Məhkəmə qərarları › İş №8(011)-1167/2022

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qərardad — İş №8(011)-1167/2022

22.12.2022 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 8(011)-1167/2022 22.12.2022 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Mən, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin hakimi Abbasova X1, Bakı şəhəri Xətai rayon İcra şöbəsinin icra məmuru Kəmalə Həsənova tərəfindən verilmiş “əmlakın üzərinə həbs qoyulması” barədə təqdimatı və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək, M ü ə y y ə n e t d i m: Bakı şəhəri Xətai rayon İcra şöbəsinin icra məmuru Kəmalə Həsənova “əmlakın üzərinə həbs qoyulması” barədə təqdimatla məhkəməyə müraciət etmişdir. Bundan sonra Bakı şəhəri Xətai rayon İcra şöbəsinin icra məmuru məktubla məhkəməyə müraciət edərək təqdimatın baxılmadan geri qaytarılması barədə qərardad qəbul edilməməsini məhkəmədən xahiş etmişdir. Təqdimatı və ona əlavə olunmuş sənədləri nəzərdən keçirərək hesab edirəm ki, təqdimat geri qaytarılmalıdır. Belə ki, iş materiallarından görünür ki, Bakı şəhəri Xətai rayon İcra şöbəsinin icra məmuru Kəmalə Həsənova tərəfindən verilmiş “əmlakın üzərinə həbs qoyulması” barədə təqdimatla müraciət etsə də, sonradan məktubla məhkəməyə müraciət edilərək təqdimatın baxılmadan saxlanılaraq geri qaytarılmasını məhkəmədən xahiş etmişdir. Bununla bağlı olaraq təqdimatın baxılmasına ehtiyac qalmadığından Bakı şəhəri Xətai rayon İcra şöbəsinin icra məmuru Kəmalə Həsənova tərəfindən verilmiş təqdimat və ona əlavə edilmiş sənədlərin geri qaytarılması barədə ərizə təmin edilməli, təqdimat geri qaytarılmalıdır. Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası MPM-nin 13, 152.1.9-cu maddəsinə əsasən Q ə r a r a a l d ı m: Bakı şəhəri Xətai rayon İcra şöbəsinin icra məmuru Kəmalə Həsənova tərəfindən verilmiş “əmlakın üzərinə həbs qoyulması” barədə təqdimat və ona əlavə edilmiş sənədlər geri qaytarılsın. Qərardaddan rəsmi qaydada verildikdən sonra tərəflər 10 (on) gün müddətində işə baxan Xətai Rayon Məhkəməsinə şikayət verə bilərlər. Hakim: İlahə Abbasova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar