Məhkəmə qərarları › İş №8(011)-1147/2024

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qərardad — İş №8(011)-1147/2024

05.12.2024 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 8(011)-1147/2024 05.12.2024 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Abbasova İlahə Namiq Kamal qızının sədrliyi, Osmanova Əfsanə Fəxrəddin qızının katibliyi, Tələbkar nümayəndəsi və vəkili X2, Borclunun nümayəndəsi X3 iştirakları ilə, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin e-2(011)-38/2023 saylı, 18 aprel 2023-cü il tarixli qətnaməsi üzrə borclu Xətai Rayon Mənzil Kommunal Təsərrüfatı Birliyinin nümayəndəsi tərəfindən verilmiş “qətnamənin icrasına möhlət verilməsinə” dair ərizəsinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDİ: Borclu Xətai Rayon Mənzil Kommunal Təsərrüfatı Birliyinin nümayəndəsi məhkəməyə “qətnamənin icrasına möhlət verilməsinə” dair ərizə ilə müraciət edərək, ərizəsində göstərmişdir ki, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin e-2(011)-38/2023 saylı 18 aprel 2023-cü il tarixli qətnaməsinə əsasən iddia qismən təmin edilmiş, cavabdeh Xətai rayon Mənzil Kommunal Təsərrüfatı Birliyindən 9531 manat pul vəsaiti və məhkəmə xərci qismində 118 manatın tutularaq iddiaçı Tələbkar ödənilməsi, eyni zamanda iddia təmin edildiyindən 50 manat ekspertiza xərcinin tutulması qət edilmişdir. İş üzrə Xətai Rayon Məhkəməsi tərəfindən icra vərəqəsi verilmiş və icra edilməsi üçün Xətai rayon İcra şöbəsinə göndərilmişdir. Məhkəmə instansiyalarının qərarlarına hörmətlə yanaşaraq həmin qərarın icra edilməsi üçün 3 aylıq möhlət hüququ almaq istəyirlər. Hesab edirlər ki, bu müddət ağlabatandır və məhkəmə qərarının icrası üçün həm iddiaçı, həm də ki, cavabdehin maraqlarına uyğundur. Belə ki, qətnamədə qeyd edilən məbləğin birdəfəlik tutulması onsuz da maliyyə durumu aşağı olan Xətai Rayon Mənzil Kommunal Təsərrüfatı Birliyinə pis təsir edəcək, həmçinin rayon ərazisinin təmizliyi ilə məşğul olan xidmət sahəsi işçilərinin maaş almaması ilə nəticələnə bilər. Cavabdeh Xətai Rayon Mənzil Kommunal Təsərrüfatı Birliyi tərəfindən məhkəməyə müraciət edilmiş və Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2(011)-38/2023 saylı qətnaməsinə əsasən verilmiş icra sənədinə əsasən Xətai Rayon Mənzil Kommunal Təsərrüfatı Birliyindən tutulmalı olan məbləğin hissə-hissə (6 ay ərzində) ödənilməsi barədə qərardad qəbul edilməsi xahiş edilmişdir. Cavabdeh Xətai Rayon Mənzil Kommunal Təsərrüfatı Birliyi tərəfindən xx.xx.2024-cü il tarixdə iş üzrə Tələbkar 4430 manat məbləğində pul ödənilmişdir. Qətnamə ilə tutulmalı olan məbləğ 9699 manat təşkil etmiş, ümumi borcdan xx.xx.2024-cü il tarixdə ödənilmiş məbləği nəzərə alandan sonra hal-hazırda 5269 manat borc qalmışdır. Göstərilənləri nəzərə alaraq, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2(011)-38/2023 saylı qətnaməsinə əsasən verilmiş icra sənədinə əsasən Xətai Rayon Mənzil Kommunal Təsərrüfatı Birliyindən tutulmalı olan məbləğin (5269 manat) hissə-hissə (3 ay ərzində) ödənilməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında Tələbkar nümayəndəsi və vəkili X4 borclu tərəfindən borcun hissə-hissə ödənilməsinin 2 ay ərrzində həyata keçirilməsinə etiraz etməmişdir. Məhkəmə iclasında borclunun nümayəndəsi X5 ərizənin mahiyyətinə uyğun izahat verərək, ərizənin təmin edilməsini xahiş etmişdir. İş üzrə icra məmuru məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə icra məmurunun iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə qətnamənin hissə-hissə icra edilməsi ilə bağlı möhlət verilməsinə dair ərizəni iş materialları ilə birlikdə nəzərdən keçirərək hesab edir ki, ərizə təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası MPM-nin 231-ci maddəyə görə işə baxmış hakim, işdə iştirak edən şəxslərin ərizəsi üzrə tərəflərin əmlak vəziyyətinə və digər hallara əsasən qətnamənin icrasına möhlət verməyə və ya qətnaməni hissə-hissə icra etdirməyə, habelə onun icra üsulunu və qaydasını dəyişdirməyə haqlıdır. Qətnamə icrasına möhlət verilməsi və ya onun hissə-hissə icra edilməsi, qətnamənin icra üsulunun və qaydasının dəyişdirilməsi icra üzrə icraatın dayandırılması barədə məhkəmə qərardadından şikayət verilə bilər. İş materiallarında olan Bakı şəhəri Xətai Rayon Məhkəməsinin e-2(011)-38/2023 saylı 18 aprel 2023-cü il tarixli qətnaməsindən məlum olur ki, cavabdeh Bakı şəhəri Xətai rayon Mənzil-Kommunal Təsərrüfatı Birliyindən 9531 (doqquz min beş yüz otuz bir) manat pul vəsaiti və məhkəmə xərci qismində 116 (bir yüz on altı) manatın tutularaq iddiaçı Tələbkar ödənilməsi, eyni zamanda iddia təmin edildiyindən, 50 manat ekspertiza xərcinin cavabdehdən tutularaq Məhkəmə Ekspertiza Mərkəzinin X1 hesabına ödənilməsi qət edilmişdir. İş materiallarında 12930 nömrəli qəbzin surətindən görünür ki, Xətai rayon Mənzil- Kommunal Təsərrüfatı Birliyi tərəfindən Tələbkar 4430 manat vəsait ödənilmişdir. Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin e-2(011)-38/2023 saylı, 18 aprel 2023-cü il tarixli qətnaməsinin hissə-hissə icra edilməsi haqqında ərizə əsaslandırıldığından, tələbkarın qətnamənin icrasına möhlət verilməsinə etiraz etmədiyindən, ərizə təmin edilməli, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin e-2(011)-38/2023 saylı, 18 aprel 2023-cü il tarixli qətnaməsinin icrasına 3 ay müddətinə möhlət verilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 231, 263-264, 267-268ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARAALDİ: Bakı şəhəri Xətai Rayon Məhkəməsinin e-2(011)-38/2023 saylı, 18 aprel 2023-cü il tarixli "qətnamənin icrasına möhlət verilməsinə” dair borclu Xətai Rayon Mənzil Kommunal Təsərrüfatı Birliyi tərəfindən verilmiş ərizə təmin edilsin. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin e-2(011)-38/2023 saylı, 18 aprel 2023-cü il tarixli qətnaməsinin icrasına 3 ay müddətinə möhlət verilsin. Qərardaddan rəsmi qaydada verildiyi gündən 10 gün müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: İlahə Abbasova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar