Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 8(011)-1066/2022 10.11.2022 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Əliyev Şəhriyar İbrahim oğlunun sədrliyi, Nuriyev Xaliq Firqət oğlunun katibliyi, Tələbkar, Borclu iştirakları ilə, Bakı şəhəri Xətai rayon İcra şöbəsinin icra məmuru Vidadi Mahmudovun tərəflər arasında bağlanmış barışıq sazişinə baxılması barədə ərizəsinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: Bakı şəhəri Xətai rayon İcra şöbəsinin icra məmuru Vidadi Mahmudov məhkəməyə müraciət edərək, tərəflər arasında bağlanmış barışıq sazişinə baxılmasını xahiş etmişdir. Məhkəmə iclasında Tələbkar izahatında bildirdi ki, barışıq sazişində adının qarşısında olan imza onundur, qarşı tərəflə aralarında barışıq sazişi bağlanmış və razılıq əldə olunmuşdur, xx.xx.2022-ci il tarixdə barışıq sazişi bağlanmışdır, qeyd olunan barışıq sazişinin bəndləri ilə tanışdır, buna razıdır. Sonda Tələbkar barışıq sazişinin təsdiq edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında Borclu izahatında bildirdi ki, barışıq sazişində adının qarşısında olan olan imza onundur, tərəflə xx.xx.2022-ci il tarixdə barışıq sazişi bağlamışdırlar, qeyd olunan barışıq sazişi onunla bağlanmışdır, onun bəndləri ilə tanışdır. Sonda Borclu barışıq sazişinin təsdiq edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə, tərəflərin izahatlarını dinləyib, təqdimat və ona əlavə olunan sənədləri nəzərdən keçirib hesab edir ki, təqdimat əsaslı olduğundan təmin edilməlidir. Belə ki, materiala əlavə edilmiş Bakı şəhəri Xətai rayon Məhkəməsinin 2(011)- 3345/2019 saylı xx.xx.2019-cu il tarixli Qətnaməsindən görünür ki, iddia tələbi qismən təmin edilmiş, iddiaçı Tələbkar Bakı şəhəri, Xətai rayonu, Naximov küçəsi, 41 saylı evin, 26 saylı mənzilinə ½ hissədə payı müəyyən edilsin və o, yetkinlik yaşına çatmayan uşaqları X2 və X4 ilə birlikdə həmin mənzilə köçürülməsi qət edilmişdir. Materiala əlavə edilmiş Bakı Apellyasiya Məhkəməsinin 2(103)-10040/2019 saylı xx.xx.2019-cu il tarixli Qətnaməsi ilə cavabdeh Borclu apelyasiya şikayəti qismən təmin edilmiş, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-3345/2019 saylı, 30 aprel 2019-cu il tarixli qətnaməsi dəyişdirilmiş, iddiaçı Tələbkar 1269,48 manat tutularaq cavabdeh Borclu ödənilməsi, mübahisəli mənzilin alınması üçün götürülmüş kredit borcunun qalıq hissəsi tərəflərin paylarına uyğun olaraq aşağıdakı kimi bölüşdürülməsi, kredit ödənişinə görə 01 noyabr 2019-cu il tarixdən başlayaraq 01 avqust 2040-cı il tarixədək, hər ayın 1-i iddiaçı Tələbkar tərəfindən cavabdeh Borclu 131,96 manat ödənilməsi, qətnamənin qalan hissədə dəyişdirilmədən saxlanılması qət edilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2021-ci il tarixli 2(102)-167/21 saylı Qərarı ilə cavabdeh Borclu kassasiya şikayəti təmin edilməmiş, Bakı Apelyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)-10040/2019 nömrəli 16 oktyabr 2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Materiala əlavə edilmiş sənədlərdən görünür ki, Tələbkar xx.xx.2021-ci il tarixdə 43 saylı notariat ofisində təsdiq edilmiş ərizə ilə bildirmişdir ki, Borclu məxsus Bakı şəhəri, Xətai rayonu, Naximov küçəsi, 41 saylı evin, 26 saylı mənzilin satılmasına etiraz etmir. Materiala əlavə edilmiş sənədlərdən görünür ki, Bakı şəhəri Xətai rayon Məhkəməsinin 2(011)-3345 saylı xx.xx.2019-cu il tarixli Qətnaməsi və Bakı Apellyasiya Məhkəməsinin 2(103)-10040 saylı xx.xx.2019-cu il tarixli Qətnaməsi əsasında başlanılmış və hazırda Xətai rayon İcra şöbəsinin icraatında olan icra işi üzrə tərəflər Tələbkar və Borclu arasında xx.xx.2022-ci il tarixdə barışıq sazişi bağlanmışdır. Məhkəmə tərəfindən tədqiq olunmuş sübutlar əsasında müəyyən olunmuşdur ki, Xətai rayon Məhkəməsinin 2(011)-3345/2019 saylı xx.xx.2019-cu il tarixli Qətnaməsi ilə iddia tələbi qismən təmin edilmiş, iddiaçının Bakı şəhəri, Xətai rayonu, Naximov küçəsi, 41 saylı evin, 26 saylı mənzilinə ½ hissədə payı müəyyən edilməsi və o, yetkinlik yaşına çatmayan uşaqları X2 və X4 ilə birlikdə həmin mənzilə köçürülməsi qət edilmişdir, qüvvədə olan Bakı Apellyasiya Məhkəməsinin 2(103)-10040/2019 saylı xx.xx.2019-cu il tarixli Qətnaməsi ilə cavabdehin apelyasiya şikayəti qismən təmin edilmiş, Xətai Rayon Məhkəməsinin 2(011)-3345/2019 saylı, 30 aprel 2019-cu il tarixli qətnaməsi dəyişdirilərək, iddiaçıdan 1269,48 manat tutularaq cavabdehə ödənilməsi, mübahisəli mənzilin alınması üçün götürülmüş kredit borcunun qalıq hissəsi tərəflərin paylarına uyğun olaraq aşağıdakı kimi bölüşdürülməsi, kredit ödənişinə görə 01 noyabr 2019-cu il tarixdən başlayaraq 01 avqust 2040-cı il tarixədək, hər ayın 1-i iddiaçı tərəfindən cavabdehə 131,96 manat ödənilməsi və qətnamənin qalan hissədə (mənzil üzərində iddiaçının ½ hissədə payı müəyyən edilməsi və mənzilə köçürülməsi) dəyişdirilmədən saxlanılması qət edilmişdir, qətnamələr xx.xx.2021-ci il tarixdə icraya yönəldilmişdir, tərəflər arasında qeyd olunan qətnamələr - icra sənədləri üzrə xx.xx.2022-ci il tarixdə barışıq sazişi bağlanmışdır. Məhkəmə hesab edir ki, tərəflərin barışıq sazişi qanuna uyğun olduğundan və hər hansı bir şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozması hal məhkəmə tərəfindən müəyyən olunmadığından təsdiq edilməlidir. Belə ki, “İcra haqqında” Azərbaycan Respublikası Qanunun 20.1.2-ci maddəsinə görə məhkəmə tələbkar ilə borclu arasında barışıq sazişini təsdiq etdikdə icra sənədi üzrə icraata xitam verilir. Həmin Qanunun 20.2-ci maddəsinə əsasən, icra sənədi üzrə icraata xitam verilməsi barədə icra məmuru tərəfindən əsaslandırılmış qərar qəbul edilir. Həmin qərar icra qurumunun rəhbəri tərəfindən yoxlanılaraq təsdiq olunur və onun surəti 3 gün müddətində tərəflərə, habelə icra sənədini vermiş məhkəməyə və ya digər orqana (notarius istisna olmaqla) göndərilir. Şərh olunanlara əsasən, “İcra haqqında” Azərbaycan Respublikası Qanunun 20.1.2ci və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 263-264-cü maddələrini rəhbər tutub məhkəmə qərara aldı: Bakı şəhəri Xətai rayon Məhkəməsinin 2(011)-3345 saylı xx.xx.2019-cu il tarixli Qətnaməsi və Bakı Apellyasiya Məhkəməsinin 2(103)-10040 saylı xx.xx.2019-cu il tarixli Qətnaməsi əsasında başlanılmış və hazırda Xətai rayon İcra şöbəsinin icraatında olan icra işi üzrə Tələbkar və Borclu arasında xx.xx.2022-ci il tarixində bağlanmış aşağıdakı məzmunlu “Barışıq sazişi” təsdiq edilsin:
1. İddiaçı Tələbkar Xətai rayonu, Naximov küçəsi 41 saylı evin 26 saylı mənzilinə uşaqları ilə birlikdə köçməkdən və həmin mənzildə ½ hissədə payından və onun icra olunmasından imtina edir.
2. Xətai rayonu, Naximov küçəsi 41 saylı evin 26 saylı mənzilinin satışından ½ hissənin əvəzi olaraq naturada Tələbkar 13500 manat, Borclu 13500 manat aldıqlarını etiraf edirlər.
3. Xətai rayonu, Naximov küçəsi 41 saylı evin 26 saylı mənzili ipoteka ilə əvvəllər yüklü edildiyindən tərəflərə ödənilən ümumilikdə 27000 manat pul vəsaitindən əlavə olaraq mənzilin alıcısı X6 tərəfindən AFB Bank ASC-nə olan həmin mənzillə bağlı 42954 manat borcun ödənilməsini etiraf edirlər.
4. Xətai rayonu, Naximov küçəsi 41 saylı evin 26 saylı mənzili üzərindən məhkəmə tərəfindən qoyulmuş həbsin götürülməsi üçün hər iki tərəf məhkəməyə ərizə ilə müraciət etmələrini öhdələrinə götürürlər.
5. Tələbkar və Borclu bəyan edirlər ki, Xətai rayonu, Naximov küçəsi 41 saylı evin 26 saylı mənzilini alqı-satqı müqaviləsi üzrə X1 və bu mənzillə bağlı hal-hazırda və gələcəkdə hər hansı iddiada olmurlar.
6. Bakı Apellyasiya Məhkəməsinin 2(103)-10040 saylı xx.xx.2019-cu il tarixli qətnaməsi üzrə Borclu 1269.48 manat pulun və xx.xx.2019-cu il tarixdən başlayaraq xx.xx.2040cı il tarixədək hər ayın 1-i Tələbkar 131.96 manat pulun tutularaq Borclu ödənilməsindən Borclu imtina edir və bu barədə bir daha iddiada olmur.
7. Bu barışıq sazişi təsdiq olunduqdan sonra Xətai rayon İcra şöbəsinin icraatında olan Bakı Apellyasiya Məhkəməsinin 2(103)-10040 saylı xx.xx.2019-cu il tarixli və Xətai Rayon Məhkəməsinin 2(011)-3345 saylı xx.xx.2019-cu il tarixli qətnaməsi üzrə icra sənədi üzrə icraata xitam verilir.
8. Bu saziş Azərbaycan dilində, eyni hüquqi qüvvəyə malik olmaqla 2 səhifədən, 3 nüsxədə tərtib olunur və imzalanır. Tərəflərin hər birinə 1 nüsxə verilir. 1 nüsxə Xətai rayon İcra şöbəsinə verilir ki, Xətai Rayon Məhkəməsinə təsdiq olunması üçün göndərilsin. Qərardaddan, rəsmi qaydada verildikdən 10 gün müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsinə şikayət verilə bilər.
Sədrlik edən: Şəhriyar Əliyev