Məhkəmə qərarları › İş №8(011)-107/2023

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qərardad — İş №8(011)-107/2023

27.02.2023 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 8(011)-107/2023 27.02.2023 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Hacıyeva Sahibə Cavid qızının sədrliyi, Şükürzadə Aysel Qədir qızının katibliyi, X1 iştirakı ilə X1 borcun hissə-hissə ödənilməsi barəsində ərizəsinə açıq məhkəmə iclasında baxaraq müəyyənetdi: X2 ərizə ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli, 2(011)-5439/2018 saylı qətnaməsi üzrə tutulmalı olan məbləğin hər ay 700 manat olmaqla hissə-hissə ödənilməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, iddiaçı Tələbkar cavabdeh X4 qarşı “vurulmuş maddi və mənəvi zərərin əvəzinin ödənilməsi” tələbinə dair iddia ərizəsi əsasında Xətai rayon Məhkəməsinin 14 noyabr 2018-ci il tarixli 2(011)-5439/2018 saylı qətnaməsi ilə iddia tələbi qismən təmin edilmiş və cavabdeh qismində iddiaçıdan 58 000 manat vəsaitin tutularaq iddiaçı Tələbkar xeyrinə ödənilməsi qət edilmişdir. İcra sənədi ilə əlaqədar icra məmurunun təqdimatı əsasında Bakı şəhəri Xətai rayon məhkəməsinin xx.xx.2020-ci il tarixli 8(011)-255/2020 saylı Qərardadı ilə cavabdehin mülkiyyətində olan Bakı şəhəri, Sabunçu rayonu, Nardaran qəsəbəsi 20 saylı bağ evinin üzərinə həbs qoyularaq özgəninkiləşdirilməsi qadağan edilmiş, lakin cavabdehin şikayəti əsasında Bakı Apellyasiya məhkəməsinin xx.xx.2020-ci il tarixli, 8(103)- 483/2020 saylı Qərardadı ilə şikayəti təmin edilmiş, mülki iş yenidən baxılması üçün Bakı şəhəri Xətai rayon məhkəməsinə qaytarılmış və xx.xx.2021 -ci il tarixdə Xətai rayon məhkəməsinin 8(011)- 1/2021 saylı Qərardadı ilə icra məmurunun təqdimatının təmin edilməməsi qərara alınmışdır. Məhkəmə Kollegiyasının qərarına əsasən təqdimatın təmin edilməməsinin səbəbi “Fiziki şəxs barəsində icra sənədi icra olunarkən tələbin yönəldilməsinə yol verilməyən əmlak növlərinin dəqiq Siyahısının təsdiq edilməsi barədə” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 89 saylı, xx.xx.2002-ci il tarixli Qərarına əsasən həmin ünvanın cavabdehin yeganə yaşayış yeri, eyni zamanda ipoteka predmeti olması əsas olmuşdur. Maddi vəziyyətinin çətin olmasını və xeyli müddət işləməməyini nəzərə alıb xx.xx.2021-ci il tarixdə cavabdeh tərəfindən Xətai rayon İcra və Probasiya şöbəsinə müraciət ünvanlanmış və xahiş etmişdir ki, icra sənədi ilə əlaqədar “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 45 və 53-cü maddələrinin tələblərinə uyğun tədbir görülsün. Bununla bağlı icra məmuru tərəfindən "xxxx" ASC-də cavabdehə məxsus səhmlərin qiymətləndirilib açıq hərracda satılmasına dair Qərar qəbul edilmiş, hərrac qanunvericiliklə nəzərdə tutulmuş qaydada keçirilmiş, lakin həmin səhmlər hərrac vasitəsilə satılmadığından sənədlər geri qaytarılmış və bu barədə tələbkara təklif verilmişdir. Lakin təklif tələbkar tərəfindən qəbul edilməmişdir. Bakı şəhəri Xətai rayon İcra şöbəsinin təkrar təqdimatı əsasında Xətai rayon məhkəməsinin xx.xx.2022-ci il tarixli 8(011)-605/2022-003 saylı Qərardadı ilə yenidən cavabdehin mülkiyyətində olan Bakı şəhəri, Sabunçu rayonu, Nardaran qəsəbəsində yerləşən 20 saylı bağ evin torpaq sahəsi ilə birlikdə üzərinə həbs qoyularaq özgəninkiləşdirilməsi qadağan edilmiş və Bakı Apellyasiya məhkəməsinin xx.xx.2022-ci il tarixli 8(103)-425/2022 saylı Qərardadı ilə Xətai rayon məhkəməsinin məlum qərardadı dəyişdirilmədən saxlanılmışdır.Cavabdeh qeyd edir ki, maddi vəziyyəti çətin olması ilə əlaqədar qətnaməni birdəfəyə tamamilə icra etməyə imkanı yoxdur. İcra sənədi üzrə hər ay 700 manat məbləğində pul ödəyə bilər. Tələbkar ərizə ilə məhkəməyə müraciət edərək işi ilə əlaqədər olaraq xx.xx.2023-cü il tarixli məhkəmə iclasında iştirak edə bilməyəcəyini və məsələyə münasibətini yazılı olaraq bildirmişdir ki, icra üsulunun dəyişdirilməsi ilə razı deyil, əmlakın hərrac üsulu bazara çıxarılmasını və borcun tam ödənilməsinə qərara verilməsi və məhkəmədən ərizənin rədd edilməsini xahiş etmişdir. X2 məhkəmə iclasında ərizəni müdafiə edərək, məhkəmədən ərizənin təmin edilməsini xahiş etdi. Bakı şəhəri Xətai rayon İcra şöbəsi ərizəyə baxılması üçün təyin edilmiş məhkəmə iclasının vaxtı və yeri haqqında xəbərdar edilməklə məhkəmə iclasına çağırılmış, lakin icra məmuru məhkəmə iclasına gəlməmiş və bu məhkəmə qarşısında qoyulmuş məsələnin həll edilməsinə mane olmadığından, Azərbaycan Respublikası MPM-nin 231.2-ci maddəsinə əsasən məhkəmə ərizəyə Bakı şəhəri Xətai rayon İcra şöbəsinin icra məmurunun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə ərizənin dəlillərini araşdıraraq hesab edir ki, ərizə əsassızdır. Buna görə də ərizə rədd edilməlidir. Belə ki, “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 15-ci maddəsinə əsasən, tərəflər icra sənədinin icrasına möhlət verilməsi və ya onun hissə-hissə icrası, yaxud icra sənədinin icrası üsulunun və qaydasının dəyişdirilməsi haqqında işə baxmış məhkəməyə müraciət edə bilərlər. Borclunun əmlak vəziyyətini və digər halları nəzərə alaraq, məhkəmə həmin müraciətlərə Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 231-ci maddəsi ilə müəyyən edilmiş qaydada baxır. Azərbaycan Respublikası MPM-nin 231.1-ci maddəsinə əsasən, işə baxmış hakim, işdə iştirak edən şəxslərin ərizəsi üzrə tərəflərin əmlak vəziyyətinə və digər hallara əsasən qətnamənin icrasına möhlət verməyə və ya qətnaməni hissə-hissə icra etdirməyə, habelə onun icra üsulunu və qaydasını dəyişdirməyə haqlıdır. Yuxarıda qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, X2 əmlak vəziyyətinin ağırlığını təsdiq edən hər hansı mötəbər sübutu məhkəməyə təqdim etməmişdir. Məhkəmə hesab edir ki, qətnamənin icrasını mümkünsüz edə bilən borclunun əmlak vəziyyətinin ağırlığı ilə bağlı hallar sübuta yetirilmədiyinə görə, həmçinin tələbkarın da mənafeyi nəzərə alınmaqla ərizə təmin oluna bilməz. Məhkəmə həmçinin qeyd edir ki, tərəflərin əmlak vəziyyəti ilə bağlı olmayan hallarla əlaqədar qətnamənin icrasının hissə-hissə icra edilməsini təmin etmək həm də o zaman mümkündür ki, borclu ilə bağlı yaranmış və qətnamənin icrasını mümkünsüz edən ciddi əlverişsiz halların mövcudluğu mötəbər sübutlarla təsdiq olunsun. Bu mənada nəzərə alınmalıdır ki, ərizəçi məhkəməyə qətnamənin icrasını mümkünsüz edən əlverişsiz halların mövcudluğunu sübut edən sübutları məhkəməyə təqdim edə bilməmişdir. Halbuki, Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsində göstərilir ki, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Digər tərəfdən, Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmə qətnaməsi haqqında” 24 noyabr 2005-ci il tarixli 4 N-li qərarının 12-ci bəndində göstərilir ki, məhkəmələr nəzərə almalıdırlar ki, qətnamənin icrasına möhlət verilməsi və ya onun hissə-hissə icra edilməsi, qətnamənin icra üsulunun və qaydasının dəyişdirilməsinin müstəsna hal olub, qətnamənin icrası üçün çətinlik törədən və yaxud borclu üçün yaranmış əlverişsiz hallarda tətbiq oluna bilər. Məhkəmələr bu məsələləri həll etdikdə təkcə borclunun deyil, tələbkarın mənafeyini də nəzərə almalıdırlar. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, hazırkı iş üzrə tələbkarın mənafeyi nəzərə alınmalıdır. Belə ki, yaranmış borc borclunun tələbkar qarşısında götürdüyü öhdəlikləri vaxtlı-vaxtında yerinə yetirməməsi nəticəsində yaranmışdır. Belə olan halda ərizə rədd edilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 231, 263-264 və 266-268-ci maddələrini rəhbər tutaraq məhkəmə qəraraaldı: X1 Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli, 2(011)-5439/2018 saylı qətnaməsi üzrə tutulmalı olan məbləğin hər ay 700 manat olmaqla hissə-hissə ödənilməsi barədə ərizəsi təmin edilməsin. Qərardaddan 10 (on) gün müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Sahibə Hacıyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar