Məhkəmə qərarları › İş №8(011)-1062/2025

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qərardad — İş №8(011)-1062/2025

01.12.2025 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 8(011)-1062/2025 01.12.2025 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Abbasova İlahə Namiq Kamal qızının sədrliyi, Musayeva Aytəkin Bulud qızının katibliyi ilə, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-1062/2024 nömrəli, 06 may 2025-ci il tarixli icra sənədinin icrası ilə əlaqədar borclunun məcburi gətirilməsi barədə Bakı şəhəri Xətai rayon İcra şöbəsinin icra məmuru Elşən Bəşirlinin təqdimatına Bakı şəhəri Xətai Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏNETDİ Bakı şəhəri Xətai rayon İcra şöbəsinin icra məmuru Elşən Bəşirli təqdimatla məhkəməyə müraciət edərək bildirmişdir ki, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin e-2(011)-5834/2024- 042 nömrəli, xx.xx.2025-cü il tarixli icra sənədinə əsasən Borclu 29.000 manat pul vəsaiti və ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 177 manat alınaraq Tələbkar ödənilməlidir. İcra sənədi xx.xx.2025-ci il tarixdə daxil olduqdan sonra icraata başlamaq haqqında qərar qəbul edilmiş və qanunla müəyyən edilmiş 10 gün müddətində icra sənədi üzrə tələbin könüllü icra edilməsi üçün müvafiq qaydada qərarın surəti bildirişlə bərabər Borclu icra sənədində göstərilən ünvan 1 ünvanına göndərilmişdir. Borclu icraata başlamaq haqqında qərarın surətini və bildirişi qəbul etmiş ve edilən çoxsaylı xəbərdarlıqlara baxmayaraq icra şöbəsinə gəlməkdən boyun qaçırmışdır. Lakin, borclu bu günədək icra sənədi üzrə tələbi təmin etməmişdir. Göstərilənlərə əsasən təqdimatda Borclu Xətai rayon İcra Şöbəsinə məcburi gətirilməsi barədə qərardadın çıxarılması xahiş edilmişdir. İş üzrə icra məmuru, tələbkar və borclu məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq, məhkəmə iclasında iştirak etməmişlər. Məhkəmə onların iştirakları olmadan işə baxılmasını mümkün hesab edir. Məhkəmə təqdimatı və ona əlavə edilmiş sənədləri araşdırıb hesab edir ki, təqdimat təmin edilməli, icra sənədinin icrasının təmin edilməsi məqsədilə Borclu polis vasitəsi ilə Bakı şəhəri Xətai Rayon İcra Şöbəsinə məcburi gətirilməlidir. Belə ki, iş materiallarında olan Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-1062/2024 nömrəli, 06 may 2025-ci il tarixli icra sənədinə əsasən məlum olur ki, cavabdeh Borclu 29000 manat pul vəsaiti və ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 177 manat alınaraq, Tələbkar ödənilməlidir. İş materiallarında olan məktubun surətindən məlum olur ki, Xətai rayon İcra şöbəsinin 06 may 2025-ci il tarixli icra sənədi üzrə icraata başlamaq haqqında 06 may 2025-ci il tarixdə Borclu göndərilmişdir. Beləliklə, məhkəmə hesab edir ki, Borclu Bakı şəhəri Xətai Rayon Məhkəməsinin e-2(011)- 1062/2024 nömrəli, 06 may 2025-ci il tarixli icra sənədini xəbərdarlıq edilməsinə baxmayaraq, könüllü icra üçün müəyyən olunmuş vaxtda üzrsüz səbəbdən icra etmədiyindən, İcra məmurunın çağırışı ilə gəlməkdən üzrsüz səbəbdən yayınan Borclu Xətai Rayon İcra Şöbəsinə məcburi qaydada gətirilməlidir. Belə ki, “İcra haqqında” Azərbaycan Respublikası Qanunun 84.2-ci maddəsinə əsasən İcra məmurunın çağırışı ilə gəlməkdən və ya icra hərəkətlərinin həyata keçirildiyi yerə gəlməkdən üzrsüz səbəbdən yayınan şəxslər barəsində məhkəmənin qərarı əsasında məcburi gətirilmə tədbiri tətbiq olunur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-nin 263-264-cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARAALDİ: Təqdimat təmin edilsin. xx.xx.1989-cu il tarixdə Bakı şəhərində doğulmuş, ünvan 2 ünvanında qeydiyyatda olan Borclu Xətai Rayon İcra Şöbəsinə məcburi qaydada gətirilsin. Qərarın icrası Xətai Rayon Polis İdarəsinə tapşırılsın. Qərardan 10 gün müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən:İlahə Abbasova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar