Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 8(011)-1025/2022 23.11.2022 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Mən, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin hakimi Abbasova X2, Bakı şəhəri Xətai rayon İcra şöbəsinin icra məmuru X1 tərəfindən verilmiş “borclunun ölkədən getmək hüququnun məhdudlaşdırılması” barədə təqdimatı və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək, M ü ə y y ə n e t d i m: Bakı şəhəri Xətai rayon İcra şöbəsinin icra məmuru X1 “Borclu ölkədən getmək hüququnun məhdudlaşdırılması” barədə təqdimatla məhkəməyə müraciət etmişdir. Bundan sonra Bakı şəhəri Xətai rayon İcra şöbəsinin icra məmuru X1 məktubla məhkəməyə müraciət edərək, təqdimatın baxılmamış saxlanılmasını məhkəmədən xahiş etmişdir. Təqdimatı və ona əlavə olunmuş sənədləri nəzərdən keçirərək hesab edirəm ki, təqdimat geri qaytarılmalıdır. Belə ki, iş materiallarından görünür ki, Bakı şəhəri Xətai rayon İcra şöbəsinin icra məmuru X1 “Borclu ölkədən getmək hüququnun məhdudlaşdırılması” barədə təqdimatla müraciət etdikdən sonra məktubla məhkəməyə müraciət edərək, tərəflər arasında razılığın əldə olunmasını əsas gətirməklə təqdimatın baxılmamış saxlanılmasını məhkəmədən xahiş etmişdir. Bununla bağlı olaraq təqdimatın baxılmasına ehtiyac qalmadığından Bakı şəhəri Xətai rayon İcra şöbəsinin icra məmuru X1 tərəfindən verilmiş təqdimat və ona əlavə edilmiş sənədlər geri qaytarılmalıdır. Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası MPM-nin 13, 152.1.9-cu maddəsinə əsasən Q ə r a r a a l d ı m: Bakı şəhəri Xətai rayon İcra şöbəsinin icra məmuru X1 tərəfindən verilmiş “Borclu ölkədən getmək hüququnun məhdudlaşdırılması” barədə təqdimat və ona əlavə edilmiş sənədlər geri qaytarılsın. Qərardaddan rəsmi qaydada verildikdən sonra tərəflər 10 (on) gün müddətində işə baxan Xətai Rayon Məhkəməsinə şikayət verə bilərlər. Hakim: İlahə Abbasova
Məhkəmə qərarları › İş №8(011)-1025/2022
Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qərardad — İş №8(011)-1025/2022
23.11.2022 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver