Məhkəmə qərarları › İş №8(011)-113/2023

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qərardad — İş №8(011)-113/2023

15.02.2023 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 8(011)-113/2023 15.02.2023 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Hacıyeva Sahibə Cavid qızının sədrliyi, Şükürzadə Aysel Qədir qızının katibliyi ilə, Bakı şəhəri Xətai rayon İcra şöbəsinin icra məmuru Xatir Məmmədovun Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(010)-231/2020-019 nömrəli, xx.xx.2020-ci il tarixli icra sənədi üzrə Tələbkar tələbdən imtinasının qəbul edilməsinə dair verdiyi təqdimata məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Bakı şəhəri Xətai rayon İcra şöbəsinin icra məmuru Xatir Məmmədov təqdimatla məhkəməyə müraciət edərək, icra haqqında Azərbaycan Respublikasının qanunun 20.1.1ci maddəsinə əsasən, icra sənədi üzrə Tələbkar tələbdən imtinasının qəbul edilməsinə dair qərardad çıxarılmasını xahiş etmişdir. Təqdimat onunla əsaslandırılmışdır ki, icra sənədi üzrə Borclu hər ay 2 uşağın yetkinlik yaşına çatanadək saxlanılması üçün cəmi 320 manat sabit pul məbləğində aliment tutularaq Tələbkar xeyrinə ödənilməlidir, icra sənədi xx.xx.2020-ci il tarixdə Xətai rayon İcra şöbəsinə daxil olmuş və qanuna müvafiq qaydada icraya yönəlmişdir, icra sənədi üzrə icraata başlamaq haqqında qərar qəbul edilmiş və bildirişlə birlikdə Borclu icra sənədində qeyd olunmuş ünvanına göndərilmişdir, borcluya icra sənədində qeyd olunan tələbi dərhal könüllü icra olunması üçün bildiriş verilmişdir, Tələbkar xx.xx.2022-ci iİ tarixdə Xətai rayon İcra şöbəsinə ərizə ilə müraciət edərək borclu ilə barışdığını, bir yerdə yaşadıqlarını, bu səbəbdən tələbdən imtina etdiyini bildirmişdir. Tələbkar, borclu və Bakı şəhəri Xətai rayon icra şöbəsinin icra məmuru təqdimata baxılması üçün təyin edilmiş məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməklə məhkəmə iclasına çağırılsalar da, onlar məhkəmə iclasına gəlməmişdir. Onların məhkəmə iclasına gəlməməsi məhkəmə qarşısında qoyulmuş məsələnin həll edilməsinə mane olmadığından, məhkəmə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 231.2-ci maddəsinə əsasən təqdimata onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə təqdimat və ona əlavə olunan sənədləri nəzərdən keçirib hesab edir ki, təqdimat əsaslı olduğundan təmin edilməlidir. Belə ki, materiala əlavə edilmiş Bakı şəhəri Xətai rayon Məhkəməsinin 2(010)- 231/2020-019 nömrəli, xx.xx.2020-ci il tarixli icra vərəqəsindən görünür ki, xx.xx.2010-cu il təvəllüdlü X4 və xx.xx.2016-cı il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanması üçün Borclu hər ay 320 manat sabit pul məbləğində alimentin tutularaq Tələbkar xeyrinə ödənilməsi nəzərdə tutulmuşdur. İş materiallarından görünür ki, Tələbkar Xətai rayon İcra şöbəsinə ərizə ilə müraciət edərək borclu ilə barışdığını, bir yerdə yaşadıqlarını, bu səbəbdən tələbdən imtina etdiyini bildirmişdir. Məhkəmə tərəfindən tədqiq olunmuş sübutlar əsasında müəyyən olunmuşdur ki, Bakı şəhəri Xətai rayon Məhkəməsinin 2(010)-231/2020-019 nömrəli, xx.xx.2020-ci il tarixli icra sənədinə əsasən xx.xx.2010-cu il təvəllüdlü X4 və xx.xx.2016-cı il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanması üçün Borclu hər ay 320 manat sabit pul məbləğində alimentin tutularaq Tələbkar xeyrinə ödənilməsi nəzərdə tutulmuşdur, tələbkar ərizə ilə Xətai Rayon İcra Şöbəsinə müraciət edərək icra sənədi üzrə aliment tələbindən imtina etdiyini bildirmiş, icraata xitam verilməsinə göstəriş verilməsini xahiş etmişdir İcra Haqqında Azərbaycan Respublikası Qanununun 2.1.-ci maddəsinə əsasən Azərbaycan Respublikasında məhkəmə və digər orqanların qərarlarının məcburi icrası icra məmurları tərəfindən həyata keçirilir. “İcra haqqında” Azərbaycan Respublikasının qanunun 20.1.1-ci maddəsinə əsasən, məhkəmə tələbkarın tələbdən imtinasını qəbul etdikdə icra sənədi üzrə icraata xitam verilir. Həmin Qanunun 20.2-ci maddəsinə əsasən, icra sənədi üzrə icraata xitam verilməsi barədə icra məmuru tərəfindən əsaslandırılmış qərar qəbul edilir. Həmin qərar icra qurumunun rəhbəri tərəfindən yoxlanılaraq təsdiq olunur və onun surəti 3 gün müddətində tərəflərə, habelə icra sənədini vermiş məhkəməyə və ya digər orqana (notarius istisna olmaqla) göndərilir. Şərh olunanlara əsasən, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 263-264-cü maddələrini rəhbər tutub məhkəmə QƏRARA ALDİ: Təqdimat təmin edilsin. Bakı şəhəri Xətai rayon Məhkəməsinin 2(010)-231/2020nömrəli, xx.xx.2020-ci il tarixli icra sənədi üzrə Tələbkar aliment tələbindən imtinası qəbul edilsin. Qərardaddan 10 gün müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Sahibə Hacıyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar