Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 8(011)-105/2023 16.03.2023 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Həsənova Aygün Namiq qızının sədrliyi, X13 qızının katibliyi, Borclu, İcra məmuru Elşən Bəşirlinin iştirakları ilə, X1 ödənilməli olan pul məbləğinin indeksasiyasına dair ərizəsinə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: X2 ödənilməli olan pul məbləğinin indeksasiyasına dair ərizə ilə məhkəməyə müraciət edərək, Bakı Apellyasiya Məhkəməsinin 29 noyabr 2018-ci il tarixli qətnaməsi ilə tələbkara ödənilməli olan 12.000 manat pul məbləğinin indeksasiyasının həyata keçirilməsi barədə qərardad çıxarılmasını xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, 18 avqust 2014-cü ildə tələbkar mübahisəsi gedən Bakı şəhəri, General Mehmandarov küçəsi, 54 saylı evin 100 saylı mənzilində qeydiyyatda olmaqla yaşamışdır. Borclu tələbkarın xəbəri və razılığı olmadan mübahisəsi gedən mənzili özəlləşdirmişdir və öz adına xüsusi mülkiyyət hüququ əsasında daşınmaz əmlakın dövlət reyestrində qeydə aldırmışdır. Bundan sonra Borclu məhkəməyə müraciət edərək tələbarın və onun oğlu X3 mübahisəli mənzilə istifadə hüquqlarının itirilərək mənzildən çıxarılmaları barədə iddia qaldırmışdır və Bakı Apellyasiya Məhkəməsinin 29 noyabr 2018-ci il tarixli, 2(103)-12047/2018 saylı qətnaməsi ilə Borclu 12.000 manat kompensasiya edilməklə tələbkarın himayəsində olan yetkinlik yaşına çatmamış övladı X8 ilə birlikdə Bakı şəhəri, General Mehmandarov küçəsi, 54 saylı evin 100 saylı mənzilinə istifadə hüquqlarına xitam verilməsi və həmin mənzildən çıxarılmaları qət edilmişdir. Adı çəkilən məhkəmə qətnaməsi qanuni qüvvəsini almışdır və icraya yönəldilmişdir. Lakin tələbkar dəfələrlə icra şöbəsinə gedərək məhkəmə qətnaməsinin icra edilməsini tələb etsə də, Borclu hər dəfə pulu olmadığını bəhanə edərək bu günə qədər məhkəmə qətnaməsini icra etməmişdir. Məhkəmə iclasında Borclu ərizəyə etiraz edərək onun rədd olunmasını xahiş etdi. O, izahatında bildirdi ki, ərizəçi sadəcə qərarın icrasını uzatmaq məqsədilə müraciət edir. Borclu Xətai rayon İcra və Probasiya şöbəsinin depozit hesabına 4.400 manat ödəniş etmişdir. Ərizəçinin isə borcluya 7.603 manat borcu vardır. Ərizəçi borclunun depozit hesabına ödədiyi pul məbləğini götürsə, bu mübahisə həll olunacaqdır. Lakin qarşı tərəf nə hesab təqdim edir, nə də icra məmurunun iştirakı ilə pulu nağd şəkildə qəbul edir. Məhkəmə iclasında icra məmuru Elşən Bəşirli ərizəyə baxılıb qiymət verilməsini məhkəmənin mövqeyinə buraxdığını bildirdi. Tələbkar təqdimata baxılması üçün təyin edilmiş məhkəmə iclasının vaxtı və yeri haqqında xəbərdar edilməklə məhkəmə iclasına çağırılmışdır. Lakin o, məhkəmə iclasına gəlməmişdir. Tələbkarın məhkəmə iclasına gəlməməsi məhkəmə qarşısında qoyulmuş məsələnin həll edilməsinə mane olmadığından, məhkəmə ərizəyə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə borclunun və icra məmurunun izahatlarını dinləyib, ərizəni və ona əlavə edilmiş sənədləri araşdırıb hesab edir ki, ərizə rədd edilməlidir. Azərbaycan Respublikası MPM-nin 232.1.-ci maddəsinə əsasən tərəflərin ərizəsi üzrə işə baxmış məhkəmə qətnamənin icrası zamanı tutulmalı pul məbləğlərinin müvafiq indeksasiyasını həyata keçirə bilər. Həmin Məcəllənin 232.2.-ci maddəsinə əsasən ödənilməli pul məbləğlərinin indeksasiyası barədə ərizəyə məhkəmə iclasında baxılır. İşdə iştirak edən şəxslər məhkəmə iclasının vaxtı və yeri haqqında xəbərdar edilirlər, lakin onların gəlməməsi məhkəmə qarşısında qoyulmuş məsələnin həll edilməsinə mane olmur. Belə ki, məhkəmə tərəfindən tədqiq edilmiş icra işinin materiallarından görünür ki, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 02 mart 2018-ci il tarixli 2(011)-624/2018 saylı qətnaməsi ilə Borclu X9 qarşı 10.000 manat kompensasiya ödənilməklə 29 sentyabr 2001-ci il təvəllüdlü X8 və 27 dekabr 2004-cü il təvəllüdlü X10 ilə birlikdə Bakı şəhəri, Xətai rayonu, Gen.Mehmandarov küçəsi, 54 saylı evin 100 saylı mənzilinə istifadə hüquqlarının itirilərək mənzildən çıxarılmalarına dair iddia ərizəsi rədd edilmiş, Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 29 noyabr 2018-ci il tarixli, 2(103)-12047/2018 saylı qətnaməsi ilə Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-624/2018 saylı, 02 mart 2018-ci il tarixli qətnaməsi ləğv edilmiş, iddia qismən təmin edilərək iddiaçı Borclu tərəfindən 12.000 manat kompensasiya ödənilməklə cavabdeh X7 himayəsində olan yetkinlik yaşına çatmamış övladı 29 sentyabr 2001-ci il təvəllüdlü X8 ilə birlikdə Bakı şəhəri, Xətai rayonu, Gen.Mehmandarov küçəsi, 54 saylı evin 100 saylı mənzilinə istifadə hüquqlarına xitam verilməsi və həmin mənzildən çıxarılmaları qət edilmişdir. Bakı şəhəri Xətai rayon İcra şöbəsi tərəfindən 19 aprel 2019-cu il tarixdə Bakı Apellyasiya Məhkəməsinin 2(103)-12047/2018 saylı, 29 noyabr 2018-ci il tarixli icra sənədi üzrə icraata başlamaq haqqında qərar qəbul edilmiş, borclu X9 tələbin könüllü icrası haqqında bildiriş göndərilmişdir. İcra işinin materiallarından həmçinin görünür ki, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 21 may 2019-cu il tarixli 2(011)-2888/2019 saylı icra vərəqəsinə görə 27 dekabr 2004-cü il təvəllüdlü X5 yetkinlik yaşına çatanadək saxlanılması üçün X7 xeyrinə Borclu məhkəmə qətnaməsi ilə tutulan 117 manat məbləğində aliment öhdəliyinə xitam verilməlidir. 22 may 2019-cu il tarixdə Bakı şəhəri Xətai rayon İcra şöbəsi tərəfindən icraata başlamaq haqqında qərar qəbul edilmişdir. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 27 iyun 2019-cu il tarixli 2(011)-5407/2019 saylı icra vərəqəsinə görə 27 dekabr 2004-cü il təvəllüdlü X5 yetkinlik yaşına çatanadək saxlanılması üçün iddiaçının aliment tələbi ilə məhkəməyə müraciət etdiyi vaxtdan, yəni 07 may 2019-cu il tarixdən başlayaraq hər ay 117 manat sabit pul məbləğində aliment cavabdeh X6 iddiaçı Borclu xeyrinə tutulmalı, 20 oktyabr 2017-ci il tarixdən iddiaçı Borclu əmək haqqından aliment pulu tutularaq cavabdeh X7 bank hesabına köçürülən 4880 manat məbləğində vəsaitin 50 faizini təşkil edən 2440 manat məbləğində pul iddiaçı Borclu geri qaytarılmalıdır. 21 avqust 2019-cu il tarixdə Bakı şəhəri Xətai rayon İcra şöbəsi tərəfindən icraata başlamaq haqqında qərar qəbul edilmişdir. İcra sənədi üzrə borclu X11 tələbkar Borclu heç bir aliment ödənişi etməmişdir. Bakı şəhəri Xətai rayon İcra şöbəsi tərəfindən borcluya dəfələrlə çağırış ünvanlanmış, lakin o, məhkəmə qərarının icrasından yayınmışdır. 09 noyabr 2022-ci il tarixdə borclunun axtarışı ilə bağlı qərar qəbul edilərək Xətai rayon Polis İdarəsinə göndərilmişdir. X6 Bakı şəhəri Xətai rayon İcra şöbəsi tərəfindən 06 dekabr 2022-ci il tarixdə izahat alınmış, o, izahatında 7320 manat aliment borcunun olmasını yeni öyrəndiyini, hazırda işsiz olduğunu, borcun aylara bölünməklə ödəyə biləcəyini bildirmişdir. 06 dekabr 2022-ci il tarixli inzibati xəta haqqında protokoldan görünür ki, X11 Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinə əsasən (icra sənədindəki tələbin üzrsüz səbəbdən icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə icra edilməməsinə və ya icra məmurunun məhkəmə və ya başqa dövlət orqanlarının qərarlarının icrası ilə əlaqədar digər qanuni tələblərinin yerinə yetirilməməsinə görə) inzibati məsuliyyətə cəlb edilmişdir. Məhkəmə təhlil edilmiş icra işinin materiallarını nəzərdən keçirərək hesab edir ki, icra işindən göründüyü kimi, iş üzrə X11 barəsində 09 noyabr 2022-ci il tarixdə axtarış işi açılmışdır. Qeyd edilən icra sənədləri üzrə borclu X11 bugünədək Borclu heç bir ödəniş etməmişdir. Təhlil edilmiş materiallardan görünür ki, borclu Səfiyə Məmmədova öhdəliyinin icrasından yayınır. Borclu Xətai rayon İcra şöbəsinin depozit hesabına 4.400 manat ödəniş köçürmüşdür. X4 tərəfindən həmin vəsait götürülməmişdir. Məhkəmə tədqiq olunmuş sübutlara məcmu halında qiymət verib belə nəticəyə gəlir ki, hazırkı iş üzrə ərizəçinin də Borclu qarşısında ödənilməmiş borc öhdəliyi olduğundan, onun hazırkı ərizəsi rədd edilməlidir. Azərbaycan Respublikası MPM-nin 232.3.-cü maddəsinə əsasən ödənilməli pul məbləğlərinin indeksasiyası barədə məhkəmə qərardadından şikayət verilə bilər. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının MPM-nin 232, 263-264cü maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: X1 - Bakı Apellyasiya Məhkəməsinin 29 noyabr 2018-ci il tarixli qətnaməsi ilə tələbkara ödənilməli olan 12.000 manat pul məbləğinin indeksasiyasının həyata keçirilməsi barədə ərizəsi rədd edilsin. Qərardaddan onun tərəflərə rəsmi qaydada verildiyi tarixdən 10 gün müddətində (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) Bakı şəhəri Xətai Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Aygün Həsənova
Məhkəmə qərarları › İş №8(011)-105/2023
Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qərardad — İş №8(011)-105/2023
16.03.2023 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver