Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 8(011)-1054/2025 28.11.2025 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Eyvazova Samirə Əli qızının sədrliyi Hüseynova Nuranə Rafiq qızının katibliyi ilə X1 iştirakı ilə, X1 qərardadın icra üsulunun dəyişdirilməsi barədə ərizəsinə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ:
1. X1 qərardadın icra üsulunun dəyişdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət etmişdir.
2. Ərizə onunla əsaslandırılır ki, Bakı Şəhəri Xətai Rayon Məhkəməsinin e-2(011)- 6586/2025 nömrəli xx.xx.2025-ci il tarixli qərardadı ilə ərizə qismən təmin edilərək, iş üzrə yekun məhkəmə aktı qəbul edilənədək, X2 xx.xx.2022-ci il təvəllüdlü X8 ilə hər həftənin şənbə günü saat 12:00-dan 16:00-dək ananın iştirakı ilə azyaşlının mənafeyinə uyğun yerlərdə ünsiyyətdə olması müəyyən edilmiş, ərizə qalan hissədə təmin edilməmişdir. Məlum olduğu kimi artıq iş üzrə yekun məhkəmə aktı qəbul edilərək, Bakı Şəhəri Xətai Rayon Məhkəməsinin e-2(011)-6586/2025 nömrəli xx.xx.2025-ci il tarixli qətnaməsi ilə qət edilmişdir ki, iddiaçı X6 ilə cavabdeh X7 arasında xx.xx.2021-ci il tarixində 4560 nömrəli akt qeydi ilə 5 saylı "ASAN Xidmət" mərkəzi Qeydiyyat Şöbəsində qeydə alınmış nikah pozulsun. xx.xx.2022-ci il təvəllüdlü X8 boşanmadan sonra anası X3 yanında qalsın. Qarşlıqlı iddia qismən təmin edilsin. X2 xx.xx.2022-ci il təvəllüdlü X8 ilə ünsiyyət hüququ müəyyən edilsin və ünsiyyət qaydası ananın iştirakı olmadan hər həftənin şənbə günü saat 12:00-dan 16:00-dək təyin edilsin. Ünsiyyət hüququnun təmin edilməsi üçün uşaq onların yaşayış yeri üzrə ünvan 1 ünvanında hər həftənin şənbə günü saat 12:00-da X6 tərəfindən X4, həmin gün saat 16:00-da isə eyni ünvanda X7 tərəfindən X5 təhvil verilsin. Məhkəmə qərardadında ərizəçinin övladı ilə ünsiyyət forması ananın iştirakı, məhkəmə qətnaməsində isə ananın iştirakı olmadan müəyyən olunmuşdur. Bu səbəbdən Bakı Şəhəri Xətai Rayon Məhkəməsinin e-2(011)-6586/2025 nömrəli xx.xx.2025-ci il tarixli qərardadının icra üsulunun dəyişdirilməsinə zərurət vardır.
3. Bakı Şəhəri Xətai Rayon Məhkəməsinin e-2(011)-6586/2025 nömrəli xx.xx.2025-ci il tarixli qərardadı ilə müəyyən edilmiş X2 xx.xx.2022-ci il təvəllüdlü X8 ilə hər həftənin şənbə günü saat 12:00-dan 16:00-dək ananın iştirakı ilə azyaşlının mənafeyinə uyğun yerlərdə ünsiyyətdə olması qaydasını dəyişərək, iş üzrə yekun məhkəmə aktı qanuni qüvvəsini alanadək xx.xx.2022-ci il təvəllüdlü X8 ilə hər həftənin şənbə günü saat 12:00dan 16:00-dək ananın iştirakı olmadan qaydasında müəyyən edilməsini xahiş etmişdir.
Tərəflərin izahatı:
4. Məhkəmə iclasında iştirak edən ərizəçi X7 ərizənin məzmununa uyğun izahat verərək bildirmişdir ki, Xətai Rayon Məhkəməsinin qətnaməsi ilə X6 ilə arasında bağlanmış nikah pozulması, birgə nikahdan olan 2022-ci il təvəllüdlü X8 anasının yanında qalması və uşağın atası ilə hər həftənin şənbə günü saat 12:00-dan 16:00-dək ananın iştirakı olmadan ünsiyyət hüququnun müəyyən edilməsi qət edilmişdir. Lakin iddiaçı uşaqla ünsiyyətin ananın iştirakı olmadan müəyyən edilməsi hissəsi ilə razı qalmadığı üçün apellyasiya şikayəti vermişdir. İş hazırda apellyasiyadadır, ancaq ərizəçi iş apellyasiyada yekunalaşana qədər müvəqqəti təminat tədbiri ilə müəyyən edilmiş ünsiyyət qaydasının dəyişdirilərək övladı ilə ananın iştirakı olmadan ünsiyyətdə olmaq hüququnun müəyyən edilməsini, ərizənin təmin edilməsini məhkəmədən xahiş etmişdir.
5. Maraqlı şəxsə məhkəmə iclasının vaxtı və yeri barədə əvvəlcədən lazımi qaydada məlumat verilməsinə baxmayaraq məhkəmə iclasında heç bir tərəf iştirak etməmiş və iştirak etməmələrinin üzrlü səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 231.2-ci maddəsinə əsasən, təqdimata tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.
Tətbiq edilən hüquq:
6. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi: 231.1. İşə baxmış hakim, işdə iştirak edən şəxslərin ərizəsi üzrə tərəflərin əmlak vəziyyətinə və digər hallara əsasən qətnamənin icrasına möhlət verməyə və ya qətnaməni hissə-hissə icra etdirməyə, habelə onun icra üsulunu və qaydasını dəyişdirməyə haqlıdır.
İşə baxan məhkəmənin mövqeyi:
7. Məhkəmə ərizəni, ərizəyə əlavə olunan sənədləri, icra işini araşdırıb hesab edir ki, ərizə rədd edilməlidir.
8. Belə ki, məhkəmə araşdırması zamanı müəyyən edimişdir ki, ərizəçi öz ərizəsində qətnamənin icrası üsulunun dəyişdirilməsi ilə bağlı müraciət etməsinə baxmayaraq müraciət əslində xx.xx.2025-ci il tarixli e-16(011)-734/2025 saylı müvəqqəti təminat tədbiri ilə bağlı qərardadın icrası üsulunun dəyişdirilməsi ilə bağlıdır.
9. Eyni zamanda müəyyən edilmişdir ki, tərəflər arasında haırki məsələ ilə bağlı xx.xx.2025-ci il tarixli e-2(011)-6586/2025 saylı qətnamə qəbul edilmiş və həmin qətnamədən verilmiş şikayət Bakı Apellyasiya Məhkəməsinin icraatındadır və apellyasiya şikayəti məh ünsiyyət formasının ananın iştirakı olub-olmadan müəyyən edilməsi ilə bağlıdır.
10. Məhkəmə qeyd edir ki, mülki prosessul qanunveriliciyin tələbinə əsasən müvəqqəti təminat tədbirinin icrası üsulunun dəyişdirilməsi qaydası müəyyən edilməmişdir. Eyni zamanda ərizəçinin şikayətinin əsasının təşkil edən məsələ ilə bağlı yuxarı instansiya məhkəməsinin icraatında mülki iş mövcuddur. Qeyd edilənlərə əsasən, məhkəmə ərizəni əsaslı hesab etmir.
11. Şərh olunanlara əsasən, Azərbaycan Respublikası MPM-nin 263-264-cü maddələrini rəhbər tutaraq məhkəmə
QƏRARA ALDİ:
1. Ərizə rədd edilsin.
2. Qərardaddan rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsinə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan kabinetdən elektron qaydada) şikayət verilə bilər.
Hakim: Samirə Eyvazova