Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 8(011)-1146/2024 28.11.2024 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Həsənova Aygün Namiq qızının sədrliyi, Quliyeva Nərmin İsmayıl qızının katibliyi, Borclunun etibarnamə üzrə nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, Bakı şəhəri Xətai rayon İcra şöbəsinin icra məmuru Xatir Məmmədovun “tələbin təsis payına və bu paya mütənasib dividentlərinə yönəldilməsi” barədə təqdimatı üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Bakı şəhəri Xətai rayon İcra şöbəsinin icra məmuru Xatir Məmmədov 17 oktyabr 2023-cü il tarixindən hal-hazır ki, tarixədək olan dövrlər üzrə e-16(011)-75/2023 nömrəli icra işi üzrə Borclu "xxxx" MMC-də olan 30 faizlik təsis payına mütənasib olaraq "xxxx" ASC-də olan CARİ AZN AZ94BRES40060AZ**********001, CARİ USD AZ65BRES40160US**********002 və CARİ EUR AZ44BRES40160EU**********003 hər 3 hesablar üzrə dividentlərinə dair məlumatların müvafiq bankdan əldə edilməsi barədə təqdimatla məhkəməyə müraciət etmişdir. Təqdimat onunla əsaslandırılmışdır ki, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-4892/2023-013 nömrəli 14 avqust 2023-cü il tarixli icra sənədinə əsasən Borclu 280.000 manat məbləğində pul vəsaiti və 570 manat dövlət rüsumu tutularaq Tələbkar xeyrinə ödənilməlidir. İcra sənədi 16 oktyabr 2023-cü il tarixdə Bakı şəhəri Xətai rayon İcra şöbəsinə daxil olmuş və qanunamüvafiq qaydada icraya yönəldilmişdir. İcraata başlamaq haqqında qərar qəbul olunaraq, surəti bildirişlə bərabər icra sənədi üzrə Borclu icra sənədində qeyd olunan ünvanına göndərilmişdir. Borclu könüllü icra müddətində icra sənədi üzrə tələbi təmin etmədiyi üçün borclunun əmlak vəziyyətini yoxlamaq məqsədilə elektron sistem vasistəsilə sorğular edilmişdir. Belə ki, “Elektron icra” informasiya sistemindən əldə olunmuş sorğu məlumatına əsasən müəyyən olunmuşdur ki, Borclu məxsus olan "xxxx" MMC-də (VÖEN: **********) olan təsis payı vardır. Borclu Tələbkar Tofiq oğluna olan borcunun ödənilməsinin təmin edilməsi məqsədilə Xətai Rayon Məhkəməsinin e-16(011)-75/2023 nömrəli 27 yanvar 2023-cü il tarixli qərardadı ilə Borclu "xxxx" MMC-də olan təsis payının üzərinə həbs qoyulmuş və özgəninkiləşdirilməsi qadağan edilmişdir. Borclu həmin təsis payına həbs qoyulsa da, onun Tələbkar olan borcunun həmin cəmiyyətdəki 30 faiz təsis payına və bu paya mütənasib dividentlərinə yönəldilməsi məqsədilə bu dividentlərin məbləğinə dair məlumatlar müvafiq banklardan əldə edilməmişdir. Təqdimatı təmin edib e-16(011)-75/2023 nömrəli icra işi üzrə Borclu "xxxx" MMC-də olan 30 faizlik təsis payına mütənasib olaraq "xxxx" ASC-də olan CARİ AZN AZ94BRES40060AZ**********001, CARİ USD AZ65BRES40160US**********002 və CARİ EUR AZ44BRES40160EU**********003 hər 3 hesablar üzrə dividentlərinə dair məlumatların müvafiq bankdan əldə edilməsinə dair qərardad qəbul edəsiniz. İcra sənədinin icrasını təmin etmək məqsədilə hesab edir ki, məcburi icra tədbirləri kimi borclunun əmlakının üzərinə həbs qoymaq və onu satmaq yolu ilə tələbin əmlaka yönəlməsi barədə məcburi icra tədbirləri (borcluya məxsus 30% paya mütənasib dividentlərinə yönəldilməsi məqsədilə) tətbiq edilməlidir. Məhkəmə iclasında izahat verən borclunun nümayəndəsi və vəkili Vəkil müdafiə etdiyi şəxsin razılığını nəzərə alaraq təqdimatın təmin edilməsinə etiraz etmədiyini bildirmişdir. Bakı şəhəri Xətai rayon İcra şöbəsi və işdə iştirak etmiş şəxslər təqdimata baxılması üçün təyin edilmiş məhkəmə iclasının vaxtı və yeri haqqında xəbərdar edilməklə məhkəmə iclasına çağırılmışlar. Lakin onlar məhkəmə iclasına gəlməmişlər. Bakı şəhəri Xətai rayon İcra şöbəsinin nümayəndəsinin və işdə iştirak etmiş şəxslərin məhkəmə iclasına gəlməmələri məhkəmə qarşısında qoyulmuş məsələnin həll edilməsinə mane olmadığından, məhkəmə təqdimata onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə təqdimatı və təqdimata əlavə edilmiş sənədləri nəzərdən keçirərək hesab edir ki, təqdimat təmin olunmalıdır. Belə ki, təqdimata əlavə edilmiş Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)- 4892/2023-013 nömrəli 14 avqust 2023-cü il tarixli icra sənədinə əsasən Borclu 280.000 manat məbləğində pul vəsaiti və 570 manat dövlət rüsumu tutularaq Tələbkar xeyrinə ödənilməlidir. İcra sənədi üzrə 17 oktyabr 2023-cü il tarixdə icraata başlamaq haqqında qərar qəbul edilmiş, tələbin könüllü icrası barədə bildiriş borclunun ünvanına göndərilmişdir. Xətai rayon İcra şöbəsi tərəfindən Dövlət Vergi Xidməti Milli Gəlirlər Baş İdarəsinin Hüquqi şəxslərin Dövlət Qeydiyyatı İdarəsinə verilmiş sorğuya verilmiş cavabdan görünür ki, Borclu "xxxx" MMC-nin (VÖEN: **********) 1500 manat, 1500 manat pay hüququ ilə təsisçisidir. Xətai Rayon Məhkəməsinin 27 yanvar 2023-cü il tarixli e- 16(011)-75/2023 saylı qərarına əsasən Borclu məxsus 1500 paya yüklülük müəyyən edilmişdir. Tələbkar ərizə ilə icra şöbəsinə müraciət edərək borclunun təsis payına mütənasib olaraq "xxxx" ASC-də olan 3 hesab üzrə dividentlərin müəyyən edilməsini, 30% təsis payına mütənasib formada dividentlərin olduğu hesablara həbsin qoyulmasını və həmin dividentlərə inkasso sərəncamının tətbiq edilməsini xahiş etmişdir. Məhkəmə hesab edir ki, borclu tərəfindən icra sənədində göstərilən pul vəsaiti ödənilmədiyindən, bununla da icra sənədinin icrası mümkün olmadığından, icra sənədinin icrasını təmin etmək məqsədi ilə Borclu "xxxx" MMC-də olan 30 faizlik təsis payına mütənasib olaraq "xxxx" ASC-də olan CARİ AZN AZ94BRES40060AZ**********001, CARİ USD AZ65BRES40160US**********002 və CARİ EUR AZ44BRES40160EU**********003 hər 3 hesablar üzrə dividentlərinə dair məlumatlar müvafiq bankdan əldə edilməlidir. Belə ki, “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 50.2-ci maddəsinə əsasən, icra sənədi icraya yönəldilənə qədər borclunun əmlakına həbs qoyulmayıbsa və ya icra sənədinin icrası zamanı tələbin borclunun əmlakına yönəldilməsi hallarında əmlak üzərinə həbs, bir qayda olaraq, icra məmurunun əsaslandırılmış təqdimatına əsasən məhkəmənin qərardadı ilə qoyulur. Həmin Qanunun 45.2-ci maddəsinə görə icra sənədləri üzrə tələb ilk növbədə borclunun manatla və xarici valyuta ilə, o cümlədən banklarda və digər kredit təşkilatlarında olan pul vəsaitlərinə və başqa sərvətlərinə yönəldilir. Borcluda aşkar edilən nağd pul vəsaitləri götürülür. Həmin Qanunun 45.3-cü maddəsinə görə borclunun banklarda və digər kredit təşkilatlarında saxlancda əmlakının və hesabının mövcudluğu, habelə hesab üzrə qalıqlar barədə məlumatlar icra məmuru tərəfindən “Banklar haqqında” Azərbaycan Respublikası Qanununun 41.2-ci maddəsinə uyğun olaraq əldə edilir və onların (olduqda) üzərinə bu Qanunun 45.7-ci maddəsinə uyğun olaraq icra sənədinin icrası üçün lazım olan miqdarda və həcmdə həbs qoyulur. Həmin Qanunun 45.4-cü maddəsinə görə borclu hüquqi şəxsin banklarda və digər kredit təşkilatlarında hesablarının mövcudluğu barədə məlumatları icra məmuru vergi orqanlarından tələb edə bilər. Yuxarıda istinad olunanlara əsasən məhkəmə belə qənaətə gəlir ki, nə qədər ki, əldə edilməsi tələb edilən məlumatlar bank sirrini təşkil edir və həmin məlumatların əldə edilməsi məhkəmə qərarı əsasında mümkündür, odur ki, hazırkı təqdimat təmin edilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 263-264 və 268-ci maddələrini rəhbər tutaraq məhkəmə qərara aldı: Təqdimat təmin edilsin. Borclu "xxxx" MMC-də olan 30 faizlik təsis payına mütənasib olaraq "xxxx" ASC-də olan CARİ AZN AZ94BRES40060AZ**********001, CARİ USD AZ65BRES40160US**********002 və CARİ EUR AZ44BRES40160EU**********003 hər 3 hesablar üzrə dividentlərinə dair məlumatlar müvafiq bankdan əldə edilsin. Qərardaddan onun tərəflərə rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) Bakı şəhəri Xətai Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Aygün Həsənova
Məhkəmə qərarları › İş №8(011)-1146/2024
Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qərardad — İş №8(011)-1146/2024
28.11.2024 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver