Məhkəmə qərarları › İş №8(011)-1153/2024

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qərardad — İş №8(011)-1153/2024

25.11.2024 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 8(011)-1153/2024 25.11.2024 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Əliyev Şəhriyar İbrahim oğlunun sədrliyi, Bəndəliyev Zaur Taleh oğlunun katibliyi, Borclu iştirakı ilə, Bakı şəhəri Xətai rayon Məhkəməsinin e-2(011)-2939/2023-003 saylı, xx.xx.2023-cü il tarixli icra sənədinə əsasən, Borclu mülkiyyətində olan avtomobilinin üzərinə qoyulmuş həbsin götürülməsi barədə Bakı şəhəri Xətai rayon icra şöbəsinin icra məmuru Kəmalə Həsənova tərəfindən verilmiş təqdimata məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Bakı şəhəri Xətai rayon icra şöbəsinin icra məmuru Kəmalə Həsənova təqdimatla məhkəməyə müraciət edərək, Borclu məxsus “Renault Logan” minik markalı, **-MS-*** dövlət qeydiyyat nişanlı avtomobilin üzərindən həbsin götürülməsi barədə qərardad qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Təqdimat onunla əsaslandırılmışdır ki, Bakı Şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-2939/2023-003 saylı, xx.xx.2023- cü il tarixli icra sənədinə əsasən Borclu cəmi 2325.97 manat və 43,26 manat məbləğində pul vəsaiti tutularaq tələbkar "xxxx" ASC-nin xeyrinə ödənilməlidir. İcra sənədi xx.xx.2023-cü il tarixdə Bakı şəhəri Xətai rayon İcra şöbəsinə daxil olmuş və qanunamüvafiq qaydada icraya yönəldilmişdir. Xətai Rayon Məhkəməsinin 8(011)-613/2023 saylı, xx.xx.2023-cü il tarixli qərardadına əsasən Borclu mülkiyyətində olan "Renault Logan minik markalı, **-MS-*** dövlət qeydiyyat nişanlı avtomobilin üzərinə həbs qoyulmuşdur. İcra sənədi borclu tərəfindən tam şəkildə icra olunduğundan tərəfimizdən AR "İcra haqqında" qanununun 20.1.5-ci maddəsinə əsasən icra sənədi üzrə icraata xitam verilməsini dair xx.xx.2024-cü il tarixli qərar qəbul edilmişdir. Yuxarıda qeyd olunanları nəzərə alıb Borclu mülkiyyətində olan "Renault Logan minik markalı, **-MS-*** dövlət qeydiyyat nişanlı avtomobilin üzərinə qoyulmuş həbsin ləğv edilməsinə dair qərardad çıxarmağınızı xahiş edirəm. Məhkəmə iclasında iştirak edən Borclu bankın məktubunu təqdim edib, borcu ödədiyini nəzərə alaraq həbsin götürülməsini xahiş etdi. İcra məmuru və tələbkar təqdimata baxılması üçün təyin edilmiş məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməklə məhkəmə iclasına çağrılsa da, o, məhkəmə iclasına gəlməmiş, onun məhkəmə iclasına gəlməməsi məhkəmə qarşısında qoyulmuş məsələnin həll edilməsinə mane olmadığından, məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 231.2-ci maddəsinə əsasən təqdimata baxılmasını mümkün hesab etmişdir. Məhkəmə, işdə iştirak edən şəxslərin izahatlarını dinləyib, təqdimatı və təqdimata əlavə edilmiş sənədləri nəzərdən keçirərək hesab edir ki, təqdimat təmin edilməlidir. Belə ki, təqdimata əlavə edilmiş sənədlərdən görünür ki, Bakı şəhəri Xətai rayon Məhkəməsinin e-2(011)-2939/2023-003 saylı, xx.xx.2023-cü il tarixli icra sənədinə əsasən Borclu xx.xx.2020-ci il tarixli kredit müqaviləsi üzrə 1995.51 (min doqquz yüz doxsan beş manat əlli bir qəpik) manat əsas, 249.04 (iki yüz qırx doqquz manat, dörd qəpik) manat faiz, 67.72 (altmış yeddi manat yetmiş iki qəpik) cərimə 13.70 (on üç manat,yetmiş qəpik) manat əldən çıxmış fayda olmaqla, ümumilikdə cəmi 2325.97 (iki min üç yüz iyirmi beş manat, doxsan yeddi qəpik) manat borc tutularaq Tələbkar ASC-yə ödənilməli, iddia ərizəsinin verilməsinə görə ödənilmiş 43.26 (qırx üç manat, iyirmi altı qəpik) manat məbləğində dövlət rüsumu cavabdeh Borclu iddiaçı Tələbkar ASC-nin xeyrinə tutulmalıdır. Təqdimata əlavə edilmiş Xətai rayon Məhkəməsinin 8(011)-613/2023 saylı, xx.xx.2023-cü il tarixli qərardadından görünür ki, Borclu məxsus “Renault Logan” minik markalı, **-MS-*** dövlət qeydiyyat nişanlı avtomobilin üzərinə həbs qoyulması qərara alınmışdır. Təqdimata əlavə edilmiş Tələbkar ASC-nin Xətai rayon İcra şöbəsinə göndərdiyi məktubdan görünür ki, Borclu tərəfindən onun xeyrinə tutulmalı olan məbləğ ödənildiyi üçün Bakı şəhəri Xətai rayon Məhkəməsinin e-2(011)-2939/2023-003 saylı, xx.xx.2023-cü il tarixli icra sənədinin icraatına xitam verilməsi xahiş edilmişdir. Belə olan halda, məhkəmə hesab edir ki, Borclu tərəfindən borc ödənildiyindən, icra sənədi üzrə borclunun əmlakı üzərinə həbs qoyulması əsasları aradan qaldırıldığından və tələbkarın təqdimatın təmin edilməsinə etiraz etmədiyindən təqdimat təmin edilməli, Bakı şəhəri Xətai rayon Məhkəməsinin 8(011)-613/2023 saylı, xx.xx.2023-cü il tarixli qərardadı ilə Borclu məxsus “Renault Logan” minik markalı, **-MS-*** dövlət qeydiyyat nişanlı avtomobilin üzərinə qoyulmuş həbs götürülməlidir. "İcra haqqında" Azərbaycan Respublikası Qanununun 50.4-cü maddəsinə əsasən tələbkara verilməsi və ya satılması nəzərdə tutulan əmlakın mühafizəsini təmin etmək üçün; borclunun əmlakının müsadirəsi haqqında məhkəmə qərarının icrasını təmin etmək üçün borclunun əmlakı üzərinə həbs qoyulur. Həmin Qanunun 20.1.1-ci maddəsinə əsasən məhkəmə tələbkarın tələbdən imtinasını qəbul etdikdə icra sənədi üzrə icraata xitam verilir. Həmin Qanunun 20.8-cü maddəsinə əsasən, icra sənədi məhkəməyə və ya icra sənədini vermiş digər orqana qaytarıldıqdan sonra icra məmuru təyin etdiyi bütün icra tədbirlərini ləğv edir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 263-264, 267-268-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Təqdimat təmin edilsin. Borclu məxsus “Renault Logan” minik markalı, **-MS-*** dövlət qeydiyyat nişanlı avtomobilin üzərinə qoyulmuş həbs götürülsün. Qərardaddan rəsmi qaydada verildikdən 10 (on) gün müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Şəhriyar Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar