Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 8(011)-1107/2024 05.11.2024 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Hacıyeva Sahibə Cavid qızının sədrliyi Behbudov Orxan Elşən oğlunun katibliyi Borclu nümayəndəsi X1 iştirakı ilə, Bakı şəhəri Xətai rayon İcra şöbəsinin Borclu ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə təqdimatına açıq məhkəmə iclasında baxaraq müəyyənetdi: Bakı şəhəri Xətai rayon İcra şöbəsinin icra məmuru X4– Borclu ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barəsində təqdimatla məhkəməyə müraciət etmişdir. Təqdimat onunla əsaslandırılmışdır ki, xx.xx.2022-ci il tarixli qərarla icraata başlanılan Bakı şəhər Xətai rayon Məhkəməsi tərəfindən verilmiş 2(011)-1721/2021-014 nömrəli, xx.xx.2021-ci il tarixli icra sənədinə əsasən xx.xx.1969-cu il tarixdə Mingəçevir rayonunda anadan olmuş, ünvan 1 ünvanında qeydiyyatda olan Borclu cəmi 8289 manat tutularaq , X3 ödənilməlidir. 100 manat məbləğində ekspertiza aparılması üçün çəkilmiş xərclərin dəyəri Borclu alınaraq dövlət büdcəsinə ödənilməlidir. Yuxarıda qeyd olunan icra sənədi xx.xx.2022-ci il tarixində Bakı şəhəri Xətai rayon İcra şöbəsinə daxil olmuş və qanuna müvafiq qaydada icraya yönəldilmişdirlər. İcraata başlamaq haqqında qərar qəbul edilərək, qərarın surəti bildirişlə icra sənədi üzrə Borclu göndərilmiş, icra sənədində olan tələbi könüllü təmin edilməsi üçün 10 gün müddət müəyyən edilmişdir. Lakin bu müddət ərzində borclu tərəfindən icra sənədində olan tələb könüllü təmin edilmədiyi üçün tərəfindən borclunun əmlak vəziyyətini yoxlamaq üçün "Elektron İcra" sistemindən sorğular göndərilmişdir. xx.xx.2024-cü il tarixdə borclu izahatverərək, borcu yalnız ayda 100 manat ödəməklə bağlaya biləcəyini bildirmişdir. Həmin tarixdən bu vaxta kimi icra sənədinin icrası tam şəkildə təmin olunmamış, hazırda borcu 6149 manat təşkil edir. Borclunun nümayəndəsi X2 məhkəmə iclasında təqdimatın təmin edilməməsini xahiş etdi. Tələbkar və icra məmuruna məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilsə də, məhkəməyə gəlməmişlər. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 231.2-ci maddəsinə əsasən, təqdimata onun iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə təqdimatın dəlillərini araşdıraraq hesab edir ki, təqdimat əsaslıdır.Buna görə də təqdimat təmin edilməlidir. Belə ki, təqdimata əlavə edilmiş sənədlərdən görünür ki, Bakı şəhər Xətai rayon Məhkəməsi tərəfindən verilmiş 2(011)-1721/2021-014 nömrəli, xx.xx.2021-ci il tarixli icra sənədinə əsasən xx.xx.1969-cu il tarixdə Mingəçevir rayonunda anadan olmuş, ünvan 1 ünvanında qeydiyyatda olan Borclu cəmi 8289 manat tutularaq , X3 ödənilməlidir. Təqdimata əlavə edilmiş sənədlərdən görünür ki, Bakı şəhər Xətai rayon Məhkəməsi tərəfindən verilmiş 2(011)-1721/2021-014 nömrəli, xx.xx.2021-ci il tarixli icra sənədi üzrə icraata başlamaq haqqında qərar qəbul edilmiş və tələbin könüllü icra edilməsi üçün Borclu tərəfindən bildiriş və qərar qəbul edilmişdir. Həmçinin, borclunun əmlakı barədə verilmiş sorğularda məlumat aşkar edilməmişdir. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin borclunun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə məlumatın verilməsi barədə e-xidmətlərdən əldə olunmuş məlumatdan görünür ki, Borclu ölkədən çıxışına heç bir məhdudiyyət qoyulmamışdır. Beləliklə, işin bütün hallarını, eyni zamanda icra sənədinin icraya yönəldilməsindən bu günədək tam icra olunmadığını nəzərə alaraq məhkəmə hesab edir ki, təqdimat təmin edilməli və borclunun ölkədən getmək hüququ müvəqqəti məhdudlaşdırılmalıdır. “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 84-1.1-ci maddəsinə görə, məhkəmə qərarları, əmrləri və vergi orqanlarının pul tələblərinin ödənilməsi ilə bağlı inzibati aktları əsasında verilmiş icra sənədləri könüllü icra üçün müəyyən olunmuş vaxtda borclu tərəfindən üzrsüz səbəbdən icra edilmədikdə, borclunun ölkədən getmək hüququ icra məmurunun əsaslandırılmış təqdimatı əsasında məhkəmənin qərarı ilə müvəqqəti məhdudlaşdırıla bilər. Borclunun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə icra məmuru tərəfindən dərhal borclunun özünə, tələbkara və müvafiq icra hakimiyyəti orqanına məlumat verilir. Göstərilən qanunvericilik aktı normasına əsasən məhkəmə hesab edir ki, borclunun ölkədən getməsi ilə icra sənədinin icrasına maneələr yarana bilər, bu isə öz növbəsində icra sənədinin icrasının mümkünsüz olması və ya uzun müddət icrasız qalması ilə nəticələnə bilər ki, bu da Avropa Konvensiyasının məhkəmə aktlarının ağlabatan müddətdə icra olunması tələbinə ziddir. Belə ki, Azərbaycan Respublikası MPM-nin 231.3-cü maddəsinə əsasən, “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 21.2-ci maddəsi ilə müəyyən edilmiş əsaslara uyğun olaraq icra sənədi üzrə icraatın məhkəmələr tərəfindən dayandırılmalı olduğu hallarda icra üzrə icraatın dayandırılması məsələləri, habelə borclunun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması icra məmurunun təqdimatına əsasən həll edilir. Borclunun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması məsələsinə icra məmurunun olduğu yer üzrə məhkəmə tərəfindən baxılır. İcra üzrə icraatın dayandırılması, habelə borclunun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması haqqında təqdimatlara bu Məcəllənin 231.2-ci maddəsi ilə nəzərdə tutulmuş qaydada baxılır. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 263-264-cü və 266-268-ci maddələrini rəhbər tutaraq məhkəmə, qəraraaldı: Təqdimat təmin edilsin. xx.xx.1969-cu il tarixdə Mingəçevir rayonunda anadan olmuş, ünvan 2 ünvanında qeydiyyatda olan Borclu ölkədən getmək hüququ müvəqqəti məhdudlaşdırılsın. Qərardaddan 10 (on) gün müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Sahibə Hacıyeva
Məhkəmə qərarları › İş №8(011)-1107/2024
Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qərardad — İş №8(011)-1107/2024
05.11.2024 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver