Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 8(011)-1038/2025 27.11.2025 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Abbasova Əminə Rauf qızının sədrliyi, Novruzova Gülsanə Emin qızının katibliyi ilə X1 alimentin indeksasiya edilməsi barədə ərizəsinə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: X3 ərizə ilə müraciət edərək, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)- 1500/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qətnaməsi ilə cavabdeh Borclu yetkinlik yaşına çatmayan övladları xx.xx.2008-ci il təvəllüdlü X13, xx.xx.2010-cu il təvəllüdlü X11, xx.xx.2013-cü il təvəllüdlü X2 üçün hər ay hər uşağa görə 235 manat, ümumilikdə 705 manat miqdarında aliment indeksasiya edilərək ərizənin mediasiyaya daxil oluduğu tarixdən başlayaraq Borclu onun xeyrinə sonra ki, artımla nəzərə alınmaqla hər ay ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqında 0.70 misli həddində sabit pul məbləğində müəyyən edilməsini xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, o, cavabdeh Borclu qarşı tərəflər arasında bağlanılmış nikahın pozulması, 24.01,2008-ci il təvəllüdlü X10, xx.xx.2010-cu il təvəllüdlü X11, xx.xx.2013-cü il təvəllüdlü X9 iddiaçının himayəsində saxlanılması, uşaqların yetkinlik yaşına çatanadək saxlanılması üçün cavabdehdən hər ay hər uşaq üçün 500 manat, ümumilikdə 1500 manat məbləğində alimentin tutularaq ödənilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)- 1500/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qətnaməsi ilə iddianın təmin edilməsi, Borclu ilə Əliyeva (Həsənova) Sevinc Mahmud qızı arasında xx.xx.2007-ci il tarixində 997 nömrəli akt qeydi ilə rəsmiləşdirilmiş nikah pozulması, xx.xx.2008-ci il təvəllüdlü X13, xx.xx.2010cu il təvəllüdlü X11, xx.xx.2013-cü il təvəllüdlü X9 onun yanında saxlanılması, xx.xx.2008ci il təvəllüdlü X13, 24. xx.xx.2010-cu il təvəllüdlü X11 və xx.xx.2013-cü il təvəllüdlü X9 yetkinlik yaşına çatanadək saxlanılması üçün xx.xx.2023-cü il tarixindən hesablanmaqla hər ay hər uşağa görə 235 manat, ümumilikdə 705 manat miqdarında aliment Borclu tutularaq ona verilməsi qət edilmişdir. Qətnamə icra edilməsi üçün Bakı şəhəri Binəqədi rayon icra şöbəsinə göndərilmişdir. O uşaqları təkbaşına çox çətinliklə saxlayır. Məhkəmə qətnaməsi ilə müəyyən edilən 3 uşağa görə cəmi 705 manat məbləğində aliment uşaqların tələbatlarını heç cür ödəmir. Cavabdeh isə uşaqların saxlanması üçün ona heç bir əlavə yardım etmir. Bundan başqa cavabdeh işləyir və kifayət qədər aylıq qazancı var, gəlirləri yüksəkdir. Lakin buna baxmayaraq cavabdeh birgə nikahlarından dünyaya gələn övladlarının böyüdükcə inkişaf edərək xərclərinin artmasını nəzərə almır. Tələbkara, Bakı şəhəri Xətai rayon İcra Şöbəsinə və borcluya ərizəyə baxılması üçün təyin edilmiş məhkəmə iclasının vaxtı və yeri haqqında xəbərdar edilməklə məhkəmə iclasına çağırılmışlar. Lakin onlar məhkəmə iclasına gəlməmişdirlər. Tələbkarın, Bakı şəhəri Xətai rayon İcra Şöbəsinin nümayəndəsinin və borclunun məhkəmə iclasına gəlməmələri məhkəmə qarşısında qoyulmuş məsələnin həll edilməsinə mane olmadığından, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 231.2-ci maddəsinə əsasən, məhkəmə ərizəyə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(011)-1500/2024 saylı qətnaməsi ilə Borclu ilə Əliyeva (Həsənova) Sevinc Mahmud qızı arasında xx.xx.2007-ci il tarixində 997 nömrəli akt qeydi ilə rəsmiləşdirilmiş nikahın pozulması, xx.xx.2008-ci il təvəllüdlü X13, xx.xx.2010-cu il təvəllüdlü X11, xx.xx.2013-cü il təvəllüdlü X14 anaları X5 yanında saxlanılması, xx.xx.2008-ci il təvəllüdlü X13, 24. xx.xx.2010-cu il təvəllüdlü X11 və xx.xx.2013-cü il təvəllüdlü X9 yetkinlik yaşına çatanadək saxlanılması üçün xx.xx.2023-cü il tarixindən hesablanmaqla hər ay hər uşağa görə 235 (iki yüz otuz beş) manat, ümumilikdə 705 (yeddi yüz beş) manat miqdarında aliment Borclu tutularaq X6 ödənilməsi qət edilmişdir. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 75-ci maddəsinə əsasən valideynlər uşaqlarını saxlamağa borcludurlar. Uşaqlarını saxlamağın qayda və formasını valideynlər müstəqil müəyyən edirlər. Valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. Həmin Məcəllənin 110-cu maddəsinə əsasən məhkəmə qətnaməsi ilə sabit pul məbləğində tutulan alimentin indeksasiyası aliment tutan təşkilatın müdiriyyəti tərəfindən müəyyən olunmuş minimum əmək haqqı məbləğinin artımına mütənasib olaraq müəyyən edilir. Alimentin indeksiyası məqsədi üçün məhkəmə tərəfindən onun miqdarı müəyyən olunmuş minimum əmək haqqı məbləğinin müəyyən mislinə uyğun sabit pul məbləğində müəyyən edilir. “Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun bəzi qərarlarında dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 20 dekabr 2024cü il tarixli, 15 nömrəli Qərarında qeyd edilir ki, Ailə Məcəlləsinin 110.2-ci maddəsinə əsasən alimentin indeksasiyası məqsədi üçün məhkəmə tərəfindən onun miqdarı müəyyən olunmuş minimum əmək haqqı məbləğinin müəyyən mislinə uyğun sabit pul məbləğində müəyyən edilir. İstinad edilən maddənin tələbindən göründüyü kimi məhkəmələr sabit pul məbləğində aliment təyin edərkən onun miqdarını ölkə üzrə minimum əmək haqqı məbləğinin müvafiq misli həddində müəyyən etməlidirlər. Qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsində sabit pul məbləğində tutulan alimentin konkret məbləğlə ifadə edildiyi hallarda, indeksasiya maraqlı tərəfin ərizəsi əsasında icraya nəzarət edən məhkəmə tərəfindən MPM-in 232-ci maddəsində nəzərdə tutulmuş qaydada qərardadın qəbul edilməsi yolu ilə həyata keçirilməlidir. Qərardad qəbul edilərkən indeksasiyanın bu Qərarın 8.4-1-ci bəndində göstərilən qaydada aparılmalı olması, habelə qanunvericilikdə alimentin indeksasiyasının yeganə meyar kimi ölkə üzrə müəyyən edilmiş minimum əmək haqqı məbləğinin artımı ilə şərtləndirildiyi nəzərə alınmalıdır (məsələn, 2019-cu ildə qəbul edilmiş qətnamə ilə bir uşağın saxlanılması üçün 125 manat sabit pul məbləğində alimentin tutulması qət edilibsə, məhkəmə 2024-cü ildə indeksasiyanı həyata keçirən zaman qüvvədə olan qətnamə ilə tutulmuş alimentin miqdarının 2019-cu il üzrə müəyyən edilmiş 250 manat məbləğində minimum əmək haqqının 0,5 mislini təşkil etdiyini nəzərə alaraq, qərardadın nəticə hissəsində tutulan alimentin məbləğinin ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,5 misli həddində indeksasiya olunması şəklində göstərməlidir). Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 232-ci maddəsinə əsasən tərəflərin ərizəsi üzrə işə baxmış məhkəmə qətnamənin icrası zamanı tutulmalı pul məbləğlərinin müvafiq indeksasiyasını həyata keçirə bilər. Ödənilməli pul məbləğlərinin indeksasiyası barədə ərizəyə məhkəmə iclasında baxılır. İşdə iştirak edən şəxslər məhkəmə iclasının vaxtı və yeri haqqında xəbərdar edilirlər, lakin onların gəlməməsi məhkəmə qarşısında qoyulmuş məsələnin həll edilməsinə mane olmur. Ödənilməli pul məbləğlərinin indeksasiyası barədə məhkəmə qərardadından şikayət verilə bilər. Məhkəmə ərizənin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, ərizə qismən təmin edilməlidir. Alimentin indeksasiya edilməsinin hüquqi əsası ümumi formada Ailə Məcəlləsinin 110-cu maddəsində nəzərdə tutulmuşdur. Həmin müddəanın mənasından da görünür ki, məhkəmə qətnaməsi ilə əvvəl sabit pul məbləğində tutulmuş alimentin indeksasiya olunmasında yeganə meyar kimi müəyyən edilmiş minimum əmək haqqı məbləği əsas götürülür. Məhkəmə qətnaməsi ilə müəyyən edilmiş sabit pul məbləğində alimentin indeksasiya edilməsinin qaydası isə Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun bəzi qərarlarında dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2024-cü il tarixli, 15 nömrəli Qərarında göstərilmişdir. Həmin Qərarın 8.4-1 və 8.4-2-ci bəndələrindən görünür ki, qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi əsasında tutulan aliment indeksasiyası iki mərhələ üzrə həyata keçirilməlidir. Birinci mərhələdə sonuncu qüvvədə olan qətnamə ilə tutulmuş alimentin miqdarının həmin il ölkə üzrə müəyyən edilmiş minimum əmək haqqı məbləğinin neçə misli təşkil etdiyi müəyyən edilməlidir. İkinci mərhələdə isə tutulacaq alimentin məbləğinin ərizə verilən vaxt ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının həmin misli həddində indeksasiya olunmalıdır. Şərh edilənlərdən də göründüyü kimi, alimentin indeksasiyası üçün yeganə meyar yaşayış minimumu yox, minimum əmək haqqının məbləği əsas götürüldüyündən Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(011)-1500/2024 saylı qətnaməsi ilə tərəflərin birgə nikahından doğulmuş uşaqların yetkinlik yaşına çatanadək saxlanılması üçün tutulan alimentin indeksasiyası 2024-cü il üzrə tutulan alimentin həmin il üzrə müəyyən edilmiş minimum əmək məbləğinin müvafiq misli həddində müəyyən edilərək, alınan nisbət ölkə üzrə müəyyən edilmiş minimum əmək məbləğinə tətbiq edilməklə aparılmalıdır. İş materialları əsasında müəyyən olunur ki, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(011)-1500/2024 saylı qətnaməsinə əsasən uşaqların yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay, hər uşağa görə 235 manat məbləğində alimentin borcludan tutulması qət edilmişdir. Həmçinin, 2024-cü il yanvar 1-dən ölkə üzrə minimum aylıq əmək haqqının məbləği 345 manat olmuşdur. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, ərizə qismən təmin edilməli, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-1500/2024 saylı, xx.xx.2024-cü il tarixli qətnaməsi ilə tutulmuş alimentin indeksasiyası 235 manat (qətnamə ilə tutulan alimentin məbləği) : 345 manat (2024-cü il üçün müəyyən edilmiş minimum əmək haqqı) = 0.68 misli həddində müəyyən edilir. Göründüyü kimi, 235 manat 345 manatın 0,68 mislinə bərabərdir. Beləliklə, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-1500/2024 saylı, xx.xx.2024-cü il tarixli qətnaməsi ilə tutulmuş aliment, hazırda ölkə üzrə müəyyən edilmiş minimum əmək haqqının məbləğinin 0,68 misli həddində indeksasiya edilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə qərara aldı: Ərizə qismən təmin edilsin. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(011)-1500/2024 saylı qətnaməsi ilə 13 mart 2012-ci il təvəllüdlü X7 yetkinlik yaşına çatanadək saxlanılması üçün Borclu X4 xeyrinə sabit pul məbləğində tutulmuş 235 manat alimentin məbləği sonrakı artımlar da nəzərə alınmaqla, ölkə üzrə müəyyən edilmiş minimum əmək haqqı məbləğinin 0,68 misli həddində indeksasiya edilsin. Qərardaddan işdə iştirak edən şəxslərə rəsmi qaydada təqdim edildiyi gündən 10 (on) gün müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Əminə Abbasova
Məhkəmə qərarları › İş №8(011)-1038/2025
Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qərardad — İş №8(011)-1038/2025
27.11.2025 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver