Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 8(011)-103/2025 04.02.2025 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Zamanlı Pərviz Mirsiyaf oğlunun sədrliyi, Həsənova Elnarə Daşdəmir qızının katibliyi ilə, Ərizəçi Tələbkar Bakı şəhər Xətai Rayon Məhkəməsinin 2(011)-2821/2023 saylı, xx.xx.2023-cü il tarixli qətnaməsi ilə müəyyən edilmiş alimentin indeksasiyasına dair ərizəsinə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İşin faktiki halları:
1. Tərəflər xx.xx.2021-ci il tarixdə nikaha daxil olmuşlar və onıarn birgə nikahlarından bir övladları – xx.xx.2022-ci il təvəllüdlü X1 doğulmuşdur.
2. Sonuncu dəfə Bakı şəhər Xətai Rayon Məhkəməsinin 2(011)-2821/2023 saylı xx.xx.2023-cü il tarixli qətnaməsinə əsasən yetkinlik yaşına çatmayan uşağın saxlanılması üçün təyin olunmuş 193 manat məbləğində alimentin miqdarı artırılaraq hər ay 220 manat sabit pul məbləğində alimentin cavabdehdən tutularaq ərizəçiyə ödənilməsi qət edilmişdir.
Ərizənin və ona etirazın dəlilləri: a) Ərizənin dəlilləri:
3. Tələbkar Bakı şəhər Xətai Rayon Məhkəməsinin 2(011)-2821/2023 saylı, xx.xx.2023-cü il tarixli qətanməsi ilə müəyyən edilmiş 220 manat alimentin məbləği hər ay ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,615 misli həddində sabit pul məbləğinə uyğunlaşdırması barədə ərizə ilə məhkəməyə müraciət etmişdir.
4. Tələbkar ərizəsində qeyd etmişdir ki, Bakı şəhər Xətai Rayon Məhkəməsinin 2(011)- 2821/2023 saylı, xx.xx.2023-cü il tarixli qətanməsi ilə, onun cavabdeh Borclu qarşı alimentin artırılması tələbinə dair iddiası təmin edilmiş cavabdehdən uşağın yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay 220 manat sabit pul məbləğində alimentin tutularaq ona ödənilməsi qət edilmişdir.
b) Borclunun ərizəyə etirazının dəlilləri:
5. Borclu ərizəyə yazılı etirazını məhkəməyə göndərməmişdir.
Məhkəmə iclasında verilən izahatlar:
6. Tərəflər məhkəmə iclasının vaxtı və yeri barədə məlumatlandırılsa da, məhkəmə iclasına gəlməmiş və gəlməməsinin üzürlü olması barədə əvvəlcədən məlumat vermədiklərindən məhkəmə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 232.2-ci maddəsinə əsasən onların iştirakı olmadan ərizəyə baxılmasını mümkün hesab edir.
İşə tətbiq edilən hüquq: Azərbaycan Respublikasının Ailə Məcəlləsi:
7. Maddə 75.1 Valideynlər uşaqlarını saxlamağa borcludurlar.
8. Maddə 75.2. Uşaqlarını saxlamağın qayda və formasını valideynlər müstəqil müəyyən edirlər.
9. Maddə 75.4. Valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur.
10. Maddə 110.1. Məhkəmə qətnaməsi ilə sabit pul məbləğində tutulan alimentin indeksasiyası aliment tutan təşkilatın müdiriyyəti tərəfindən müəyyən olunmuş minimum əmək haqqı məbləğinin artımına mütənasib olaraq müəyyən edilir.
11. Maddə 110.2. Alimentin indeksasiyası məqsədi üçün məhkəmə tərəfindən onun miqdarı müəyyən olunmuş minimum əmək haqqı məbləğinin müəyyən mislinə uyğun sabit pul məbləğində müəyyən edilir.
"Əhalinin sosial rifahının yaxşılaşdırılması sahəsində tədbirlərin davam etdirilməsi haqqında" Azərbaycan Respublikası Prezidentinin 05 yanvar 2023-cü il tarixli sərəncamı:
12. Minimum aylıq əməkhaqqının məbləği 2023-cü il yanvarın 1-dən 345 manat müəyyən edilsin.
“Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun bəzi qərarlarında dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 20 dekabr 2024-cü il tarixli, 15 nömrəli Qərarı:
13. 8.4-1. Ailə Məcəlləsinin 110.2-ci maddəsinə əsasən alimentin indeksasiyası məqsədi üçün məhkəmə tərəfindən onun miqdarı müəyyən olunmuş minimum əmək haqqı məbləğinin müəyyən mislinə uyğun sabit pul məbləğində müəyyən edilir. İstinad edilən maddənin tələbindən göründüyü kimi məhkəmələr sabit pul məbləğində aliment təyin edərkən onun miqdarını ölkə üzrə minimum əmək haqqı məbləğinin müvafiq misli həddində müəyyən etməlidirlər.
14. 8.4-2-ci. Nəzərə alınmalıdır ki, Ailə Məcəlləsinin 110.1-ci maddəsinə əsasən bu Qərarın 8.4-1-ci bəndində göstərilən qaydada tutulan alimentin indeksasiyası ölkə üzrə müəyyən edilən minimum əmək haqqı məbləğinin artımına mütənasib olaraq alimentin tutulmasını həyata keçirən təşkilatın müdiriyyəti (borclunun rəsmi iş yerinin olduğu halda işəgötürən, rəsmi iş yerinin olmadığı halda isə icra qurumunun rəhbəri) tərəfindən müəyyən edilməlidir. Qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsində sabit pul məbləğində tutulan alimentin konkret məbləğlə ifadə edildiyi hallarda, indeksasiya maraqlı tərəfin ərizəsi əsasında icraya nəzarət edən məhkəmə tərəfindən MPM-in 232-ci maddəsində nəzərdə tutulmuş qaydada qərardadın qəbul edilməsi yolu ilə həyata keçirilməlidir. Qərardad qəbul edilərkən indeksasiyanın bu Qərarın 8.4-1-ci bəndində göstərilən qaydada aparılmalı olması, habelə qanunvericilikdə alimentin indeksasiyasının yeganə meyar kimi ölkə üzrə müəyyən edilmiş minimum əmək haqqı məbləğinin artımı ilə şərtləndirildiyi nəzərə alınmalıdır (məsələn, 2019-cu ildə qəbul edilmiş qətnamə ilə bir uşağın saxlanılması üçün 125 manat sabit pul məbləğində alimentin tutulması qət edilibsə, məhkəmə 2024-cü ildə indeksasiyanı həyata keçirən zaman qüvvədə olan qətnamə ilə tutulmuş alimentin miqdarının 2019-cu il üzrə müəyyən edilmiş 250 manat məbləğində minimum əmək haqqının 0,5 mislini təşkil etdiyini nəzərə alaraq, qərardadın nəticə hissəsində tutulan alimentin məbləğinin ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,5 misli həddində indeksasiya olunması şəklində göstərməlidir).
“Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanunu
15. Maddə 13. Uşağın Azərbaycan Respublikası qanunvericiliyi ilə müəyyən olunmuş yaşayış minimumun səviyyəsindən aşağı olmamaq şərti ilə maddi təminat hüququ vardır. Həmçinin, “Uşaq hüquqları bəyənnaməsi”nə görə uşaq qanunla və digər vasitələrlə sosial müdafiə ilə təmin olunmalı, onun fiziki, əqli, mənəvi, ruhi və sosial baxımdan sağlam və normal yolla azadlıq və ləyaqət şəraitində inkişaf etməsinə imkan verən əlverişli şəraitlə təmin edilməlidir.
Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi:
16. Maddə 232.1. Tərəflərin ərizəsi üzrə işə baxmış məhkəmə qətnamənin icrası zamanı tutulmalı pul məbləğlərinin müvafiq indeksasiyasını həyata keçirə bilər.
17. Maddə 232.2. Ödənilməli pul məbləğlərinin indeksasiyası barədə ərizəyə məhkəmə iclasında baxılır. İşdə iştirak edən şəxslər məhkəmə iclasının vaxtı və yeri haqqında xəbərdar edilirlər, lakin onların gəlməməsi məhkəmə qarşısında qoyulmuş məsələnin həll edilməsinə mane olmur.
18. Maddə 232.3. Ödənilməli pul məbləğlərinin indeksasiyası barədə məhkəmə qərardadından şikayət verilə bilər.
İşə baxan məhkəmənin mövqeyi:
19. Məhkəmə ərizənin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, ərizə təmin edilməməlidir.
20. Alimentin indeksasiya edilməsinin hüquqi əsası ümumi formada Ailə Məcəlləsinin 110-cu maddəsində nəzərdə tutulmuşdur. Həmin müddəanın mənasından da görünür ki, məhkəmə qətnaməsi ilə əvvəl sabit pul məbləğində tutulmuş alimentin indeksasiya olunmasında yeganə meyar kimi müəyyən edilmiş minimum əmək haqqı məbləği əsas götürlür. Məhkəmə qətnaməsi ilə müəyyən edilmiş sabit pul məbləğində alimentin indeksasiya edilməsinin qaydası isə Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun bəzi qərarlarında dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2024-cü il tarixli, 15 nömrəli Qərarında göstərilmişdir. Həmin Qərarın 8.4-1 və 8.4-2-ci bəndələrindən görünür ki, qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi əsasında tutulan aliment indeksasiyası iki mərhələ üzrə həyata keçirilməlidir. Birinci mərhələdə sonuncu qüvvədə olan qətnamə ilə tutulmuş alimentin miqdarının həmin il ölkə üzrə müəyyən edilmiş minimum əmək haqqı məbləğinin neçə misli təşkil etdiyi müəyyən edilməlidir. İkinci mərhələdə isə tutulacaq alimentin məbləğinin ərizə verilən vaxt ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının həmin misli həddində indeksasiya olunmalıdır.
21. İş materialları əsasında müəyyən edilir ki, Bakı şəhər Xətai Rayon Məhkəməsinin 2(011)-2821/2023 saylı xx.xx.2023-cü il tarixli qətnaməsinə əsasən yetkinlik yaşına çatmayan uşağın saxlanılması üçün təyin olunmuş 193 manat məbləğində alimentin miqdarı artırılaraq hər ay 220 manat sabit pul məbləğində cavabdehdən tutularaq ərizəçiyə ödənilməsi qət edilmişdir. Ərizəçi hazırda alimentin ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,615 misli həddində tutulmasını xahiş etsə də, məhkəmə hesab edir ki, bu uşağın üstün mənafeyi nəzərə alındıqda, eləcə də, uşağın maddi təminatının əvvəlki vəziyyətdə qorunub saxlanılması baxımından təmin edilə bilməz.
22. Belə ki, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli qətnaməsi ilə 220 manat məbləğində aliment tutulan zaman həmin il üzrə ölkədə minimum əmək haqqının məbləği 345 manat müəyyən edilmişdir. Ərizəçinin tələb etdiyi qaydada aliment indeksasiya ediləcəyi təqdirdə tutulacaq alimentin məbləği sabit pul məbləğində ifadə olunan zaman 212,17 (345 x 0,615 = 212,17) manat təşil edir. Bu isə akı şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli qətnaməsi ilə müəyyən edilmiş alimentin miqdarından azdır.
23. Belə olan halda, ərizəçinin tələb etdiyi qaydada alimentin indeksləşdirilməsi yetkinlik yaşına çatmayan uşağın mənafelərinə zidd olmaqla yolverilməzdir. Belə ki, Uşaq hüquqları haqqında həm milli, həm də beynəlxalq qanunvericilik də tələb edir ki, uşağın müəyyən olunmuş yaşayış minimumun səviyyəsindən aşağı olmamaq şərti ilə maddi təminat hüququ vardır, uşaqlar qanunla və digər vasitələrlə sosial müdafiə ilə və s. təmin olunmalıdır.
24. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə
QƏRARAALDİ:
Ərizəçi Tələbkar Bakı şəhər Xətai Rayon Məhkəməsinin 2(011)-2821/2023 saylı, xx.xx.2023cü il tarixli qətnaməsi ilə müəyyən edilmiş alimentin indeksasiyasına dair ərizəsi təmin edilməsin. Qərardaddan 10 (on) gün müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsinə şikayət verilə bilər.
Sədrlik edən: Pərviz Zamanlı