Məhkəmə qərarları › İş №8(011)-1064/2024

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qərardad — İş №8(011)-1064/2024

28.10.2024 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 8(011)-1064/2024 28.10.2024 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Əliyev Şəhriyar İbrahim oğlunun sədrliyi, Bəndəliyev Zaur Taleh oğlunun katibliyi ilə, Bakı şəhəri Xətai rayon Məhkəməsinin 2(011)-7972/2021 nömrəli xx.xx.2021-ci il tarixli icra sənədinə əsasən, Borclu mülkiyyətində olan avtomobilinin üzərinə qoyulmuş həbsin götürülməsi barədə Bakı şəhəri Xətai rayon icra şöbəsinin icra məmuru Kəmalə Həsənova tərəfindən verilmiş təqdimata məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Bakı şəhəri Xətai rayon icra şöbəsinin icra məmuru Kəmalə Həsənova təqdimatla məhkəməyə müraciət edərək, Borclu məxsus “Mercedes Benz 190” minik markalı, **-BR- *** dövlət qeydiyyat nişanlı avtomobilin üzərindən həbsin götürülməsi barədə qərardad qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Təqdimat onunla əsaslandırılmışdır ki, Bakı Şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-7972/2021 nömrəli, xx.xx.2021-ci il tarixli icra sənədinə əsasən borclu X1 2287 manat məbləğində pul vəsaiti tutularaq tələbkar "xxxx" MMC-nin xeyrinə ödənilməlidir. İcra sənədi xx.xx.2021-ci il tarixdə Bakı şəhəri Xətai rayon İcra şöbəsinə daxil olmuş və qanunamüvafiq qaydada icraya yönəldilmişdir. Xətai Rayon Məhkəməsinin 8(011)- 1081/2022 saylı, xx.xx.2022-ci il tarixli qərardadına əsasən Borclu mülkiyyətində olan "Mercedes Benz 190 minik markalı, **-BR-*** dövlət qeydiyyat nişanlı avtomobillərin üzərinə həbs qoyulmuşdur. İcra sənədi borclu tərəfindən tam şəkildə icra olunduğundan tərəfimizdən AR "İcra haqqında" qanununun 20.1.5-ci maddəsinə əsasən icra sənədi üzrə icraata xitam verilməsini dair xx.xx.2024-cü il tarixli qərar qəbul edilmişdir. Borclu, tələbkar və icra məmuru təqdimata baxılması üçün təyin edilmiş məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməklə məhkəmə iclasına çağrılsalar da, onlar məhkəmə iclasına gəlməmiş, onların məhkəmə iclasına gəlməməsi məhkəmə qarşısında qoyulmuş məsələnin həll edilməsinə mane olmadığından, məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 231.2-ci maddəsinə əsasən təqdimata baxılmasını mümkün hesab etmişdir. Məhkəmə, təqdimatı və təqdimata əlavə edilmiş sənədləri nəzərdən keçirərək hesab edir ki, təqdimat təmin edilməlidir. Belə ki, təqdimata əlavə edilmiş Xətai rayon Məhkəməsinin 2(011)-7972/2021 nömrəli xx.xx.2021-ci il tarixli məhkəmə əmrinə - icra sənədinə əsasən, borcludan 2267 manat borc, 20 manat xərc olmaqla, cəmi 2287 manat məbləğində pul vəsaiti tutularaq Tələbkar MMC-nin xeyrinə ödənilməlidir. Təqdimata əlavə edilmiş sənədlərdən görünür ki, Xətai rayon İcra şöbsəi tərəfindən xx.xx.2021-ci il tarixdə “İcraata başlamaq haqqında” Qərar qəbul edilmiş, qərar və tələbin könüllü icrası barədə bildiriş Borclu göndərilmiş, həmçinin “Borclu tərəfindən imza edilməklə alınmışdır. Təqdimata əlavə edilmiş Xətai rayon Məhkəməsinin 8(011)-1081/2022 saylı, xx.xx.2022-ci il il tarixli qərardadından görünür ki, Borclu məxsus “Mercedes Benz 190” minik markalı, **-BR-*** dövlət qeydiyyat nişanlı avtomobilin üzərinə həbs qoyulması qərara alınmışdır. Təqdimata əlavə edilmiş xx.xx.2024-cü il tarixli qərardan görünür ki, Bakı şəhəri Xətai rayon Məhkəməsinin 2(011)-7972/2021 nömrəli xx.xx.2021-ci il tarixli icra sənədinə xitam verilmişdir. İş materiallarında olan Tələbkar Xətai rayon İcra şöbəsinə göndərdiyi məktubdan görünür ki, Bakı şəhəri Xətai rayon Məhkəməsinin 2(011)-7972/2021 nömrəli xx.xx.2021-ci il tarixli icra sənədi üzrə Borclu tərəfindən ödəniş edildiyindən “Mercedes Benz 190” minik markalı, **-BR-*** avtomobilin üzərinə qoyulmuş həbsin götürülməsi xahiş edilmişdir. Belə olan halda, məhkəmə hesab edir ki, Borclu tərəfindən borcdan ödəniş edildiyindən, icra sənədi üzrə borclunun əmlakı üzərinə həbs qoyulması əsasları aradan qaldırıldığından və tələbkarın təqdimatın təmin edilməsinə etiraz etmədiyindən təqdimat təmin edilməli, Bakı şəhəri Xətai rayon Məhkəməsinin 8(011)-1081/2022 saylı, xx.xx.2022ci il tarixli qərardadı ilə Borclu məxsus “Mercedes Benz 190” minik markalı, **-BR-*** dövlət qeydiyyat nişanlı avtomobilin üzərinə qoyulmuş həbs götürülməlidir. "İcra haqqında" Azərbaycan Respublikası Qanununun 50.4-cü maddəsinə əsasən tələbkara verilməsi və ya satılması nəzərdə tutulan əmlakın mühafizəsini təmin etmək üçün; borclunun əmlakının müsadirəsi haqqında məhkəmə qərarının icrasını təmin etmək üçün borclunun əmlakı üzərinə həbs qoyulur. Həmin Qanunun 20.1.1-ci maddəsinə əsasən məhkəmə tələbkarın tələbdən imtinasını qəbul etdikdə icra sənədi üzrə icraata xitam verilir. Həmin Qanunun 20.8-cü maddəsinə əsasən, icra sənədi məhkəməyə və ya icra sənədini vermiş digər orqana qaytarıldıqdan sonra icra məmuru təyin etdiyi bütün icra tədbirlərini ləğv edir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 263-264, 267-268-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Təqdimat təmin edilsin. Borclu məxsus “Mercedes Benz 190” minik markalı, **-BR-*** dövlət qeydiyyat nişanlı avtomobilin üzərinə qoyulmuş həbs götürülsün. Qərardaddan rəsmi qaydada verildikdən 10 (on) gün müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Şəhriyar Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar