Məhkəmə qərarları › İş №8(011)-1139/2022

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qərardad — İş №8(011)-1139/2022

28.12.2022 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 8(011)-1139/2022 28.12.2022 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Abbasova Əminə Rauf qızının sədrliyi, Bayramova Nəmin Nizami qızının katibliyi, Tələbkarın nümayəndəsi X1 iştirakı ilə, Bakı şəhəri Xətai rayon İcra Şöbəsinin Borclu məxsus avtomobilin üzərinə həbsin qoyulması barədə təqdimatına açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: Bakı Şəhəri Xətai Rayon İcra Şöbəsinin icra məmuru, İ dərəcəli ədliyyə qulluqçusu Kəmalə Həsənova Borclu oğluna məxsus “Hyundai Accent” minik markalı, **-HV-*** dövlət qeydiyyat nişanlı avtomobilin üzərinə həbsin qoyulması barədə təqdimatla məhkəməyə müraciət etmişdir. Təqdimat onunla əsaslandırılmışdır ki, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin e- 2(011)-2718/2022-016 nömrəli, xx.xx.2022-ci il tarixli icra sənədiinə əsasən Borclu 2206.55 manat məbləğində pul vəsaiti və 42.69 manat dövlət rüsumu tutularaq iddiaçı Tələbkar MMC-nin xeyrinə ödənilməlidir. İcra sənədi xx.xx.2022-ci il tarixdə Bakı şəhəri Xətai rayon İcra şöbəsinə daxil olmuş və qanuna müvafiq qaydada icraya yönəldilmişdir. İcraata başlamaq haqqında qərar qəbul olunaraq, surəti bildirişlə bərabər icra sənədi üzrə Borclu icra sənədində qeyd olunan ünvanına göndərilmişdir. Borclu könüllü icra müddətində icra sənədi üzrə tələbi təmin etmədiyi üçün borclunun əmlak vəziyyətini yoxlamaq məqsədilə elektron sistem vasitəsilə sorğular edilmişdir. Belə ki, “Elektron icra” informasiya sistemindən əldə olunmuş sorğu məlumatına əsasən müəyyən olunmuşdur ki, Borclu məxsus “Hyundai Accent” minik markalı, **-HV-*** dövlət qeydiyyat nişanlı avtomobil vardır. Tələbkarın nümayəndəsi X3 təqdimatın təmin edilməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Bakı şəhəri Xətai Rayon İcra Şöbəsi və borclu təqdimata baxılması üçün təyin edilmiş məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməklə məhkəmə iclasına çağırılmışdırlar. Lakin onlar məhkəmə iclasına gəlməmiş, Bakı şəhəri Xətai Rayon İcra Şöbəsi isə nümayəndəsinin iştirakını təmin etməmişdir. Bakı Şəhəri Xətai Rayon İcra Şöbəsinin nümayəndəsinin və işdə iştirak etmiş şəxslərin məhkəmə iclasına gəlməməkləri məhkəmə qarşısında qoyulmuş məsələnin həll edilməsinə mane olmadığından, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 231.2-ci maddəsinə əsasən məhkəmə təqdimata onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə təqdimatın dəlillərini araşdıraraq hesab edir ki, təqdimat əsaslıdır. Buna görə də təqdimat təmin edilməlidir. Təqdimata əlavə edilmiş sənədlərdən görünür ki, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin e-2(011)-2718/2022-016 nömrəli, xx.xx.2022-ci il tarixli icra sənədiinə əsasən Borclu 2206.55 manat məbləğində pul vəsaiti və 42.69 manat dövlət rüsumu tutularaq iddiaçı Tələbkar MMC-nin xeyrinə ödənilməlidir. Bakı Şəhəri Xətai rayon İcra Şöbəsinin İcra məmuru tərəfindən xx.xx.2022-ci il tarixində “İcraata başlamaq haqqında Qərar” qəbul edilmiş, tələbin könüllü icrası üçün bildiriş Borclu göndərilmişdir. Lakin buna baxmayaraq, tələb hələ də icra edilməmişdir. “Elektron icra” informasiya sistemindən əldə olunmuş sorğu məlumatına əsasən “Hyundai Accent” minik markalı, **-HV-*** dövlət qeydiyyat nişanlı avtomobil borclu X2 məxsusdur. İş materiallarına əlavə edilmiş “SMS bildiriş”lərdən görünür ki, xx.xx.2022-ci il tarixdə borcluya məxsus müxtəlif mobil nömrələrə xəbərdarlıq göndərilmişdir. Məhkəmə hesab edir ki, borcluya rəsmi bildiriş göndərilməsinə baxmayaraq icra sənədində göstərilən pul vəsaiti könüllü olaraq ödənilmədiyindən, qeyd edilən pul vəsaitinin borcludan alınaraq tələbkara ödənilməsi məqsədi ilə borcluya məxsus avtomobilin üzərinə həbsin qoyulmasına dair təqdimat əsaslıdır. Belə ki, “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 44.1-ci maddəsinə əsasən məcburi icra tədbirləri qanunla müəyyən edilmiş qaydada tərtib olunmuş icra sənədinin icra məmuruna təqdim olunması, icra məmuru tərəfindən icraata başlamaq haqqında qərarın qəbul edilməsi, könüllü icra üçün icra məmuru tərəfindən borcluya verilmiş müddətin keçməsi halında tətbiqi edilir. Həmin qanunun 50.2-ci maddəsinə əsasən, icra sənədi icraya yönəldilənə qədər borclunun əmlakına həbs qoyulmayıbsa və ya icra sənədinin icrası zamanı tələbin borclunun əmlakına yönəldilməsi hallarında əmlak üzərinə həbs, bir qayda olaraq, icra məmurunun əsaslandırılmış təqdimatına əsasən məhkəmənin qərardadı ilə qoyulur. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, təqdimat təmin edilərək, pul tələbi borclunun nəqliyyat vasitəsinə yönəldilməsi məqsədi ilə həmin avtomobilin üzərinə həbs qoyulmalıdır. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 263-264-cü və 267-268-ci maddələrini rəhbər tutaraq məhkəmə qərara aldı: Təqdimat təmin edilsin. Borclu məxsus “Hyundai Accent” minik markalı, **-HV-*** dövlət qeydiyyat nişanlı avtomobilin üzərinə həbs qoyulsun. Qərardaddan, işdə iştirak edən şəxslərə rəsmi qaydada təqdim edildiyi gündən 10 (on) gün müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Əminə Abbasova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar