daxil olmaqla) bazar gününə qədər (bazar gunü daxil olmaqla) anasının yanında qalması müəyyən edilmiş, həmin qərardad uşağın iddiaçıdan və nənəsindən ayrılmaq istəməməsi səbəbindən uzun müddət icra edilə bilməmiş, bu barədə Xətai rayon İcra Şöbəsi tərəfindən çox saylı aktlar tərtib edilərək, icra prosesləri təxirə salınmışdır. Həmin müvəqqəti təminat tədbiri barədə qərardadın icrası zamanı tələbkar övladının anası ilə ünsiyyətdə olmaq və onunla birgə qalması üçün demək olarki hər həftə icra məmurunun göstərişi ilə övladını Xətai rayon İcra Şöbəsinə aparıb gətirmiş, lakin uşaq özü istəmədiyi üçün anası ilə getməmiş, bu səbəbdən həmin qərardadı uzun müddət icra etmək mümkün olmamışdır. Daha sonra, bir neçə dəfə uşaqla anasının icra şöbəsindən kənarda, parkda və sair yerlərdə görüşü təşkil edilmiş, yalnız bu proseslərdən sonra 07 iyul 2022-ci il tarixdə anası ilə qalmaq üçün onunla birlikdə getmişdir. Uşağı anasının himayəsinə verərkən, cavabdehlə aralarında onun özünün könüllü olaraq, sivil qaydada övladı ilə görüşmək və onunla hər həftə ünsiyyətdə olmağı üçün şərait yaradacağı, onun övladı ilə görüşməyinə mane olmayacağı və övladımın həftədə 1-2 gün yenə də gəlib tələbkarla və valideynləri ilə (uşağın öz nənə və babaları ilə) görüşüb, yanında qalacağı barədə razılığa gəlmişdirlər. Lakin, aralarında razılıq olmasına baxmayaraq, uşaq onun yanına getməsi günündən bugünə qədər cavabdeh qeyri-adekvat və yanlış mövqe tutaraq, bir ata kimi onun öz övladı ilə görüşməyinə icazə vermir, dəfələrlə həftə sonları övladım ilə görüşmək üçün borcluya müraciət etsə də, o, müxtəlif bəhanələrlə bundan imtina etmişdir. Övladı tələbkarla görüşmək, onu görmək, gəlib onun evində, nənə və babası ilə qalmaq istəsə də, ona təzyiq göstərərək, icazə verməmişdir. Bütün bunlara görə uşaqla ünsiyyət hüququnun təmin edilməsi üçün müvəqqəti təminat tədbiri barədə ərizə ilə məhkəməyə müraciət etmişdir. Bakı şəhəri Xətai rayon Məhkəməsinin 16(011)-106/2022 saylı 28.09 2022-ci il tarixli qərardadına əsasən ərizə qismən təmin edilmiş, ovladı ilə hər həftənin şənbə günləri saat 11:00-dan gecə qalmaqla bazar günü saat 14:00-dək, Yeni il və Novruz bayramı günləri 1 gün saat 11:00-dan 20:00dək ünsiyyətdə olmağım müəyyən edilmiş, qərardadın xx.xx.2022-ci il tarixədək qüvvədə olması müəyyən edilmişdir. Tələbkar uşaqla ünsiyyət tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmiş və Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-428/2023 saylı, 10 aprel 2023-cü il tarixli qətnaməsi ilə iddianın qismən təmin edilməsi, Tələbkar övladı - xx.xx.2017-ci il təvəllüdlü X5 ilə 3 ay müddətində hər həftənin şənbə günləri saat 15:00-dan saat 18:00-dək Bakı şəhəri Xətai rayonu İcra şöbəsində psixoloqun iştirakı ilə, hər həftənin bazar günləri, Borclu və digər şəxlərin iştirakı olmadan, sərbəst şəkildə saat 11:00-dan saat 17:00-dək, hər il Yeni İl və Novruz bayramlarında, bayramın ikinci günü saat 11:00-dan saat 18:00-dək, X3 hər il ad günlərində, ad günündən sonrakı gün saat 11:00-dan saat 18:00-dək görüşüb ünsiyyətdə olması müəyyən edilməsi və iddia tələbinin qalan hissədə təmin edilməməsi qət edilmişdir. Qətnamədən narazı qaldıqları üçün hər iki tərəf apellyasiya şikayəti vermiş və Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2(103)-4377/2023 saylı qətnaməsinə əsasən Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-428/2023 saylı, 10 aprel 2023-cü il tarixli qətnaməsi ləğv edilmiş, iş üzrə yeni qətnamə qəbul edilmiş, İddia tələbi qismən təmin edilmiş, Tələbkar övladı - xx.xx.2017-ci il təvəllüdlü X5 oğlu ilə hər həftənin bazar günü saat 11:00-dan 20:00-a dək, uşağın ad günündə saat 14:00-dan 17:00-dək eləcə də bayram günlərində, yəni bayram və dövlət tərəfindən qeyri- iş günü elan edilmiş günlər 2 gün və çox davam etdikdə, onların 2-ci günlərində 11:00-dan 20:00-a dək görüşüb ünsiyyətdə olması müəyyən edilməsi qət edilmişdir. Tələbkar uşaqla ünsiyyətdə olmaq istəsə də cavabdeh və onun anası ünsiyyətdə olmasına maneçiliklər törədirlər, artıq 3 ildir ki, tələbkar uşağı ilə məhkəmə qətnaməsinə uyğun ünsiyyət saxlaya bilməmiş, 3 ildə bir dəfə də olsun uşağı özü ilə gəzməyə və ya evlərinə apara bilməmiş və uşağı ilə ünsiyyət saxlamağına şərait yaradılmamışdır. Borclu məhkəmə qətnaməsinin icrasından yayınmışdır. 2024-cü ilin sonlarında Bakı şəhəri Xətai İcra şöbəsində Bakı şəhəri Xətai rayon İH-nin Qəyyumluq və Himayəçilik komissiyasının əməkdaşlarının iştirakı ilə övladı ilə söhbət aparılarkən “niyə ata ilə söhbət eləmək istəmirsən, gəzməyə getmək istəmirsən” sualına uşaq “atam məni öldürər” deyə cavab vermişdir ki bu da uşağın hansı psixoloji təsir və qorxu altında saxlanılmasını aydın şəkildə göstərir. Məhkəmə iclasında iştirak edən tələbkar ərizəsini müdafiə edərək, uşaqla ünsiyyət qurmaqda borclunun maneələr yaratdığını, uşağa qarşı psixoloji təsirin göstərildiyini qeyd etmişdir. Həmçinin təlıbkar qeyd etmişdir ki, Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2(103)-4377/2023 saylı qətnaməsinə əsasən hər həftənin bazar günü saat 11:00dan 20:00-a dək kifayət qədər vaxt verilsə də, uşağın anası və nənəsi uşağı gəzdirmək üçün ona vermir, yalnız icra məmurunun iştirakını tələb edir, heç bir saat uşaqla ünsiyyətdə olmasına imkan vermirlər. Buna görə də məcbur olub hazırki ərizə ilə müraciət edərək, uşağı qalmaqla ona verilməsini tələb edir ki, heç olmasa onda uşaqla kifayət qədər vaxt keçirdə bilsin. Həmçinin telefon danışıqları, video-əlaqə və texnologiyaların imkan verdiyi digər vasitələrlə ünsiyyət saxlamaq üçün öz hesabına internetlə təchiz olunmuş mobil telefon alınıb verilməklə uşaqla telefonla əlaqə saxlamaq istəyir. Məhkəmə iclasında iştirak edən borclunun nümayəndəsi ərizəyə etiraz edərək, qarşı tərəfin dediklərinin həqiqətə uyğun olmadığını, onların tərəfindən heç bir maneə törədilmədiyini bildirmiş və ərizənin rədd edilməsini məhkəmədən xahiş etmişdir. Nümayəndə həmçinin bildirmişdir ki, uşağın cəmi 8 yaşı olduğu üçün ona telefon və digər sağlamlığı üçün təhlükəli ola biləcək qurğulardan istifadə etməyə icazə vermirlər. Göstərilənlərə əsasən ərizədə tələbkar Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2(103)-4377/2023 saylı qətnaməsinin icra üsulu və qaydası dəyişdirilərək övladı ilə hər həftənin şənbə günləri saat 10:00-dan gecə qalmaqla bazar günü saat 16:00-dək, uşağın ad günündə saat 11:00- dan 17:00-dək eləcə də bayram günlərində, yəni bayram və dövlət tərəfindən qeyri-iş günü elan edilmiş günlər 2 gün və çox davam etdikdə, onların 2-ci günlərində 11:00-dan 20.00- a dək görüşüb ünsiyyətdə olmağı və gündəlik təhsili (dərsləri), təlim tərbiyəsi, sağlamlığı ilə bağlı məlumat ala bilməyi üçün uşaqa münasib olan axşam 19:00-dan 20:00-dək müddətlərdə yazışma, telefon danışıqları, video-əlaqə və texnologiyaların imkan verdiyi digər vasitələrlə ünsiyyət saxlamağı (bu məqsəd üçün onun hesabına övladıma internetlə təchiz olunmuş mobil telefon alınıb verilməklə) barədə qərardad qəbul edilməsi xahiş edilmişdir. Məhkəmə təqdimatı və ona əlavə edilmiş sənədləri nəzərdən keçirib hesab edir ki, ərizə təmin edilməlidir. Belə ki, Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2(103)-4377/2023 saylı qətnaməsinə əsasən Tələbkar övladı - xx.xx.2017-ci il təvəllüdlü X5 oğlu ilə hər həftənin bazar günü saat 11:00-dan 20:00-a dək, uşağın ad günündə saat 14:00-dan 17:00-dək eləcə də bayram günlərində, yəni bayram və dövlət tərəfindən qeyri- iş günü elan edilmiş günlər 2 gün və çox davam etdikdə, onların 2-ci günlərində 11:00-dan 20:00-a dək görüşüb ünsiyyətdə olması müəyyən edilməsi qət edilmişdir. Hazırda Tələbkar ərizə ilə məhkəməyə müraciət edərək, uşaqla ünsiyyət vaxtının artırılmasını xahiş etsə də, onun izahatından müəyyən edilmişdir ki, onun Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2(103)-4377/2023 saylı qətnaməsinə əsasən müəyyən edilmiş övladı ilə ünsiyyət vaxtına borclu tərəfindən faktiki maneələr törədildiyindən o, hazırki ərizəni vermək məcburiyyətində qalmışdır. Məhkəmə belə qənaətə gəlir ki, Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2(103)-4377/2023 saylı qətnaməsi qəbul edildiyi tarixdən keçən qısa müddətdə hər hansı yeni əsasların yaranması tələbkar tərəfindən sübut edilməmişdir. Bununla yanaşı tələbkar uşağa mobil telefon alıb verməklə onunla hər gün telefonla əlaqə saxlamağı tələb etsə də, məhkəmə uşağın azyaşlı olduğunu nəzərə alaraq, telefonun onun sağlamlığı üçün təhlükəli ola biləcəyinə əsaslanaraq, həmin hissədə də ərizənin təmin edilməsini uşağın mənafeyinə uyğun hesab etmir. Məhkəmə bu qənaətə gələrkən elmi araşdırmalar nəticəsində uşaqların mobil telefonu ələ aldıqları zaman onların orqanizminin radiasiyaya məruz qalmasının rekord səviyyəyə çatmasının təsdiq edilməsinə dair məlumatlara əsaslanır. Qeyd olunanlara əsasən, məhkəmə hesab edir ki, Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2(103)-4377/2023 saylı qətnaməsi ilə müəyyən edilmiş uşaqla ünsiyyət vaxtının dəyişdirilməsi üçün əsas olmadığına görə ərizə təmin edilməməlidir. Azərbaycan Respublikası MPM-in 263-264, 266-268-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Tələbkar tərəfindən verilmiş Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2(103)-4377/2023 saylı qətnaməsinin icra üsulu və qaydasının dəyişdirilməsi barədə ərizə təmin edilməsin. Qərardaddan rəsmi qaydada verildikdən sonra tərəflər 10 (on) gün müddətində işə baxan Bakı şəhəri Xətai Rayon Məhkəməsinə şikayət verə bilərlər. Sədrlik edən: İlahə Abbasova
Məhkəmə qərarları › İş №8(011)-1021/2025
Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qərardad — İş №8(011)-1021/2025
24.11.2025 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver