Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 8(011)-1049/2025 21.11.2025 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Bakı Şəhəri Xətai Rayon Məhkəməsinin hakimi Nağıyev Vüqar Güloğlan oğlu, Tələbkar MMC-nin icra məmurunun hərəkətsizliyinin qanunsuz hesab edilməsi barədə icra icraat qaydasında şikayətinə baxaraq, MÜƏYYƏN ETDİ: Tələbkar MMC icra məmurunun hərəkətlərindən şikayət ilə məhkəməyə müraciət edərək, icra məmurunun qanunsuz hərəkətsizliyinin araşdırılması, borclunun faktiki işlədiyi müəssisəyə dərhal yönəlmə göndərilərək tutulmaların təmin edilməsi, icra işinin əsassız ləngildilməsinin qarşısının alınması barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Məhkəmə şikayəti və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək hesab edir ki, şikayət və ona əlavə olunmuş sənədlər tələbkara geri qaytarılmalıdır. Belə ki, şikayət Tələbkar MMC-nin nümayəndəsi Mehbarə Abbasova tərəfindən imzalanmamışdır. Şikayətdə əks olunmuş imza kserosurətdir. Belə olan halda şikayət imzalanmamış hesab olunur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin (bundan sonra – Mülki Prosessual Məcəllə) 151.1-ci maddəsinə əsasən, iddia ərizəsi bu Məcəllənin tələblərinə riayət edilməklə verildikdə, onun məhkəmə icraatı mümkündür. Mülki Prosessual Məcəllənin 152.1.2-ci maddəsinə əsasən iddia ərizəsi imzalanmadıqda və ya onu imzalamağa hüquqi olmayan şəxs tərəfindən, yaxud xidməti vəziyyəti göstərilməyən şəxs tərəfindən imzalandıqda hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. Mülki Prosessual Məcəllənin 152.4-cü maddəsinə əsasən, iddia ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, ərizə imzalanmadan məhkəməyə müraciət olunduğundan, şikayət ona əlavə olunmuş sənədlərlə birlikdə tələbkara geri qaytarılmalıdır. Məhkəmə qeyd edir ki, yuxarıda göstərilən nöqsan aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etmək hüququ iddiaçıya izah olunmalıdır. Göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 152.1.2 və 263-264-cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Tələbkar MMC-nin icra məmurunun hərəkətsizliyinin qanunsuz hesab edilməsinə dair şikayəti və ona əlavə edilmiş sənədlər tələbkara geri qaytarılsın. Tələbkara izah edilsin ki, şikayətin geri qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. Qərardaddan 10 (on) gün müddətində Bakı Şəhəri Xətai Rayon Məhkəməsinə (“Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə) şikayət verilə bilər. Hakim Vüqar Nağıyev
Məhkəmə qərarları › İş №8(011)-1049/2025
Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qərardad — İş №8(011)-1049/2025
21.11.2025 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver