Məhkəmə qərarları › İş №8(011)-1122/2022

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qərardad — İş №8(011)-1122/2022

07.12.2022 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 8(011)-1122/2022 07.12.2022 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Abbasova Əminə Rauf qızının sədrliyi, Bayramova Nərmin Nizami qızının katibliyi, Bakı şəhəri Xətai Rayon İcra Şöbəsinin icra məmuru İ dərəcəli ədliyyə qulluqçusu Kəmalə Həsənova Borclu mülkiyyətində olan avtomobilin üzərinə qoyulmuş həbsin götürülməsi barədə təqdimatına açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: Bakı şəhəri Xətai Rayon İcra Şöbəsinin icra məmuru İ dərəcəli ədliyyə qulluqçusu Kəmalə Həsənova Borclu məxsus **-ZV-*** dövlət qeydiyyat nişanlı “Mercedes 190” minik markalı avtomobilin üzərinə qoyulmuş həbsin götürülməsi barədə təqdimatla məhkəməyə müraciət etmişdir. Təqdimat onunla əsaslandırılmışdır ki, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin e- 2(011)-3057 nömrəli, xx.xx.2022-ci il tarixli icra sənədiinə əsasən Borclu 300 manat məbləğində pul vəsaiti və 30 manat məbləğində dövlət rüsumu tutularaq tələbkar "xxxx" MMC-nin xeyrinə ödənilməlidir. İcra sənədinin icra edilməsi məqsədilə Xətai rayon məhkəməsinin 8(011)-930/2022 saylı, xx.xx.2022-ci il tarixli qərardadı ilə Borclu məxsus olan məxsus **-ZV-*** dövlət qeydiyyat nişanlı “Mercedes 190” minik markalı avtomobilin üzərinə həbs qoyulmuşdur. İcra sənədində qeyd olunan tələb Borclu tətəfindən tam şəkildə təmin olunmuşdur. Bakı şəhəri Xətai Rayon İcra şöbəsi, tələbkar və borclu təqdimata baxılması üçün təyin edilmiş məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməklə məhkəmə iclasına çağırılmışlar. Lakin onlar məhkəmə iclasına gəlməmişlər. Bakı şəhəri Xətai Rayon İcra şöbəsinin və tələbkarın nümayədələrinin, borclunun məhkəmə iclasına gəlməmələri məhkəmə qarşısında qoyulmuş məsələnin həll edilməsinə mane olmadığından, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 231.2-ci maddəsinə əsasən məhkəmə təqdimata onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə təqdimatın dəlillərini araşdıraraq hesab edir ki, təqdimat əsaslıdır. Buna görə də təqdimat təmin edilməlidir. Belə ki, iş materiallarına əlavə edilmiş sənədlərdən görünür ki, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-3057 nömrəli, xx.xx.2022-ci il tarixli icra sənədiinə əsasən Borclu 300 manat məbləğində pul vəsaiti və 30 manat məbləğində dövlət rüsumu tutularaq tələbkar "xxxx" MMC-nin xeyrinə ödənilməlidir İş materiallarına əlavə edilmiş Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 8(011)- 930/2022 saylı, xx.xx.2022-ci il tarixli qərardadı ilə Borclu məxsus olan məxsus **-ZV-*** dövlət qeydiyyat nişanlı “Mercedes 190” minik markalı avtomobilin üzərinə həbs qoyulmuşdur İş materiallarına əlavə edilmiş Bakı şəhəri Xətai Rayon İcra Şöbəsinin xx.xx.2022-ci il tarixli, icra icraatına xitam verilməsi haqqında qərarın surətindən görünür ki, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-3057 nömrəli, xx.xx.2022-ci il tarixli icra sənədi üzrə icraata xitam verilmişdir. Sadalanan xüsusatlara əsasən məhkəmə hesab edir ki, məhkəmənin qeyd edilən avtomobilin üzərinə həbs qoyulmasına dair qərardadı ləğv edilməli və avtomobilin üzərinə qoyulmuş həbs götürülməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 263-264-cü və 266-268-ci maddələrini rəhbər tutaraq məhkəmə qərara aldı: Təqdimat təmin edilsin. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 8(011)-930/2022 saylı, xx.xx.2022-ci il tarixli qərardadı ləğv edilsin. Borclu məxsus **-ZV-*** dövlət qeydiyyat nişanlı “Mercedes 190” minik markalı avtomobillərin üzərinə qoyulmuş həbs götürülsün. Qərardaddan işdə iştirak edən şəxslərə rəsmi qaydada təqdim edildiyi gündən 10 (on) gün müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Əminə Abbasova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar