Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 8(011)-1031/2022 05.11.2022 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Əliyev Şəhriyar İbrahim oğlunun sədrliyi, Nuriyev Xaliq Firqət oğlunun katibliyi Borclu nümayəndəsi X3 iştirakı ilə Bakı şəhəri Xətai rayon Məhkəməsinin 2(011)-2394/2021-010 nömrəli xx.xx.2021-ci il tarixli icra sənədinin icrasının təmin edilməsi məqsədilə Borclu məxsus əmlakın üzərinə həbs qoyulmasına dair Bakı şəhəri Xətai rayon icra şöbəsinin icra məmuru Vüsal Umarov tərəfindən verilmiş təqdimata məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Bakı şəhəri Xətai rayon icra şöbəsinin icra məmuru Vüsal Umarov təqdimatla məhkəməyə müraciət edərək, Borclu məxsus əmlakların üzərinə həbs qoyulması barədə qərardad qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Təqdimat onunla əsaslandırılmışdır ki, Bakı şəhəri Xətai rayon Məhkəməsinin 2(011)- 2394/2021-010 nömrəli xx.xx.2021-ci il tarixli icra sənədinə əsasən Borclu dəymiş maddi zərərin əvəzi kimi 455 (dörd yüz əlli beş) manat pul məbləği alınaraq, 1/5 hissədə X1, 1/5 hissədə X2, 2/5 hissədə Tələbkar ödənilməlidir, ödənilmiş dövlət rüsumunun əvəzi qismində 20 manat Borclu alınaraq Tələbkar ödənilməlidir, icra sənədi xx.xx.2021-ci il tarixdə Bakı şəhəri Xətai rayon icra şöbəsinə daxil olmuş və qanunamüvafiq qaydada icraya yönəldilmişdir, icraata başlamaq haqqında qərar qəbul olunaraq, surəti bildirişlə bərabər icra sənədi üzrə Borclu icra sənədində qeyd olunan ünvanına göndərilmişdir, borclu könüllü icra müddətində icra sənədi üzrə tələbi təmin etmədiyi üçün borclunun əmlak vəziyyətini yoxlamaq məqsədilə elektron sistem vasitəsilə sorğular edilmişdir. Belə ki, “Elektron icra” informasiya sistemindən əldə olunmuş sorğu məlumatına əsasən müəyyən olunmuşdur ki, Borclu məxsus “VAZ 2106” minik markalı, **-EJ-*** dövlət qeydiyyat nişanlı və “VAZ 21074” minik markalı, **-TY-*** dövlət qeydiyyat nişanlı avtomobilləri vardır, icra sənədinin icrasını təmin etmək məqsədilə hesab edilir ki, məcburi icra tədbirləri kimi borclunun əmlakının üzərinə həbs qoymaq və onu satmaq yolu ilə tələbin əmlaka yönəlməsi barədə məcburi icra tədbirləri tətbiq edilməlidir. Məhkəmə iclasında borclunun nümayəndəsi A.Z.Mövsümov təqdimata etiraz edərək bildirdi ki, icra şöbəsi tərəfindən ona hesab verilmiş, borcu tam ödəmişdir, artıq icra sənədi üzrə tələb tam ödənilmişdir, bu səbəbdən əmlakın üzərinə həbs qoyulması zərurəti yoxdur. Sonda borclunun nümayəndəsi A.Z.Mövsümov təqdimatın rədd edilməsini məhkəmədən xahiş etdi. Bakı şəhəri Xətai rayon icra şöbəsinin icra məmuru və tələbkar təqdimata baxılması üçün təyin edilmiş məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməklə məhkəmə iclasına çağırılsalar da, Xətai rayon icra şöbəsinin nümayəndəsi və tələbkar məhkəmə iclasına gəlməmişdir. Onların məhkəmə iclasına gəlməmələri məhkəmə qarşısında qoyulmuş məsələnin həll edilməsinə mane olmadığından, məhkəmə Azərbaycan Respublikası MPM-in 231.2-ci maddəsinə əsasən təqdimata baxılmasını mümkün hesab etmişdir. Məhkəmə, borclunun nümayəndəsinin izahatını, təqdimat və ona əlavə olunmuş sənədləri nəzərdən keçirərək hesab edir ki, təqdimat rədd edilməlidir. Belə ki, təqdimata əlavə edilmiş sənədlərdən görünür ki, Bakı şəhəri Xətai rayon Məhkəməsinin 2(011)-2394/2021-010 nömrəli xx.xx.2021-ci il tarixli icra sənədinə əsasən, Borclu dəymiş maddi zərərin əvəzi kimi 455 (dörd yüz əlli beş) manat pul məbləği alınaraq, 1/5 hissədə X1, 1/5 hissədə X2, 2/5 hissədə Tələbkar, ödənilmiş dövlət rüsumunun əvəzi qismində 20 manat Borclu alınaraq Tələbkar ödənilməlidir. Təqdimata əlavə edilmiş sənədlərdən görünür ki, xx.xx.2021-ci il tarixli "icraata başlamaq haqqında” qərar qəbul edilmiş, qərar və tələbin könüllü icrası barədə bildirişin Borclu göndərilməsi qeyd olunmuşdur. Təqdimata əlavə edilmiş sənədlərdən görünür ki, Borclu Xətai rayon İcra şöbəsinə xx.xx.2022-ci il tarixli izahatında bildirmişdir ki, icra sənədi barədə xəbərdardır, icra sənədini icra etməmə səbəbi imkansızlıqdır, hissə-hissə ödəmə ilə bağlı məhkəməyə müraciət edəcəkdir, adına daşınar və daşınmaz əmlak vardır, qiymətli kağız və əmanəti yoxdur. Təqdimata əlavə edilmiş sənədlərdən görünür ki, X5 tərəfindən Tələbkar “Azərpoçt MMC, AZ1123” vasitəsilə xx.xx.2022-ci il tarixdə 475 manat pul köçürülmüşdür, rüsum 9.60 manatdır. Təqdimata əlavə edilmiş sənədlərdən görünür ki, Borclu adına “VAZ 2106” minik markalı, **-EJ-*** dövlət qeydiyyat nişanlı və “VAZ 21074” minik markalı, **-TY-*** dövlət qeydiyyat nişanlı avtomobillər qeydiyyata alınmışdır. “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 50.4-cü maddəsinə əsasən, borclunun əmlakı üzərinə aşağıdakı hallarda həbs qoyulur: tələbkara verilməsi və ya satılması nəzərdə tutulan əmlakın mühafizəsini təmin etmək üçün; borclunun əmlakının müsadirəsi haqqında məhkəmə qərarının icrasını təmin etmək üçün. Lakin iş materiallarından, Borclu məxsus avtomobillərin üzərinə həbs qoyulması üçün əsaslar müəyyən olunmadı. Məhkəmə hesab edir ki, avtomobillərin üzərinə həbs qoyulması üçün qanunla nəzərdə tutulan əsasların olmaması, icra tələbinin həcminin (475 manat) həbs qoyulması nəzərdə tutulan əmlakların dəyərinə qeyri-mütənasib olması, həmçinin borclu tərəfindən Tələbkar 475 manat ödəniş edilməsi halları təqdimatın təmin olunması mümkünlüyünü aradan qaldırır. “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 20.1.5-ci maddəsinə əsasən icra sənədi tam icra olunduqda icra sənədi üzrə icraata xitam verilir. Həmin Qanunun 20.8-cü maddəsinə əsasən, icra sənədi məhkəməyə və ya icra sənədini vermiş digər orqana qaytarıldıqdan sonra icra məmuru təyin etdiyi bütün icra tədbirlərini ləğv edir. Qeyd olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 263, 264 və 266-268-ci maddələrini rəhbər tutaraq məhkəmə qərara aldı: Bakı şəhəri Xətai rayon İcra Şöbəsinin icra məmuru Vüsal Umarovun Borclu məxsus “VAZ 2106” minik markalı, **-EJ-*** dövlət qeydiyyat nişanlı və “VAZ 21074” minik markalı, **-TY-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitələri üzərinə həbs qoyulması barədə təqdimatı təmin olunmasın. Qərardaddan, rəsmi qaydada verildikdən 10 (on) gün müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Şəhriyar Əliyev
Məhkəmə qərarları › İş №8(011)-1031/2022
Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qərardad — İş №8(011)-1031/2022
05.11.2022 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver