Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 8(011)-1141/2022 14.12.2022 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Abbasova Əminə Rauf qızının sədrliyi, Bayramova Nərmin Nizami qızının katibliyi, Bakı şəhəri Xətai Rayon İcra Şöbəsinin icra məmuru İ dərəcəli ədliyyə qulluqçusu Kəmalə Həsənova Borclu mülkiyyətində olan avtomobilin üzərinə qoyulmuş həbsin götürülməsi barədə təqdimatına açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: Bakı şəhəri Xətai Rayon İcra Şöbəsinin icra məmuru İ dərəcəli ədliyyə qulluqçusu Kəmalə Həsənova Borclu məxsus “QAZ 33021” yük markalı, **-CA-*** dövlət qeydiyyat nişanlı avtomobilin üzərinə qoyulmuş həbsin götürülməsi barədə təqdimatla məhkəməyə müraciət etmişdir. Təqdimat onunla əsaslandırılmışdır ki, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin e- 2(011)-2701/2022-016 nömrəli, xx.xx.2022-ci il tarixli icra sənədinə əsasən Borclu 538 manat məbləğində pul vəsaiti tutularaq tələbkar "xxxx" MMC-nin xeyrinə ödənilməlidir. İcra sənədinin icra edilməsi məqsədilə Xətai rayon məhkəməsinin 8(011)-895/2022 saylı, xx.xx.2022-ci il tarixli qərardadı ilə Borclu məxsus olan məxsus “QAZ 33021” yük markalı, **-CA-*** dövlət qeydiyyat nişanlı avtomobilin üzərinə həbs qoyulmuşdur. İcra sənədi üzrə Tələbkar şöbəyə ərizə ilə müraciət edərək icra sənədini məhkəməyə qaytarmağı xahiş etmişdir. Bakı şəhəri Xətai Rayon İcra şöbəsi, tələbkar və borclu təqdimata baxılması üçün təyin edilmiş məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməklə məhkəmə iclasına çağırılmışlar. Lakin onlar məhkəmə iclasına gəlməmişlər. Bakı şəhəri Xətai Rayon İcra şöbəsinin və tələbkarın nümayədələrinin, borclunun məhkəmə iclasına gəlməmələri məhkəmə qarşısında qoyulmuş məsələnin həll edilməsinə mane olmadığından, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 231.2-ci maddəsinə əsasən məhkəmə təqdimata onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə təqdimatın dəlillərini araşdıraraq hesab edir ki, təqdimat əsassızdır və təmin edilməməlidir. Belə ki, iş materiallarına əlavə edilmiş Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 8(011)-895/2022 saylı, xx.xx.2022-ci il tarixli qərardadı ilə Bakı şəhəri Xətai Rayon İcra Şöbəsinin icra sənədi üzrə Borclu məxsus olan **-CA-*** dövlət qeydiyyat nişanlı, “QAZ 33021” yük markalı avtomobilin üzərinə həbsin qoyulması dair təqdimat təmin edilməmişdir. Sadalanan xüsusatlara əsasən məhkəmə hesab edir ki, Borclu məxsus olan **-CA- *** dövlət qeydiyyat nişanlı, “QAZ 33021” yük markalı avtomobilin üzərinə həbs qoyulmadığına görə, həbsin götürülməsi barədə təqdimat da təmin edilə bilməz. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 263-264-cü və 266-268-ci maddələrini rəhbər tutaraq məhkəmə qərara aldı: Borclu məxsus “QAZ 33021” yük markalı, **-CA-*** dövlət qeydiyyat nişanlı avtomobilin üzərinə qoyulmuş həbsin götürülməsi barədə təqdimat təmin edilməsin. Qərardaddan işdə iştirak edən şəxslərə rəsmi qaydada təqdim edildiyi gündən 10 (on) gün müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Əminə Abbasova
Məhkəmə qərarları › İş №8(011)-1141/2022
Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qərardad — İş №8(011)-1141/2022
14.12.2022 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver