Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 8(011)-1114/2022 24.11.2022 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Xətai Rayon Məhkəməsinin hakimi Əliyev Şəhriyar İbrahim oğlu, X2 ”icra sənədinin hissə-hissə icrasına dair” ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək m ü ə y y ə n e t d i: X3 ərizə ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri Xətai rayon Məhkəməsinin 2(011)-4330/2022 saylı iş üzrə xx.xx.2022-cİ il tarixli qətnaməsi ilə cavabdeh Tələbkar İBnin xeyrinə tutulan 599 manat məbləğində borcun hissə-hissə 30-50 manat olmaqla ödənilməsinə dair qərardad qəbul edilməsini xahiş etmişdir. Məhkəmə, ərizəni və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək hesab edir ki, ərizə və ona əlavə edilmiş sənədlərin icraata qəbul olunmasından imtina edilməlidir. Belə ki, ərizə və ona əlavə olunmuş sənədlərdən görünür ki, Bakı şəhəri Xətai rayon Məhkəməsinin 2(011)-4330/2022 saylı iş üzrə xx.xx.2022-cİ il tarixli qətnaməsi ilə X1 Tələbkarnə qarşı “Azərbaycan Respublikası Dövlət Neft şirkəti Tələbkar tərəfindən **********00000 abonent kodlu “”İTRON” G-4 markalı 1502AZ**********07 saylı qaz sayğacına itirilmiş qaz sərfiyyatına görə qanunsuz olaraq hesablanmış cari 599 manat məbləğində borcun silinməsinə dair” iddia tələbi rədd edilmişdir, qətnamədən apellyasiya şikayəti verilməmişdir, hazırki ərizə həmin qətnamənin hissə-hissə icra edilməsi barədədir, ərizə mülki iş üzrə iddiaçı M.M.Ağatalıbov tərəfindən verilmişdir. Məhkəmə qeyd edir ki, qətnamənin hissə-hissə icra edilməsi müstəsna hal olub, qətnamənin icrası üçün çətinlik törədən və yaxud borclu üçün yaranmış əlverişsiz hallarda tətbiq oluna bilər. Bununla belə, iddiaçının hissə-hissə icra edilməsini xahiş etdiyi məhkəmə qətnaməsi ilə ərizəçi M.M.Ağatalıbovdan hər hansı bir məbləğdə borc tutularaq Tələbkar İB-yə ödənilməsi qət edilməmiş, həmin qətnamənin icrası üçün çətinlik törədən və s. hallar yaranmamışdır. Belə olan halda məhkəmə hesab edir ki, iddiaçının - ərizəçinin “Bakı şəhəri Xətai rayon Məhkəməsinin 2(011)-4330/2022 saylı iş üzrə xx.xx.2022-cİ il tarixli qətnaməsi ilə cavabdeh Tələbkar İB-nin xeyrinə tutulan 599 manat məbləğində borcun hissə-hissə ödənilməsi” barədə ərizəsinə məhkəmə qaydasında baxılmalı deyildir və ona görə də ərizənin icraata qəbul edilməsindən imtina olunmalıdır. Bununla belə, məhkəmə qeyd edir ki, ərizəçi Tələbkarnə olan borcunun hissə-hissə ödənilməsi barədə Birliyə müraciət edə bilər. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 13.4-ci maddəsinə əsasən barəsində mübahisə edilən hüquq münasibətlərini tənzimləyən hüquq norması olmadıqda, məhkəmə analoji münasibətləri tənzimləyən hüquq normalarına müraciət edir. Həmin Məcəllənin 153.2.1-ci maddəsinə əsasən, ərizəyə məhkəmə qaydasında və ya mülki məhkəmə icraatı qaydasında baxılmalı deyildirsə hakim iddianın yolverilməzliyinə görə iddia ərizəsini qəbul etməkdən imtina edir. Həmin Məcəllənin 153.3-cü maddəsinə əsasən, hakim ərizəni qəbul etməkdən imtina barədə əsaslandırılmış qərardad çıxarır. İşə məhkəmə qaydasında və ya mülki məhkəmə icraatı qaydasında baxılmalı deyildirsə, iddiaçının hansı orqana və ya məhkəməyə müraciət etməli olmasını orada göstərir. Həmin Məcəllənin 231.1-ci maddəsinə əsasən, işə baxmış hakim, işdə iştirak edən şəxslərin ərizəsi üzrə tərəflərin əmlak vəziyyətinə və digər hallara əsasən qətnamənin icrasına möhlət verməyə və ya qətnaməni hissə-hissə icra etdirməyə, habelə onun icra üsulunu və qaydasını dəyişdirməyə haqlıdır. “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 15-ci maddəsinə əsasən, tərəflər icra sənədinin icrasına möhlət verilməsi və ya onun hissə-hissə icrası, yaxud icra sənədinin icrası üsulunun və qaydasının dəyişdirilməsi haqqında işə baxmış məhkəməyə müraciət edə bilərlər. Borclunun əmlak vəziyyətini və digər halları nəzərə alaraq, məhkəmə həmin müraciətlərə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 231-ci maddəsi ilə müəyyən edilmiş qaydada baxır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Məhkəmə qətnaməsi haqqında» 24 noyabr 2005-ci il tarixli 4 N-li qərarının 12-ci bəndində göstərilir ki, qətnamənin icrasına möhlət verilməsi və ya onun hissə-hissə icra edilməsi, qətnamənin icra üsulunun və qaydasının dəyişdirilməsinin müstəsna hal olub, qətnamənin icrası üçün çətinlik törədən və yaxud borclu üçün yaranmış əlverişsiz hallarda tətbiq oluna bilər. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 153, 263-264 və 268-269-cu maddələrini rəhbər tutaraq, qərara aldı: X2 “Bakı şəhəri Xətai rayon Məhkəməsinin 2(011)-4330/2022 saylı iş üzrə xx.xx.2022-cİ il tarixli qətnaməsi ilə cavabdeh Tələbkar İB-nin xeyrinə tutulan 599 manat məbləğində borcun hissə-hissə 30-50 manat olmaqla ödənilməsi” barədə ərizəsi və ona əlavə edilmiş sənədlərin icraata qəbul edilməsindən imtina edilsin. Qərardaddan, rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Şəhriyar Əliyev
Məhkəmə qərarları › İş №8(011)-1114/2022
Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qərardad — İş №8(011)-1114/2022
24.11.2022 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver