Məhkəmə qərarları › İş №8(011)-1163/2022

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qərardad — İş №8(011)-1163/2022

22.12.2022 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 8(011)-1163/2022 22.12.2022 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Abbasova İlahə Namiq Kamal qızının sədrliyi, Osmanova Əfsanə Fəxrəddin qızının katibliyi ilə, Bakı şəhəri Xətai Rayon İcra Şöbəsinin icra məmuru Kəmalə Həsənova tərəfindən verilmiş əmlak üzərinə həbsin qoyulması barədə təqdimata Bakı şəhəri Xətai Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ Bakı şəhəri Xətai Rayon İcra Şöbəsinin icra məmuru Kəmalə Həsənova təqdimatla məhkəməyə müraciət edərək, göstərmişdir ki, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-4896/2022 nömrəli, xx.xx.2022-ci il icra sənədinə əsasən Borclu xx.xx.2022-ci il tarixdə hesablanmış xx.xx.2012-ci il təvəllüdlü uşağın yetkinlik yaşına çatanadək saxlanması üçün hər ay 193 manat sabit pul məbləğində aliment tutularaq tələbkar Mustafayeva (Hüseynova) Aygün Qurban qızının xeyrinə ödənilməlidir. İcra sənədi xx.xx.2022-ci il tarixdə Bakı şəhəri Xətai rayon İcra şöbəsinə daxil olmuş və qanunamüvafiq qaydada icraya yönləndirilmişdir. İcraata başlamaq haqqında qərar qəbul olunaraq, surəti bildirişlə bərabər icra sənədi üzrə onun qeyd olunan ünvanına göndərilmişdir. Borclu könüllü icra müdddətində icra sənədi üzrə tələbi təmin edilmədiyi üçün onun əmlak vəziyyətini yoxlamaq məqsədilə elektron sistem vasitəsilə sorğular edilmişdir. Belə ki, “Elektron icra” informasiya sistemindən əldə olunmuş sorğu məlumatına əsasən müəyyən olunmuşdur ki, onun mülkiyyətində olan “HYUNDAİ İ30” minik markalı **- DS-*** dövlət qeydiyyat nişanlı və “HYUNDAİ SONATA” minik markalı, **-CS-*** dövlət qeydiyyat nişanlı avtomobilləri vardır. xx.xx.2022-ci il daxil olmaqla aliment borcu 624 manat təşkil edir. İcra sənədinin icrasını təmin etmək məqsədilə məcburi icra tədbirləri kimi onun əmlakının üzərinə həbs qoymaq və əmlakını satmaq yolu ilə tələbin əmlaka yönəlməsi barədə məcburi icra tədbirləri tətbiq edilməlidir. Təqdimatda Borclu məxsus olan “HYUNDAİ İ30” minik markalı **-DS-*** dövlət qeydiyyat nişanlı və “HYUNDAİ SONATA” minik markalı, **-CS-*** dövlət qeydiyyat nişanlı avtomobillərin üzərinə həbs qoyulması barədə qərardadın çıxarılması məhkəmədən xahiş edilmişdir. İş üzrə icra məmuru, tələbkar və borclu məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq məhkəmə iclasında iştirak etməmiş və nümayəndələrinin iştiraklarını təmin etməmişlər. Məhkəmə onların iştirakları olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə təqdimatı və iş materiallarını araşdıraraq hesab edir ki, təqdimat qismən təmin olunmalıdır. Belə ki, “İcra haqqında” Azərbaycan Respublikası Qanunun 50.1-ci maddəsinə əsasən icraata başlamaq haqqında qərar borcluya təqdim olunduğu gündən ən geci 1 (bir) ay müddətində, zəruri hallarda isə, qərarın təqdim olunması ilə eyni vaxtda borclunun əmlakı üzərinə həbs qoyula bilər. İş materiallarında olan “Elektron icra” informasiya sistemindən alınan çıxarışın surətindən məlum olur ki, Borclu mülkiyyətində “HYUNDAİ İ30” minik markalı **-DS-*** dövlət qeydiyyat nişanlı və “HYUNDAİ SONATA” minik markalı, **-CS-*** dövlət qeydiyyat nişanlı avtomobillər vardır. Məhkəmə hesab edir ki, məhkəmə qərarının icrasını təmin etmək məqsədi ilə tutulacaq pul vəsaitinin məbləği nəzərə alınaraq, Borclu mülkiyyətində olan “HYUNDAİ İ30” minik markalı **-DS-*** dövlət qeydiyyat nişanlı avtomobilin üzərinə həbs qoyulmalıdır. Şərh olunanlara əsaslanaraq, “İcra Haqqında” Azərbaycan Respublikasının Qanunun 50.1-ci maddəsini və Azərbaycan Respublikası MPM-nin 263-264-cü və 266-269-cu maddələrini rəhbər tutaraq məhkəmə QƏRARA ALDİ: Təqdimat qismən təmin olunsun. Borclu mülkiyyətində olan “HYUNDAİ İ30” minik markalı **-DS-*** dövlət qeydiyyat nişanlı avtomobilin üzərinə həbs qoyularaq, özgəninkiləşdirilməsi qadağan edilsin. Qərardadın icrası müvafiq olaraq Azərbaycan Respublikası DİN BDYPİ-yə və Bakı şəhəri Xətai Rayon İcra şöbəsinə həvalə edilsin. Qərardaddan rəsmi qaydada verildikdən sonra tərəflər 10 (on) gün müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsinə şikayət verə bilərlər. Hakim: İlahə Abbasova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar