Məhkəmə qərarları › İş №8(011)-1106/2024

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qərardad — İş №8(011)-1106/2024

14.11.2024 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 8(011)-1106/2024 14.11.2024 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Həsənova Aygün Namiq qızının sədrliyi, Quliyeva Nərmin İsmayıl qızının katibliyi ilə, Bakı şəhəri Xətai rayon İcra şöbəsinin icra məmuru Ceyhun Həmidovun “əmlakın üzərinə həbs qoyulması” barədə təqdimatı üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Bakı şəhəri Xətai rayon İcra şöbəsinin icra məmuru Ceyhun Həmidov Borclu məxsus olan “Ford Transit” yük markalı, **-DA-*** dövlət qeydiyyat nişanlı avtomobilin üzərinə həbs qoyulması barədə təqdimatla məhkəməyə müraciət etmişdir. Təqdimat onunla əsaslandırılmışdır ki, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-482/2024-023 nömrəli, 11 iyul 2024-cü il tarixli icra sənədinə əsasən X1 və Borclu 15 adda cehiz əşyası alınaraq iddiaçıya verilməli, bu mümkün olmadıqda onların dəyəri - 1 qalın, yun odeyal 2 nəfərlik (Türkiyə istehsalı) - 120 (bir yüz iyirmi) manat, 2 sintifon balış (Türkiyə istehsalı) - 20 (iyirmi) manat, 2 pastel dəsti (Türkiyə istehsalı) - 180 (bir yüz səksən) manat, Eurolux mikser kombayn - 130 (bir yüz otuz) manat, İtimat soba (Türkiyə istehsalı) - 220 (iki yüz iyirmi) manat, Sonifer kofe üyüdən - 55 (əlli beş) manat, Eurolux blender soğan çəkən - 60 (altmış) manat, Hoffmann şirəçəkən (Almaniya istehsalı) - 150 (bir yüz əlli) manat, Termopot (Türkiyə istehsalı) - 90 (doxsan) manat, Nerjavika qazan dəsti 320 (üç yüz iyirmi) manat, qranit qazan dəsti (Türkiyə istehsalı) - 290 (iki yüz doxsan) manat, qaşıq dəsti (çemodan) (Almaniya istehsalı) - 430 (dörd yüz otuz) manat, bıçaqbalta dəsti (çemodan) (Almaniya istehsalı) - 150 (bir yüz əlli) manat, 6 nəfərlik boşqab dəsti (72 parça) - 420 (dörd yüz iyirmi) manat, 12 ədəd şiş dəst - 60 (altmış) manat, beşik 2 matras ilə (Türkiyə istehsalı) - 400 (dörd yüz) manat, beşik üçün dekor yastıq dəsti (bortik) - 280 (iki yüz səksən) manat, beşik üçün dekor tül - 50 (əlli) manat, uşaq velosipedi - 120 (bir yüz iyirmi) manat cavabdehlərdən müştərək qaydada alınaraq iddiaçı Tələbkar ödənilsin. X1 və Borclu 1 ədəd nişan üzüyü brilyant qaşlı (750 əyar), 1 ədəd pandora üzük (585 əyar), 1 ədəd qolbaq (585 əyar), 1 ədəd üzük (750 əyar), 1 ədəd boyunbağı (750 əyar) olan qızıl-zinət əşyaları alınaraq iddiaçı Tələbkar verilsin, onlar olmadığı təqdirdə ekspert rəyində qeyd edilən qiymətlər nəzərə alınmaqla 585 əyarlı pandora üzük - 315 (üç yüz on beş) manat; 585 əyarlı qolbaq - 270 (iki yüz yetmiş) manat; iddia ərizəsi üzrə tələb olunan dəyəri - 750 əyarlı 1 ədəd brilyant qaşlı nişan üzüyü - 1.300(bir min üç yüz) manat, 750 əyarlı üzük - 550 (beş yüz əlli) manat; 750 əyarlı boyunbağı - 770 (yeddi yüz yetmiş) manat pul cavabdehlərdən müştərək qaydada alınaraq iddiaçıya ödənilsin. Cavabdeh X1 Samsung Galaxy A53 Dual Sim 8GB RAM markalı mobil telefon alınaraq iddiaçı Tələbkar verilsin, bu mümkün olmadıqda, onun dəyəri olan 919 (doqquz yüz on doqquz) manat vəsait cavabdeh X2 tərəfindən iddiaçı Tələbkar ödənilsin. İddiaçı tərəfindən dövlət rüsumuna görə ödənilmiş 112 manatın 56 (əlli altı) manatı iddiaçı Tələbkar özünə aid edilsin, qalan 56 (əlli altı) manatı isə cavabdehlər X1 və Borclu müştərək qaydada tutularaq iddiaçı Tələbkar ödənilsin. İş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri 50 manatın 25 (iyirmi beş) manatı iddiaçı Tələbkar, qalan 25 (iyirmi beş) manatı isə cavabdehlər X1 və Borclu müştərək qaydada alınıb Azərbaycan Respublikasının Dövlət Büdcəsinə ödənilsin. İcra sənədi 15 iyul 2024-cü il tarixdə Bakı şəhəri Xətai rayon İcra şöbəsinə daxil olmuş və qanunamüvafiq qaydada icraya yönəldilmişdir. İcraata başlamaq haqqında qərar qəbul olunaraq, surəti bildirişlə bərabər icra sənədi üzrə Borclu icra sənədində qeyd olunan ünvanına göndərilmişdir. Borclu könüllü icra müddətində icra sənədi üzrə tələbi təmin etmədiyi üçün borclunun əmlak vəziyyətini yoxlamaq məqsədilə elektron sistem vasitəsilə sorğular edilmişdir. Belə ki, “Elektron icra” informasiya sistemindən əldə olunmuş sorğu məlumatına əsasən müəyyən olunmuşdur ki, Borclu mülkiyyətində olan “Ford Transit” yük markalı, **-DA-*** dövlət qeydiyyat nişanlı avtomobili vardır. İcra sənədinin icrasını təmin etmək məqsədilə hesab edir ki, məcburi icra tədbirləri kimi borclunun əmlakının üzərinə həbs qoymaq və onu satmaq yolu ilə tələbin əmlaka yönəlməsi barədə məcburi icra tədbirləri tətbiq edilməlidir. 25 sentyabr 2024-cü il tarixdə Borclu izahat verərək, əşyaları görmədiyini, əşyaları oktyabrın 16-sına kimi alıb qaytaracağını və qızıl zinət əşyalarının onda olmadığını, onlara görə nəzərdə tutulmuş pulu hissəvi şəkildə ödəyəcəyini bildirmişdir. Bakı şəhəri Xətai rayon İcra şöbəsi və işdə iştirak etmiş şəxslər təqdimata baxılması üçün təyin edilmiş məhkəmə iclasının vaxtı və yeri haqqında xəbərdar edilməklə məhkəmə iclasına çağırılmışlar. Lakin onlar məhkəmə iclasına gəlməmişlər. Bakı şəhəri Xətai rayon İcra şöbəsinin nümayəndəsinin və işdə iştirak etmiş şəxslərin məhkəmə iclasına gəlməmələri məhkəmə qarşısında qoyulmuş məsələnin həll edilməsinə mane olmadığından, məhkəmə təqdimata onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə təqdimatı və təqdimata əlavə edilmiş sənədləri nəzərdən keçirərək hesab edir ki, təqdimat təmin olunmalıdır. Belə ki, iş materiallarında olan Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)- 482/2024-023 nömrəli, 11 iyul 2024-cü il tarixli icra sənədinə əsasən X1 və Borclu 15 adda cehiz əşyası alınaraq iddiaçıya verilməli, bu mümkün olmadıqda onların dəyəri - 1 qalın, yun odeyal 2 nəfərlik (Türkiyə istehsalı) - 120 (bir yüz iyirmi) manat, 2 sintifon balış (Türkiyə istehsalı) - 20 (iyirmi) manat, 2 pastel dəsti (Türkiyə istehsalı) - 180 (bir yüz səksən) manat, Eurolux mikser kombayn - 130 (bir yüz otuz) manat, İtimat soba (Türkiyə istehsalı) - 220 (iki yüz iyirmi) manat, Sonifer kofe üyüdən - 55 (əlli beş) manat, Eurolux blender soğan çəkən - 60 (altmış) manat, Hoffmann şirəçəkən (Almaniya istehsalı) - 150 (bir yüz əlli) manat, Termopot (Türkiyə istehsalı) - 90 (doxsan) manat, Nerjavika qazan dəsti 320 (üç yüz iyirmi) manat, qranit qazan dəsti (Türkiyə istehsalı) - 290 (iki yüz doxsan) manat, qaşıq dəsti (çemodan) (Almaniya istehsalı) - 430 (dörd yüz otuz) manat, bıçaqbalta dəsti (çemodan) (Almaniya istehsalı) - 150 (bir yüz əlli) manat, 6 nəfərlik boşqab dəsti (72 parça) - 420 (dörd yüz iyirmi) manat, 12 ədəd şiş dəst - 60 (altmış) manat, beşik 2 matras ilə (Türkiyə istehsalı) - 400 (dörd yüz) manat, beşik üçün dekor yastıq dəsti (bortik) - 280 (iki yüz səksən) manat, beşik üçün dekor tül - 50 (əlli) manat, uşaq velosipedi - 120 (bir yüz iyirmi) manat cavabdehlərdən müştərək qaydada alınaraq iddiaçı Tələbkar ödənilsin. X1 və Borclu 1 ədəd nişan üzüyü brilyant qaşlı (750 əyar), 1 ədəd pandora üzük (585 əyar), 1 ədəd qolbaq (585 əyar), 1 ədəd üzük (750 əyar), 1 ədəd boyunbağı (750 əyar) olan qızıl-zinət əşyaları alınaraq iddiaçı Tələbkar verilsin, onlar olmadığı təqdirdə ekspert rəyində qeyd edilən qiymətlər nəzərə alınmaqla 585 əyarlı pandora üzük - 315 (üç yüz on beş) manat; 585 əyarlı qolbaq - 270 (iki yüz yetmiş) manat; iddia ərizəsi üzrə tələb olunan dəyəri - 750 əyarlı 1 ədəd brilyant qaşlı nişan üzüyü - 1.300(bir min üç yüz) manat, 750 əyarlı üzük - 550 (beş yüz əlli) manat; 750 əyarlı boyunbağı - 770 (yeddi yüz yetmiş) manat pul cavabdehlərdən müştərək qaydada alınaraq iddiaçıya ödənilsin. Cavabdeh X1 Samsung Galaxy A53 Dual Sim 8GB RAM markalı mobil telefon alınaraq iddiaçı Tələbkar verilsin, bu mümkün olmadıqda, onun dəyəri olan 919 (doqquz yüz on doqquz) manat vəsait cavabdeh X2 tərəfindən iddiaçı Tələbkar ödənilsin. İddiaçı tərəfindən dövlət rüsumuna görə ödənilmiş 112 manatın 56 (əlli altı) manatı iddiaçı Tələbkar özünə aid edilsin, qalan 56 (əlli altı) manatı isə cavabdehlər X1 və Borclu müştərək qaydada tutularaq iddiaçı Tələbkar ödənilsin. İş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri 50 manatın 25 (iyirmi beş) manatı iddiaçı Tələbkar, qalan 25 (iyirmi beş) manatı isə cavabdehlər X1 və Borclu müştərək qaydada alınıb Azərbaycan Respublikasının Dövlət Büdcəsinə ödənilsin. İcra məmuru tərəfindən 15 iyul 2024-cü il tarixdə icraata başlamaq haqqında qərar qəbul edilmiş, qərarın və tələbin könüllü icrası barədə bildirişin surəti borcluların icra vərəqində qeyd edilən ünvanına göndərilmişdir. İcra məmuru tərəfindən 25 sentyabr 2024-cü il tarixdə Borclu izahatı alınmışdır. Təqdimata əlavə edilmiş “Elektron icra” informasiya sistemindən çıxarışdan görünür ki, “Ford Transit” yük markalı, **-DA-*** dövlət qeydiyyat nişanlı avtomobil Borclu adına qeydiyyata alınmışdır. Məhkəmə hesab edir ki, borclu tərəfindən icra sənədində göstərilən pul vəsaiti ödənilmədiyindən, bununla da icra sənədinin icrası mümkün olmadığından, icra sənədinin icrasını təmin etmək məqsədi ilə Borclu məxsus olan “Ford Transit” yük markalı, **-DA-*** dövlət qeydiyyat nişanlı avtomobilin üzərinə həbs qoyulmalıdır. Belə ki, “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 50.2-ci maddəsinə əsasən, icra sənədi icraya yönəldilənə qədər borclunun əmlakına həbs qoyulmayıbsa və ya icra sənədinin icrası zamanı tələbin borclunun əmlakına yönəldilməsi hallarında əmlak üzərinə həbs, bir qayda olaraq, icra məmurunun əsaslandırılmış təqdimatına əsasən məhkəmənin qərardadı ilə qoyulur. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 263-264 və 268-ci maddələrini rəhbər tutaraq məhkəmə qərara aldı: Təqdimat təmin edilsin. Borclu məxsus olan “Ford Transit” yük markalı, **-DA-*** dövlət qeydiyyat nişanlı avtomobilin üzərinə həbs qoyulsun. Qərardaddan onun tərəflərə rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) Bakı şəhəri Xətai Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Aygün Həsənova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar