Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 8(011)-1041/2024 29.10.2024 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Zamanlı Pərviz Mirsiyaf oğlunun sədrliyi, Həsənova Elnarə Daşdəmir qızının katibliyi ilə, Borclu iştirakı ilə, Bakı şəhəri Xətai rayon İcra şöbəsinin icra məmurunun Borclu barəsində məcburi gətirmə tətbiq olunmasına dair təqdimatına açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏNETDİ: Bakı şəhəri Xətai rayon İcra şöbəsinin icra məmuru Tural Rəhimov Borclu barəsində məcburi gətirmə tətbiq olunmasına dair təqdimatla məhkəməyə müraciət etmişdir. Təqdimat onunla əsaslandırılmışdır ki, xx.xx.2023-cu il tarixli qərarla icraata başlanılan Bakı Şəhəri Xətai Rayon Məhkəməsi tərəfindən verilmiş e-2(011)-918/2023-005 nömrəli, xx.xx.2023-cü il tarixli icra sənədinə əsasən borcludan 1970 manat məbləğində pul vəsaiti və 35.55 manat dövlət rüsumu tutularaq tələbkar X1 xeyrinə ödənilməlidir. Yuxarıda qeyd olunan icra sənədi xx.xx.2023-cü il tarixində Bakı şəhəri Xətai rayon İcra şöbəsinə daxil olmuş və qanuna müvafiq qaydada icraya yönəldilmişdirlər. İcraata başlamaq haqqında qərar qəbul edilərək, qərarın surəti bildirişlə icra sənədi üzrə borcluya göndərilmiş, icra sənədində olan tələbi könüllü təmin edilməsi üçün 10 gün müddət müəyyən edilmişdir. Lakin bu müddət ərzində borclu tərəfindən icra sənədində olan tələb könüllü təmin edilmədiyi üçün tərəfimizdən borclunun əmlak vəziyyətini yoxlamaq üçün aidiyyəti təşkilatlara sorğular göndərilmişdir. Həmin tarixdən bu vaxta kimi icra sənədinin icrası təmin olunmamışdır. Borclu məhkəmə iclasında bildirdi ki, o, icra məmurunun çağırdığı vaxt icra şöbəsinə getmişdir. Bakı şəhəri Xətai rayon İcra şöbəsi və tələbkar təqdimata baxılması üçün təyin edilmiş məhkəmə iclasının vaxtı və yeri haqqında xəbərdar edilməklə məhkəmə iclasına çağırılmışlar. Lakin onlar məhkəmə iclasına gəlməmişlər. Bakı şəhəri Xətai rayon İcra şöbəsinin icra məmurunun və tələbkarın məhkəmə iclasına gəlməmələri məhkəmə qarşısında qoyulmuş məsələnin həll edilməsinə mane olmadığından, Azərbaycan Respublikası MPM-nin 231.2-ci maddəsinə əsasən məhkəmə təqdimata onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə təqdimatın dəlillərini araşdıraraq hesab edir ki, təqdimat təmin edilməməlidir. Belə ki, icra məmuru “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 84.2 və 84.3-cü maddəsinin tələblərinə əməl etmədən hazırkı təqdimatla birbaşa məhkəməyə müraciət etmişdir. Belə ki, “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 84.2-ci maddəsinə əsasən icra məmurunun çağırışı ilə gəlməkdən və ya icra hərəkətlərinin həyata keçirildiyi yerə gəlməkdən üzürsüz səbəbdən yayınan şəxslər barəsində məhkəmənin qərarı əsasında məcburi gətirilmə tədbiri tətbiq olunur. Həmin Qanunun 84.3-cü maddəsinə əsasən bu Qanunun 84.2-ci maddəsində nəzərdə tutulmuş hallarda icra məmuru müvafiq qərar qəbul edir. Həmin qərar icra qurumunun rəhbəri tərəfindən yoxlanılaraq təsdiq olunur. Tərəflər həmin qərarın surətini aldıqdan sonra 10 gün müddətində müvafiq məhkəməyə şikayət verə bilərlər. Qeyd edilən müddəanın mənasından aydın olur ki, icra məmuru borclunun məcburi gətirilməsi barədə məhkəməyə müraciət etməzdən əvvəl bununla bağlı qərar qəbul etməli və borclunun həmin qərardan şikayət vermə hüququnu gözləməklə bağlı qanunun imperativ göstərişinə əməl etməlidir. Təqdimata sözügedən qərarın surətinin borcluya göndərilməsi barədə məktub və həmin məktubun borcluya çatdırılması barədə heç bir sübut əlavə edilməmişdir. Məhkəmə hesab edir ki, baxılan məsələ ilə bağlı, icra tədbirinin qanuna uyğun olubolmamasının yoxlanılması üçün hüquqi müəyyənlik prinsipinin şərtləri əsasında tətbiq ediləcək məcburi icra tədbirinin tətbiqi barədə məlumatların (bildirişlərin) aydın formada borcluya çatdırılması vacibdir. Borclu onun barəsində tətbiq ediləcək hər hansı icra tədbirinin nəticələri barədə aydın və anlaşılan şəkildə məlumatlandırılma hüququna malikdir. Yuxarıda qeyd edildiyi kimi, təqdimata borclunun məcburi gətirilməsi barədə qərar və məlumat əlavə olunsa da, onun borcluya çatdırılması barədə icra məmuru məhkəməyə sübut təqdim etməmişdir. Bu hal isə, tətbiq ediləcək məcburi icra tədbirinin borcluya çatdırılmaması deməkdir və borclu barəsində tətbiq ediləcək məcburi icra tədbirinin müəyyənlik, həmçinin qanunilik şərtinə cavab vermir. Beləliklə, iş materialları əsasında müəyyən edilir ki, borclunun məcburi gətirilməsi barədə qərar ona qanunla müəyyən edilmiş qaydada göndərilmədiyindən və həmin qərardan borlunun qanunla müəyyən edilmiş qaydada şikayət vermək hüququna şərait yaradılmadığından təqdimat təmin edilə bilməz. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 263-264-cü və 266-268-ci maddələrini rəhbər tutaraq məhkəmə QƏRARAALDİ: Bakı şəhəri Xətai rayon İcra Şöbəsinin Borclu məcburi gətirilməsi barədə təqdimatı təmin edilməsin. Qərardaddan rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Pərviz Zamanlı
Məhkəmə qərarları › İş №8(011)-1041/2024
Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qərardad — İş №8(011)-1041/2024
29.10.2024 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver