Məhkəmə qərarları › İş №8(011)-1094/2024

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qərardad — İş №8(011)-1094/2024

04.11.2024 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 8(011)-1094/2024 04.11.2024 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Əliyev Şəhriyar İbrahim oğlunun sədrliyi, Bəndəliyev Zaur Taleh oğlunun katibliyi, Ərizəçi-X1, Tələbkar, onun nümayəndəsi X3 iştirakları ilə, X1 “qətnamənin icrasına möhlət verilməsi” barədə ərizəsinə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: X5 ərizə ilə məhkəməyə müraciət edərək, Bakı Apellyasiya Məhkəməsinin 2(103)- 2956/2023-008 saylı qətnaməsinə 2500 manatın X4 alınaraq iddiaçı Tələbkar ödənilməsi hissəsində icrasına üç il möhlət verilməsi barədə müvafiq məhkəmə aktı çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən borclu Nazlı Quliyeva ərizəsini müdaifə edərək izahatında bildirmişdir ki, Bakı Apellyasiya Məhkəməsinin 2(103)-29S6/2023-008 saylı qətnaməsi əsasında verilmiş xx.xx.2023-cü il tarixli icra sənədi üzrə tələblərdən birinə əsasən “İnfiniti” markalı **-FV-*** dövlət qeydiyyat nişanlı avtomobilin satışından əldə olunan 2500 manat ondan yəni X4 alınaraq iddiaçı Tələbkar ödənilməlidir, o, xx.xx.2023cü il tarixdə üçüncü dəfə ana olmuşdur, bununla əlaqədar olaraq üç illik analıq məzuniyyətinə buraxılmışdır və bu səbəbdən hazırda həm işləmir və həmçinin heç bir yerdən hər hansı maddi gəliri yoxdur, əlavə olaraq, hazırda təzə doğulmuş övladının xəstəlikləri ilə əlaqədar olaraq bütün xırda gəlirlərini də onun müalicəsinə xərcləyir, böyük övladı X7 ödənişli əsaslarla tələbə olub, onun təhsil haqqını, kirayə pulunu belə çətinliklə qarşılayır, çünki hal-hazırda rəsmi gəlir yeri yoxdur, analıq məzuniyyətinədir. Məhkəmə iclasında iştirak edən Tələbkar ərizəyə etiraz edərək izahatında bildirmişdir ki, borclu tərəfindən deyilən və irəli sürülən məsələnin yeganə məqsədi icra sənədinin icrasından yayınmaq, onu icra etməməkdir, borclunun dedikləri hamısı bəhanədir, həqiqəti əks etdirmir, əgər borclu icra sənədini icra etmək niyyətində olsaydı, ən azından iki ev üzərində onların payının müəyyən edilməsi istiqamətində hərəkətlər edərdi, lakin o heç bir tədbir görmür, üstəlik onun və ailəsinin ünvanına qarşı xoşagəlməz, qeyri-etik hərəkətlərə yol verir, onları narahat edir, məqsədi də ancaq onları əsəbiləşdirmək, normal yaşamaqlarına mane olmaqdır, ona görə də, borcluya möhlət verilməsinə etiraz edir. Sonda Tələbkar ərizənin təmin edilməməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak edən tələbkarın nümayəndəsi Ələsgər Məhərrəmov da tələbkarın izahatına uyğun izahat verərək ərizənin təmin edilməməsini xahiş etdi. İcra məmuru ərizəyə baxılması üçün təyin edilmiş məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməklə məhkəmə iclasına çağırılsa da, o, məhkəmə iclasına gəlməmişdir. Oun məhkəmə iclasına gəlməməyi məhkəmə qarşısında qoyulmuş məsələnin həll edilməsinə mane olmadığından, məhkəmə Azərbaycan Respublikası MPMin 231.2-ci maddəsinə əsasən ərizəyə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə, işdə iştirak edən şəxslərin izahatlarını dinləyib, ərizəni və ona əlavə olunmuş sənədləri araşdıraraq hesab edir ki, ərizə rədd edilməlidir. Belə ki, iş materiallarından görünür ki, Bakı Apellyasiya Məhkəməsinin 2(103)- 2956/2023-008 saylı xx.xx.2023-cü il tarixli icra sənədinə əsasən, Bakı şəhəri, Suraxanı rayonu, AB yaşayış sahəsi ev 76, 32 saylı mənzilə tərəflərin hər ikisinin ½ hissədə payları müəyyən olunmalı, Bakı şəhəri, Xətai rayonu, Məhəmməd Hadi küçəsi ev 23, 22 saylı mənzilə iddiaçı Tələbkar 2/3 hissədə, cavabdeh X6 1/3 hissədə payları müəyyən olunmalı, “İnfiniti” markalı **-FV-*** dövlət qeydiyyat nişanlı avtomobilin satışından əldə olunan 2500 manat cavabdeh X4 alınaraq iddiaçı Tələbkar ödənilməli, dövlət rüsumu qismində ödənilmiş 50 (əlli) manat cavabdeh X4 alınaraq iddiaçı Tələbkar ödənilməli, 45 (qırx beş) manat dövlət rüsumu cavabdeh X4 alınaraq Dövlət büdcəsinə ödənilməsi, apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 25 manat iddiaçı Tələbkar alınaraq cavabdeh X8 ödənilməlidir. İş materiallarından görünür ki, Suraxanı rayon icra şöbəsinin xx.xx.2023-cü il tarixli “icraata başlamaq haqqında” Qərarı ilə icra sənədi üzrə icraata başlanılmış, X5na 10 gün müddətində icranı könüllü olaraq təmin etməsinin təklif olunması, icra könüllü təmin edilmədikdə: a) borclu barəsində məcburi icra tədbirləri görülsün, icra hərəkətlərinin həyata keçirilməsi ilə bağlı xərclər və icra ödənişinin borcludan tutulması; b) icra sənədinin icrasını təmin etmək məqsədilə borclunun əmlakının siyahıya alınması və həmin əmlakın üzərinə həbs qoyulması qərara alınmışdır. İş materiallarından görünür ki, X17 xx.xx.2023-cü il tarixli qərarı və tələbin könüllü icrası barədə bildirişi xx.xx.2023-cü il tarixdə imza etməklə qəbul etmişdir. İş materiallarından görünür ki, X13 xx.xx.2024-cü il tarixdə Xətai rayon icra şöbəsində veridiyi izahatda Bakı Apellyasiya Məhkəməsinin 2(103)-2956 saylı, xx.xx.20253-cü il tarixli icra sənədinə əsasən “İnfiniti” markalı, **-FV-*** dövlət qeydiyyat nişanlı avtomobilin satışından əldə olunan 2500 manat məbləğində pul ondan alınaraq X2 xeyrinə tutulmalı olduğunu, icra vərəqəsində qeyd olunan borcdan ödəniş edə bilmədiyini, buna səbəb işləməməsi olduğunu, öhdəliyində 3 azyaşlı uşaq olduğunu, eyni zamanda aktiv kreditləri olduğunu və hər ay 1230 manat kredit ödədiyini, borcunu imkanı olanda ödəyəcəyini, 261 nömrəli məktəbdə işlədiyini, lakin hazırda analıq məzuniyyətində olduğunu, üzərində icra vərəqəsi üzrə həbs qoyulan iki evi olduğunu, tam əmək qabiliyyətli olduğunu, xəstəliyi və əlilliyi olmadığını, heç bir növ müavinat almadığını, sonuncu dəfə 2014-cü ildə Gürcüstanda olduğunu bildirmişdir. İş materillarından görünür ki, “VAZ 21063” minik markalı **-BF-*** dövlət qeydiyyat nişanlı avtomobil X9 adına qeydiyyata alınmışdır. İş materiallarından görünür ki, X1 yetkinlik yaşına çatmayan üç uşağı vardır. Məhkəmə tərəfindən iş materialları əsasında müəyyən edilmişdir ki, Bakı şəhəri, Suraxanı rayonu, AB yaşayış sahəsi ev 76, 32 saylı mənzilə tərəflərin hər ikisinin ½ hissədə payları müəyyən olunmalı, Bakı şəhəri, Xətai rayonu, Məhəmməd Hadi küçəsi ev 23, 22 saylı mənzilə iddiaçı Tələbkar 2/3 hissədə, cavabdeh X6 1/3 hissədə payları müəyyən olunmalı, “İnfiniti” markalı **-FV-*** dövlət qeydiyyat nişanlı avtomobilin satışından əldə olunan 2500 manat cavabdeh X4 alınaraq iddiaçı Tələbkar ödənilməlidir, həmin qətnamə əsasında verilmiş icra sənədi əsasında icraata başlanılmış, borclu xx.xx.2023-cü il tarixdə könüllü icra barədə bildirişi qəbul etmişdir, borclu tərəfindən icra sənədi üzrə 2500 manat məbləğdən hər hansı ödəniş edilməmiş, borclu məhkəmə qətnaməsi ilə əmlaklar üzərində müəyyən edilmiş payların qeydiyyata alınması məqsədilə hər hansı tədbir görməmişdir. Bundan əlavə, məhkəmə tərəfindən müəyyən edilmişdir ki, borclu Nazlı Quliyevanın adına “VAZ 21063” minik markalı **-BF-*** dövlət qeydiyyat nişanlı avtomobil qeydiyyata alınmışdır, borclu 2500 manatın ödənilməsi ilə bağlı üç il möhlət verilməsini istəyir, tələbkar möhlətin verilməsinə etiraz edir və borclu tərəfindən borcun ödənilməsini istəyir. Məhkəmə, Ali Məhkəmə və Konstitusiya Məhkəməsinin formalaşdırdığı hüquqi mövqelərə əsasən qeyd edir ki, qətnamənin icrasına möhlət verilməsi, onun icrasının məhkəmə qərardadı ilə başqa müddətə keçirilməsini ifadə edir və qətnamənin icrası elə bir müddətə təxirə salınır ki, həmin müddət qətnamənin icraya yönəldilməsi üçün qanunla müəyyən olunmuş müddətdən, başlanmış icra icraatı üzrə qətnamənin könüllü icrası və ya məcburi icra tədbirlərinin görülməsinin başlanması üçün qanunla müəyyən edilmiş müddətdən, qətnamənin özündə onun icra müddəti müəyyən olunduqda isə bu müddətdən ağlabatan müddətdə çox olsun. Qətnamənin icrasına möhlət verilməsi tələbkarın qanunla qorunan mənafelərinin və pozulmuş hüquqlarının real müdafiəsi müddətini uzatdığına görə belə möhlətin verilməsi müstəsna xarakter daşımalı, icra hərəkətlərinin həyata keçirilməsinə ciddi maneələr və çətinliklər olduqda tətbiq edilməli, bu zaman təkcə borclunun deyil, tələbkarın mənafeyini də nəzərə alınmalıdır. Həmçinin məhkəmə qətnaməsinin icrası müddəti məhkəmə müdafiəsi hüququnun təsiri altına düşür, belə olan halda icra hərəkətlərinin bu və ya digər səbəbdən uzun müddət başlanmaması məhkəmə müdafiəsinin ağlabatan müddətdə həyata keçirilməməsinə, pozulmuş hüquqların bərpa olunmamasına, nəticə etibarilə məhkəmə müdafiəsi hüququnun səmərəliliyinin azalmasına gətirib çıxara bilər. Məhkəmə qətnaməsinin icrasına möhlət verilməsinin mümkünlüyü isə ədalət tələbinə uyğun, adekvat olmalı və icra icraatının iştirakçılarının konstitusiya hüquqlarının mahiyyətinə toxunmamalıdır. Məhkəmə, ərizəyə münasibətdə qeyd edir ki, qətnamənin icrasına möhlət verilməsi müstəsna hal olmaqla, bu zaman təkcə borclunun deyil, o cümlədən tələbkarın mənafeyi nəzərə alınmalıdır ki, bu halda da tələbkar qətnamənin icrası ilə bağlı borcluya möhlət verilməsinə etriaz edir. Ərizəçinin irəli sürdüyü “analıq məzuniyyətində olmasına görə işləməməsi və gəlirlərinin olmaması, yeni doğulan uşağının müalicəsinə pul xərcləməsi, böyük uşağının ödənişli əsaslarla təhsil alması” kimi dəlillər bu məqsədlə kifayət olmamaqla bərabər, qətnamənin icrasına möhlət verilməsi üçün də əsas deyil. Belə ki, iş materiallarından da göründüyü kimi, ərizəçinin adına qeydiyyata alınmış bir daşınar əmlak olmaqla bərabər, üzərində pay müəyyən edilmiş iki daşınmaz əmlak da vardır, bundan başqa borclu özü icra şöbəsində verdiyi izahatında hər ay 1230 manat kredit ödədiyini qeyd etmişdir. Qeyd edilənlər isə borclu tərəfindən qətnamənin icrasını mümkünsüz edən ciddi əlverişsiz halların mövcudluğunu istisna edir. Bundan başqa, borclunun tələb etdiyi üç illik möhlət kifayət qədər uzun müddət olmaqla, bir ildən artıq müddət ərzində icra edilməmiş məhkəmə qətnaməsinin daha da uzun müddət ərzində (ümumilikdə dörd il) icra edilməməsi ilə nəticələnməklə, tələbkara münasbətdə məhkəmə müdafiəsi hüququnun səmərəliliyinin azalmasına gətirib çıxara bilər. Belə olan halda məhkəmə hesab edir ki, borclunun qətnamənin icrasına möhlət verilməsi barədə dəlilləri əsassızdır və məhkəmə tərəfindən nəzərə alına bilməz. “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 15-ci maddəsinə əsasən, tərəflər icra sənədinin icrasına möhlət verilməsi və ya onun hissə-hissə icrası, yaxud icra sənədinin icrası üsulunun və qaydasının dəyişdirilməsi haqqında işə baxmış məhkəməyə müraciət edə bilərlər. Borclunun əmlak vəziyyətini və digər halları nəzərə alaraq, məhkəmə həmin müraciətlərə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 231-ci maddəsi ilə müəyyən edilmiş qaydada baxır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 231.1-ci maddəsinə əsasən, işə baxmış hakim, işdə iştirak edən şəxslərin ərizəsi üzrə tərəflərin əmlak vəziyyətinə və digər hallara əsasən qətnamənin icrasına möhlət verməyə və ya qətnaməni hissə-hissə icra etdirməyə, habelə onun icra üsulunu və qaydasını dəyişdirməyə haqlıdır. Həmin Məcəllənin 231.4-cü maddəsinə əsasən, qətnamə icrasına möhlət verilməsi və ya onun hissə-hissə icra edilməsi, qətnamənin icra üsulunun və qaydasının dəyişdirilməsi icra üzrə icraatın dayandırılması, borclunun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə məhkəmə qərardadından şikayət verilə bilər. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 231.1-ci maddəsinin bəzi müddəalarının şərh edilməsinə dair” 22 may 2015-ci il tarixli Qərarındakı hüquqi mövqeyinə görə, Mülki Prosessual Məcəllənin 231.1-ci maddəsinə əsasən işə baxmış hakim işdə iştirak edən şəxslərin ərizəsi üzrə tərəflərin əmlak vəziyyətinə və digər hallara əsasən qətnamənin icrasına möhlət verməyə və ya qətnaməni hissə-hissə icra etdirməyə, habelə onun icra üsulunu və qaydasını dəyişdirməyə haqlıdır. Həmin maddədə nəzərdə tutulan məhkəmə aktının icrasına möhlət verilməsi icra hərəkətlərinin daha gec bir vaxta keçirilməsi kimi başa düşülür.. Qətnamənin icrasına möhlət verilməsi tələbkarın qanunla qorunan mənafelərinin və pozulmuş hüquqlarının real müdafiəsi müddətini uzatdığına görə, belə möhlətin verilməsi müstəsna xarakter daşımalı, icra hərəkətlərinin həyata keçirilməsinə ciddi maneələr və çətinliklər olduqda tətbiq edilməli, işdə iştirak edən şəxslərin hüquqlarının əsassız məhdudlaşdırılmasına yönəlməməlidir. Bunun üçün, ilk növbədə, qətnamənin icrasına möhlət bu aktın özü ilə əvəzlənməməli, onun məzmununu dəyişdirməməli, möhlətin müddəti isə məhkəmə müdafiəsinin səmərəliliyinə xələl gətirməməlidir. Bundan əlavə, məhkəmə, qətnamənin icrasına möhlət verilməsi barədə borclunun irəli sürdüyü bütün əsasları, tələbkarın belə möhlətin verilməsinə qarşı mümkün olan etirazlarını öz daxili inamına görə qiymətləndirməli, hərtərəfli, tam, obyektiv və bilavasitə araşdırmalı, məsələ ilə bağlı öz nəticələrini müvafiq məhkəmə aktında əsaslandırmalıdır. Bu zaman məhkəmə hər bir konkret halda Konstitusiyanın 60-cı maddəsinin İ hissəsinin və 71-ci maddəsinin İİ hissəsinin, habelə “Azərbaycan Respublikasında insan hüquq və azadlıqlarının həyata keçirilməsinin tənzimlənməsi haqqında” Konstitusiya Qanununun 3-cü maddəsinin müddəalarından çıxış edərək, qanuni quvvəyyə minmiş məhkəmə qətnaməsinin daha səmərəli icrasına nail olmaq məqsədilə, konstitusiya mütənasiblik prinsipi əsasında tələbkarların və borcluların hüquqlarının ədalətli və ağlabatan tarazlığını təmin etməklə, onların konstitusiya hüquqlarının mahiyyətini dəyişməməlidir (Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 231.4-cü maddəsinin şərh edilməsinə dair” 4 iyul 2014-cü il tarixli Qərarı). Belə ki, artıq qeyd edildiyi kimi, məhkəməyə müraciət etmək hüququ, həmçinin mübahisənin məhkəmə vasitəsilə həllini də nəzərdə tutur. Yuxarıda göstərilən səbəbdən icra üzrə icraatın uzun müddət ərzində başlanmaması məhkəməyə müraciət etmək hüququnu əhəmiyyətsiz edə bilər. Həmçinin nəzərə almaq lazımdır ki, məhkəmə qətnaməsinin icrası müddəti məhkəmə müdafiəsi hüququnun təsiri altına düşür. Belə olan halda icra hərəkətlərinin bu və ya digər səbəbdən uzun müddət başlanmaması məhkəmə müdafiəsinin ağlabatan müddətdə həyata keçirilməməsinə, pozulmuş hüquqların bərpa olunmamasına, nəticə etibarilə məhkəmə müdafiəsi hüququnun səmərəliliyinin azalmasına gətirib çıxara bilər. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 231.4-cü maddəsinin şərh edilməsinə dair” 4 iyul 2014-cü il tarixli Qərarındakı hüquqi mövqeyinə görə, qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsinin icrasına möhlət verilməsi onun icrasının məhkəmə qərardadı ilə başqa müddətə keçirilməsini ifadə edir. Qətnamənin icrası elə bir müddətə təxirə salınır ki, həmin müddət qətnamənin icraya yönəldilməsi üçün qanunla müəyyən olunmuş müddətdən, başlanmış icra icraatı üzrə qətnamənin könüllü icrası və ya məcburi icra tədbirlərinin görülməsinin başlanması üçün qanunla müəyyən edilmiş müddətdən, qətnamənin özündə onun icra müddəti müəyyən olunduqda isə bu müddətdən ağlabatan müddətdə çox olsun. Məhkəmə tərəfindən qanuni qüvvəyə minmiş qətnamənin icrasına möhlət verilməsi barədə ərizə təmin edildikdə: - möhlət müddəti başa çatana qədər qətnamə icraya yönəldilə bilməz (icra vərəqəsi verilə bilməz); - möhlət icra vərəqəsi verildikdən sonra verildikdə, icra məmuru möhlət başa çatana qədər icra sənədi üzrə icraata başlamaq haqqında qərar qəbul edə bilməz; - icra sənədi üzrə icraata başlamaq haqqında qərar möhlət verilənə qədər qəbul olunduqda isə icra məmuru möhlət müddəti başa çatana qədər icra hərəkətlərini həyata keçirə bilməz. Bununla yanaşı qeyd olunmalıdır ki, Konstitusiyanın 60-cı maddəsində təsbit edilən hüquq və azadlıqların məhkəmə təminatı hüququ məhkəmə tərəfindən yalnız qanuni və əsaslandırılmış qərarın qəbul edilməsini deyil, həmçinin onun vaxtında icra edilməsini nəzərdə tutur. Göstərilənlərə əsasən, Konstitusiya Məhkəməsinin Plenumu xüsusilə vurğulayır ki, qətnamənin icrasına möhlət verilməsi tələbkarın qanunla qorunan mənafelərinin və pozulmuş hüquqlarının real müdafiəsi müddətini uzatdığına görə, belə möhlətin verilməsi müstəsna xarakter daşımalı, icra hərəkətlərinin həyata keçirilməsinə ciddi maneələr və çətinliklər olduqda tətbiq edilməli, işdə iştirak edən şəxslərin hüquqlarının məhdudlaşdırılmasına yönəlməməlidir. Beləliklə, məhkəmə qətnaməsinin icrasına möhlət verilməsinin əsasları icra hərəkətlərinin həyata keçirilməsinə ciddi maneələr yaratmamalıdır. Məhkəmə qətnamənin icrasına möhlət verilməsi barədə məsələyə baxarkən hər bir konkret halda Konstitusiyanın 60-cı maddəsi, 71-ci maddəsinin İİ hissəsi, 127-ci maddəsinin İV hissəsi və ədalət prinsipindən irəli gələrək, qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsinin icrasının mütənasiblik prinsipi əsasında, bütün tələbkarların və borcluların hüquq və qanuni maraqlarının balansını təmin etməklə qiymətləndirməli və həll etməlidir. Məhkəmə qətnaməsinin icrasına möhlət verilməsinin mümkünlüyü isə ədalət tələbinə uyğun, adekvat olmalı və icra icraatının iştirakçılarının konstitusiya hüquqlarının mahiyyətinə toxunmamalıdır. Eyni zamanda, məhkəmə qətnamənin icrasına möhlət verilməsi barədə borclunun irəli sürdüyü bütün əsasları, tələbkarın belə möhlətin verilməsinə qarşı mümkün olan etirazlarını öz daxili inamına görə qiymətləndirməli, hərtərəfli, tam, obyektiv və bilavasitə araşdırmalı, məsələ ilə bağlı öz nəticələrini müvafiq məhkəmə aktında əsaslandırmalıdır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Məhkəmə qətnaməsi haqqında» 24 noyabr 2005-ci il tarixli 4 N-li qərarının 12-ci bəndində göstərilir ki, məhkəmələr nəzərə almalıdırlar ki, qətnamənin icrasına möhlət verilməsi və ya onun hissə-hissə icra edilməsi, qətnamənin icra üsulunun və qaydasının dəyişdirilməsi müstəsna hal olub, qətnamənin icrası üçün çətinlik törədən və yaxud borclu üçün yaranmış əlverişsiz hallarda tətbiq oluna bilər. Məhkəmələr bu məsələləri həll etdikdə təkcə borclunun deyil, tələbkarın mənafeyini də nəzərə almalıdırlar. İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında Konvensiyanın 6-cı maddəsinə əsasən hər kəs, onun mülki hüquq və vəzifələri müəyyən edilərkən və ya ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin qanuni qüvvəyə minmiş məhkəmə aktlarının icrasına dair mövqeyinə görə, son və məcburi qüvvəyə malik olan məhkəmə qərarı tərəflərdən birinin ziyanına olaraq icra edilmədikdə, ədalətli məhkəmə araşdırması xəyali hüquqa çevrilir. Ağılasığmaz haldır ki, tərəflərə verilən ədalətli, açıq və ağlabatan müddətdə məhkəmə araşdırması kimi prosessual təminatları ətraflı təsvir edən “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyanın 6-cı maddəsi məhkəmə qərarlarının icrasını təmin etməmiş olsun. Həmin maddənin yalnız məhkəməyə müraciət etmək hüququ və məhkəmə iclasının aparılmasına aid edilməsi iştirakçı dövlətlərin Konvensiyaya qoşularkən üzərlərinə götürdükləri öhdəliklərlə bağlı qəbuledilməz vəziyyət yarada bilər. Ona görə də, hər hansı məhkəmə tərəfindən çıxarılmış qərarın icrası Konvensiyanın 6-cı maddəsinin mənasına görə “məhkəmə araşdırmasının” ayrılmaz tərkib hissəsi hesab edilməlidir (Hornsbi Yunanıstana qarşı iş üzrə 19 mart 1997ci il tarixli Qərar, §40). Avropa Məhkəməsi həmçinin qeyd etmişdir ki, məhkəmə qərarının icrasının gecikdirilməsinə xüsusi hallarda haqq qazandırıla bilər. Amma bu gecikdirmə Konvensiyanın 6-cı maddəsinin 1-ci bəndi ilə qorunan hüququn mahiyyətinə xələl gətirməməlidir (Burdov Rusiyaya qarşı iş üzrə 7 may 2002-ci il tarixli Qərar, §35). Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Beləliklə, məhkəmə hesab edir ki, X1 “qətnamənin icrasına möhlət verilməsi” barədə ərizəsi təmin edilməməlidir. Qeyd olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 231, 263-264 və 266-268-ci maddələrini rəhbər tutaraq məhkəmə qərara aldı: X1 “qətnamənin icrasına möhlət verilməsi” barədə ərizəsi rədd edilsin. Qərardaddan, rəsmi qaydada verildikdən 10 (on) gün müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Şəhriyar Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar