Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 8(011)-115/2025 05.03.2025 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Əliyev Şəhriyar İbrahim oğlunun sədrliyi, Bəndəliyev Zaur Taleh oğlunun katibliyi ilə, X2 tərəfindən “icraata xitan verilməsi” barədə verilmiş şikayətə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: X2 şikayət ilə məhkəməyə müraciət edərək, 1.Xətai rayon məhkəməsinin xx.xx.2022ci il tarixli 2(011)-2503/2022 saylı qətnaməsinə əsasən verilmiş icra sənədinin; 2. Xətai rayon məhkəməsinin xx.xx.2021-ci il tarixli 2(011)-5787/2021 saylı qətnaməsinə əsasən verilmiş icra sənədinin; 3. Xətai rayon məhkəməsinin xx.xx.2022-ci il tarixli 2(011)- 2649/2022 saylı qətnaməsinə əsasən verilmiş icra sənədinin; 4. 36 saylı Notariat ofisi tərəfindən verilmiş xx.xx.2021-ci il tarixli 8İ-4542 saylı İcra qeydi ǝssında verilmiş icra sənədinin və 5.X1 X2na qarşı pul tələbinə dair İcra sənədinin icraatına xitam verilməsi ilə bağlı Xətai rayon İcra şöbəsi rəisinin və həmin işləri icra edən icra məmurlarının hərəkətsizliyi qanunsuz hesab edilməsi, İcra sənədləri tərəfindən tam icra olunduğundan yuxarıda göstərilmiş icra işləri üzrə icraata xitam verilməsi bir vəzifə kimi Xətai rayon İcra şöbəsinin rəisinin üzərinə qoyulması, Xətai rayon İcra şöbəsində baş verən qanunsuzluqlar barədə Azərbaycan Respublikası Ədliyyə nazirliyin Baş İcra İdarəsinə Təqdimat verilməsini məhkəmədən xahiş etmişdir. xx.xx.2025-ci il tarixli məhkəmə iclasında iştirak edən X2nın nümayəndəsi-vəkili Vəkil şikayəti müdafiə edərək izahatında bildirdi ki, X7 aid Xətai rayon İcra şöbəsində bir neçə ədəd icra sənədləri vardır. Həmin icra sənədlərinin əksəriyyəti borclu tərəfindən tam icra olunsa da, icraata xitam verilmir. Belə ki, X6 aşağıdakı icra sənədləri tam icra olunmuşdur:
1. Xətai rayon məhkəməsinin xx.xx.2022-ci il tarixli 2(011)-2503/2022 saylı qətnaməsinə əsasən verilmiş icra sənədi; 2. Xətai rayon məhkəməsinin xx.xx.2021-ci il tarixli 2(011)- 5787/2021 saylı qətnaməsinə əsasən verilmiş icra sənədi; 3. Xətai rayon məhkəməsinin xx.xx.2022-ci il tarixli 2(011)-2649/2022 saylı qətnaməsinə əsasən verilmiş icra sənədi; 4. 36 saylı Notariat ofisi tərəfindən verilmiş xx.xx.2021-ci il tarixli 8İ-4542 saylı İcra qeydi əsasında verilmiş icra sənədi 5.X1 X2naqarşı pul tələbinə dair İcra sənədi. Xətai rayon İcra şöbəsində olan həmin icra sənədləri Aytən Bilalova tərəfindən tam icra olunmuş,bu barədə təsdiqedici sənədləri İcra şöbəsinin rəisinə təqdim edib, həmin işlər üzrə icraata xitam verilməsini xahiş etsə də, bu günə qədər həmin işlərin heç birinə xitam verilməmiş, nə də ki, yazılı ərizələrin heç birinə cavab verilməmişdir. Qanunun bu tələblərinə baxmayaraq tam icra edilmiş icra sənədləri üzrə icraata xitam verilmir bu barədə göndərdiyi ərizələrin isə heç birinə cavab verilmir. İcra məmurunun qanunsuz hərəkətlərinin qarşısını almağa məsul olan Xətai rayon İcra Şöbəsinin rəisinin özü bu qanunsuzluqların iştirakçısına çevrilmişdir. O səbəbdən Xətai rayon məhkəməsinə müraciət etmişlər və yuxarıda göstərdiyi icra sənədləri üzrə icraata xitam verilməsini bir vəzifə kimi İcra şöbəsi rəisinin üzərinə qoyulmasına dair qərar qəbul edilməsini xahiş edir. Borclu və icra məmuru şikayətə baxılması üçün təyin edilmiş məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməklə məhkəmə iclasına çağırılsalar da, onlar məhkəmə iclasına gəlməmişdir. Onların məhkəmə iclasına gəlməmələri məhkəmə qarşısında qoyulmuş məsələnin həll edilməsinə mane olmadığından, məhkəmə ərizəyə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə, şikayəti və ona əlavə olunan sənədləri, habelə icra sənədlərini nəzərdən keçirib hesab edir ki, şikayət qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan Bakı şəhəri Xətai rayon Məhkəməsinin 2(011)- 2503/2022 saylı xx.xx.2022-ci il tarixli icra vərəqəsindən görünür ki, "xxxx" ASC ilə cavabdeh X10 arasında bağlanmış xx.xx.2021- ci il tarixli 3992nkAHM/21 nömrəli Kredit Müqaviləsinə əsasən, əsas borc üzrə 2434 (iki min dörd yüz otuz dörd) manat, faiz borcu üzrə 209.69 (iki yüz doqquz manat altmış doqquz qəpik) manat, cərimə borcu üzrə 5.97 (beş manat doxsan yeddi qəpik) manat olmaqla, cəmi 2649.66 (iki min altı yüz qırx doqquz manat altmış altı qəpik) manat məbləğində borc və 46.50 (qırx altı manat əlli qəpik) manat ödənilmiş dövlət rüsumu cavabdeh X3 tutularaq "xxxx" ASC-yə ödənilməlidir. İş materiallarında olan Bakı şəhəri Xətai rayon Məhkəməsinin 2(011)-5787/2021 saylı xx.xx.2021-ci il tarixli icra vərəqəsindən görünür ki, X8 ilə X10 arasında imzalanmış xx.xx.2021-ci il tarixli su filtrlərinin satış müqaviləsi ləğv edilsin. X3 əsas borc kimi 990 manat, dəbbə pulu kimi 76,56 manat, ümumilikdə 1066 (min altmış altı) manat 56 (əlli altı) qəpik və dövlət rüsumunun əvəzi qismində ödənilmiş 30 (otuz) manat məbləğində pul alınaraq X4 ödənilməlidir. İş materiallarında olan Bakı şəhəri Xətai rayon Məhkəməsinin 2(011)-2649/2022 saylı xx.xx.2022-ci il tarixli icra vərəqəsindən görünür ki, X3 xx.xx.2021-ci il tarixli müqavilə üzrə 8426 manat əsas, 252 manat cərimə borcu olmaqla, cəmi 8678 manat borc "xxxx" MMC– nin xeyrinə tutulmalı, 32 manat cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. İş materiallarında olan sənədlərdən görünür ki, xx.xx.2020-ci il tarixli 3M-293 nömrə ilə təsdiq edilmiş Mövcud borcun etirafı haqqında müqavilə üzrə X9 ödənilməli olan 4000 manat, Bakı şəhəri Xətai rayon Məhkəməsinin 2(011)-5787/2021 saylı xx.xx.2021-ci il tarixli icra vərəqəsi üzrə X4 ödənilməli olan 1096,56 manat, Bakı şəhəri Xətai rayon Məhkəməsinin 2(011)-2649/2022 saylı xx.xx.2022-ci il tarixli icra vərəqəsi üzrə "xxxx" MMC-yə ödənilməli 8710 manat, Bakı şəhəri Xətai rayon Məhkəməsinin 2(011)-2503/2022 saylı xx.xx.2022-ci il tarixli icra vərəqəsi üzrə "xxxx" ASC-yə ödənilməli olan 2696,16 manat borc məbləği X10 tərəfindən ödənilmişdir. İş matriallarında olan xx.xx.2024-cü il tarixli qərardan görünür ki, 36 saylı Notariat ofisinin xx.xx.2021-ci il tarixli 8İ-4542 saylı icra sənədinə borcun tam şəkildə ödənilməsi səbəbindən xitam verilmişdir. İş materiallarında olan xx.xx.2022-ci il tarixli qərardan görünür ki, Bakı şəhəri Xətai rayon Məhkəməsinin 2(011)-2649/2022 saylı xx.xx.2022-ci il tarixli icra vərəqəsi üzrə X2ndan 614,34 manat icra ödənişinin alınması qərara alınmışdır. Məhkəmə tərəfindən müəyyən olunmuşdur ki, Bakı şəhəri Xətai Rayon İcra Şöbəsinin icraatında X2 barəsində Bakı şəhəri Xətai rayon Məhkəməsinin 2(011)- 2503/2022 saylı xx.xx.2022-ci il tarixli, Bakı şəhəri Xətai rayon Məhkəməsinin 2(011)- 5787/2021 saylı xx.xx.2021-ci il tarixli, Bakı şəhəri Xətai rayon Məhkəməsinin 2(011)- 2649/2022 saylı xx.xx.2022-ci il tarixli, xx.xx.2020-ci il tarixli 3M-293 nömrə ilə təsdiq edilmiş Mövcud borcun etirafı haqqında müqavilə üzrə icra sənədi və 36 saylı Notariat ofisinin xx.xx.2021-ci il tarixli 8İ-4542 saylı icra sənədi olmuş, həmin icra sənədlərindən 36 saylı Notariat ofisinin xx.xx.2021-ci il tarixli 8İ-4542 saylı icra sənədi üzrə icraata xitam verilmiş, Bakı şəhəri Xətai rayon Məhkəməsinin 2(011)-2503/2022 saylı xx.xx.2022-ci il tarixli, Bakı şəhəri Xətai rayon Məhkəməsinin 2(011)-5787/2021 saylı xx.xx.2021-ci il tarixli, Bakı şəhəri Xətai rayon Məhkəməsinin 2(011)-2649/2022 saylı xx.xx.2022-ci il tarixli, xx.xx.2020-ci il tarixli 3M-293 nömrə ilə təsdiq edilmiş Mövcud borcun etirafı haqqında müqavilə üzrə icra sənədi üzrə tələbkarlara ödənilməli olan borc məbləğləri ödənilmişdir, borclu qeyd edilən icra sənədləri üzrə öhdəliyini yerinə yetirdiyini bildirir və bununla bağlı icraata xitam verilməsi üçün icra şöbəsinə müraciətlər etmişdir. Məhkəmə qeyd edir ki, 36 saylı Notariat ofisinin xx.xx.2021-ci il tarixli 8İ-4542 saylı icra sənədi üzrə icraata xitam verilsə də, Bakı şəhəri Xətai rayon Məhkəməsinin 2(011)- 2503/2022 saylı xx.xx.2022-ci il tarixli, Bakı şəhəri Xətai rayon Məhkəməsinin 2(011)- 5787/2021 saylı xx.xx.2021-ci il tarixli və xx.xx.2020-ci il tarixli 3M-293 nömrə ilə təsdiq edilmiş Mövcud borcun etirafı haqqında müqavilə üzrə icra sənədlərinə dair qanunvericiliyə uyğun tədbirlər görülmədiyindən tələbkar icra məmurunun hrəkətsizliyindən şikayət etməkdə haqlı olmuşdur Belə olan halda məhkəmə hesab edir ki, şikayət qismən təmin edilməli, Bakı şəhəri Xətai rayon Məhkəməsinin 2(011)-2649/2022 saylı xx.xx.2022-ci il tarixli, Bakı şəhəri Xətai rayon Məhkəməsinin 2(011)-2503/2022 saylı xx.xx.2022-ci il tarixli, Bakı şəhəri Xətai rayon Məhkəməsinin 2(011)-5787/2021 saylı xx.xx.2021-ci il tarixli və xx.xx.2020-ci il tarixli 3M- 293 nömrə ilə təsdiq edilmiş Mövcud borcun etirafı haqqında müqavilə üzrə icra sənədlərinə dair qanunvericiliyə olaraq icraata xitam verilməsi məsələsinə baxılması məsələsinə baxılması və müvafiq qərarın qəbul edilməsinə yönəlmiş tədbirlər görülməlidir. Azərbaycan Respublikası Konstitusiyasının 129-cu maddəsinin İ bəndinə əsasən, məhkəmənin qəbul etdiyi qərarlar dövlətin adından çıxarılır və onların icrası məcburidir. Həmin Konstitusiyanın 129-cu maddəsinə əsasən, məhkəmə qərarının icra olunmaması qanunla müəyyən edilmiş məsuliyyətə səbəb olur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 15.2-ci maddəsinə əsasən məhkəmələrin qanuni qüvvəyə minmiş qətnaməsi, qərardadı, qərarı, əmri bütün dövlət hakimiyyəti, yerli özünüidarə orqanları, onların vəzifəli şəxsləri, ictimai birliklər, siyasi partiyalar, həmkarlar ittifaqları, onların vəzifəli şəxsləri, həmçinin fiziki və hüquqi şəxslər üçün məcburidir və Azərbaycan Respublikasının bütün ərazisində hökmən icra olunmalıdır. Həmin Məcəllənin 15.3-cü maddəsinə əsasən, məhkəmə aktının icra olunmaması, habelə məhkəməyə digər hörmətsizlik halları qanunda nəzərdə tutulmuş məsuliyyətlə nəticələnir. “İcra məmurları haqqında” Azərbaycan Respublikası Qanununun 11-ci maddəsinə əsasən, icra məmurlarının qanunazidd hərəkətləri barədə yuxarı vəzifəli şəxsə və ya məhkəməyə şikayət verilə bilər. Yuxarı vəzifəli şəxsə İcra məmurlarından şikayət vermə şikayət edən şəxsin məhkəməyə müraciət etməsi üçün maneə törətmir. İcra məmurları öz hərəkətlərinə (hərəkətsizliyinə) və törətdiyi hüquq pozuntularına görə Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada məsuliyyət daşıyırlar. “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 2.1.-ci maddəsinə əsasən Azərbaycan Respublikasında məhkəmə və digər orqanların qərarlarının məcburi icrası icra məmurları tərəfindən həyata keçirilir. Həmin Qanunun 12.1-ci maddəsinə əsasən bu Qanunun 8.2-ci maddəsinin üçüncü bəndində nəzərdə tutulmuş hal istisna olmaqla, icra məmuru icra sənədini aldığı gündən iki ay müddətində bütün zəruri icra hərəkətlərini həyata keçirməlidir. Həmin Qanunun 20.1.5-ci maddəsinə əsasən, icra sənədi tam icra olunduqda icra sənədi üzrə icraata aşağıdakı hallarda xitam verilir. Həmin Qanunun 20.6-cı maddəsinə əsasən, icraata xitam verilməsi barədə icra məmurunun qərarı məhkəmə tərəfindən ləğv edildikdə icra tədbirləri davam etdirilir. Bu zaman icra sənədinin icra müddəti icraata başlamaq haqqında qərarın qəbul edildiyi vaxtdan hesablanır. Həmin Qanunun 26-cı maddəsinə əsasən icra sənədlərinin vaxtında və düzgün icra edilməsinə nəzarət icra qurumunun rəhbəri və məhkəmə tərəfindən öz səlahiyyətləri daxilində həyata keçirilir. Həmin Qanunun 29.1-ci maddəsinə əsasən icra icraatının tərəfləri olan borclu və tələbkar icra məmuruna etiraz etmək və onun hərəkətlərindən (hərəkətsizliyindən) şikayət vermək hüququna malikdirlər. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “İcra haqqında” Azərbaycan Respublikası Qanunun 20-ci maddəsinin şərh edilməsinə dair 10 oktyabr 2017-ci il tarixli qərarında isə göstərilmişdir ki, “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 20.5-ci maddəsinə görə, tərəflər icra məmurunun icra sənədi üzrə icraata xitam verilməsi barədə qərarından icra sənədini vermiş məhkəməyə şikayət verə bilərlər. İcra sənədi digər orqanlar tərəfindən verildikdə, icra məmurunun icraata xitam verilməsi barədə qərarından icra məmurunun olduğu yer üzrə məhkəməyə şikayət verilə bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsində olduğu kimi, “İcra haqqında” Qanunda da bu mövqedən çıxış edilərək qətnamənin icrasının təmin edilməsi və icra sənədlərinin vaxtında və düzgün icra edilməsinə nəzarət məqsədilə icra məmurunun icra sənədini vermiş məhkəməyə müraciət etməsi müəyyən edilmişdir. Məsələn, “İcra haqqında” Qanunun 14.1-ci maddəsinə əsasən, icra sənədində göstərilmiş tələblər aydın olmadıqda, icra məmuru həmin icra sənədinin verilməsi üçün əsas olmuş qərarın, habelə qanuna əsasən icra sənədi sayılan sənədin izah olunması barədə müvafiq məhkəməyə və ya digər orqana ərizə ilə müraciət etmək hüququna malikdir. Həmçinin məhkəmə qeyd edir ki, icra icraatının gedişində icra qurumu tərəfindən həyata keçirilən fəaliyyət şərti olaraq iki hissəyə ayrıla bilər: 1) icra sənədinin icra olunmasının təmin edilməsinə yönəlmiş fəaliyyət - bu zaman icra məmuru tərəfindən qəbul edilən qərarların və edilən hərəkətlərin qanuniliyinin və əsaslılığının qiymətləndirilməsi həmin fəaliyyətin icra sənədinin icrasının təmin edilməsi baxımından zəruri olub-olmaması meyarı üzrə aparılır. 2) icra sənədinin icrasının təmin edilməsi zamanı icra orqanı tərəfindən qanunsuz hərəkətlərə yol verilməklə ziyan vurulmasına gətirib çıxarmış hüquqazidd fəaliyyət - bu zaman isə icra sənədinin icrasının təmin edilməsindən kənara çıxan hərəkətlərin qanuniliyi yoxlanılır. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin (bundan sonra – Avropa Məhkəməsi) qanuni qüvvəyə minmiş məhkəmə aktlarının icrasına dair mövqeyinə görə, son və məcburi qüvvəyə malik olan məhkəmə qərarı tərəflərdən birinin ziyanına olaraq icra edilmədikdə, ədalətli məhkəmə araşdırması xəyali hüquqa çevrilir. Ağlasığmaz haldır ki, tərəflərə verilən ədalətli, açıq və ağlabatan müddətdə məhkəmə araşdırması kimi prosessual təminatları ətraflı təsvir edən “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyanın 6-cı maddəsi məhkəmə qərarlarının icrasını təmin etməmiş olsun. Həmin maddənin yalnız məhkəməyə müraciət etmək hüququ və məhkəmə iclasının aparılmasına aid edilməsi iştirakçı dövlətlərin Konvensiyaya qoşularkən üzərlərinə götürdükləri öhdəliklərlə bağlı qəbuledilməz vəziyyət yarada bilər. Ona görə də, məhkəmə tərəfindən çıxarılmış hər hansı qərarın icrası Konvensiyanın 6-cı maddəsinin mənasına görə “məhkəmə araşdırmasının” ayrılmaz tərkib hissəsi hesab edilməlidir (Hornsbi Yunanıstana qarşı iş üzrə 19 mart 1997-ci il tarixli Qərar). Avropa Məhkəməsinin qanuni qüvvəyə minmiş məhkəmə aktlarının icrasına dair digər mövqeyinə görə, şikayət yalnız yekun məhkəmə qərarının uzun müddət icra edilməməsinə aid olsa belə, Məhkəmə həmin məhkəmə qərarının çıxarılması ilə nəticələnmiş «məhkəmə araşdırmasına» 6-cı maddənin 1-ci bəndinin tətbiqinin mümkünlüyü məsələsini araşdırmalıdır, çünki məhkəmədən sonra qərarın icra prosesi «məhkəmə araşdırmasının» tərkib hissəsi sayılmalıdır (Kanayev Rusiyaya qarşı, ərizə № 43726/02, § 19, 27 iyul 2006-cı il). Şərh olunanlara əsasən, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 236, 263, 264, 266-268-cü maddələrini rəhbər tutub məhkəmə
qərara aldı:
Şikayət qismən təmin edilsin. Bakı şəhəri Xətai rayon Məhkəməsinin 2(011)-2649/2022 saylı xx.xx.2022-ci il tarixli icra sənədi, Bakı şəhəri Xətai rayon məhkəməsinin xx.xx.2022-ci il tarixli 2(011)-2503/2022 saylı icra sənədi, Bakı şəhəri Xətai rayon məhkəməsinin xx.xx.2021-ci il tarixli 2(011)- 5787/2021 saylı icra sənədi və X1 X2na qarşı pul tələbinə dair icra sənədi üzrə icraata xitam verilməsinin mümkünlüyünə baxılsın və müvafiq qərarın qəbul edilməsinə yönəlmiş tədbirlər görülsün. Qərardaddan, rəsmi qaydada verildikdən 10 gün müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsinə şikayət verilə bilər.
Sədrlik edən: Şəhriyar Əliyev