Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 8(011)-106/2023 17.02.2023 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Eyvazova Samirə Əli qızının sədrliyi Xəlilzadə Cəfər Həmid oğlunun katibliyi Tələbkar X1 iştirakı ilə X1 Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli 2(011)-5407/2019 nömrəli qətnaməsi ilə müəyyən edilmiş borcun hissə-hissə ödənilməsinə dair ərizəsinə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli 2(011)-5407/2019 nömrəli qətnaməsinə əsasən cavabdeh X3 07 may 2019-cu il tarixindən başlayaraq hər ay 117 manat sabit pul məbləğində alimentin tutularaq iddiaçı Tələbkar verilməsi, həmçinin 20 oktyabr 2017-ci il tarixdən iddiaçı Tələbkar əmək haqqından aliment pulu olaraq cavabdeh X4 bank hesabına köçürülən 4880 (dörd min səkkiz yüz səksən) manat məbləğində vəsaitin 50 faizini təşkil edən 2440 (iki min dörd yüz qırx) manat məbləğində pulun iddiaçı Tələbkar geri qaytarılması qət edilmişdir. Daha sonra X2 Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli 2(011)- 5407/2019 nömrəli qətnaməsi ilə müəyyən edilmiş 4880 (dörd min səkkiz yüz səksən) manat məbləğində vəsaitin 50 faizini təşkil edən 2440 (iki min dörd yüz qırx) manat məbləğində pulun hissə-hissə ödənilməsinə dair ərizə ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə iclasında X2 ərizəni müdafiə edərək izahatında göstərmişdir ki, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli 2(011)-5407/2019 nömrəli qətnaməsinə əsasən cavabdeh X3 07 may 2019-cu il tarixindən başlayaraq hər ay 117 manat sabit pul məbləğində alimentin tutularaq iddiaçı Tələbkar verilməsi, həmçinin 20 oktyabr 2017-ci il tarixdən iddiaçı Tələbkar əmək haqqından aliment pulu olaraq cavabdeh X4 bank hesabına köçürülən 4880 (dörd min səkkiz yüz səksən) manat məbləğində vəsaitin 50 faizini təşkil edən 2440 (iki min dörd yüz qırx) manat məbləğində pulun iddiaçı Tələbkar geri qaytarılması qət edilmişdir. Maddi vəziyəti ilə əlaqədar borcunu vaxtı-vaxtında ödəyə bilməmişdir. Hazırda isə heç bir yerdə işləmədiyinin və borcu tam ödəməyə maddi imkanının olmadığını bildirmişdir. X2 öz izahatında bildirmişdir ki, yalnız hər ay 117 manat ödəmək iqtidarındadır. Ona görə də Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli 2(011)-5407/2019 nömrəli qətnaməsinə əsasən müəyyən edilmiş iddiaçı Tələbkar əmək haqqından aliment pulu olaraq cavabdeh X4 bank hesabına köçürülən 4880 (dörd min səkkiz yüz səksən) manat məbləğində vəsaitin 50 faizini təşkil edən 2440 (iki min dörd yüz qırx) manat məbləğində pulun hissə-hissə ödənilməsinə dair qərardad qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında Tələbkar ərizəni qəbul etməyərək etirazında göstərmişdir ki, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli 2(011)-5407/2019 nömrəli qətnaməsinə əsasən cavabdeh 07 may 2019-cu il tarixindən başlayaraq hər ay 117 manat sabit pul məbləğində alimentin tutularaq ona verilməsi, həmçinin 20 oktyabr 2017-ci il tarixdən iddiaçı Tələbkar əmək haqqından aliment pulu olaraq cavabdeh X4 bank hesabına köçürülən 4880 (dörd min səkkiz yüz səksən) manat məbləğində vəsaitin 50 faizini təşkil edən 2440 (iki min dörd yüz qırx) manat məbləğində pulun ona geri qaytarılması qət edilmişdir. Belə ki, qətnamənin icrasının onun tərəfindən uzun müddət gözləməsi ilə nəticələnəcəyindən hazırki hissə-hissə barədə ərizənin rədd edilməsini xahiş etmişdir. Tətbiq edilən hüquq: İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında 1950-ci il Konvensiyası : 6.1. Hər kəs, onun mülki hüquq və vəzifələri müəyyən edilərkən və ya ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (MPM): 231.1. işə baxmış hakim, işdə iştirak edən şəxslərin ərizəsi üzrə tərəflərin əmlak vəziyyətinə və digər hallara əsasən qətnamənin icrasına möhlət verməyə və ya qətnaməni hissə-hissə icra etdirməyə, habelə onun icra üsulunu və qaydasını dəyişdirməyə haqlıdır. 231.4. qətnamə icrasına möhlət verilməsi və ya onun hissə-hissə icra edilməsi barədə məhkəmə qərardadından şikayət verilə bilər. İşə baxan məhkəmənin mövqeyi: Məhkəmə tərəflərin izahatını dinləyib, ərizəni və ərizəyə əlavə olunan sənədləri araşdırıb hesab edir ki, ərizə təmin edilməməlidir. Məhkəmə qeyd edir ki, Avropa İnsan Hüquqları Məhkəməsi özünün bir çox qərarlarında məhkəmə aktlarının vaxtında icra edilməməsini ədalətli məhkəmə araşdırmasının həyata keçirilməsinin təmin edilməməsi kimi qiymətləndirmişdir. Belə ki, İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında Konvensiyanın 6-cı maddəsinə əsasən hər kəs, onun mülki hüquq və vəzifələri müəyyən edilərkən və ya ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir. Məhkəmə hesab edir ki, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli 2(011)-5407/2019 nömrəli qətnaməsinə əsasən müəyyən edilmiş 20 oktyabr 2017-ci il tarixdən iddiaçı Tələbkar əmək haqqından aliment pulu olaraq cavabdeh X4 bank hesabına köçürülən 4880 (dörd min səkkiz yüz səksən) manat məbləğində vəsaitin 50 faizini təşkil edən 2440 (iki min dörd yüz qırx) manat məbləğində pulun hissə-hissə ödənilməsi sonda tələbkarın məhkəmə aktının icrasını uzun müddət ərzində gözləməsi ilə nəticələnəcəyindən və tələbkar borcun hissə-hissə ona ödənilməsinə razı olmadığından, bunlarla yanaşı borclu bugünkü günə qədər öz borcu üzrə heç bir ödəniş etmədiyindən ərizə təmin edilməməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının MPM-nin 231, 263-264, 267-268-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: X1 Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli 2(011)-5407/2019 nömrəli qətnaməsinə əsasən müəyyən edilmiş iddiaçı Tələbkar əmək haqqından aliment pulu olaraq cavabdeh X4 bank hesabına köçürülən 4880 (dörd min səkkiz yüz səksən) manat məbləğində vəsaitin 50 faizini təşkil edən 2440 (iki min dörd yüz qırx) manat məbləğində pulun hissə-hissə ödənilməsinə dair ərizəsi təmin edilməsin. Qərardaddan 10 gün müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən Samirə Eyvazova
Məhkəmə qərarları › İş №8(011)-106/2023
Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qərardad — İş №8(011)-106/2023
17.02.2023 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver