Məhkəmə qərarları › İş №8(011)-1096/2025

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qərardad — İş №8(011)-1096/2025

25.12.2025 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 8(011)-1096/2025 25.12.2025 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Abbasova İlahə Namiq Kamal qızının sədrliyi, Musayeva Aytəkin Bulud qızının katibliyi, X2 nümayəndəsi X10 iştirakı ilə, X2 nümayəndəsi və vəkili Vəkil Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 16 iyul 2025-ci il tarixli 2(011)-3146/2025 saylı qətnaməsinin icra üsülünün və qaydasının dəyişdirilməsi barədə ərizəsinə Bakı şəhərində məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: X2 nümayəndəsi və vəkili Vəkil Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 16 iyul 2025-ci il tarixli 2(011)-3146/2025 saylı qətnaməsinin icra üsülünün və qaydasının dəyişdirilməsi barədə ərizəsi ilə məhkəməyə müraciət edərək, ərizəsində göstərmişdir ki, X14i Cavabdeh ilə xx.xx.2020-ci il tarixdə rəsmi nikaha daxil olmuş və birgə nikahdan xx.xx.2021-ci il tarixdə İskəndər adlı övladları doğulmuşdur. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-369/2025 saylı xx.xx.2025-ci il tarixli qətnaməsinə əsasən X13 ilə Cavabdeh arasında bağlanmış xx.xx.2020-ci il tarixli nikah pozulmuş, birgə nikahdan doğlumuş xx.xx.2021-ci il təvəllüdlü X1 Günay İlqar qızının himayəsində saxlanılmış, xx.xx.2024-cü il tarixdən etibarən X4 yetkinlik yaşına çatanadək saxlanılması üçün Cavabdeh hər ay 235 manat sabit pul məbləğində alimentin alınaraq X11 ödənilməsi müəyyən edilmişdir. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli 2(011)-3146/2025 saylı qətnaməsi ilə Cavabdeh övladı xx.xx.2021-ci il təvəllüdlü X7 ilə ünsiyyət qaydası hər həftənin şənbə günü saat 10:00-dan 18:00-dək, hər ilin "Yeni il”, “Novruz”, "Ramazan bayramı" və “Qurban bayramı” bayramlarının ikinci günü saat 10:00- dan saat 16:00-dək, həftənin hər günü saat 19:00-dan 20:00-dək mobil və digər elektron tətbiq və video-əlaqə vasitəsi ilə təyin edilmişdir. Ünsiyyət hüququnun təmin edilməsi üçün uşaq onun yaşayış yeri üzrə - Bakı şəhəri, Xətai rayonu, Ağ şəhər, Mərkəzi Bulvar küçəsi, ev 69-87, mənzil 102 ünvanında hər həftənin şənbə günü saat 10:00-da, hər ilin "Yeni il", "Novruz", "Ramazan bayramı” və "Qurban bayramı” bayramlarının ikinci günü saat 10:00-da cavabdeh X13 tərəfindən iddiaçı X8, hər həftənin şənbə günü saat 18:00-da, hər ilin "Yeni il”, "Novruz”, “Ramazan bayramı" və “Qurban bayramı" bayramlarının ikinci günü saat 16:00-da isə eyni ünvanda iddiaçı Cavabdeh tərəfindən cavabdeh X11 təhvil verilməsi qət edilmişdir. X13 yaşayış ünvanını dəyişmiş və hazırda övladı X7 ilə birlikdə Bakıxanov qəsəbəsində yaşayır. Belə ki, Bakı şəhəri Sabunçu rayon İcra Hakimiyyəti Başçısının Bakıxanov qəsəbəsi inzibati ərazi üzrə nümayəndəliyi tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli 2103 nömrəli arayışa əsasən X13 ünvan 1 ünvanda qeydiyyatdadır. Məhkəmə iclasında iştirak edən ərizəçinin nümayəndəsi X15 ərizəsini müdafiə edərək, qarşılıqlı razılıq yolu ilə məsələnin həll edilməsini istəsə də buna nail ola bilmədiklərini qeyd etmişdir. İcra məmuru və borcluya məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasında iştirak etməmişdirlər. Göstərilənlərə əsasən ərizədə ərizəçi Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2025ci il tarixli 2(011)-3146/2025 saylı qətnaməsinin icra üsulu və qaydası dəyişdirilməsi, ünsiyyət hüququnun təmin edilməsi üçün X4 ünvan 1 ünvanda təhvil verilməsi barədə qərardad qəbul edilməsi xahiş etmişdir. Məhkəmə ərizəni və ona əlavə edilmiş sənədləri nəzərdən keçirib hesab edir ki, ərizə təmin edilməlidir. Belə ki, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 16 iyul 2025-ci il tarixli 2(011)-3146/2025 saylı qətnaməsinə əsasən iddiaçı Cavabdeh övladı xx.xx.2021-ci il təvəllüdlü X7 ilə ünsiyyət hüququ müəyyən edilmiş və ünsiyyət hüququnun təmin edilməsi üçün uşağın onun yaşayış yeri üzrə - Bakı şəhəri, Xətai rayonu, Ağ şəhər, Mərkəzi Bulvar küçəsi, ev 69-87, mənzil 102 ünvanında hər həftənin şənbə günü saat 10:00-da, hər ilin “Yeni il”, “Novruz”, “Ramazan bayramı” və “Qurban bayramı” bayramlarının ikinci günü saat 10:00da cavabdeh X13 tərəfindən iddiaçı Cavabdeh, hər həftənin şənbə günü saat 18:00-da, hər ilin “Yeni il”, “Novruz", "Ramazan bayramı" və "Qurban bayramı” bayramlarının ikinci günü saat 16:00-da isə eyni ünvanda iddiaçı Cavabdeh tərəfindən cavabdeh X11 təhvil verilməsi qət edilmişdir. X3 nümayəndəsi və vəkili Vəkil ərizə ilə məhkəməyə müraciət edərək, X13 yaşayış ünvanını dəyişdiyini və hazırda övladı X7 ilə birlikdə Bakıxanov qəsəbəsində yaşadığını bildirmişdir. Məhkəmə belə qənaətə gəlir ki, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 16 iyul 2025-ci il tarixli 2(011)-3146/2025 saylı qətnaməsində qət edilmiş yaşayış yeri- Bakı şəhəri, Xətai rayonu, Ağ şəhər, Mərkəzi Bulvar küçəsi, ev 69-87, mənzil 102 ünvanı dəyişdirilərək ünvan 2 ünvanı kimi qeyd olunmalıdır. Belə ki, Bakı şəhəri Sabunçu rayon İcra Hakimiyyəti Başçısının Bakıxanov qəsəbəsi inzibati ərazi üzrə nümyəndəliyi tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli 2103 nömrəli arayışa əsasən X13 ünvan 1 ünvanda qeydiyyatdadır və hazırda qeydiyyatda olduğu ünvanda yaşayır. Qeyd olunanlara əsasən, məhkəmə hesab edir ki, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 16 iyul 2025-ci il tarixli 2(011)-3146/2025 saylı qətnaməsi ilə müəyyən edilmiş uşağın təhvil verilməsi yerinin dəyişdirilməsi ilə bağlı ərizə əsaslı olduğuna görə təmin edilməlidir. Azərbaycan Respublikası MPM-in 263-264, 266-268-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: X5 tərəfindən verilmiş Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 16 iyul 2025-ci il tarixli 2(011)-3146/2025 saylı qətnaməsinin icra üsulu və qaydasının dəyişdirilməsi barədə ərizə təmin edilsin. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 16 iyul 2025-ci il tarixli 2(011)-3146/2025 saylı qətnaməsində qeyd edilmiş cavabdeh X9 ünvan 5 ünvanı dəyişdirilərək, ünvan 2 kimi qeyd edilsin. Qərardaddan rəsmi qaydada verildikdən sonra tərəflər 10 (on) gün müddətində işə baxan Bakı şəhəri Xətai Rayon Məhkəməsinə şikayət verə bilərlər. Sədrlik edən: İlahə Abbasova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar