Məhkəmə qərarları › İş №8(011)-1093/2024

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qərardad — İş №8(011)-1093/2024

28.11.2024 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 8(011)-1093/2024 28.11.2024 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Hacıyeva Sahibə Cavid qızının sədrliyi, Behbudov Orxan Elşən oğlunun katibliyi ilə, X1 Bakı şəhəri Xətai rayon İcra şöbəsinin məmuru Vüsal Umarovun hərəkətsizliyinin qanunsuz hesab edilməsi şikayət ərizəsinə açıq məhkəmə iclasında baxaraq məhkəmə, müəyyənetdi: X2 məhkəməyə ərizə ilə müraciət edərək, Xətai rayon İcra Şöbəsinin icra məmuru Vüsal Umarovun hərəkətsizliyinin qanunsuz hesab edilməsi və Bakı şəhər Xətai Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2(011)-6697/2023 saylı qətnaməsinin icra edilməsinə dair göstəriş verilməsini xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, xx.xx.2023-cü il tarixli 2(011)-6697/2023 saylı qətnaməsi ilə xx.xx.2022-ci il təvəllüdlü X9 və xx.xx.2022-ci il təvəllüdlü X7 yetkinlik yaşlarına çatanadək saxlanmaları üçün Borclu xx.xx.2023-cü il tarixdən başlayaraq, hər ay, hər uşaq üçün 220 manat olmaqla, cəmi 440 manat sabit pul məbləğində aliment tutularaq X4 verilməsi icra olundu. Qətnamənin xx.xx.2023-cü il tarixli 2(011)-6697/2023 saylı qətnaməsi Ağcabədi Rayon Məhkəməsinin icra məmuru Nemət Mustafayevdə idi. Daha sonra iş Xətai Rayon Məhkəməsinə yönləndirildi. Məhkəmənin xx.xx.2023-cü il tarixli 2(011)-6697/2023 saylı qətnaməsi icra məmuru Vüsal Umarovun hərəkətsizliyi nəticəsində bugünədək icra edilməmiş və 11 aydır ki, aliment ala bilmir. Tələbkar, borclu və Bakı şəhəri Xətai rayon İcra şöbəsi məhkəmə iclasının vaxtı və yeri barəsində lazımı qaydada xəbərdar edilməklə məhkəməyə çağrılsa da, lakin o, məhkəmədə iştirak etməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 231.2-ci maddəsinə əsasən, şikayətə onların iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə ərizənin dəlillərini araşdıraraq hesab edir ki, ərizə əsassızdır. Buna görə də ərizə təmin edilməməlidir. Ərizəyə baxılması üçün icra işi sorğu edilmiş və məhkəməyə icra işi təqdim edilmişdir. İcra işinin materiallarına əlavə edilmiş Bakı şəhəri Xətai rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2(011)- 6697/2023 nömrəli qətnaməsi ilə iddia təmin edilmiş, xx.xx.2022-ci il təvəllüdlü X9 və xx.xx.2022-ci il təvəllüdlü X7 yetkinlik yaşlarına çatanadək saxlanılmaları üçün Borclu xx.xx.2023-cü il tarixdən başlayaraq, hər ay, hər uşaq üçün 220 (iki yüz iyirmi) manat, cəmi 440 (dörd yüz qırx) manat sabit pul məbləğində aliment tutularaq X4 ödənilməsi qət olunmuşdur. İcra işinin materiallarından görünür ki, Ağcəbədi rayon İcra və Probasiya şöbəsinin icra məmuru üçüncü dərəcəli ədliyyə qulluqçusu Bəhram Cəfərov tərəfindən xx.xx.2024-cü il tarixdə icraata başlamaq haqqında qərar qəbul olunmuş və Borclu dərhal icranı könüllü olaraq təmin edilməsi təklif olunmuşdur. Qərar və bildiriş xx.xx.2024-cü il tarixdə Borclu tərəfindən qəbul edilmişdir. İcra işinin materiallarından görünür ki, xx.xx.2024-cü il tarixdə Bakı şəhəri Xətai Rayon İcra Şöbəsi tərəfindən "xxxx" MMC-yə yönəldilmiş məktubdan görünür ki, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2(011)- 6697/2023 nömrəli qətnaməsi ilə iddia təmin edilmiş, xx.xx.2022-ci il təvəllüdlü X9 və xx.xx.2022-ci il təvəllüdlü X7 yetkinlik yaşlarına çatanadək saxlanılmaları üçün Borclu xx.xx.2023-cü il tarixdən başlayaraq, hər ay, hər uşaq üçün 220 (iki yüz iyirmi) manat, cəmi 440 (dörd yüz qırx) manat sabit pul məbləğində aliment tutularaq X4 ödənilməsi qət olunmuşdur, Borclu hazırki tarixə 2080 manat borcu var, icra sənədinin icrasını təmin etmək məqsədi ilə Borclu aylıq qazancının 70%-i, borc tam ödənildikdən sonra hər ay, hər uşaq üçün 220 manat, cəmi 440 manat sabit pul məbləğində aliment tutularaq hazırki təklifə əlavə edilmiş tələbkarın bank hesabına köçürülməsinin təmin edilməsi və icranın həyata keçirilməsi, nəticəsi barədə şöbəyə məlumat verilməsini xahiş etmişdir. İcra işinin materiallarından görünür ki, xx.xx.2024-cü il tarixdə Bakı şəhəri Xətai Rayon İcra Şöbəsi tərəfindən "xxxx" MMC-yə yönəldilmiş məktubdan görünür ki, Xətai rayon İcra Şöbəsinin icraatında olan Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2023cü il tarixli 2(011)- 6697/2023 nömrəli icra sənədi icra edilməsi üçün xx.xx.2024-cü il tarixdə ünvana göndərilmiş, icra sənədi barədə zərurət yarandığından qeyd olunan icranın həyata keçirilməsi, ödəniş tutulmalarının aparılmasının səbəbini və nəticəsi barədə şöbəyə təxirəsalınmadan məlumat verilməsi xahiş olunmuşdur. İcra işinin materiallarından görünür ki, Bakı şəhəri Xətai rayon İcra Şöbəsinin icra məmuru Vüsal Umarov tərəfindən xx.xx.2024-cü il tarixdə borclu xx.xx.1992-ci il təvəllüdlü ünvan 1 ünvanında qeydiyyatda olan Borclu barəsində borclunun axtarışı haqqında qərar qəbul olunmuş, icra edilməsi üçün Laçın rayon Polis Şöbəsinə göndərilmişdir. İcra işinin materiallarından görünür ki, xx.xx.2024-cü il tarixdə Bakı şəhəri Xətai rayon İcra Şöbəsinin icra məmuru Vüsal Umarov tərəfindən "xxxx" MMC-yə yönəldilmiş məktubdan görünür ki, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2(011)- 6697/2023 nömrəli qətnaməsi ilə iddia təmin edilmiş, xx.xx.2022-ci il təvəllüdlü X9 və xx.xx.2022-ci il təvəllüdlü X7 yetkinlik yaşlarına çatanadək saxlanılmaları üçün Borclu xx.xx.2023-cü il tarixdən başlayaraq, hər ay, hər uşaq üçün 220 (iki yüz iyirmi) manat, cəmi 440 (dörd yüz qırx) manat sabit pul məbləğində aliment tutularaq X4 ödənilməsi qət olunmuşdur, Borclu hazırki tarixə 3840 manat borcu var, icra sənədinin icrasını təmin etmək məqsədi ilə Borclu aylıq qazancının 70%-i, borc tam ödənildikdən sonra hər ay, hər uşaq üçün 220 manat, cəmi 440 manat sabit pul məbləğində aliment tutularaq hazırki təklifə əlavə edilmiş tələbkarın bank hesabına köçürülməsinin təmin edilməsi və icranın həyata keçirilməsi, nəticəsi barədə şöbəyə məlumat verilməsini xahiş etmişdir. İcra işinin materiallarından görünür ki, Bakı şəhəri Xətai rayon İcra Şöbəsinin icra məmuru Vüsal Umarov tərəfindən xx.xx.2024-cü il tarixdə Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2(011)- 6697/2023 nömrəli icra sənədinə əsasən yığılmış 3840 manat borcun Borclu tərəfindən ödənilməməsi nəticəsində borclu barəsində İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətdiyinə görə ******* nömrəli inzibati xəta haqqında protokol tərtib edilmişdir. Bakı şəhər Xətai Rayon Məhkəməsinin 3(011)-5855/2024 saylı, xx.xx.2024-cü il tarixli qərardadı ilə Borclu barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə tərtib edilmiş inzibati xəta haqqında material natamam olduğundan və işə baxılarkən tamamlamaq mümkün olmadığından inzibati xəta haqqında protokol və ona əlavə edilmiş sənədlər Bakı şəhəri Xətai rayon İcra Şöbəsinə geri qaytarılmışdır. İcra işinin materiallarından görünür ki, Bakı şəhəri Xətai rayon İcra Şöbəsinin icra məmuru Vüsal Umarov tərəfindən xx.xx.2024-cü il tarixdə Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2(011)- 6697/2023 nömrəli icra sənədinə əsasən yığılmış 3840 manat borcun Borclu tərəfindən ödənilməməsi nəticəsində borclu barəsində İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətdiyinə görə ******* nömrəli inzibati xəta haqqında protokol tərtib edilmişdir. Bakı şəhər Xətai Rayon Məhkəməsinin 3(011)-5871/2024 saylı, xx.xx.2024-cü il tarixli qərardadı ilə Borclu barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə tərtib edilmiş inzibati xəta haqqında material natamam olduğundan və işə baxılarkən tamamlamaq mümkün olmadığından inzibati xəta haqqında protokol və ona əlavə edilmiş sənədlər Bakı şəhəri Xətai rayon İcra Şöbəsinə geri qaytarılmışdır. Məhkəmə hazırkı məsələ ilə bağlı aşağıdakı qanunvericilik normalarını qeyd edir: “İcra Haqqında” Azərbaycan Respublikası Qanununun 2.1.-ci maddəsinə əsasən Azərbaycan Respublikasında məhkəmə və digər orqanların qərarlarının məcburi icrası icra məmurları tərəfindən həyata keçirilir. Həmin Qanunun 3.1.-ci maddəsinə əsasən məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun tələbləri Azərbaycan Respublikasının ərazisində bütün orqanlar, hüquqi şəxslər, onların vəzifəli şəxsləri və fiziki şəxslər üçün məcburidir. “Məhkəmələr və hakimlər haqqında”Azərbaycan Respublikası Qanunun 5-ci maddəsinə əsasən Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydada qanuni qüvvəyə minmiş bu qərarlar Azərbaycan Respublikası ərazisində bütün fiziki və hüquqi şəxslər tərəfindən mütləq, vaxtında və dəqiq icra olunmalıdır. Qanuni qüvvəyə minmiş məhkəmə qərarlarının icra edilməməsi Azərbaycan Respublikası qanunvericiliyi ilə nəzərdə tutulmuş məsuliyyətə səbəb olur. Həmçinin məhkəmə qeyd edir ki, icra icraatının gedişində icra qurumu tərəfindən həyata keçirilən fəaliyyət şərti olaraq iki hissəyə ayrıla bilər: 1) icra sənədinin icra olunmasının təmin edilməsinə yönəlmiş fəaliyyət - bu zaman icra məmuru tərəfindən qəbul edilən qərarların və edilən hərəkətlərin qanuniliyinin və əsaslılığının qiymətləndirilməsi həmin fəaliyyətin icra sənədinin icrasının təmin edilməsi baxımından zəruri olub-olmaması meyarı üzrə aparılır. 2) icra sənədinin icrasının təmin edilməsi zamanı icra orqanı tərəfindən qanunsuz hərəkətlərə yol verilməklə ziyan vurulmasına gətirib çıxarmış hüquqazidd fəaliyyət - bu zaman isə icra sənədinin icrasının təmin edilməsindən kənara çıxan hərəkətlərin qanuniliyi yoxlanılır. “İcra haqqında”Azərbaycan Respublikası Qanununun 12.1-ci maddəsinə əsasən bu Qanunun 8.2-ci maddəsinin üçüncü bəndində nəzərdə tutulmuş hal istisna olmaqla, icra məmuru icra sənədini aldığı gündən iki ay müddətində bütün zəruri icra hərəkətlərini həyata keçirməlidir. Qanunun 8.2-ci maddəsinin üçüncü bəndində nəzərdə tutulmuş hal istisna olmaqla, icra məmuru icra sənədini aldığı gündən iki ay müddətində bütün zəruri icra hərəkətlərini həyata keçirməlidir. Həmin Qanunun 26-cı maddəsinə əsasən, icra sənədlərinin vaxtında və düzgün icra edilməsinə nəzarət icra qurumunun rəhbəri və məhkəmə tərəfindən öz səlahiyyətləri daxilində həyata keçirilir. Həmin Qanunun 43.1-ci maddəsinə əsasən məcburi icra tədbirləri aşağıdakılardır: 43.1.1. borclunun əmlakı üzərinə həbs qoymaq və onu satmaq yolu ilə tələbin əmlaka yönəldilməsi; 43.1.2. tələbin borclunun əmək haqqına, pensiyasına, təqaüdünə və sair gəlirlərinə yönəldilməsi; 43.1.3. tələbin borclunun üçüncü şəxslərdə olan pul vəsaitlərinə və digər əmlakına yönəldilməsi; 43.1.4. icra sənədində göstərilmiş müəyyən əşyaların borcludan götürülüb tələbkara verilməsi; 43.1.5. bu Qanuna və Azərbaycan Respublikasının digər qanunvericilik aktlarına uyğun olaraq icra sənədinin icrasını təmin edən başqa tədbirlər. Həmin Qanunun 44.1.3-cü maddəsinə əsasən könüllü icra üçün icra məmuru tərəfindən borcluya verilmiş müddətin keçməsi məcburi icra tədbirlərinin tətbiqinin əsasdır. Həmin Qanunun 70.4-cü maddəsinə əsasən icra sənədinin icrası mümkün olmadıqda, icra məmuru icra sənədinin məhkəməyə və ya icra sənədini vermiş digər orqana (notariusun icra qeydinin isə tələbkara) qaytarılması haqqında qərar qəbul edir. İcra məmurunun bu qərarı icra qurumunun rəhbəri tərəfindən yoxlanılaraq təsdiq olunur. Tərəflər həmin qərardan onun surətini aldıqdan sonra 30 gün müddətində müvafiq məhkəməyə şikayət verə bilərlər. İcra qurumunun icra sənədinin icra olunması ilə bağlı qərarı, hərəkəti və hərəkətsizliyi belə mübahisənin predmetini təşkil edir. Tələbkar və borclu icra sənədinin icra olunması ilə bağlı məsələləri mübahisələndirmək hüququna malikdirlər. “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 29.1-ci maddəsinə əsasən icra icraatının tərəfləri olan borclu və tələbkar icra məmurunun qərarından, hərəkətlərindən (hərəkətsizliyindən) irəli gələn məsələləri mübahisələndirmək hüququna malikdirlər. “İcra haqqında” Qanun icra sənədinin icra olunması ilə bağlı icra məmurunun hərəkətlərindən və ya hərəkətsizliyindən şikayət verilə biləcəyini təsbit edir. Bununla da, qanunverici hüququn müdafiəsi üçün vasitə kimi ayrıca iddianın qaldırılmasını istisna etmişdir. Burada inzibati iddia olmayan şikayət nəzərdə tutulur. Məhkəmə qərarının icrası məhkəməyə müdafiəsi hüququnun tərkib hissəsi və davamı kimi qəbul edildiyindən, məhkəmə qərarının icrası ilə bağlı icra məmurunun qərar və hərəkətlərindən (hərəkətsizliyindən) şikayətlərə də məhz icra sənədini vermiş və icraya nəzarət edən məhkəmə tərəfindən baxılmalıdır. Sözügedən şikayətlərə bu qaydada baxılmasının təmin edilməsi ədalət mühakiməsinin səmərəliliyinin təmin edilməsi və prosessual qənaətə nail olunması baxımından da olduqca önəmlidir. Məhkəməyə təqdim edilmiş icra işinin materiallarından görünür ki, Bakı şəhəri Xətai rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2(011)- 6697/2023 nömrəli icra sənədi icra şöbəsinə daxil olduğu vaxtdan icra məmuru tərəfindən icraata qəbul edilmiş, tələbin könüllü icrası üçün borcluya bildiriş göndərilmişdir. Qətnamə ilə borcun cavabdehin əmək haqqısına yönəldilməsinə dair onun iş yerinə məktublar göndərilmiş, barəsində axtarış elan olunmuş, habelə icra sənədinin icra olunmamasına görə barəsində inzibati xəta haqqında protokollar tərtib edilmişdir. İcra məmurunun qanundan irəli gələn vəzifəsidir ki, qanuni qüvvəsini almış məhkəmə qətnaməsinin icrasını təmin edən tədbirlər görsün. Bunu etməmələri isə qanuni qüvvəsini almış məhkəmə qətnaməsinin icrasız qalmasına, yəni məhkəmə aktının icra edilməsinin məcburiliyi barədə qanunvericiliyin tələblərinin pozulmasına səbəb olur. Məhkəmə qeyd olunanlara əsasən hesab edir ki, ərizə əsassız olduğundan təmin edilməməlidir. Məhkəmə qeyd edir ki, icra sənədinin icrası məhkəməyə müraciət etmək hüququnun (məhkəmə müdafiəsi hüququnun) tərkib hissəsidir. Məhkəmə qərarının vaxtında və düzgün icra olunmaması isə bütövlükdə məhkəmə müdafiə hüququnun həyata keçirilməsini səmərəsiz və qəbul olunmuş qərarı əhəmiyyətsiz edir. Konstitusiya və beynəlxalq hüquq aktlarının tələblərinə görə ədalət mühakiməsi məhkəmə qərarlarının effektiv icrası nəticəsində hüquqların səmərəli şəkildə bərpa olunmasını təmin etməlidir (Konstitusiya Məhkəməsi Plenumunun “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 7, 10, 24 və 26-cı maddələrinin Azərbaycan Respublikası MPM-nin bəzi müddəaları baxımından şərh edilməsinə dair” 2015-ci il 2 sentyabr tarixli Qərarı). Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 263-264-cü və 266-268-ci maddələrini rəhbər tutaraq məhkəmə qəraraaldı: X1 “Xətai rayon İcra Şöbəsinin icra məmuru Vüsal Umarovun hərəkətsizliyinin qanunsuz hesab edilməsi və Bakı şəhər Xətai Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2(011)-6697/2023 saylı qətnaməsinin icra edilməsinə dair göstəriş verilməsi” barədə şikayət ərizəsi təmin edilməsin. Qərardaddan 10 (on) gün müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim:Sahibə Hacıyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar