Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 8(011)-109/2023 09.03.2023 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Əliyev Şəhriyar İbrahim oğlunun sədrliyi, Nuriyev Xaliq Firqət oğlunun katibliyi, X3 nümayəndəsi və vəkili Vəkil iştirakı ilə X3 “qətnamənin icra edilməməsi” barədə şikayətinə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: X4 ərizə ilə məhkəməyə müraciət edərək, qətnamənin icra ediməsi barədə Xətai rayon İcra şöbəsinin müdiri Vüqar Qasımov, icra məmuru Xatir Məmmədov və digər işçilərin qətnamə qərarını icra etmələri üçün ciddi tapşırıq verilməsini və əsassız olaraq məhkəmə qətnaməsini icra etməyən Xətai rayon İcra şöbəsinin müdiri Vüqar Qasımov, icra məmuru Xatir Məmmədov və digər əməkdaşları barədə ciddi təbir görülməsini xahiş etmişdir. X3 nümayəndəsi və vəkili xx.xx.2023-cü il tarixdə elektron qaydada şikayət ərizəsi ilə məhkəməyə müraciət edərək Xətai rayon İcra şöbəsinin və icra məmuru X17 rayon Məhkəməsinin 2(011)-728/2020 saylı xx.xx.2020-ci il tarixli qətnaməsinin icra edilməsi ilə əlaqədar mütəxəssisin dəvət edilməsi və mütəxəssis rəyinin alınması barədə hərəkətlərinin və həmin qətnamənin icrası ilə əlaqədar hərəkətsizliyinin qanunsuz hesab edilməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında ərizəçinin nümayəndəsi və vəkili Vəkil izahatında bildirdi ki, Xətai rayon Məhkəməsinin 2(011)-728/2020 saylı xx.xx.2020-ci il tarixli qətnaməsinə əsasən, Bakı şəhəri, Nobel prospekti 189 A ünvanında yerləşən bir bloklu yaşayış evinin 13-cü mərtəbəsindəki ümumi sahəsi 141,2 kv.m olan 83 nömrəli 3 otaqlı mənzilə X2 və istifadə hüququ tanınması, cavabdehlərin üzərinə həmin mənzilin X8 təhvil verilməsi öhdəliyi qoyulmuş, Muradov Qaçay Murad oğlunun həmin mənzildən çıxarılması qət edilmişdir, işdən verilən apellyasiya şikayəti də təmin edilməmiş, qətnamə qüvvədə saxlanmışdır, qətnamə icra üçün 1 ildən çoxdur ki, Xətai rayon icra şöbəsinə göndərilmişdir, buna baxmayaraq icra şöbəsinin rəisi Vüqar Qasımovun və icra məmurunun şəxsi marağı və borcluları himayə etmələri səbəbindən bugünədək qətnamə icra olunmur, dəfələrlə şöbənin rəisinə və digər vəzifəli şəxslərə deyilməsinə baxmayaraq, müxtəli bəhanələrlə qətnamə icra olunmur, mənzildə formal olaraq başqa şəxsin yaşaması bəhanə gətirilərək qətnamənin icra üçün məhkəməyə ərizə verilmiş, məhkəmə ərizəni əsassız hesab etməklə təmin etməmişdir, bu qərardaddan sonra da icra məmurları qətnaməni icra etmək istəmirlər, bu barədə Ədliyyə Nazirliyinin icra baş idarəsinin rəisi İlqar Cəfərova dəfələrlə müraciət olunmuşdur, icra məmuru tərəfindən dəfələrlə mütəxəssisin dəvət olunması barədə qərar çıxarılmışdır, onun qarşısında qoyulan suallar da tamamilə qanunsuz olmaqla, icra məmuru X.Məmmədovun qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsinin icra etmək istəmədiyinə dəlalət edir, mübahisəli mənzilin nömrələnməsi, borclunun əlində olan çıxarışın həmin mərtəbədə olan 78 nömrəli mənzilə aid olduğu məhkəmə qətnaməsində dəqiqliklə göstərildiyi halda, icra məmuru heç bir əsas olmadan borclunun xeyrinə vaxtı uzatmaqla məşğuldur. Sonda ərizəçinin nümayəndəsi və vəkili Vəkil şikayətin təmin olunmasını məhkəmədən xahiş etdi. Digər tərəflər şikayətə baxılması üçün təyin edilmiş məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməklə məhkəmə iclasına çağırılsalar da, onlar məhkəmə iclasına gəlməmişdir. Onların məhkəmə iclasına gəlməmələri məhkəmə qarşısında qoyulmuş məsələnin həll edilməsinə mane olmadığından, məhkəmə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 231.2-ci maddəsinə əsasən, şikayətə digər tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə, ərizəçinin nümayəndəsi və vəkilinin izahatını dinləyərək, ərizəni və ona əlavə olunan sənədləri nəzərdən keçirib hesab edir ki, ərizə qismən təmin edilməlidir. Belə ki, iş materiallarından görünür ki, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2016-cı il tarixli, 2(011)-6501/2016 saylı qətnaməsi ilə X5 Bakı şəhəri, Xətai rayonu, Nobel prospekti, 189 A ünvanında inşa edilmiş 1 bloklu yaşayış evinin 1-ci blok , 8-ci mərtəbəsində sahəsi 141.5 kv.metr olan 3 otaqlı, 38 saylı və Bakı şəhəri, Xətai rayonu, Nobel prospekti, 189 A ünvanında inşa edilmiş 1 bloklu yaşayış evinin 1-ci blok , 13-cü mərtəbəsində sahəsi 141.5 kv.metr olan 3 otaqlı, 78 saylı mənzillərə sahiblik və istifadə hüququ tanınmış, "xxxx" MTK-nın üzərinə X5 qeyd edilən mənzillərə və binaya daxil olmasına yaradılan maneələrin aradan qaldırılması öhdəliyi qoyulmuşdur. İş materiallarında olan Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2016-cı il tarixli, 2(011)-6501/2016 saylı icra vərəqəsinin surətindən görünür ki, X5 Bakı şəhəri, Xətai rayonu, Nobel prospekti, 189 A ünvanında inşa edilmiş 1 bloklu yaşayış evinin 1-ci blok , 8-ci mərtəbəsində sahəsi 141.5 kv.metr olan 3 otaqlı, 38 saylı və Bakı şəhəri, Xətai rayonu, Nobel prospekti, 189 A ünvanında inşa edilmiş 1 bloklu yaşayış evinin 1-ci blok , 13-cü mərtəbəsində sahəsi 141.5 kv.metr olan 3 otaqlı, 78 saylı mənzillərə sahiblik və istifadə hüququ tanınmış, "xxxx" MTK-nın üzərinə X5 qeyd edilən mənzillərə və binaya daxil olmasına yaradılan maneələrin aradan qaldırılması öhdəliyi qoyulmuşdur. Qətnamə qanuni qüvvəsini 06 iyul 2017-ci il tarixdə almışdır. İş materiallarından görünür ki, Xətai rayon Məhkəməsinin 2(011)-728/2020 saylı xx.xx.2020-ci il tarixli qətnaməsinə əsasən, Bakı şəhəri, Nobel prospekti 189 A ünvanında yerləşən bir bloklu yaşayış evinin 13-cü mərtəbəsindəki ümumi sahəsi 141,2 kv.m olan 83 nömrəli 3 otaqlı mənzilə X2 və istifadə hüququ tanınması, cavabdehlərin üzərinə həmin mənzilin X8 təhvil verilməsi öhdəliyi qoyulmuş, Muradov Qaçay Murad oğlunun həmin mənzildən çıxarılması qət edilmişdir. Həmin Qətnamə ilə işin müəyyən edilmiş hallarından görünür ki, xx.xx.2010-cu il tarixli müqavilənin notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, bir tərəfdən "xxxx" Mənzil Tikinti Kooperativinin sədri X11 (İcraçı) digər tərəfdən X12 ilə bağlanmış müqavilə öz razılıq ərizəsinə əsasən ləğv edilərək gələcəkdə payçı adlandırılacaq X10 arasında müqavilə bağlanmış, müqavilənin 1.1-ci bəndinə əsasən, müqavilənin əsas predmeti Bakı şəhəri, Nobel prospekti, 189 A ünvanında yerləşən 16 mərtəbəli bir bloklu yaşayış evinin 1-ci blok, 13-cü mərtəbə, ümumi tikinti sahəsi 141.2 kv.m, 83 saylı izolə olunmuş 3 otaqlı mənzildən ibarətidir, mənzilin dəyəri 61835 manat təşkil edir və yeni payçı X10 tərəfindən əvvəlki payçı X9 ödənilmişdir. Müqavilənin 2-ci bəndinə əsasən, tikinti işləri tam başa çatdırıldıqdan sonra müqavilənin əsas predmeti kimi icraçı təhvil verir, payçı isə mənzili qəbul edir, təhvil-təslim hər iki tərəfin imza ilə təsdiq etdiyi akt əsasında qanuniləşir. Həmin Qətnamə ilə işin müəyyən edilmiş hallarından görünür ki, Ü.Əkbərli, T.Yusifli, E.Əliyev, A.Əsgərov, Q.Muradov və M.Babayevin iştirakı ilə tərtib olunmuş xx.xx.2019-cu il tarixli aktın surətindən görünür ki, Bakı şəhəri, Xətai rayonu, Nobel prospekti, 189 A ünvanında yerləşən 1 bloklu yaşayış evinin 13-cü mərtəbəsində, ümumi sahəsi 141.2 kv.m olan 3 otaqlı, 83 nömrəli mənzildə əsaslı dəyişikliklərin və təmir işlərinin aparılmasının cavabdehə və digər şəxslərə qadağan edilməsi barədə qərara əsasən icra sənədində göstərilən ünvanda olmuşlar, ünvanda təmir tikinti işləri gedirdi, təmir tikinti işlərinin aparılması evin sahibləri Muradov Qaçay Murad oğluna və RRR MTK-ya qadağan edildi, onlara məsuliyyətləri və hüquq və vəzifələri izah olundu. Həmin Qətnamə ilə işin müəyyən edilmiş hallarından görünür ki, 2(011)-307/2019 saylı mülki iş materiallarına baxış keçirilməsi zamanı müəyyən olunmuşdur ki, məhkəmə tərəfindən "xxxx" MTK-nın Bakı şəhəri Nobel prospekti 189a ünvanında inşa etdiyi 16 mərtəbəli 1 bloklu yaşayış evinə yerində baxış keçirilmiş, baxış zamanı Bakı şəhəri Nobel prospekti 189a ünvanda "xxxx" MTK-nın inşa etdiyi yaşayış binasının16 mərtəbəli olması, 1-ci mərtəbənin qeyri-yaşayış sahələri üçün nəzərdə tutulduğu, yaşayış sahələrinin 2-ci mərtəbədən başlanması, hər mərtəbədə müqavilələr üzrə sahələri 95,6 kv.metr, 96,5 kv.metr, 102 kv.metr, 134,5 kv.metr, 141,2 kv.metr, 141,5 kv.metr və 168,5 kv.metrdən ibarət olan 7 mənzil olmaqla, binada cəmi 105 mənzilin olması, 1-7 saylı mənzillərin 2-ci mərtəbədə, 8-14 saylı mənzillərin 3-cü mərtəbədə, 15-21 saylı mənzillərin 4-cü mərtəbədə, 22-28 saylı mənzillərin 5-ci mərtəbədə, 29-35 saylı mənzillərin 6-cı mərtəbədə, 36-42 saylı mənzillərin 7-ci mərtəbədə, 43-49 saylı mənzillərin 8-ci mərtəbədə, 50-56 saylı mənzillərin 9-cu mərtəbədə, 57- 63 saylı mənzillərin 10-cu mərtəbədə, 64-70 saylı mənzillərin 11-ci mərtəbədə, 71-77 saylı mənzillərin 12-ci mərtəbədə, 78-84 saylı mənzillərin 13-cü mərtəbədə, 85-91 saylı mənzillərin 14-cü mərtəbədə, 92-98 saylı mənzillərin 15-ci mərtəbədə və 99-105 saylı mənzillərin isə 16-cı mərtəbədə yerləşmələri müəyyən edilmişdir. Baxış keçirilmiş sənədlər və dindirilmiş şahid ifadələri ilə müəyyən edilmişdir ki, mənzillərin sıralanması hər bir mərtəbədə yerləşən mənzillərin müqavilələr üzrə ən kiçik sahəsi olanından başlayaraq sahələrin artmasına uyğun olaraq həmin mərtəbəyə aid olan sira saylarının mütənasib artması ilə təyin edilməsi müəyyən olunmuşdur. Həmin Qətnamə ilə işin müəyyən edilmiş hallarından görünür ki, xx.xx.2020-ci il tarixdə Bakı şəhəri, Xətai rayonu Nobel prospekti 189A ünvanında yerləşən 1 bloklu binanın 13-cü mərtəbəsinə yerli baxış keçirilən zaman müəyyən olunmuşdur ki, binanın yaşayış sahələri 2-ci mərtəbədən başlayır, birinci mərtəbə qeyri-yaşayış sahəsidir, mərtəbələrdə olan mənzillər faktiki olaraq "xxxx" MTK tərəfindən nömrələnmişdir, 13-cü mərtəbəyə liftlə qalxarkən soldan 1-ci olan mənzil mübahisələndirilən 83 saylı mənzildir, 3 otaqlıdır və təmirli vəziyyətdədir, cavabdehin razılığı ilə onun qohumu olan X16 7 aydır ailə üzvləri ilə birlikdə həmin mənzildə yaşayır, cavabdehə məxsus 78 saylı mənzil həmim mərtəbədə olmaqla mübahisələndirilən mənzillə üzbə-üz hissədə yerləşir. Həmin Qətnamə ilə məhkəmə tərəfindən iş materialları əsasında müəyyən olunmuşdur ki, mübahisələndirilən 83 saylı mənzilə dair "xxxx" MTK və X10 arasında alqısatqı müqaviləsi bağlanmış, mənzilin dəyəri tam olaraq iddiaçı tərəfindən ödənilmişdir, həmin binanın 13-cü mərtəbəsində olan digər- 78 saylı mənzilə dair Xətai Rayon Məhkəməsinin xx.xx.2016-cı il tarixli, 2(011)-6501/2016 saylı qətnaməsi ilə X1 və istifadə hüququ tanınmışdır, həmin məhkəmə qətnaməsi ondan verilmiş şikayət əsasında Bakı Apelyasiya Məhkəməsinin icraatına qəbul edilmiş, lakin həmin iş üzrə icraat dayandırıldığından qanuni qüvvəsini almamışdır, bununla bərabər həmin 78 saylı mənzilə cavabdeh Q.Muradovun tam mülkiyyət hüququ vardır, iddiaçıya və cavabdehə aid mənzillərin hər ikisi yaşayış binasının 13-cü mərtəbəsində yerləşir, hər ikisi 3 otaqdan ibarətdir və onlar fərqli mənzillərdir, iddiaçıya məxsus 83 saylı mənzil hazırda cavabdehin sahibliyindədir lakin o, həmin mənzildə yaşamır və mənzildə hazırda cavabdehin razılığı ilə yaxın qohumu yaşayır. Mübahisəli mənzilin 83 saylı mənzil olmaqla icra hərəkətlərinin yerinə yetirilməsi ilə əlaqədar olaraq cavabdehin faktiki sahibliyində olması, həmçinin müqavilə əsasında iddiaçı mənzilinin 83 saylı, cavabdehin mənzilinin isə 78 saylı olması, hər iki mənzilin 3 otaqdan ibarət olmaqla yaşayış binasının 13-cü mərtəbədə yerləşməsi işin mübahisəsiz hallarıdır. Bununla belə, mübahisəli mənzilə dair iddiaçının əmlak hüquqlarını istisna edən hallar, həmçinin həmin mənzilin cavabdehin əmlak hüquqlarını, o cümlədən istifadə və sahiblik hüququnu müəyyən edən hallar məhkəmə tərəfindən müəyyən olunmadı. İş materiallarında olan Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2020-ci il tarixli 2(103)- 6380/2020 saylı Qətnaməsinə əsasən, apellyasiya şikayəti təmin olunmamış, Xətai rayon Məhkəməsinin 2(011)-728/2020 saylı xx.xx.2020-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanmışdır. Həmin Qətnamədən görünür ki, Kollegiya apellyasiya şikayətinin dəlillərinə münasibətdə qeyd etmişdir ki, “müqavilədə 83 saylı mənzil texniki səhv olaraq 78 saylı mənzil kimi qeyd edilməsi” barədə "xxxx" MTK tərəfindən verilmiş xx.xx.2019-cu il tarixli arayış mübahisəli mənzilin Muradov Qaçay Murad oğluna məxsus olmasını təsdiq edən sübut kimi qəbul edilə bilməz. Belə ki, həmin arayışda qeyd olunanlar digər iş materialları ilə təkzib olunur. İş materiallarına əlavə edilmiş "xxxx" MTK-nin yaşayış binasına təbii qazın verilməsi barədə ünvanladığı məktuba “Azəriqaz” İB tərəfindən verilmiş cavaba əlavə olunmuş sənədlərdən görünür ki, Bakı şəhəri, Xətai rayonu, Nobel prospekti, 189 A ünvanında yerləşən 1 bloklu yaşayış evinin 13-cü mərtəbəsində, ümumi sahəsi 141.2 kv.m olan 3 otaqlı, 83 nömrəli mənzilin sahibi kimi X10 göstərilmişdir. Bundan başqa tərəflər də mübahisələndirmirlər ki, mənzillərin sıralanması hər bir mərtəbədə yerləşən mənzillərin müqavilələr üzrə ən kiçik sahəsi olanından başlayaraq sahələrin artmasına uyğun olaraq həmin mərtəbəyə aid olan sira saylarının mütənasib artması ilə təyin edilmişdir. Həmçinin, mənzillərin qeyd edilən ardıcıllıqla nömrələnməsi iş materiallarının 36-cı səhifəsindəki mənzillərin mərtəbələr üzrə yerləşməsi ardıcıllığı sxemi ilə də təsdiq olunur. Belə olan halda isə kollegiya mənzillərin nömrələrinin səhv salınmasını inandırıcı hesab etmir. İş materiallarında olan Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının 2(102)-2426/2021 saylı xx.xx.2021-ci il tarixli Qərarından görünür ki, Muradov Qaçay Murad oğlunun kassasiya şikayəti təmin edilməmiş, Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-6380/2020 nömrəli iş üzrə 21 oktyabr 2020-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanmışdır. İş materiallarında olan Muradov Qaçay Murad oğlu və X14 arasında bağlanmış 04 dekabr 2020-ci il tarixli daşınmaz əmlakın alqı-satqı müqaviləsinin surətindən görünür ki, ünvan 6 ünvanında yerləşən ümumi sahəsi 130,5 kv.m olan mənzil sonuncuya satılmışdır. İş materiallarında olan Bakı şəhəri Xətai rayon İcra şöbəsi tərəfindən Muradov Qaçay Murad oğluna ünvanlanmış xx.xx.2021-ci il tarixli məktubun surətindən görünür ki, Xətai rayon İcra şöbəsinin icraatında olan Xətai rayon Məhkəməsinin 2(011)-728/2020 saylı xx.xx.2020-ci il tarixli icra vərəqəsi üzrə və eyni zamanda Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2020-ci il tarixli 2(103)-6380/2020 saylı icra sənədi üzrə, Bakı şəhəri, Nobel prospekti 189 A ünvanında yerləşən bir bloklu yaşayış evinin 13-cü mərtəbəsindəki ümumi sahəsi 141,2 kv.m olan 83 nömrəli 3 otaqlı mənzilə X2 və istifadə hüququ tanınmalı, cavabdehlərin üzərinə həmin mənzilin X8 təhvil verilməsi öhdəliyi qoyulmalıdır, Muradov Qaçay Murad oğlunun həmin mənzildən çıxarılmalıdır. İcra sənədi icra olunması üçün sonuncuya göndərilmiş, icra sənədinin icrası barədə Xətai rayon İcra şöbəsinə rəsmi məlumat verilməsi xahiş olunmuşdur. İş materiallarında olan Bakı şəhəri Xətai rayon İcra şöbəsi tərəfindən Xətai rayon Polis İdarəsinin 37-ci Polis Bölməsinə ünvanlanmış xx.xx.2023-cü il tarixli məktubun surətindən görünür ki, Xətai rayon İcra şöbəsinin icraatında olan Xətai rayon Məhkəməsinin 2(011)-728/2020 saylı xx.xx.2020-ci il tarixli icra sənədinə əsasən, Bakı şəhəri, Nobel prospekti 189 A ünvanında yerləşən bir bloklu yaşayış evinin 13-cü mərtəbəsindəki ümumi sahəsi 141,2 kv.m olan 83 nömrəli 3 otaqlı mənzilə X2 və istifadə hüququ tanınmalı, cavabdehlərin üzərinə həmin mənzilin X8 təhvil verilməsi öhdəliyi qoyulmalıdır, Muradov Qaçay Murad oğlunun həmin mənzildən çıxarılmalıdır. Qeyd olunan icra sənədinin icrası xx.xx.2022-ci il tarixə saat 10:00-a təyin olunmuşdur, göstərilən tarixdə tərəflərin qeyd olunan ünvanda olmalarının təmin edilməsi xahiş olunmuşdur. İş materiallarında olan Bakı şəhəri Xətai rayon İcra şöbəsinin icra məmuru X23 tərəfindən imzalanmış “Mütəxəssisin (mütəxəssislərin) dəvət edilməsi haqqında” xx.xx.2022-ci il tarixli Qərarın surətindən görünür ki, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətindən mütəxəssis dəvət olunması, mütəxəssis qarşısında Bakı şəhəri, Nobel pr. Bir bloklu yaşayış evinin 13-cü mərtəbəsindəki ümumi sahəsi 141.2 kv.m olan 83 nömrəli 3 otaqlı mənzili dəqiq hansı mənzildir?, Bakı şəhəri, Nobel pr. Bir bloklu yaşayış evinin 13-cü mərtəbəsindəki ümumi sahəsi 141.2 kv.m olan 83 nömrəli 3 otaqlı mənzil hal-hazırda kimin istifadəsindədir və ya mülkiyyətindədir? sualları qoyulması qərara alınmışdır. İş materiallarında olan Bakı şəhəri Xətai rayon İcra şöbəsi tərəfindən Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinə ünvanlanmış xx.xx.2022-ci il tarixli məktubun surətindən görünür ki, Xətai rayon icra şöbəsinin icraatında olan Bakı şəhəri Xətai rayon Məhkəməsinin 2(011)-728/2020 saylı xx.xx.2020-ci il tarixli icra sənədinin icrası ilə bağlı “Mütəxəssis dəvət edilməsi haqqında” xx.xx.2022-ci il tarixli qərar icra olunması üçün sonuncuya göndərilmiş, "xxxx" MTK tərəfindən Bakı şəhəri, Xətai rayonu, Nobel pr. 189 A ünvanında inşa edilmiş çoxmərtəbəli yaşayış binasında yerləşən 83 nömrəli 3 otaqlı mənzili müəyyən etmək üçün qərarın icrası ilə bağlı mütəxəssisin ayrılmasına göstəriş verilməsi və nəticəsi barədə məlumat verilməsi xahiş olunmuşdur. İş materiallarında olan Bakı şəhəri Xətai rayon İcra şöbəsinin icra məmuru X23 tərəfindən imzalanmış xx.xx.2022-ci il tarixli Qərarının surətindən görünür ki, Azərbaycan Respublikası Fövqəladə Hallar Naziliyinin Tikintidə X7 Agentliyindən mütəxəssis dəvət olunması, mütəxəssis qarşısında Bakı şəhəri, Nobel pr. bir bloklu yaşayış evinin 13-cü mərtəbəsindəki ümumi sahəsi 141.2 kv.m olan 83 nömrəli 3 otaqlı mənzili dəqiq hansı mənzildir?, Bakı şəhəri, Nobel pr. Bir bloklu yaşayış evinin 13-cü mərtəbəsindəki ümumi sahəsi 141.2 kv.m olan 83 nömrəli 3 otaqlı mənzil hal-hazırda kimin istifadəsindədir və ya mülkiyyətindədir? sualları qoyulması qərara alınmışdır. İş materiallarında olan Bakı şəhəri Xətai rayon İcra şöbəsi tərəfindən Azərbaycan Respublikası Fövqəladə Hallar Naziliyinin Tikintidə X7 Agentliyinə ünvanlanmış xx.xx.2022-ci il tarixli məktubun surətindən görünür ki, Xətai rayon icra şöbəsinin icraatında olan Bakı şəhəri Xətai rayon Məhkəməsinin 2(011)-728/2020 saylı xx.xx.2020-ci il tarixli icra sənədinin icrası ilə bağlı “Mütəxəssis dəvət edilməsi haqqında” xx.xx.2022-ci il tarixli qərar icra olunması üçün sonuncuya göndərilmiş, "xxxx" MTK tərəfindən Bakı şəhəri, Xətai rayonu, Nobel pr. 189 A ünvanında inşa edilmiş çoxmərtəbəli yaşayış binasında yerləşən 83 nömrəli 3 otaqlı mənzili müəyyən etmək üçün qərarın icrası ilə bağlı mütəxəssisin ayrılmasına göstəriş verilməsi və nəticəsi barədə məlumat verilməsi xahiş olunmuşdur. İş materiallarında olan Bakı şəhəri Xətai rayon İcra şöbəsinin icra məmuru Xatir Məmmədov tərəfindən imzalanmış “Mütəxəssisin (mütəxəssislərin) dəvət edilməsi haqqında” xx.xx.2022-ci il tarixli Qərarın surətindən görünür ki, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətindən mütəxəssis dəvət olunması, mütəxəssis qarşısında Bakı şəhəri, Nobel pr. Bir bloklu yaşayış evinin 13-cü mərtəbəsindəki ümumi sahəsi 141.2 kv.m olan 83 nömrəli 3 otaqlı mənzili dəqiq hansı mənzildir?, Bakı şəhəri, Nobel pr. Bir bloklu yaşayış evinin 13-cü mərtəbəsindəki ümumi sahəsi 141.2 kv.m olan 83 nömrəli 3 otaqlı mənzil hal-hazırda kimin istifadəsindədir və ya mülkiyyətindədir?, Bakı şəhəri, Nobel pr. Bir bloklu yaşayış evinin 13-cü mərtəbəsidə liftdən çıxandan sonra sol tərəfdə olan birinci mənzil neçə saylı mənzildir? Bakı şəhəri, Nobel pr. Bir bloklu yaşayış evinin 13-cü mərtəbəsidə liftdən çıxandan sonra sol tərəfdə olan birinci mənzil neçə otaqlı və neçə kv.metrdir? Bakı şəhəri, Nobel pr. Bir bloklu yaşayış evinin 13-cü mərtəbəsidə liftdən çıxandan sonra sol tərəfdə olan birinci mənzil kimin mülkiyyətidədir? sualları qoyulması qərara alınmışdır. İş materiallarında olan Bakı şəhəri Xətai rayon İcra şöbəsi tərəfindən Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinə ünvanlanmış xx.xx.2022-ci il tarixli məktubun surətindən görünür ki, Xətai rayon Məhkəməsinin 2(011)-728/2020 saylı xx.xx.2020-ci il tarixli icra sənədinə əsasən, Bakı şəhəri, Nobel prospekti 189 A ünvanında yerləşən bir bloklu yaşayış evinin 13-cü mərtəbəsindəki ümumi sahəsi 141,2 kv.m olan 83 nömrəli 3 otaqlı mənzilə X2 və istifadə hüququ tanınmalı, cavabdehlərin üzərinə həmin mənzilin X8 təhvil verilməsi öhdəliyi qoyulmalıdır, Muradov Qaçay Murad oğlunun həmin mənzildən çıxarılmalıdır. İcra sənədinin icrası ilə əlaqədar olaraq Bakı şəhəri, Nobel pr. Bir bloklu yaşayış evinin 13-cü mərtəbəsindəki ümumi sahəsi 141.2 kv.m olan 83 nömrəli 3 otaqlı mənzil ünvanına baxış keçirilmiş, lakin mənzilin nömrəsi yazılmadığından mənzilin yerini müəyyən etmək mümkün olmamışdır. Odur ki, yaranmış zərurətlə əlaqədar olaraq Bakı şəhəri, Nobel pr. bir bloklu yaşayış evinin 13-cü mərtəbəsindəki ümumi sahəsi 141.2 kv.m olan 83 nömrəli 3 otaqlı mənzilin çıxarışını və texniki pasportun surətini Bakı şəhəri Xətai rayon İcra şöbəsinə təqdim edilməsi xahiş olunmuşdur. İş materiallarında olan Bakı şəhəri Xətai rayon Məhkəməsinin 8(011)-829/2022 saylı qərardadı ilə işin müəyyən olunmuş hallarından görünür ki, Bakı şəhəri Xətai rayon İcra Şöbəsinin icra məmuru Xatir Məmmədov Bakı şəhəri Xətai rayon Məhkəməsinə ərizə ilə müraciət edərək, Bakı şəhəri Xətai rayon Məhkəməsinin 2(011)-728/2020 saylı xx.xx.2020-ci il tarixli qətnaməsinə izah verilməsini xahiş etmişdir. Qərardadda qeyd edilmişdir ki, Bakı şəhəri Xətai rayon İcra Şöbəsinin icra məmuru X20 xx.xx.2022-ci il tarixdə məhkəməyə Bakı şəhəri Xətai rayon Məhkəməsinin 2(011)-728/2020 saylı xx.xx.2020-ci il tarixli icra sənədinə izah verilməsi barədə eyni məzmunlu ərizəsi üzrə Bakı şəhəri Xətai rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli 8(011)-278/2022 saylı Qərardadı vardır, həmin Qərardadla ərizə rədd edilmiş və qanuni qüvvəsini almışdır, qərardad onunla əsaslandırılmışdır ki, ərizə üzrə izah verilməklə “borclu Muradov Qaçay Murad oğlundan başqa digərlərinin də mübahisəli mənzildən çıxarılması və həmçinin mənzilin boşaldılması” məsələsinə qiymət verilməsi, qətnamənin məzmununun dəyişdirilməsinə səbəb olur ki, bu da qanunvericiliyə əsasən, yolverilməzdir, ikincisi, izah verilməsi xahiş olunan qətnamə ilə “mübahisəli mənzilə X2 və istifadə hüququ tanınması, cavabdehlərin üzərinə həmin mənzilin X8 təhvil verilməsi öhdəliyi qoyulmuş, Muradov Qaçay Murad oğlunun həmin mənzildən çıxarılması” nəzərdə tutulmuşdur ki, bu da mübahisəli mənzildə iddiaçının sahiblik və istifadə hüququnun tanınması, bununla da həmin mənzilin ona təhvil verilməsini özündə ehtiva etməklə, icra sənədinin icrasının mümkünsüzlüyünü istisna edir. Həmçinin məhkəmə qeyd etmişdir ki, hazırkı mənzil icra aktı əsasında borcluya təhvil verilmiş, hazırkı icra işi üzrə borclular icra sənədi verilmiş mülki iş üzrə bütün instansiya məhkəmələrində mübahisəli mənzil üzrə tərəflər olmaqla mənzilə dair subyektiv hüquqa iddialı olmuşlar ki, bu da həmin mənzil üzrə çıxarılmış məhkəmə qətnaməsinin icrasında onların məsuliyyətinə əsas yaradır. Bununla bərabər məhkəmə həmin Qərardadla onu da qeyd etməyi zəruri hesab etmişdir ki, icra sənədinin mümkünsüzlüyü, bütün zəruri icra hərəkətlərinin başa çatması ilə əlaqələndirilməlidir ki, hazırkı icra işi üzrə də bu hallar müəyyən olunmur. Hazırkı ərizə üzrə də məhkəmə həmin mövqedən çıxış edir və əlavə olaraq qeyd etməyi zəruri hesab edir ki, icra məmurunun yeni hal kimi irəli sürdüyü “Zaur Mirzəyevin həmin mənzilə dair çıxarışının olması” barədə dəlilləri yenidən icra sənədinin izah verilməsi üçün əsas hesab oluna bilməz. Belə ki, iş materiallarında olan elektron çıxarışdan göründüyü kimi, X14 ünvan 13 ünvanında yerləşən ümumi sahəsi 130.50 kv.m olan mənzilin sahibidir, halbuki məhkəmə qətnaməsi ilə X6 Bakı şəhəri, Nobel prospekti 189 A ünvanında yerləşən bir bloklu yaşayış evinin 13-cü mərtəbəsindəki ümumi sahəsi 141,2 kv.m olan 83 nömrəli 3 otaqlı mənzilə sahiblik və istifadə hüququ tanınması, cavabdehlərin üzərinə həmin mənzilin X8 təhvil verilməsi öhdəliyi qoyulmuş, Muradov Qaçay Murad oğlunun həmin mənzildən çıxarılması qət edilmişdir. Məhkəmə, icra məmurunun və borclu Q.Muradovun vəkilinin yeni hal kimi irəli sürdüyü “mübahisəli mənzilin faktiki olaraq 78 saylı mənzil olması” barədə dəlillərinə münasibətdə isə qeyd etmişdir ki, Xətai rayonu, Nobel prospekti ev 189A ünvanında yerləşən 78 saylı mənzilə cavabdeh Q.Muradovun tam mülkiyyət hüququnun olması, iddiaçıya və cavabdehə aid mənzillərin hər ikisinin 3 otaqdan ibarət olmaqla yaşayış binasının 13-cü mərtəbəsində yerləşməsi, müqavilə əsasında iddiaçının – X.Dəmirovun mənzilinin 83 saylı, cavabdehin – Q.Muradovun mənzilinin isə 78 saylı olması, həmin mənzillərin 83 saylı və 78 saylı olmaqla fərqli mənzillər olması, mübahisəli mənzilin iddiaçıya məxsus 83 saylı mənzil olması və onun hazırda cavabdehin faktiki sahibliyində olması, cavabdehin isə həmin mənzildə yaşamaması və mənzildə cavabdehin razılığı ilə yaxın qohumunun yaşaması qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə işin müəyyən olunmuş hallarıdır, həmin halların qarşılığında, kənar şəxsin (Z.Mirzəyevin) tələbkara aid 83 saylı mənzildə yaşaması səbəbi kimi 78 saylı mənzilə çıxarışının olması halı ilə icra sənədi üzrə icra məmuru tərəfindən verilmiş ərizə əsaslı hesab edilə bilməz və belə icra hərəkətləri icra işinin gedikdirilməsi ilə haqlı narazılığa səbəb olmaqla yanaşı, məhkəmə qətnaməsinin də icrasını ləngidən süni maneələrdir. İş materiallarında olan Bakı şəhəri Xətai rayon İcra şöbəsi tərəfindən Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinə ünvanlanmış xx.xx.2022-ci il tarixli məktubun surətindən görünür ki, Xətai rayon icra şöbəsinin icraatında olan Bakı şəhəri Xətai rayon Məhkəməsinin 2(011)-728/2020 saylı xx.xx.2020-ci il tarixli icra sənədinin icrası ilə bağlı “Mütəxəssis dəvət edilməsi haqqında” xx.xx.2022-ci il tarixli qərar icra olunması üçün sonuncuya göndərilmiş, "xxxx" MTK tərəfindən Bakı şəhəri, Xətai rayonu, Nobel pr. 189 A ünvanında inşa edilmiş çoxmərtəbəli yaşayış binasında yerləşən 83 nömrəli 3 otaqlı mənzili müəyyən etmək üçün qərarın icrası ilə bağlı mütəxəssisin ayrılmasına göstəriş verilməsi və nəticəsi barədə məlumat verilməsi xahiş olunmuşdur. İş materiallarında olan Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti 1 saylı Bakı Ərazi idarəsi tərəfindən Bakı şəhəri Xətai rayon İcra şöbəsinə ünvanlanmış xx.xx.2022-ci il tarixli məktubun surətindən görünür ki, sonuncuya Tarif Şurasının Xİİİ bəndinə uyğun olaraq nəzərdə tutulan 95 manat xidmət haqqı ödənildikdən sonra mütəxəssis rəyinin verilməsinin təmin ediləcəyi bildirilmişdir. İş materiallarında olan Bakı şəhəri Xətai rayon İcra şöbəsi tərəfindən "xxxx" MTK-ya ünvanlanmış xx.xx.2022-ci il tarixli məktubun surətindən görünür ki, Xətai rayon icra şöbəsinin icraatında olan Bakı şəhəri Xətai rayon Məhkəməsinin 2(011)-728/2020 saylı xx.xx.2020-ci il tarixli icra sənədinin icrası ilə əlaqədar Bakı şəhəri, Nobel prospekti 189 A ünvanında yerləşən yaşayış binasının 1-ci blok, 13-cü mərtəbədə yerləşən 83 saylı mənzilin ümumi sahəsinin ölçüsü və hal-hazırda həmin mənzilin sakinlərinin kimliyi barədə Bakı şəhəri Xətai rayon İcra şöbəsinə rəsmi məlumat verilməsi xahiş olunmuşdur. İş materiallarında olan Bakı şəhəri Xətai rayon İcra şöbəsi tərəfindən Xətai rayon Polis İdarəsinin 37-ci Polis Bölməsinə ünvanlanmış xx.xx.2022-ci il tarixli məktubun surətindən görünür ki, Xətai rayon İcra şöbəsinin icraatında olan Xətai rayon Məhkəməsinin 2(011)-728/2020 saylı xx.xx.2020-ci il tarixli icra sənədinə əsasən, Bakı şəhəri, Nobel prospekti 189 A ünvanında yerləşən bir bloklu yaşayış evinin 13-cü mərtəbəsindəki ümumi sahəsi 141,2 kv.m olan 83 nömrəli 3 otaqlı mənzilə X2 və istifadə hüququ tanınmalı, cavabdehlərin üzərinə həmin mənzilin X8 təhvil verilməsi öhdəliyi qoyulmalıdır, Muradov Qaçay Murad oğlunun həmin mənzildən çıxarılmalıdır. Qeyd olunan icra sənədinin icrası xx.xx.2022-ci il tarixə saat 11:00-a təyin olunmuşdur, göstərilən tarixdə tərəflərin qeyd olunan ünvanda olmalarının təmin edilməsi xahiş olunmuşdur. İş materiallarında olan Bakı şəhəri Xətai rayon İcra şöbəsinin icra məmuru Xatir Məmmədov tərəfindən imzalanmış xx.xx.2023-cü il tarixli Qərarının surətindən görünür ki, Azərbaycan Respublikası Fövqəladə Hallar Naziliyinin Tikintidə X7 Agentliyindən mütəxəssis dəvət olunması, mütəxəssis qarşısında Bakı şəhəri, Nobel pr. bir bloklu yaşayış evinin 13-cü mərtəbəsindəki ümumi sahəsi 141.2 kv.m olan 83 nömrəli 3 otaqlı mənzili dəqiq hansı mənzildir?, Bakı şəhəri, Nobel pr. Bir bloklu yaşayış evinin 13-cü mərtəbəsindəki ümumi sahəsi 141.2 kv.m olan 83 nömrəli 3 otaqlı mənzil hal-hazırda kimin istifadəsindədir və ya mülkiyyətindədir? sualları qoyulması qərara alınmışdır. İş materiallarında olan Bakı şəhəri Xətai rayon İcra şöbəsinin icra məmuru Xatir Məmmədov tərəfindən imzalanmış “Mütəxəssisin (mütəxəssislərin) dəvət edilməsi haqqında” xx.xx.2023-cü il tarixli Qərarının surətindən görünür ki, Azərbaycan Respublikası Fövqəladə Hallar Naziliyinin Tikintidə X7 Agentliyindən mütəxəssis dəvət olunması, mütəxəssis qarşısında Bakı şəhəri, Nobel pr. bir bloklu yaşayış evinin 13-cü mərtəbəsindəki ümumi sahəsi 141.2 kv.m olan 83 nömrəli 3 otaqlı mənzili dəqiq hansı mənzildir?, Bakı şəhəri, Nobel pr. Bir bloklu yaşayış evinin 13-cü mərtəbəsindəki ümumi sahəsi 141.2 kv.m olan 83 nömrəli 3 otaqlı mənzil hal-hazırda kimin istifadəsindədir və ya mülkiyyətindədir? sualları qoyulması qərara alınmışdır. İş materiallarında olan Bakı şəhəri Xətai rayon İcra şöbəsinin icra məmuru Xatir Məmmədov tərəfindən imzalanmış “Mütəxəssisin (mütəxəssislərin) dəvət edilməsi haqqında” xx.xx.2023-cü il tarixli Qərarın surətindən görünür ki, Azərbaycan Respublikası Fövqəladə Hallar Naziliyinin Tikintidə X7 Agentliyindən mütəxəssis dəvət olunması, mütəxəssis qarşısında Bakı şəhəri, Nobel pr. Bir bloklu yaşayış evinin 13-cü mərtəbəsindəki ümumi sahəsi 141.2 kv.m olan 83 nömrəli 3 otaqlı mənzili dəqiq hansı mənzildir?, Bakı şəhəri, Nobel pr. Bir bloklu yaşayış evinin 13-cü mərtəbəsindəki ümumi sahəsi 141.2 kv.m olan 83 nömrəli 3 otaqlı mənzil hal-hazırda kimin istifadəsindədir və ya mülkiyyətindədir?, Bakı şəhəri, Nobel pr. Bir bloklu yaşayış evinin 13-cü mərtəbəsidə liftdən çıxandan sonra sol tərəfdə olan birinci mənzil neçə saylı mənzildir? Bakı şəhəri, Nobel pr. Bir bloklu yaşayış evinin 13-cü mərtəbəsidə liftdən çıxandan sonra sol tərəfdə olan birinci mənzil neçə kv.metrdir? sualları qoyulması qərara alınmışdır. İş materiallarında olan Bakı şəhəri Xətai rayon İcra şöbəsi tərəfindən Azərbaycan Respublikası Fövqəladə Hallar Naziliyinin Tikintidə X7 Agentliyinin rəisinə ünvanlanmış xx.xx.2023-cü il tarixli məktubun surətindən görünür ki, Xətai rayon icra şöbəsinin icraatında olan Bakı şəhəri Xətai rayon Məhkəməsinin 2(011)-728/2020 saylı xx.xx.2020-ci il tarixli icra sənədinin icrası ilə bağlı “Mütəxəssis dəvət edilməsi haqqında” xx.xx.2023-cü il tarixli qərar icra olunması üçün sonuncuya göndərilmiş, "xxxx" MTK tərəfindən Bakı şəhəri, Xətai rayonu, Nobel pr. 189 A ünvanında inşa edilmiş çoxmərtəbəli yaşayış binasında yerləşən 83 saylı mənzili müəyyən etmək üçün qərarın icrası ilə bağlı mütəxəssisin ayrılmasına göstəriş verilməsi və nəticəsi barədə məlumat verilməsi təkrar xahiş olunmuşdur. İş materiallarında olan Bakı şəhəri Xətai rayon İcra şöbəsi tərəfindən Azərbaycan Respublikası Fövqəladə Hallar Naziliyinin Tikintidə X7 Agentliyinin rəisinə ünvanlanmış xx.xx.2023-cü il tarixli məktubun surətindən görünür ki, Xətai rayon icra şöbəsinin icraatında olan Bakı şəhəri Xətai rayon Məhkəməsinin 2(011)-728/2020 saylı xx.xx.2020-ci il tarixli icra sənədinin icrası ilə bağlı “Mütəxəssis dəvət edilməsi haqqında” xx.xx.2023-cü il tarixli qərar icra olunması üçün sonuncuya göndərilmiş, "xxxx" MTK tərəfindən Bakı şəhəri, Xətai rayonu, Nobel pr. 189 A ünvanında inşa edilmiş çoxmərtəbəli yaşayış binasında yerləşən 83 saylı mənzili müəyyən etmək üçün qərarın icrası ilə bağlı mütəxəssisin ayrılmasına göstəriş verilməsi və nəticəsi barədə məlumat verilməsi təkrar xahiş olunmuşdur. İş materiallarında olan Bakı şəhəri Xətai rayon İcra şöbəsinin icra məmuru Xatir Məmmədov tərəfindən imzalanmış “Mütəxəssisin (mütəxəssislərin) dəvət edilməsi haqqında” xx.xx.2023-cü il tarixli Qərarın surətindən görünür ki, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətindən mütəxəssis dəvət olunması, mütəxəssis qarşısında Bakı şəhəri, Nobel pr. Bir bloklu yaşayış evinin 13-cü mərtəbəsindəki ümumi sahəsi 141.2 kv.m olan 83 nömrəli 3 otaqlı mənzili dəqiq hansı mənzildir?, Bakı şəhəri, Nobel pr. Bir bloklu yaşayış evinin 13-cü mərtəbəsindəki ümumi sahəsi 141.2 kv.m olan 83 nömrəli 3 otaqlı mənzil hal-hazırda kimin istifadəsindədir və ya mülkiyyətindədir?, Bakı şəhəri, Nobel pr. Bir bloklu yaşayış evinin 13-cü mərtəbəsidə liftdən çıxandan sonra sol tərəfdə olan birinci mənzil neçə saylı mənzildir? Bakı şəhəri, Nobel pr. Bir bloklu yaşayış evinin 13-cü mərtəbəsidə liftdən çıxandan sonra sol tərəfdə olan birinci mənzil neçə kv.metrdir? Bakı şəhəri, Nobel pr. Bir bloklu yaşayış evinin 13-cü mərtəbəsidə liftdən çıxandan sonra sol tərəfdə olan birinci mənzil kimin mülkiyyətidədir? sualları qoyulması qərara alınmışdır. İş materiallarında olan Bakı şəhəri Xətai rayon İcra şöbəsi tərəfindən Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinə ünvanlanmış xx.xx.2023-cü il tarixli məktubun surətindən görünür ki, Xətai rayon icra şöbəsinin icraatında olan Bakı şəhəri Xətai rayon Məhkəməsinin 2(011)-728/2020 saylı xx.xx.2020-ci il tarixli icra sənədinin icrası ilə bağlı “Mütəxəssis dəvət edilməsi haqqında” xx.xx.2023-cü il tarixli qərar icra olunması üçün sonuncuya göndərilmiş, "xxxx" MTK tərəfindən Bakı şəhəri, Xətai rayonu, Nobel pr. 189 A ünvanında inşa edilmiş çoxmərtəbəli yaşayış binasında yerləşən 83 nömrəli 3 otaqlı mənzili müəyyən etmək üçün qərarın icrası ilə bağlı mütəxəssisin ayrılmasına göstəriş verilməsi və nəticəsi barədə məlumat verilməsi xahiş olunmuşdur. İş materiallarında olan Bakı şəhəri Xətai rayon İcra şöbəsi tərəfindən Xətai rayon Polis İdarəsinin 37-ci Polis Bölməsinə ünvanlanmış xx.xx.2023-cü il tarixli məktubun surətindən görünür ki, Xətai rayon İcra şöbəsinin icraatında olan Xətai rayon Məhkəməsinin 2(011)-728/2020 saylı xx.xx.2020-ci il tarixli icra sənədinə əsasən, Bakı şəhəri, Nobel prospekti 189 A ünvanında yerləşən bir bloklu yaşayış evinin 13-cü mərtəbəsindəki ümumi sahəsi 141,2 kv.m olan 83 nömrəli 3 otaqlı mənzilə X2 və istifadə hüququ tanınmalı, cavabdehlərin üzərinə həmin mənzilin X8 təhvil verilməsi öhdəliyi qoyulmalıdır, Muradov Qaçay Murad oğlunun həmin mənzildən çıxarılmalıdır. Qeyd olunan icra sənədinin icrası xx.xx.2023-cü il tarixə saat 11:00-a təyin olunmuşdur, göstərilən tarixdə tərəflərin qeyd olunan ünvanda olmalarının təmin edilməsi xahiş olunmuşdur. Məhkəmə, şikayətin “Xətai rayon İcra şöbəsinin və icra məmuru X17 rayon Məhkəməsinin 2(011)-728/2020 saylı xx.xx.2020-ci il tarixli qətnaməsinin icra edilməsi ilə əlaqədar mütəxəssisin dəvət edilməsi və mütəxəssis rəyinin alınması barədə hərəkətlərinin qanunsuz hesab edilməsi” hissəsinə münasibətdə qeyd edir ki, əvvəla, Xətai rayonu, Nobel prospekti ev 189A ünvanında yerləşən 78 saylı mənzilə cavabdeh Q.Muradovun tam mülkiyyət hüququnun olması, iddiaçıya və cavabdehə aid mənzillərin hər ikisinin 3 otaqdan ibarət olmaqla yaşayış binasının 13-cü mərtəbəsində yerləşməsi, müqavilə əsasında iddiaçının – X.Dəmirovun mənzilinin 83 saylı, cavabdehin – Q.Muradovun mənzilinin isə 78 saylı olması, həmin mənzillərin 83 saylı və 78 saylı olmaqla fərqli mənzillər olması, mübahisəli mənzilin iddiaçıya məxsus 83 saylı mənzil olması və onun hazırda cavabdehin faktiki sahibliyində olması, cavabdehin isə həmin mənzildə yaşamaması və mənzildə cavabdehin razılığı ilə yaxın qohumunun yaşaması qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə işin müəyyən olunmuş halları olmasına baxmayaraq, icra məmuru Xatir Məmmədov tərəfindən xx.xx.2022-ci il, xx.xx.2023-cü il, xx.xx.2023-cü il və xx.xx.2023-cü il tarixlərdə (hətta hazırkı icra işi üzrə icra məmuru M.Abdullayev tərəfindən xx.xx.2022-ci il və xx.xx.2022-ci il tarixlərdə də eyni məzmunlu qərarlar qəbul olunmuşdur) Bakı şəhəri, Nobel prospekti bir bloklu yaşayış evinin 13-cü mərtəbəsindəki ümumi sahəsi 141.2 kv.m olan 83 nömrəli 3 otaqlı mənzilin yerinin müəyyən olunması məqsədilə (mütəxəssis qarşısında “Bakı şəhəri, Nobel pr. Bir bloklu yaşayış evinin 13-cü mərtəbəsindəki ümumi sahəsi 141.2 kv.m olan 83 nömrəli 3 otaqlı mənzili dəqiq hansı mənzildir?, Bakı şəhəri, Nobel pr. Bir bloklu yaşayış evinin 13-cü mərtəbəsindəki ümumi sahəsi 141.2 kv.m olan 83 nömrəli 3 otaqlı mənzil hal-hazırda kimin istifadəsindədir və ya mülkiyyətindədir?, Bakı şəhəri, Nobel pr. Bir bloklu yaşayış evinin 13-cü mərtəbəsidə liftdən çıxandan sonra sol tərəfdə olan birinci mənzil neçə saylı mənzildir? Bakı şəhəri, Nobel pr. Bir bloklu yaşayış evinin 13-cü mərtəbəsidə liftdən çıxandan sonra sol tərəfdə olan birinci mənzil neçə kv.metrdir? Bakı şəhəri, Nobel pr. Bir bloklu yaşayış evinin 13-cü mərtəbəsidə liftdən çıxandan sonra sol tərəfdə olan birinci mənzil kimin mülkiyyətidədir?” məzmunlu suallar qoyulmaqla) mütəxəssisin dəvət edilməsi haqqında qərarlar qəbul edilmişdir ki, bu da qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən olunmuş halların, vəzifəsi bilavasitə icra vərəqəsini icra etmək olan icra məmuru tərəfindən şübhə altına alınması kimi qiymətləndirilməlidir. Digər tərəfdən, 2(011)-6501/2016 saylı icra işi üzrə 29 iyul 2016-cı il tarixli məhkəmə qətnaməsi ilə nəzərdə tutulmadığı halda, X5 mənzilə yerləşdirilməsi məqsədilə icra məmuru tərəfindən mütəxəssis cəlb edilmişdir ki, bu da ondan sonra baxılan və mübahisələndirilməklə son instansiya məhkəməsini də əhatə etməklə qüvvədə saxlanmış 2(011)-728/2020 saylı mülki iş üzrə məhkəmə tərəfindən nəzərə alınmamışdır. Belə olan halda məhkəmə hesab edir ki, hazırkı icra işi üzrə icra məmuru tərəfindən edilmiş belə hərəkətlər qanuni hesab edilə bilməməklə bərabər, icra işi üzrə süründürməçiliyə səbəb olduğundan, tələbkarın şikayəti həmin hissədə əsaslıdır, buna görə də təmin edilməli, Bakı şəhəri Xətai rayon icra şöbəsinin icra məmuru Xatir Məmmədovun “mütəxəssisin dəvət edilməsi və mütəxəssis rəyinin alınması barədə” hərəkətləri qanunsuz hesab edilməlidir. Məhkəmə, şikayətin “Xətai rayon İcra şöbəsinin və icra məmuru Xatir Məmmədovun qətnamənin icrası ilə əlaqədar hərəkətsizliyinin qanunsuz hesab edilməsi” hissəsinə münasibətdə isə qeyd edir ki, icra vərəqəsi icraata daxil olduqdan sonra icra şöbəsi tərəfindən icraata başlamaq haqqında qərar qəbul edilmiş, mübahisəli ünvana baxış keçirilməklə aktlar tərtib olunmuş, icra işi ilə bağlı müəyyən icra tədbirləri görülmüşdür və hazırda da icra işi davam etdirilir. Belə olan halda məhkəmə hesab edir ki, şikayət həmin hissədə əsassızdır və buna görə də məhkəmə tərəfindən təmin oluna bilməz. Azərbaycan Respublikası Konstitusiyasının 129-cu maddəsinin İ hissəsinə əsasən, məhkəmənin qəbul etdiyi qərarlar dövlətin adından çıxarılır və onların icrası məcburidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 15.2-ci maddəsinə əsasən, məhkəmələrin qanuni qüvvəyə minmiş qətnaməsi, qərardadı, qərarı, əmri bütün dövlət hakimiyyəti, yerli özünüidarə orqanları, onların vəzifəli şəxsləri, ictimai birliklər, siyasi partiyalar, həmkarlar ittifaqları, onların vəzifəli şəxsləri, həmçinin fiziki və hüquqi şəxslər üçün məcburidir və Azərbaycan Respublikasının bütün ərazisində hökmən icra olunmalıdır. Həmin Məcəllənin 15.3-cü maddəsinə əsasən, məhkəmə aktının icra olunmaması, habelə məhkəməyə digər hörmətsizlik halları qanunda nəzərdə tutulmuş məsuliyyətlə nəticələnir. “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 2.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasında məhkəmə və digər orqanların qərarlarının məcburi icrası icra məmurları tərəfindən həyata keçirilir. Həmin Qanunun 26-cı maddəsinə əsasən icra sənədlərinin vaxtında və düzgün icra edilməsinə nəzarət icra qurumunun rəhbəri və məhkəmə tərəfindən öz səlahiyyətləri daxilində həyata keçirilir. Həmin Qanunun 29.1-ci maddəsinə əsasən, tərəflər icraat materialları ilə tanış olmaq, onlardan çıxarışlar etmək, onların surətini çıxarmaq, əlavə materiallar təqdim etmək, vəsatət vermək, icra hərəkətlərinin həyata keçirilməsində iştirak etmək və bu zaman şifahi və yazılı izahatlar vermək, icraatın gedişində meydana çıxan bütün məsələlər üzrə öz dəlil və mülahizələrini bildirmək, icraatda iştirak edən digər şəxslərin vəsatətlərinə, dəlil və mülahizələrinə etiraz etmək, icra məmuruna etiraz etmək və onun hərəkətlərindən (hərəkətsizliyindən) şikayət vermək hüquqlarına malikdirlər. “İcra məmurları haqqında” Azərbaycan Respublikası Qanununun 11-ci maddəsinə əsasən, icra məmurlarının qanunazidd hərəkətləri barədə yuxarı vəzifəli şəxsə və ya məhkəməyə şikayət verilə bilər. Yuxarı vəzifəli şəxsə İcra məmurlarından şikayət vermə şikayət edən şəxsin məhkəməyə müraciət etməsi üçün maneə törətmir. İcra məmurları öz hərəkətlərinə (hərəkətsizliyinə) və törətdiyi hüquq pozuntularına görə Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada məsuliyyət daşıyırlar. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin (bundan sonra – Avropa Məhkəməsi) qanuni qüvvəyə minmiş məhkəmə aktlarının icrasına dair mövqeyinə görə, son və məcburi qüvvəyə malik olan məhkəmə qərarı tərəflərdən birinin ziyanına olaraq icra edilmədikdə, ədalətli məhkəmə araşdırması xəyali hüquqa çevrilir. Ağlasığmaz haldır ki, tərəflərə verilən ədalətli, açıq və ağlabatan müddətdə məhkəmə araşdırması kimi prosessual təminatları ətraflı təsvir edən “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyanın 6-cı maddəsi məhkəmə qərarlarının icrasını təmin etməmiş olsun. Həmin maddənin yalnız məhkəməyə müraciət etmək hüququ və məhkəmə iclasının aparılmasına aid edilməsi iştirakçı dövlətlərin Konvensiyaya qoşularkən üzərlərinə götürdükləri öhdəliklərlə bağlı qəbuledilməz vəziyyət yarada bilər. Ona görə də, məhkəmə tərəfindən çıxarılmış hər hansı qərarın icrası Konvensiyanın 6-cı maddəsinin mənasına görə “məhkəmə araşdırmasının” ayrılmaz tərkib hissəsi hesab edilməlidir (Hornsbi Yunanıstana qarşı iş üzrə 19 mart 1997-ci il tarixli Qərar). Avropa Məhkəməsinin qanuni qüvvəyə minmiş məhkəmə aktlarının icrasına dair digər mövqeyinə görə, şikayət yalnız yekun məhkəmə qərarının uzun müddət icra edilməməsinə aid olsa belə, məhkəmə həmin məhkəmə qərarının çıxarılması ilə nəticələnmiş «məhkəmə araşdırmasına» 6-cı maddənin 1-ci bəndinin tətbiqinin mümkünlüyü məsələsini araşdırmalıdır, çünki məhkəmədən sonra qərarın icra prosesi «məhkəmə araşdırmasının» tərkib hissəsi sayılmalıdır (Kanayev Rusiyaya qarşı, ərizə № 43726/02, § 19, 27 iyul 2006-cı il). Şərh olunanlara əsasən, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 263-264-cü maddələrini rəhbər tutub məhkəmə qərara aldı: Şikayət qismən təmin edilsin. Bakı şəhəri Xətai rayon icra şöbəsinin icra məmuru Xatir Məmmədovun “mütəxəssisin dəvət edilməsi və mütəxəssis rəyinin alınması barədə” hərəkətləri qanunsuz hesab edilsin. Şikayət qalan hissədə rədd edilsin. Qərardaddan, rəsmi qaydada verildikən 10 (on) gün müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Şəhriyar Əliyev
Məhkəmə qərarları › İş №8(011)-109/2023
Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qərardad — İş №8(011)-109/2023
09.03.2023 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver