Məhkəmə qərarları › İş №8(011)-1148/2025

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qərardad — İş №8(011)-1148/2025

30.12.2025 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 8(011)-1148/2025 30.12.2025 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Hacıyeva Sahibə Cavid qızının sədrliyi, Behbudov Orxan Elşən oğlunun katibliyi, Tələbkar X7, Borclu Tələbkar iştirakı ilə, X1 “əmlakın üzərinə qoyulmuş həbsin götürülməsi” barəsində ərizəsinə baxaraq müəyyənetdi: X4 ərizə ilə məhkəməyə müraciət edərək, “Mercedes Benz E350'’ markalı **-DF-*** dövlət nömrə nişanlı və “KİA Cerato” markalı **-HR-*** dövlət nömrə nişanlı avtomobillərin üzərinə qoyulmuş həbsin götürülməsini xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, tələbkar ilə Tələbkar arasında olan nikah Xətai Rayon Məhkəməsinin 2021-ci il tarixli qətnaməsinə əsasən pozulmuşdur. X3 ona qarşı “Əşyaların mənzildən çıxarılması, tələbkarın X5 və Tələbkar qarşı “Cehiz əşyaların geri qaytarılması və əmlak payların müəyyən edilməsi’* tələbləri üzrə Bakı şəhər Xətai Rayon Məhkəməsinin xx.xx.2021 -ci il tarixli, iş№2(011)-858/2021 saylı qətnaməsi olmuşdur. Tələbkar məhkəmədə ona aid cehiz əşyalarının geri qaytarılmasını və nikah dövründə əldə olunmuş əmlakların ½ hissədə bölünməsini xahiş etmişdir. Məhkəmə qətnaməsinə əsasən cehiz əşyaların ona qaytarılması qətnamə ilə müəyyən olunmuşdur. Xətai Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, iş №2(011)-858/2021 saylı Qətnaməsinə əsasən birgə nikah dövründə əldə olunmuş Tələbkar adına olan “Mercedes Benz E350” markalı **-DF-*** dövlət nömrə nişanlı və “KİA Cerato" markalı **-HR-*** dövlət nömrə nişanlı avtomobillərə /1/2 hissədə payların müəyyən edilmişdir. Həmin vaxt məhkəmənin gedişi zamanı hər iki avtomobilin üzərinə məhkəmə tərəfindən həbs poyulmuşdur. X9 bildirir ki, Tələbkar ilə Bakı 3 saylı Mediasiya Təşkilatında xx.xx.2025-ci il tarixində Barışıq Sazişi imzalamış və o hər iki avtomobil paylarının /1/2hissəsindən və ev əşyalarından imtina etmişdir. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-858/2021 nömrəli, xx.xx.2021-ci il tarixli qərardadı ilə Tələbkar məxsus “Mercedes Benz E350'’ markalı **-DF-*** dövlət nömrə nişanlı və “KİA Cerato” markalı **-HR-*** dövlət nömrə nişanlı avtomobillərin özgəninkiləşdirilməsi ilə bağlı hərəkətlər Tələbkar qadağan edilmişdir. İş materiallarında olan xx.xx.2025-ci il tarixli , Bakı 3 saylı Mediasiya Təşkilatında bağlanmış barışıq sazişindən görünür ki, İkinci tərəf- X6 Rayon Məhkəməsinin qətnaməsinə əasasən nikahları pozulan zaman nikah dövründə əldə olunmuş əmlaklara 1/2 hissədə paylar bölünmüşdür.Həmin paydan olan 2008-ci il buraxılışlı, “Mercedes Benz” markalı “** DF ***“ nömrəli, 2014-cü il buraxılışlı “Kia Cerato“ markalı “** HR ***“ nömrəli nəqliyyat vasitəsilərindən və ev əşyalarından imtina edir. İkinci tərəf- X2 Kontorunda həmin paylardan imtina etməyi öhdəsinə götürür. Tələbkar X9 məhkəmə iclasında ərizənin təmin edilməsini xahiş etdi. Borclu Tələbkar məhkəmə iclasında ərizənin təmin edilməsini xahiş etdi. Bakı şəhər Xətai Rayon İcra Şöbəsinin icra məmuruna məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada məlumat verilmələrinə baxmayaraq, onlar məhkəmə iclasına gəlməmiş və gəlməmələrinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə ərizəyə onların iştirakları olmadan baxılmasını mümkün hesab etmişdir. “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 45.7-ci maddəsinə görə, tələb, borclunun əmlakına, o cümlədən nağd yaxud banklarda və ya digər kredit təşkilatlarında hesablarda və əmanətlərdə, habelə saxlancda olan pul vəsaitlərinə və başqa sərvətlərinə, icra ödənişinin ödənilməsi və icra hərəkətlərinin həyata keçirilməsi üçün çəkilən xərclər də nəzərə alınmaqla, icra sənədinin icrası üçün lazım olan miqdarda və həcmdə yönəldilir. "İcra haqqında" Azərbaycan Respublikası Qanununun 50.2-ci maddəsinə əsasən, borclunun əmlakı üzərinə həbs qoyulması əmlakın siyahıya alınmasından, həmin əmlak üzərində sərəncam vermək hüququnun qadağan olunmasından, zəruri hallarda isə əmlakdan istifadə hüququnun məhdudlaşdırılmasından, onun götürülməsindən və ya saxlanmaq üçün verilməsindən ibarətdir. İcra sənədi icraya yönəldilənə qədər borclunun əmlakına həbs qoyulmayıbsa və ya icra sənədinin icrası zamanı tələbin borclunun əmlakına yönəldilməsi hallarında əmlak üzərinə həbs, bir qayda olaraq, icra məmurunun əsaslandırılmış təqdimatına əsasən məhkəmənin qərardadı ilə qoyulur. Təxirəsalınmaz hallarda borclu tərəfindən əmlakın məhv edilməsini, zədələnməsini, korlanmasını, gizlədilməsini və ya özgəninkiləşdirilməsini güman etməyə əsas verən dəqiq məlumat olduqda, icra məmuru məhkəmənin qərarı olmadan da əmlakın üzərinə həbs qoya bilər. İcra məmuru 24 saat ərzində bu barədə icra üzrə nəzarəti həyata keçirən məhkəməyə məlumat verməlidir. Məhkəmə ərizənin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, tərəflər arasında barışıq sazişi bağlanmış, tələbkar tərəf avtomobillər üzərindəki paylardan imtina etmişdir. Buna görə də, göstərilən nəqliyyat vasitələrinin üzərinə qoyulmuş həbs götürülməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə görə mülkiyyət hüququ subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Akimovanın Azərbaycana qarşı işində “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyanın 1 saylı Protokolunun 1-ci maddəsinin pozuntusunu müəyyən edən Avropa Məhkəməsi qeyd etmişdir ki, 1 saylı Protokolunun 1-ci maddəsinin birinci hissəsindəki “mülkiyyət” anlayışı fiziki mallar üzərində mülkiyyətlə məhdudlaşmayan müstəqil mənaya malikdir və daxili qanunvericilikdəki formal təsnifatdan asılı olmamaqla əmlakı təşkil edən bəzi digər hüquqlar və maraqlar da “mülkiyyət” kimi qiymətləndirilə bilər. «Van Marle və başqaları Niderlanda qarşı» iş üzrə qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi qeyd etmişdir ki, maddi dəyəri olan hər hansı hüquq 1-ci maddədə ifadə olunmuş «əmlak» anlayışı ilə əhatə olunur. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 263-264-cü və 266-268-ci maddələrini rəhbər tutaraq, məhkəmə qəraraaldı: Ərizə təmin edilsin. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-858/2021 nömrəli, xx.xx.2021-ci il tarixli qərardadı ilə Tələbkar mülkiyyətində olan “Mercedes Benz E350'’ markalı **-DF-*** dövlət nömrə nişanlı və “KİA Cerato” markalı **-HR-*** dövlət nömrə nişanlı avtomobillərin üzərinə qoyulmuş həbs götürülsün (ləğv edilsin). Qərardaddan 10 (on) gün müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim Sahibə Hacıyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar