Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 8(011)-112/2023 20.02.2023 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Abbasova Əminə Rauf qızının sədrliyi, Əhmədova Təranə Rafiq qızının katibliyi ilə, Bakı şəhəri Xətai Rayon İcra Şöbəsinin icra məmuru, İİ dərəcəli ədliyyə qulluqçusu X1 Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2(011)-5903/2019 nömrəli icra sənədinin icraatına xitam verilməsi barədə təqdimatına açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: Bakı şəhəri Xətai Rayon İcra Şöbəsinin icra məmuru İİ dərəcəli ədliyyə qulluqçusu X1 Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2(011)-5903/2019 nömrəli icra sənədinin icraatına xitam verilməsi barədə təqdimatla məhkəməyə müraciət etmişdir. Təqdimat onunla əsaslandırılmışdır ki, Xətai Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2(011)-5903/2019 nömrəli icra sənədinə əsasən Borclu hər ay 1 uşağın yetkinlik yaşına çatanadək saxlanılması üçün 160 manat sabit pul məbləğində aliment tutularaq Tələbkar xeyrinə ödənilməlidir. İcra sənədi xx.xx.2021-ci il tarixdə Xətai Rayon İcra Şöbəsinə daxil olmuş və qanuna müvafiq qaydada icraya yönəlmişdir. İcra sənədi üzrə icraata başlamaq haqqında qərar qəbul edilmiş və bildirişlə birlikdə Borclu ünvanına göndərilmişdir. Borcluya icra sənədində qeyd olunan tələbi könüllü təmin etməsi üçün on gün könüllü müddət təyin edilmişdir. Tələbkar xx.xx.2022-ci il tarixli ərizə ilə Xətai Rayon İcra Şöbəsinə müraciət edərək xx.xx.2019-cu il tarixdən bu günə qədər ona ödənilməli olan aliment borcundan imtina etdiyini bildirmiş və icra sənədinə xitam verilməsini xahiş etmişdir. Bakı şəhəri Xətai Rayon İcra şöbəsi, tələbkar və borclu təqdimata baxılması üçün təyin edilmiş məhkəmə iclasının vaxtı və yeri haqqında xəbərdar edilməklə məhkəmə iclasına çağırılmışlar. Lakin onlar məhkəmə iclasına gəlməmişlər. Bakı şəhəri Xətai Rayon İcra şöbəsinin və tələbkarın nümayədələrinin məhkəmə iclasına gəlməmələri məhkəmə qarşısında qoyulmuş məsələnin həll edilməsinə mane olmadığından, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 231.2-ci maddəsinə əsasən məhkəmə təqdimata onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə təqdimatın dəlillərini araşdıraraq hesab edir ki, təqdimat üzrə icraata xitam verilməlidir. Belə ki, materiallara əlavə edilmiş sənədlərdən görünür kiXətai Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2(011)-5903/2019 nömrəli icra vərəqəsindən görünür ki, “Borclu hər ay 1 uşağın yetkinlik yaşına çatanadək saxlanılması üçün 160 manat sabit pul məbləğində aliment tutularaq Tələbkar xeyrinə ödənilməlidir. İş materiallarına əlavə edilmiş Tələbkar ərizəsindən görünür ki, xx.xx.2019-cu il tarixdən bu günə qədər ona ödənilməli olan aliment borcundan imtina etdiyini bildiriərək icra sənədi üzrə icraata xitam verilməsi haqqında qərar qəbul edilməsini xahiş etmişdir. “İcra Haqqında” Azərbaycan Respublikası Qanununun 20.1.1-ci maddəsinə əsasən, məhkəmə tələbkarın tələbdən imtinasını qəbul etdikdə icra sənədi üzrə icraata xitam verilir. “İcra Haqqında” Azərbaycan Respublikası Qanununun 20.2-ci maddəsinə əsasən, icra sənədi üzrə icraata xitam verilməsi barədə icra məmuru tərəfindən əsaslandırılmış qərar qəbul edilir. Həmin qərar icra qurumunun rəhbəri tərəfindən yoxlanılaraq təsdiq olunur və onun surəti 3 gün müddətində tərəflərə, habelə icra sənədini vermiş məhkəməyə və ya digər orqana (notarius istisna olmaqla) göndərilir. Sadalanan xüsusatlara əsasən məhkəmə hesab edir ki, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2(011)-5903/2019 nömrəli icra sənədi üzrə Tələbkar icra sənədi üzrə tələbdən imtinası qəbul edilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 263-264-cü və 266-268-ci maddələrini rəhbər tutaraq məhkəmə qərara aldı: Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2(011)-5903/2019 nömrəli icra sənədi üzrə Tələbkar tələbdən imtinası qəbul edilsin. Qərardaddan, onun işdə iştirak edən şəxslərə rəsmi qaydada təqdim edildiyi gündən 10 (on) gün müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Əminə Abbasova
Məhkəmə qərarları › İş №8(011)-112/2023
Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qərardad — İş №8(011)-112/2023
20.02.2023 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver