Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 8(011)-109/2025 18.02.2025 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Zamanlı Pərviz Mirsiyaf oğlunun sədrliyi, Həsənova Elnarə Daşdəmir qızının katibliyi, Ərizəçi Tələbkar iştirakı ilə, Ərizəçi Tələbkar Bakı şəhər Xətai Rayon Məhkəməsinin 2(011)-7885/2016 saylı, xx.xx.2016-cı il tarixli qətnaməsi ilə müəyyən edilmiş alimentin indeksasiyasına dair ərizəsinə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: MÜƏYYƏNETDİ: Ərizəçi Bakı şəhəri Xətai rayon Məhkəməsinin xx.xx.2016-cı il tarixli, 2(011)- 7885/2016 saylı qətnaməsi ilə müəyyən edilmiş alimentin miqdarının dəyişdirərək, Borclu xx.xx.2009-cu il təvəllüdlü X2 və xx.xx.2015-ci il təvəllüdlü X1 üçün hər ay hər uşağa görə 246 manat, cəmi 492 manat sabit pul məbləğində alimentin tutularaq ona verilməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Borclu məhkəmə iclasının vaxtı və yeri barədə məlumatlandırılsa da, məhkəmə iclasına gəlməmiş və gəlməməsinin üzürlü olması barədə əvvəlcədən məlumat vermədiyindən məhkəmə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 232.2-ci maddəsinə əsasən onun iştirakı olmadan ərizəyə baxılmasını mümkün hesab edir. Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, iş üzrə icraata xitam verilməlidir. Məhkəmə araşdırması nəticəsində müəyyən olunmuşdur ki, Bakı şəhər Xətai Rayon Məhkəməsinin 2(011)-7885/2016 saylı xx.xx.2016-cı il tarixli qətnaməsinə əsasən tərəflər arasında bağlanmış nikahın pozulması, birgə nikahdan doğulmuş uşaqların tələbkarın himayəsində saxlanılması və uşaqların yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay hər uşağa görə 117 manat məbləğində alimentin borcludan tutularaq tələbkara ödənilməsi qət edilmişdir. Həmin qətnamə xx.xx.2017-ci il tarixdə qanuni qüvvəsini alaraq icra edilməsi üçün Bakı şəhəri Xətai Rayon İcra Şöbəsinə göndərilmişdir. Xətai Rayon İcra Şöbəsinin icra məmuru tərəfindən xx.xx.2017-ci il tarixdə icraata başlamaq haqqında qərar qəbul edilmişdir. İcra icraatı gedişində tələbkar ərizə ilə İcra Şöbəsinə müraciət edərək, icra vərəqəsi üzrə tələbdən imtina etdiyini bildirmiş, borcludan aliment tələb etmədiyindən həmin icra sənədi üzrə icraata xitam verilməsini xahiş etmişdir. Xətai Rayon İcra Şöbəsinin icra məmuru tərəfindən tələbkarın ərizəsinə əsasən xx.xx.2017-ci il tarixdə icra sənədi üzrə icraata xitam verilməsi barədə qərar qəbul edilmişdir. Qeyd edilənlərdən göründüyü kimi, tələbkar İcra Şöbəsinə müraciət edərək, alimentin ödənilməsindən imtina etdiyini bildirmiş, onun ərizəsi əsasında icra sənədi üzrə icraata xitam verilmişdir. Hazırda İcra Şöbəsinin icraatında borcludan tələbkarın xeyrinə alimentin tutulması barədə icra işi mövcud deyil. Bu səbəbdən, ərizəçinin alimentin indeksasiya edilməsi tələbinə dair iş üzrə icraata xitam verilməli, ərizəçiyə Bakı şəhər Xətai Rayon Məhkəməsinin 2(011)-7885/2016 saylı xx.xx.2016-cı il tarixli qətnaməsinin yenidən icraya yönlədirilməsi barədə ərizə ilə məhkəməyə müraciət etmək hüququ, yaxud yenidən alimentin tutulması barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmək hüququnun olması izah edilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 261-262, 263- 264 və 266-268-ci maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə R A R A A L D İ: Ərizəçi Tələbkar Bakı şəhər Xətai Rayon Məhkəməsinin 2(011)-7885/2016 saylı, xx.xx.2016-cı il tarixli qətnaməsi ilə müəyyən edilmiş alimentin indeksasiyasına dair ərizəsi üzrə işin icraatına xitam verilsin. Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Pərviz Zamanlı
Məhkəmə qərarları › İş №8(011)-109/2025
Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qərardad — İş №8(011)-109/2025
18.02.2025 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver