Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 8(011)-1055/2022 16.11.2022 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Hacıyeva Sahibə Cavid qızının sədrliyi, Həsənov Elçin Mehman oğlunun katibliyi ilə, X1 iştirakı ilə, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin e-2(011)-5253/2022 saylı, xx.xx.2022-ci il tarixli qətnaməsi üzrə borcun hissə-hissə icra edilməsi barədə borclu X5 tərəfindən verilmiş ərizəyə açıq məhkəmə iclasında baхaraq, məhkəmə müəyyən etdi: Bakı şəhəri Xətai Rayon Məhkəməsinin e-2(011)-5253/2022 saylı, xx.xx.2022-ci il tarixli qətnaməsi üzrə X3 ümumilikdə 2185,40 manat məbləğində pulun iddiaçı Tələbkar MMC-nin xeyrinə hər ay 50 manat civarında hissə-hissə ödənilməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, Xətai Rayon Məhkəməsinin 28.092022-ci il tarixli qətnaməsi üzrə X2ndan STB03-2592 saylı alğı-satqı müqaviləsinə əsasən 188 manat əsas borc, 18 manat dəbbə pulu, MOB03-0998 saylı alğı-satqı müqaviləsinə əsasən 266 manat əsas borc, 26 manat dəbbə pulu, STN03-2830 saylı alğı-satqı müqaviləsinə əsasən 78 manat əsas borc, 7 manat dəbbə pulu, MOB03-1120 saylı alğı-satqı müqaviləsinə əsasən 180 manat əsas borc, 18 manat dəbbə pulu, SNT03-2953 saylı alğı-satqı müqaviləsinə əsasən 237 manat əsas borc, 23 manat dəbbə pulu, STN03-3269 saylı alğısatqı müqaviləsinə əsasən 1000 manat əsas borc, 100 manat dəbbə ümumilikdə 2141 manat pul məbləği və iddia ərizəsinin verilməsinə görə ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 45,40 manat məbləğində pul alınaraq Tələbkar MMC-nə ödənilməsi qət edilmişdir. Ərizəçi hesab edir ki, fərdi əməklə məşğul olduğu və iki yetkinlik yaşına çatmayan övladlarını da öz yanında saxlayaraq onların qayğısını çəkdiyi vaxtda sözü gedən məhkəmə qətnaməsində göstərilən pulun tam olaraq ərizəçidən tutulması ədalətsizlikdir. Ərizəçi iki övladını tək boyütdüyünü və kifayət qədər əziyyət çəkdiyinidə qeyd edir. Xəyalə Həsənova həmin pulun qalığını mövcud vəziyyəti ilə əlaqədər olaraq hər ay 50 manat civarında hissə-hissə ödəmək imkanı vardır. Odur ki, onun ailə və maddi vəziyyətini nəzərə alaraq bu barədə müvafiq qərardad qəbul edilməsini ədalətli hesab edir. Ərizəçi sözügedən məhkəmə aktının surətini xx.xx.2022-ci ildə məhkəmədən almış və həmin sənəddə qeyd olunmuş ümumi borcun qalıq hissəsini tam məbləğdə, birdəfəlik deyil, yalnız hissə-hissə ödənilməli olmasına razıdır və bunu nəzərə almağı maddi vəziyyətinə uyğun daha məqsədə müvafiq, ədalətli və qanuni hesab edir. X2 məhkəmə iclasında ərizəyə uyğun izahat verərək, məhkəmədən ərizənin təmin edilməsini xahiş etdi Bakı şəhəri Xətai Rayon İcra şöbəsi və tələbkar təqdimata baxılması üçün təyin edilmiş məhkəmə iclasının vaxtı və yeri haqqında xəbərdar edilməklə məhkəmə iclasına çağırılmış, lakin onlar (nümayəndələri) məhkəmə iclasına gəlməmişlər. Bakı şəhəri Xətai rayon İcra Şöbəsinin nümayəndəsinin icra məmurunun və borclunun məhkəmə iclasına gəlməməsi məhkəmə qarşısında qoyulmuş məsələnin həll edilməsinə mane olmadığından, Azərbaycan Respublikası MPM-nin 231.2-ci maddəsinə əsasən məhkəmə təqdimata onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 231.2-ci maddəsinə əsasən, təqdimata onun iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə borclunun izahalartını dinləyib, ərizəni və iş matеriallarını nəzərdən kеçirib bеlə hеsab еdir ki, ərizə əsassızdır və rədd olunmalıdır. İş materiallarında olan Bakı şəhəri Xətai Rayon Məhkəməsinin e-2(011)-5253/2022 saylı, xx.xx.2022-ci il il tarixli qətnaməsi ilə X3 ümumilikdə 2141 manat məbləğində borc və 45,40 manat dövlət rüsumu tutularaq Tələbkar MMC-nin xeyrinə ödənilməlidir. Azərbaycan Rеspublikasının Konstitusiyasının 129-cu maddəsinə əsasən məhkəmənin qəbul еtdiyi qərarlar dövlətin adından çıхarılır və onların icrası məcburidir. Azərbaycan Rеspublikasının Mülki Prosеssual Məcəlləsinin 15.3-cü maddəsinə əsasən məhkəmə aktının icra olunmaması qanunda nəzərdə tutulmuş məsuliyyətlə nəticələnir. «İcra Haqqında» Azərbaycan Rеspublikasının Qanununun 15-ci maddəsinə əsasən tərəflər icra sənədinin icrasına möhlət vеrilməsi və ya onun hissə-hissə icrası haqqında işə baхmış məhkəməyə müraciət еdə bilərlər. Borclunun əmlak vəziyyətini və digər halları nəzərə alaraq, məhkəmə həmin müraciətlərə Azərbaycan Rеspublikasının Mülki Prosеssual Məcəlləsinin 231-ci maddəsi ilə müəyyən еdilmiş qaydada baхır. Azərbaycan Rеspublikasının Mülki Prosеssual Məcəlləsinin 231.1-ci maddəsin əsasən işə baxmış hakim, işdə iştirak edən şəxslərin ərizəsi üzrə tərəflərin əmlak vəziyyətinə və digər hallara əsasən qətnamənin icrasına möhlət verməyə və ya qətnaməni hissə-hissə icra etdirməyə, habelə onun icra üsulunu və qaydasını dəyişdirməyə haqlıdır. Həmin maddənin mənasından görünür ki, qətnamənin icrasına möhlət vеrməyə və ya qətnaməni hissə-hissə icra еtdirməyə dair ərizələrə baхarkən işə baхmış hakim tərəfindən tərəflərin əmlak vəziyyəti və digər hallar nəzərə alınmalıdır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 231.1-ci maddəsinin bəzi müddəalarının şərh edilməsinə dair» xx.xx.2015-ci il tarixli Qərarında qeyd olunmuşdur ki, qətnamənin icra qaydasının dəyişdirilməsi işdə iştirak edən şəxslərin məhkəmə müdafiəsi hüququnun səmərəliliyini təmin edən vasitə kimi qiymətləndirilir və belə yanaşma Konstitusiyanın 60-cı maddəsinin İ hissəsinin tələblərinə cavab verir. «Məhkəmə qətnaməsi haqqında» Azərbaycan Rеspublikası Ali Məhkəməsinin 24 noyabr 2005-ci il tariхli 4 №-li qərarının 12-ci bəndində göstərilir ki, qətnamənin icrasına möhlət vеrilməsi və ya onun hissə-hissə icra edilməsi müstəsna hal olub, qətnamənin icrası üçün çətinlik törədən və yaхud borclu üçün yaranmış əlvеrişsiz hallarda tətbiq oluna bilər və məhkəmələr bu məsələləri həll еtdikdə təkcə borclunun dеyil, tələbkarın mənafеyini də nəzərə almalıdırlar. "Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı "İnsan hüquqlannın və əsas azadlıqların müdafıəsi haqqında" Avropa Konvensiyası müddəalarının və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 30 mart 2006-cı il tarixli qərarının 6-cı bəndində deyilir ki, mülki işlər üzrə məhkəmə baxışı müddəti iddia ərizəsinin məhkəməyə daxil olduğu vaxtdan başlayır və məhkəmə qərarının icrasının başa çatmasına kimi davam edir. Hər bir iş üzrə «ağlabatan müddət» konkret işin xarakterindən, mürəkkəbliyindən, ərizəçinin proseslə bağlı davranışından asılı olaraq müəyyənləşdirilməlidir. Konvensiyanın 6-cı maddəsinə əsasən məhkəmə qətnaməsinin icrası müddəti məhkəmə baxışının tərkib hissəsi kimi qiymətləndirilir. Məhkəmələr məhkəmə aktlarının icrasına möhlət verilməsi, icranın dayandırılması, icra üsulunun dəyişdirilməsi, həmçinin məhkəmə icraçılarının hərəkətlərindən verilən şikayətlərlə əlaqədar məsələlərə baxarkən Konvensiyanın məhkəmə qətnamələrinin ağlabatan müddətdə icra olunması tələbini nəzərə almalıdırlar. Belə ki, Qanunun mənasına görə icra sənədinin hissə-hissə icra edilməsinə o hallarda yol verilir ki, belə icra mümkün olur, borcluya məxsus əmlak mövcud olmur və məhkəmə, qətnamənin digər formada icra olunmasının qeyri-mümkün olduğu qənaətinə gəlir. Bundan başqa məhkəmə qeyd edir ki, prosessual qanunvericilikdə icra sənədinin hissə-hissə icrasına dair konkret müddəalar (icranın müddəti, ardıcıllığı, icra ediləcək hərəkətlərin və ya ödəniləcək məbləğlərin həcmi və s.) olmasa da, icra sənədinin hissəhissə icrası nəticəsində yaranan ümumi icra müddəti ağlabatan olmalı və bu məsələnin həllində hər iki tərəfin, yəni borclu və tələbkarın mənafeyi eyni cür qorunmalıdır. Eyni zamanda Avropa İnsan Hüquqları Məhkəməsi özünün bir çox qərarlarında məhkəmə aktlarının vaxtında icra edilməməsini ədalətli məhkəmə araşdırmasının həyata keçirilməsinin təmin edilməməsi kimi qiymətləndirmişdir. Məhkəmə nəzərə alır ki, borclu qətnamənin icra üsulunun və qaydasının dəyişdirilməsi dair ərizə ilə müraciət edərkən bunun səbəbi kimi maddi imkanının aşağı olması ilə əlaqədar oduğunu bildirmişdir. Məhkəmə hesab edir ki, qətnamənin icrasını mümkünsüz edə bilən borclunun əmlak vəziyyətinin ağırlığı ilə bağlı hallar sübuta yetirilmədiyinə görə, həmçinin tələbkarın da mənafeyi nəzərə alınmaqla ərizə təmin oluna bilməz. Həmçinin tərəflərin əmlak vəziyyəti ilə bağlı olmayan hallarla əlaqədar icra sənədinin hissə-hissə icra olunmasını təmin etmək həm də o zaman mümkündür ki, borclu ilə bağlı yaranmış və qətnamənin icrasını mümkünsüz edən ciddi əlverişsiz halların mövcudluğu mötəbər sübutlarla təsdiq olunsun. Bu mənada nəzərə alınmalıdır ki, borclu məhkəməyə icra sənədinin icrasını mümkünsüz edən əlverişsiz halların mövcudluğunu sübut edən sübutları məhkəməyə təqdim edə bilməmişdir. Buna görə məhkəmə hesab edir ki, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin e-2(011)- 5253/2022 saylı, xx.xx.2022-ci il tarixli qətnaməsi üzrə borcun hissə-hissə icra edilməsi barədə borclu X6 tərəfindən verilmiş ərizəsi təmin edilməməlidir. Yuхarıda qеyd olunanlara əsasən və Azərbaycan Rеspublikasının Mülki Prosеssual Məcəlləsinin 231, 263-264, 266-268-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Bakı şəhəri Xətai Rayon Məhkəməsinin e-2(011)-5253/2022 saylı, xx.xx.2022-ci il tarixli qətnaməsi üzrə borcun hissə-hissə icra edilməsi barədə borclu X6 tərəfindən verilmiş ərizə təmin edilməsin. Qərardad rəsmi qaydada verildiyi gündən 10 gün müddətində ondan Bakı şəhəri Xətai Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Sahibə Hacıyeva
Məhkəmə qərarları › İş №8(011)-1055/2022
Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qərardad — İş №8(011)-1055/2022
16.11.2022 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver