Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 8(011)-1091/2024 18.11.2024 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Həsənova Aygün Namiq qızının sədrliyi, Quliyeva Nərmin İsmayıl qızının katibliyi, X2 iştirakı ilə, X1, X6, X15, X7 və X10 Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-8343/2021 saylı, 15 noyabr 2021-ci il tarixli qətnaməsi üzrə icra işinin təzələnməsinə dair Xətai rayon İcra şöbəsinin 15 oktyabr 2024-cü il tarixli qərarının ləğv edilməsinə dair şikayətinə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: X3, X13, X21, X16 və X18 şikayət ərizəsi ilə məhkəməyə müraciət edərək Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-8343/2021 saylı, 15 noyabr 2021-ci il tarixli qətnaməsi üzrə icra işinin təzələnməsinə dair Xətai rayon İcra şöbəsinin 15 oktyabr 2024cü il tarixli qərarının ləğv edilməsini xahiş etmişdir. X4 ərizə ilə məhkəməyə müraciət edərək ərizənin geri qaytarılmasını xahiş etmişdir. Eyni zamanda məhkəmə iclasında izahat verən X12 bildirmişdir ki, digər şikayətçilərin adından ərizəni o özü imzalamışdır. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, nə qədər ki, X13 ərizəsini geri götürmüşdür, digər ərizəçilər də ərizəni özləri imzalamamış və məhkəmə iclasında iştirak etməmişlər, odur ki, hazırkı şikayət ərizəsi X8, X19, X11 və X14 münasibətdə baxılmamış saxlanılmalıdır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 259.0.6-cı maddəsinə əsasən işə onların iştirakı olmadan baxmağı xahiş etməmiş tərəflər məhkəməyə gəlmədikdə ərizə baxılmamış saxlanır. Həmin Məcəllənin 259.0.11-ci maddəsinə əsasən, iddia ərizəsinin qaytarılması barəsində ərizə verildikdə və cavabdeh işin mahiyyəti üzrə həll olunmasını tələb etmədikdə ərizə baxılmamış saxlanır. Qeyd olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 259-260, 263 və 266-268-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: X1, X6, X15, X7 və X10 Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-8343/2021 saylı, 15 noyabr 2021-ci il tarixli qətnaməsi üzrə icra işinin təzələnməsinə dair Xətai rayon İcra şöbəsinin 15 oktyabr 2024-cü il tarixli qərarının ləğv edilməsinə dair şikayət ərizəsi X8, X19, X11 və X14 münasibətdə baxılmamış saxlanılsın. Qərardaddan onun tərəflərə rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) Bakı şəhəri Xətai Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Aygün Həsənova
Məhkəmə qərarları › İş №8(011)-1091/2024
Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qərardad — İş №8(011)-1091/2024
18.11.2024 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver