Məhkəmə qərarları › İş №8(011)-1162/2024

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qərardad — İş №8(011)-1162/2024

28.11.2024 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 8(011)-1162/2024 28.11.2024 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Zamanlı Pərviz Mirsiyaf oğlunun sədrliyi, Həsənova Elnarə Daşdəmir qızının katibliyi ilə, Tələbkar "xxxx" BOKT MMC-nin Bakı şəhəri Xətai rayon İcra Şöbəsinin icra məmurunun icra sənədinin qaytarılması barədə qərarının ləğv edilməsi barədə ərizəsinə baxaraq M Ü Ə Y Y Ə N E T D İ: Tələbkar Bakı şəhər Xətai rayon İcra Şöbəsinin xx.xx.2024-cü il tarixli qərarının ləğv edilməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Tələbkar ərizəni onunla əsaslandırmışdır ki, Bakı şəhəri 54 saylı Notariat Kontorunun Notariat ofisi tərəfindən borclu barəsində 8İ-14691 saylı, xx.xx.2024-cü il tarixli icra qeydi vermişdir. Həmin icra qeydinə əsasən Borclu cəmiyyətin xeyrinə 177 manat məbləğində pul tutulmalıdır. Həmin icra sənədi Xətai rayon İcra şöbəsinin icraatına daxil olmuş, ondan sonra icra məmuru tərəfindən "İcra haqqında" Azərbaycan Respublikası Qanununun 23.1.3-cü maddəsinin tələbini rəhbər tutaraq 8İ-14691 saylı, xx.xx.2024-cü il tarixli icra sənədini xx.xx.2024-cü il tarixdə geri qaytarılması barədə qərar qəbul etmişdir. Xətai rayon İcra şöbəsinin 8İ-14691 saylı, xx.xx.2024-cü il tarixli icra sənədinin xx.xx.2024-cü il il tarixdə geri qaytarılması barədə qərarı qanunsuz və əsassızdır. Xətai rayon İcra şöbəsinin icra məmuru icraatında olan tələbkara dair icra işlərinin geri qaytarılmasına səbəb olan dəlillərə dair icra məmuru tərəfindən toplanmış sənədlər ilə tanış olmaq istəyərkən icra məmuru cəmiyyətin nümayəndəsinə "İcra haqqında" Azərbaycan Respublikasının 29-cu maddəsinin tələblərini kobud pozaraq iş materialları ilə tanış olmağa və onlardan çıxarışların çıxarılmasına şərait yaratmaqdan imtina etmişdir. Bundan başqa, icra məmuru tərəfindən geri qaytarılmış icra sənədləri ilə bağlı borclunun izahatı alınmamış, həmçinin qəbul edilmiş qərarında hər hansı əsaslandırma aparmamış "İcra haqqında" Azərbaycan Respublikasının 23.3-cü madəsinin tələblərinə əsasən icra məmuru tərəfindən hansı görülmüş bütiin tədbirlər nəticə verilmədiyi qeyd olunmamışdır. Həmçinin, icra məmuru ərazi üzrə nümayəndə bildirmişdir ki, həmin işləri kütləvi şəkildə geri qaytarılmasına səbəb ümumiyyətlə cəmiyyətin işlərini görmək istəməməsi və buna sərf edəcək vaxtının olmaması ilə əlaqələndirmişdir. Cəmiyyətə aid icra sənədləri üzrə borc məbləğləri həmin borclu olan şəxslərin onlara məxsus mobil telefonunun qiymətindən aşağı məbləğ təşkil edir. Tələbkarın nümayəndəsi ərizə ilə məhkəməyə müraciət edərək, şikayətə onların iştirakı olmadan baxılmasını və şikayətin təmin edilməsini xahiş etmişdir. Bakı şəhəri Xətai rayon İcra şöbəsi və borclu şikayətə baxılması üçün təyin edilmiş məhkəmə iclasının vaxtı və yeri haqqında xəbərdar edilməklə məhkəmə iclasına çağırılmışlar. Lakin onlar məhkəmə iclasına gəlməmişdir. Bakı şəhəri Xətai rayon İcra şöbəsinin icra məmurunun və borclunun məhkəmə iclasına gəlməməsi məhkəmə qarşısında qoyulmuş məsələnin həll edilməsinə mane olmadığından, Azərbaycan Respublikası MPM-nin 231.2-ci maddəsinə əsasən məhkəmə şikayətə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Şikayəti və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək məhkəmə hesab edir ki, icra məmurunun qərarı ləğv edilməlidir. Belə ki, iş materiallardan görünür ki, Bakı şəhəri 54 saylı Notariat Kontoru tərəfindən verilmiş 8İ-14691 nömrəli xx.xx.2024-cü il tarixli icra qeydinə əsasən tələbkarın xeyrinə borcludan 81,20 manat borc, 65,80 manat cərimə, 25 manat tələbkar tərəfindən ödənilmiş dövlət rüsumu, poçt vasitəsilə vətəndaşa bildirişin göndərilməsi üçün 5 manat olmaqla, cəmi 177 manat pul vəsaiti tutulmuşdur və həmin icra qeydi icra olunması üçün Bakı şəhər Xətai rayon İcra Şöbəsinə göndərilmişdir. İş materiallara əlavə edilən Bakı şəhəri Xətai Rayon İcra Şöbəsinin xx.xx.2024-cü il tarixli qərarından görünür ki, icra məmuru “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 23.1.3-cü maddəsinə əsasən borcluda tələbin yönəldilə biləcəyi əmlak və gəlirlər olmadıqda və icra məmuru tərəfindən onun əmlakının və gəlirlərinin axtarışı ilə bağlı görülmüş bütün tədbirlər nəticə vermədikdə tələbin icra edilmədiyi və ya qismən icra edildiyi icra sənədi icra sənədini vermiş məhkəməyə və ya digər orqana (notariusun icra qeydi isə tələbkara) qaytarılır. Qeyd edilən müddənin mənasından da göründüyü kimi, icra sənədi o halda qaytarılır ki, borclunun əmlakının və gəlirlərinin axtarışı ilə bağlı görülmüş bütün tədbirlər nəticə verməsin. Lakin icra məmuru Qanunun 23.1.3-cü maddəsində nəzərdə tutulmuş bütün tədbirlərin görülməsi ilə bağlı sübutları məhkəməyə təqdim etməmişdir. Bundan başqa, “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 43-cü maddəsində məcburi icra tədbirləri göstərilmişdir ki, bunlar: borclunun əmlakı üzərinə həbs qoymaq və onu satmaq yolu ilə tələbin əmlaka yönəldilməsi (43.1.1); tələbin borclunun əmək haqqına, pensiyasına, təqaüdünə və sair gəlirlərinə yönəldilməsi (43.1.2); tələbin borclunun üçüncü şəxslərdə olan pul vəsaitlərinə və digər əmlakına yönəldilməsi (43.1.3); icra sənədində göstərilmiş müəyyən əşyaların borcludan götürülüb tələbkara verilməsi (43.1.4); bu Qanuna və Azərbaycan Respublikasının digər qanunvericilik aktlarına uyğun olaraq icra sənədinin icrasını təmin edən başqa tədbirlər (43.1.5). İcra məmuru Qanunun 43-cü maddəsində göstəilən məcburi icra tdbirlərinin görülməsi barədə də məhkəməyə sübut təqdim etməmişdir. Həmçinin də, “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 70.4-cü maddəsinə əsasən icra sənədinin icrası mümkün olmadıqda, icra məmuru icra sənədinin məhkəməyə və ya icra sənədini vermiş digər orqana (notariusun icra qeydinin isə tələbkara) qaytarılması haqqında qərar qəbul edir. İcra məmurunun bu qərarı icra qurumunun rəhbəri tərəfindən yoxlanılaraq təsdiq olunur. Göründüyü kimi, qanunla icra məmurunun üzərinə icra sənədinin məhkəməyə qaytarmasına qədər bir neçə icra hərəkətlərini yerinə yetrimək vəzifəsi qoyulmuş, həmin icra hərəkətləri nəticə vermədikdə isə icra sənədinin məhkəməyə qaytarılması müəyyən edilmişdir. Həmçinin, xüsusilə qeyd etmək lazımdır ki, borclunun əmlakını müəyyən edə bilmədikdə və bu barədə məlumat əldə edə bilmədikdə qanunvericilik icra məmuruna borclunun əmlakının axtarışı barədə qərar qəbul etmək imkanı vermişdir. Lakin icra məmuru icra sənədinin məhkəməyə qaytarılmasına əsas ola bilən bütün imkanlardan istifadə etmədən icra sənədini məhkəməyə geri qaytarmışdır. Məhkəmə qeyd edir ki, icra sənədinin icrası məhkəməyə müraciət etmək hüququnun (məhkəmə müdafiəsi hüququnun) tərkib hissəsidir. Məhkəmə qərarının vaxtında və düzgün icra olunmaması isə bütövlükdə məhkəmə müdafiə hüququnun həyata keçirilməsini səmərəsiz və qəbul olunmuş qərarı əhəmiyyətsiz edir. Konstitusiya və beynəlxalq hüquq aktlarının tələblərinə görə ədalət mühakiməsi məhkəmə qərarlarının effektiv icrası nəticəsində hüquqların səmərəli şəkildə bərpa olunmasını təmin etməlidir (Konstitusiya Məhkəməsi Plenumunun “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 7, 10, 24 və 26-cı maddələrinin Azərbaycan Respublikası MPM-nin bəzi müddəaları baxımından şərh edilməsinə dair” 2015-ci il 2 sentyabr tarixli Qərarı). Göstərilən xüsusatlara əsasən məhkəmə hesab edir ki, icra sənədinin məhkəməyə qaytarılması qanunsuzdur. Odur ki, icra məmurunun qərarı ləğv edilərək, icra sənədi icra tədbirlərinin davam etdirilməsi üçün Bakı şəhəri Xətai Rayon İcra şöbəsinə qaytarılmalıdır. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 263-264-cü maddələrini rəhbər tutaraq məhkəmə QƏRARAALDİ: Şikayət təmin edilsin. Bakı şəhəri Xətai rayon İcra Şöbəsinin icra məmurunun Bakı şəhəri 54 saylı Notariat ofisinin 8İ-14691 nömrəli xx.xx.2024-cü il tarixli icra sənədinin geri qaytarılması barədə xx.xx.2024-cü il tarixli qərarı ləğv edilsin. İcra sənədi icra tədbirlərinin davam etdirilməsi üçün Bakı şəhəri Xətai rayon İcra şöbəsinə qaytarılsın. Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Pərviz Zamanlı

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar