Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 8(011)-1094/2022 28.11.2022 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Zamanlı Pərviz Mirsiyaf oğlunun sədrliyi, Həsənova Elnarə Daşdəmir qızının katibliyi, Borclu iştirakı ilə, X1 icra üsulunun dəyişdirilməsi barədə ərizəsinə baxaraq MÜƏYYƏNETDİ: Tələbkar Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)1280 saylı xx.xx.2022-ci il tarixli, Bakı Apellyasiya Məhkəməsinin 2(103)520/2022 saylı, xx.xx.2022-ci il tarixli qətnamələri və Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 8(011)1083 saylı xx.xx.2021-ci il tarixli qərardadlarının icra üsulunun dəyişdirilməsi, icra sənədləri üzrə 10.640,97 manat borc məbləğinə münasibətdə (1994-cü il buraxılışlı, "Mersedes 220-minik" markalı, ** OK *** dövlət qeydiyyat nişanlı və 2008-ci il buraxılışlı, "VAZ 21214-minik" markalı, ** EG *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitələrin likvid dəyəri həcmində) icra üsulunun dəyişdirilməsi, borclunun mülkiyyətinə (Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)- 135/2021 saylı, xx.xx.2021-ci il tarixli qətnaməsi) qaytarılan 1994-cü il buraxılışlı, "Mersedes 220-minik" markalı, 10 ОК 220 dövlət qeydiyyat nişanlı və 2008-ci il buraxılışlı, "VAZ 21214-minik" markalı, ** EG *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitələrinin likvid dəyərinin müəyyən olunması məqsədilə həmin avtomobillərin məcburi qaydada saxlanılması, mühafizə altında olan xüsusi duracağa yerləşdirilməsi və nəqliyyat vasitələrinin prosedura uyğun hərrac vasitəsilə satılması, "Mersedes 220-minik" markalı, ** OK *** dövlət qeydiyyat nişanlı və "VAZ 21214-minik" markalı, ** EG *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitələrinin satışından əldə olunmuş vəsait hesabına 10.640,97 manat borc məbləğinin ödənilməsi, vəsait artıq qalarsa tələbkara münasibətdə icra edilməli olan digər icra səndlərinin icrasına yönəldilməsi barədə qərardad çıxarılmasını xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)1280 saylı xx.xx.2022-ci il tarixli qətnaməsi ilə cavabdehə qarşı iddia qismən təmin edilərək cəmi 3543,24 manat pul borcludan alınaraq tələbkara ödənilməsi, Bakı Apellyasiya Məhkəməsinin 2(103)-520/2022 saylı, xx.xx.2022-ci il tarixli qətnaməsi ilə cavabdehdən xeyrinə cəmi 2349,10 manat pul, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 8(011)-1083 saylı xx.xx.2021-ci il tarixli qərardadı lə borcludan cəmi 4748,63 manat pul, ümumi 10.640,97 manat alınması qərara alınmış, məhkəmə aktı qanuni qüvvəsini almış, icraya yönəldilmiş, lakin hal hazıradək icra edilməmişdir. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-1184/2018 saylı iş üzə iddianın təmini tədbiri kimi borcluya məxsus "Mersedes 220" minik markalı, ** OK *** dövlət qeydiyyat nişanlı, "VAZ 21214” minik markalı, ** EG *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitələrinə həbs qoyulmuşdur. Borclu hər mümkün vasitələrlə Bakı şəhəri Xətai Rayon Məhkəməsinin və Bakı Apellyasiya Məhkəməsinin qətnamələrinin icrasından yayınır və yuxarıda adı gedən 10.640, 97 manat borc məbləğini ödəmək istəmir. Borcluya məxsus "Mersedes 220" minik markalı, ** OK *** dövlət qeydiyyat nişanlı, "VAZ 21214” minik markalı, ** EG *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitələrinin hərrac vasitəsilə satılması, məhkəmə qətnamələri ilə tanınan borc məbləğinin bu qaydada bir hissəsinin ödənilməsi təmin olunmalıdır. Bu edilmədiyi təqdirdə borclu öhdəliklərin icrasından yayınmağı davam edəcək, adı çəkilən nəqliyyat vasitələrinin təqdim edilməsi qərəzli qaydada icra olunmayacaq, onların istismarı nəticəsində korlanması və avtomobillərin dəyərdən düşməsi təhlükəsi artacaqdır. Borclu məhkəmə iclasında izahat verərək bildirdi ki, o avtomobillər hazırda da heç onun mülkiyyətində deyil, avtomobilləri heç vaxt idarə etməyib. Qeyd edilənlərə əsasən ərizənin təmin edilməməsini xahiş etdi. Bakı şəhər Xətai rayon İcra şöbəsinə və tələbkara məhkəmə iclasının vaxtı və yeri barədə xəbərdar edilməklə məhkəmə iclasına çağırılsalar da, onlar məhkəmə iclasına gəlməmişlər. Lakin, onların məhkəmə iclasına gəlməmələri məhkəmə qarşısında qoyulmuş məsələnin həll edilməsinə mane olmadığından, Azərbaycan Respublikası MPMnin 231.2-ci maddəsinə əsasən məhkəmə təqdimata İcra Şöbəsinin nümayəndəsinin və tələbkarın iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə borclunun izahatını, ərizənin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, ərizə əsassızdır. İş materiallarına əlavə edilən sənədlərdən görünür ki, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-1280/2022 nömrəli xx.xx.2022-ci il tarixli qətnaməsi ilə 3491,64 manat məbləğində pul və 51,60 manat məbləğində dövlət rüsumu, cəmi 3543,24 manat pulun borcludan alınaraq tələbkara ödənilməsi qət edilmişdir. Həmçinin, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 8(011)-1083/2022 nömrəli xx.xx.2021-ci il tarixli qərardadı ilə borcludan tələbkarın xeyrinə 4748,63 manat tutulması qərara alınmışdır. “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 43.1.1-ci maddəsinə əsasən borclunun əmlakı üzərinə həbs qoymaq və onu satmaq yolu ilə tələbin əmlaka yönəldilməsi məcburi icra hərəkətlərinin biridir. Həmçinin, Qanunun 45.1-ci maddəsində deyilir ki, tələbin borclunun əmlakına yönəldilməsi bu əmlakın üzərinə həbs qoyulmasından, götürülməsindən və satılmasında ibarətdir. Qeyd edilən müddəalardan da göründüyü tələbin borclunun əmlakına yönəldilməsinin birinci şərti həmin əmlakın borcluya məxsus olması, onun mülkiyyətində olmasıdır. Lakin tələbkar tərəfindən ərizədə borclunun mülkiyyətində "Mersedes 220minik" markalı, ** OK *** dövlət qeydiyyat nişanlı, "VAZ 21214” minik markalı, ** EG *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitələrinin olduğu qeyd edilsə də, Məhkəmə tərəfindən “Elektron məhkəmə” informasiya sistemindən xx.xx.2022-ci il tarixdə əldə edilmiş sorğu məlumatlarına əsasən borclunun mülkiyyətində heç bir avtonəqliyyat vasitəsinin olması barədə məlumat aşkarlanmamışdır. Bu halda tələbin ərizədə göstərilən avtomobillərə yönəldilməklə icra üsulunun dəyişdirilməsi qeyri-mümkündür, çünki həmin avtomobillərin borcluya məxsus olması müəyyən edilmir. AR Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 231, 263-264 və 266-268-ci maddələrini rəhbər tutaraq məhkəmə QƏRARAALDİ: X1 ərizəsi təmin edilməsin. Qərardaddan 10 (on) gün müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Pərviz Zamanlı
Məhkəmə qərarları › İş №8(011)-111/2023
Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qərardad — İş №8(011)-111/2023
28.11.2022 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver