Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 8(011)-1130/2022 22.12.2022 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Abbasova İlahə Namiq Kamal qızının sədrliyi, Osmanova Əfsanə Fəxrəddin qızının katibliyi ilə, Bakı şəhəri Xətai Rayon İcra Şöbəsinin icra məmuru Kəmalə Həsənovanın əmlak üzərinə həbs qoyulması barədə təqdimatına Bakı şəhərində məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Bakı şəhəri Xətai Rayon İcra Şöbəsinin icra məmuru Kəmalə Həsənova borclunun əmlakı üzərinə həbs qoyulması haqqında təqdimatla məhkəməyə müraciət edərək göstərmişdir ki, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-4986/2019-008 nömrəli, xx.xx.2010-cu il tarixli icra sənədinə əsasən borclular Borclu, X1 və X2 müştərək qaydada kredit müqaviləsi üzrə 135789.36 manat əsas borc, 546.87 manat faiz borc, 766.56 manat cərimə borc olmaqla ümumilikdə 137102.79 manat məbləğində pul vəsaiti və 30 manat dövlət rüsumu iddiaçı "xxxx" İKB ASC-nin xeyrinə tutulmalıdır. Tələb ona məxsus Bakı şəhəri, Xətai rayonu, Sabit Orucov küçəsi, ev 13, mənzil 56-ya yönəldilməlidir. Həmin əmlak ilkin satış qiyməti 315.000 manat müəyyən olunmaqla açıq hərracdan satılmalı, satışdan əldə olunmuş vəsait hesabına cavabdehlərin banka olan borcu ödənilməlidir. İcra sənədi xx.xx.2021-ci il tarixində Bakı şəhəri Xətai rayon İcra şöbəsinə daxil olmuş və qanunamüvafiq qaydada icraya yönləndirilmişdir. İcraata başlamaq haqqında qərar qəbul olunaraq, surəti bildirişlə bərabər icra sənədi üzrə borcluların icra sənədində qeyd olunan ünvanına göndərilmişdir. İcra sənədi üzrə tələbkar "xxxx" İKB ASC-nin məktubuna əsasən borcluların bank qarşısında heç bir borc öhdəliyi qalmamışdır. Lakin, o icra sənədini könüllu icra müddəti ərzində icra etmədiyindən “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 78-ci maddəsini rəhbər tutaraq xx.xx.2021-ci il tarixdə “İcra ödənişinin alınması haqqında” qərar qəbul edilmişdir. Həmin qərara əsasən borcluların hazırda ödənilməmiş 9600 manat icra ödənişi qalmaqdadır. Belə ki, “Elektron icra” informasiya sistemindən əldə olunmuş sorğu məlumatına əsasən müəyyən olunmuşdur ki, ona məxsus olan Lənkəran rayonu Şiləvar kəndində yerləşən ümumi sahəsi 0,01 ha olan torpaq sahəsinin olduğu müəyyən edilmişdir. İcra sənədinin icrasını təmin etmək məqsədilə hesab edilmişdir ki, məcburi icra tədbirləri kimi borclunun əmlakının üzərinə həbs qoymaq və onu satmaq yolu ilə tələbin əmlaka yönəldilməsi barədə məcburi icra tədbirləri tətbiq edilməlidir. Təqdimatda icra sənədinin icrasını təmin etmək məqsədilə Borclu məxsus Lənkəran rayonu, Şiləvar kəndində yerləşən ümumi sahəsi 0.01 ha torpaq sahəsinin üzərinə həbs qoyulması xahiş edilmişdir. İş üzrə tələbkar, borclu və icra məmuru məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq məhkəmə iclasında iştirak etməmişdirlər. Məhkəmə tələbkarın, borclunun və icra məmurunun iştirakları olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə təqdimatı və iş materiallarını araşdıraraq hesab edir ki, təqdimat təmin olunmalı və məhkəmə qərarının icrasını təmin etmək məqsədi ilə Borclu məxsus Lənkəran rayonu, Şiləvar kəndində yerləşən ümumi sahəsi 0.01 ha torpaq sahəsinin üzərinə həbs qoyularaq, özgəninkiləşdirilməsi qadağan edilməlidir. Belə ki, “İcra haqqında” Azərbaycan Respublikası Qanunun 50.1-ci maddəsinə əsasən icraata başlamaq haqqında qərar borcluya təqdim olunduğu gündən ən geci 1 (bir) ay müddətində, zəruri hallarda isə, qərarın təqdim olunması ilə eyni vaxtda borclunun əmlakı üzərinə həbs qoyula bilər. İcra işində olan materiallardan görünür ki, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-4986/2019-008 nömrəli, xx.xx.2010-cu il tarixli icra sənədinə əsasən borclular Borclu, X1 və X2 müştərək qaydada kredit müqaviləsi üzrə 135789.36 manat əsas borc, 546.87 manat faiz borc, 766.56 manat cərimə borc olmaqla, ümumilikdə 137102.79 manat məbləğində pul vəsaitinin və 30 manat dövlət rüsumunun tələbkar "xxxx" İKB ASC-nin xeyrinə tutulması, tələbin ona məxsus Bakı şəhəri, Xətai rayonu, Sabit Orucov küçəsi, ev 13, mənzil 56-ya yönəldilməsi, Həmin əmlak ilkin satış qiyməti 315.000 manat müəyyən olunmaqla açıq hərracdan satılması, satışdan əldə olunmuş vəsait hesabına cavabdehlərin banka olan borcunun ödənilməsi müəyyən edilmişdir. “İcra haqqında” Azərbaycan Respublikası Qanunun 50.1-ci maddəsinə əsasən icraata başlamaq haqqında qərar borcluya təqdim olunduğu gündən ən geci 1 (bir) ay müddətində, zəruri hallarda isə, qərarın təqdim olunması ilə eyni vaxtda borclunun əmlakı üzərinə həbs qoyula bilər. İş materiallarında olan “Elektron icra” informasiya sistemindən alınan çıxarışın surətindən məlum olur ki, Borclu məxsus Lənkəran rayonu, Şiləvar kəndində yerləşən ümumi sahəsi 0.01 ha torpaq sahəsi vardır. Şərh olunanlara əsaslanaraq, “İcra Haqqında” Azərbaycan Respublikasının Qanunun 50.1-ci maddəsinə və Azərbaycan Respublikası MPM-nin 263-264-cü və 266- 269-cu maddələrini rəhbər tutaraq məhkəmə QƏRARA ALDİ: Təqdimat təmin olunsun. Borclu mülkiyyətində olan Lənkəran rayonu, Şiləvar kəndində yerləşən ümumi sahəsi 0.01 ha torpaq sahəsinin üzərinə həbs qoyularaq, özgəninkiləşdirilməsi qadağan edilsin. Qərardadın icrası müvafiq olaraq Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinə və Bakı şəhəri Xətai Rayon İcra şöbəsinə həvalə edilsin. Qərardaddan rəsmi qaydada verildikdən sonra tərəflər 10 (on) gün müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsinə şikayət verə bilərlər. Hakim: İlahə Abbasova
Məhkəmə qərarları › İş №8(011)-1130/2022
Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qərardad — İş №8(011)-1130/2022
22.12.2022 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver