Məhkəmə qərarları › İş №8(011)-1079/2022

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qərardad — İş №8(011)-1079/2022

29.11.2022 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 8(011)-1079/2022 29.11.2022 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Rəhimli Lalə Elxan qızının sədrliyi, Şükürzadə Aysel Qədir qızının katibliyi, Tələbkarın nümayəndəsi X1 iştirakı ilə Bakı şəhəri Xətai rayon İcra şöbəsinin Borclu məxsus avtomobilin üzərinə qoyulmuş həbsin götürülməsi barədə təqdimatına açıq məhkəmə iclasında baxaraq müəyyənetdi: Bakı şəhəri Xətai rayon İcra şöbəsinin icra məmuru Kəmalə Həsənova – Borclu məxsus “Mercedes Benz 200” minik markalı **-RZ-*** dövlət qeydiyyat nişanlı avtomobilin üzərinə qoyulmuş həbsin götürülməsinə dair təqdimatla məhkəməyə müraciət etmişdir. Təqdimat onunla əsaslandırılmışdır ki, Xətai rayon icra şöbəsinin icraatında olan Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-3887/2022 nömrəli, xx.xx.2022-ci il tarixli icra sənədinə əsasən Borclu 342 manat məbləğində pul tutularaq tələbkar "xxxx" MMC-nin xeyrinə ödənilməlidir. İcra sənədinin icra edilməsi məqsədi ilə borclu Xətai Rayon Məhkəməsinin 8(011)-880/2022 saylı, xx.xx.2022-ci il tarixli qərardadı ilə Borclu məxsus olan “Mercedes Benz 200” minik markalı **-RZ-*** dövlət qeydiyyat nişanlı avtomobilin üzərinə həbs qoyulmuşdur. İcra sənədində qeyd olunan tələb Borclu tərəfindən tam şəkildə təmin olunmuşdur. Tələbkarın nümayəndəsi X2 məhkəmə iclasında təqdimatı müdafiə edərək, məhkəmədən təmin edilməsini xahiş etdi. Bakı şəhəri Xətai rayon İcra şöbəsi və borclu təqdimata baxılması üçün təyin edilmiş məhkəmə iclasının vaxtı və yeri haqqında xəbərdar edilməklə məhkəmə iclasına çağırılmışlar. Lakin onlar məhkəmə iclasına gəlməmişlər. Bakı şəhəri Xətai rayon İcra şöbəsinin nümayəndəsinin və işdə iştirak etmiş şəxslərin məhkəmə iclasına gəlməmələri məhkəmə qarşısında qoyulmuş məsələnin həll edilməsinə mane olmadığından, Azərbaycan Respublikası MPM-nin 231.2-ci maddəsinə əsasən məhkəmə təqdimata onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə təqdimatın dəlillərini araşdıraraq hesab edir ki, təqdimat əsaslıdır. Buna görə də təqdimat təmin edilməlidir. Belə ki, materiallardan görünür ki, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)- 3887/2022 nömrəli, xx.xx.2022-ci il tarixli icra sənədinə əsasən Borclu 342 manat məbləğində pul tutularaq tələbkar "xxxx" MMC-nin xeyrinə ödənilməlidir. Materiallara əlavə edilmiş Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 8(011)-880/2022 saylı xx.xx.2022-ci il tarixli qərardadının surətindən görünür ki, Borclu məxsus “Mercedes Benz 200” minik markalı **-RZ-*** dövlət qeydiyyat nişanlı avtomaşının üzərinə həbs qoyulması qərara alınmışdır. Materiallara əlavə edilmiş Bakı şəhəri Xətai rayon İcra şöbəsinin xx.xx.2022-ci il tarixli icraata xitam verilməsi barədə qərarı ilə Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)- 3887/2022-007 nömrəli xx.xx.2022-ci il tarixli icra sənədinə xitam verilməsi qərara alınmışdır. Sadalanan xüsusatlara əsasən məhkəmə hesab edir ki, məhkəmənin qeyd edilən avtomobilin üzərinə həbs qoyulmasına dair qərardadı ləğv edilməli və göstərilən avtomobilin üzərinə qoyulmuş həbs götürülməlidir. Belə ki, “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 45.1-ci maddəsinə əsasən tələbin borclunun əmlakına yönəldilməsi bu əmlakın üzərinə həbs qoyulmasından, götürülməsindən və satılmasından ibarətdir. İcra sənədinin icrasını təmin etmək üçün göstərilən avtomobilin üzərinə həbs qoyulmasına olan zərurətin aradan qalxdığını, həmçinin icra məmurunun təqdimatını və tələbkarın ərizəsini nəzərə alaraq, məhkəmə hesab edir ki, təqdimat təmin edilərək, məhkəmənin qeyd edilən avtomobilin üzərinə həbs qoyulmasına dair qərardadı ləğv edilməli və avtomobilin üzərinə qoyulmuş həbs götürülməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 263-264-cü və 266-268-ci maddələrini rəhbər tutaraq məhkəmə qəraraaldı: Təqdimat təmin edilsin. Borclu məxsus olan “Mercedes Benz 200” minik markalı **-RZ-*** dövlət qeydiyyat nişanlı avtomobilin üzərinə həbs qoyulmasına dair Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 8(011)-880/2022 saylı saylı xx.xx.2022-ci il tarixli qərardadı ləğv edilsin. Borclu məxsus “Mercedes Benz 200” minik markalı **-RZ-*** dövlət qeydiyyat nişanlı avtomobilin üzərinə qoyulmuş həbs götürülsün. Qərardaddan 10 (on) gün müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Lalə Rəhimli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar