Məhkəmə qərarları › İş №8(011)-1065/2024

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qərardad — İş №8(011)-1065/2024

04.11.2024 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 8(011)-1065/2024 04.11.2024 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Həsənova Aygün Namiq qızının sədrliyi, Quliyeva Nərmin İsmayıl qızının katibliyi ilə, Borclu məxsus avtomobilin üzərinə qoyulmuş həbsin götürülməsi barədə Bakı şəhəri Xətai rayon İcra şöbəsinin icra məmuru Kəmalə Həsənovanın təqdimatına açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Bakı şəhəri Xətai rayon İcra şöbəsinin icra məmuru Kəmalə Həsənova təqdimatla məhkəməyə müraciət edərək, Borclu məxsus “Mercedes Benz 190” minik markalı, **-BR- *** dövlət qeydiyyat nişanlı avtomobilin üzərinə qoyulmuş həbsin götürülməsi barədə qərardad çıxarılmasını xahiş etmişdir. Təqdimat onunla əsaslandırılmışdır ki, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin e- 2(011)-6818/2021-005 nömrəli, 05 oktyabr 2021-ci il tarixli icra sənədinə əsasən Borclu cəmi 812 manat və dövlət rüsumuna görə ödənilmiş 30 manatın alınaraq "xxxx" MMC-yə ödənilməsi və Bakı şəhəri Xətai Rayon Məhkəməsinin e-2(011)-3759/2024-006 nömrəli, 06 may 2024-cü il tarixli icra sənədi üzrə Borclu 1.677,83 manat məbləğində pul vəsaitinin tutularaq Tələbkar ASC-nin xeyrinə ödənilməsi qət edilmişdir. İcra sənədi 29 noyabr 2021ci il tarixdə Bakı şəhəri Xətai rayon İcra şöbəsinə daxil olmuş və qanunamüvafiq qaydada icraya yönəldilmişdir. Xətai Rayon Məhkəməsinin 8(011)-753/2024 saylı, 22 avqust 2024cü il tarixli qərardadına əsasən Borclu məxsus olan “Mercedes Benz 190” minik markalı, **-BR-*** dövlət qeydiyyat nişanlı avtomobilin üzərinə həbs qoyulmuşdur. İcra sənədi borclu tərəfindən tam şəkildə icra olunduğundan AR “İcra haqqında” qanununun 20.1.5-ci maddəsinə əsasən icra sənədi üzrə icraata xitam verilməsinə dair 18 oktyabr 2024-cü il tarixli qərar qəbul edilmişdir. Bakı şəhəri Xətai rayon İcra şöbəsi və işdə iştirak edən digər şəxslər təqdimata baxılması üçün təyin edilmiş məhkəmə iclasının vaxtı və yeri haqqında xəbərdar edilməklə məhkəmə iclasına çağırılmışlar. Lakin onlar məhkəmə iclasına gəlməmişlər. Bakı şəhəri Xətai rayon İcra şöbəsinin icra məmurunun və işdə iştirak edən digər şəxslərin məhkəmə iclasına gəlməməsi məhkəmə qarşısında qoyulmuş məsələnin həll edilməsinə mane olmadığından, Azərbaycan Respublikası MPM-nin 231.2-ci maddəsinə əsasən məhkəmə təqdimata onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə təqdimatı və təqdimata əlavə edilmiş sənədləri nəzərdən keçirərək hesab edir ki, təqdimat təmin olunmalıdır. İş materiallarından görünür ki, Bakı şəhəri Xətai rayon İcra şöbəsinin icra məmuru Kəmalə Həsənovanın təqdimatına əsasən Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 8(011)- 753/2024 saylı, 22 avqust 2024-cü il tarixli qərardadı ilə Borclu məxsus “Mercedes Benz 190” minik markalı, **-BR-*** dövlət qeydiyyat nişanlı avtomobilin üzərinə həbs qoyulmuşdur. Bakı şəhəri Xətai rayon İcra şöbəsinin icra məmuru Kəmalə Həsənova tərəfindən qəbul edilmiş 18 oktyabr 2024-cü il tarixli qərarlara əsasən tələb borclu tərəfindən tam şəkildə təmin edildiyindən Bakı şəhəri Xətai Rayon Məhkəməsinin e-2(011)-6818/2021- 005 nömrəli, 05 oktyabr 2021-ci il tarixli və Bakı şəhəri Xətai Rayon Məhkəməsinin e- 2(011)-3759/2024-006 nömrəli, 06 may 2024-cü il tarixli icra sənədləri üzrə icraata xitam verilmişdir. “İcra haqında” Azərbaycan Respublikası Qanununun 50.2-ci maddəsinə əsasən, icra sənədi icraya yönəldilənə qədər borclunun əmlakına həbs qoyulmayıbsa və ya icra sənədinin icrası zamanı tələbin borclunun əmlakına yönəldilməsi hallarında əmlak üzərinə həbs, bir qayda olaraq, icra məmurunun əsaslandırılmış təqdimatına əsasən məhkəmənin qərardadı ilə qoyulur. Azərbaycan Respublikası MPM-nin 236-cı maddəsinə əsasən, məhkəmə qətnamənin icrasını bu Məcəllənin 13-cü fəslində müəyyən olunmuş qaydada təmin edə bilər. Həmin Məcəllənin 162.1-ci maddəsinə əsasən, müvəqqəti təminat tədbirləri məhkəmənin təşəbbüsü ilə və ya tərəflərin, işdə iştirak edən şəxslərin, yaxud işdə iştirak etməyə cəlb edilməyən, lakin qəbul edilən qərardad onların hüquq və vəzifələrinə toxunan hallarda digər şəxslərin ərizəsi ilə həmin məhkəmənin özü tərəfindən ləğv oluna bilər. Göstərilənlərə əsasən, məhkəmə hesab edir ki, icra vərəqələrində göstərilən tələblər tam şəkildə icra edildiyindən və icra məmuru tərəfindən də icraata xitam verilməsi barədə qərarlar qəbul edildiyindən, görülən tədbirin zəruriliyi aradan qalxmışdır. Odur ki, təqdimat təmin edilərək Borclu məxsus “Mercedes Benz 190” minik markalı, **-BR-*** dövlət qeydiyyat nişanlı avtomobilin üzərinə qoyulmuş həbs götürülməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 162, 231, 263-264 və 267-ci maddələrini rəhbər tutaraq məhkəmə, qərara aldı: Təqdimat təmin edilsin. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 8(011)-753/2024 saylı, 22 avqust 2024-cü il tarixli qərardadına əsasən Borclu məxsus “Mercedes Benz 190” minik markalı, **-BR-*** dövlət qeydiyyat nişanlı avtomobilin üzərinə qoyulmuş həbs götürülsün. Qərardaddan onun tərəflərə rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) Bakı şəhəri Xətai Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Aygün Həsənova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar