Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 8(011)-1171/2024 06.12.2024 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Əliyev Şəhriyar İbrahim oğlunun sədrliyi, Bəndəliyev Zaur Taleh oğlunun katibliyi, Tələbkar BOKT "xxxx" MMC-nin “Xətai rayon İcra şöbəsinin xx.xx.2024-cü il tarixli qərarının ləğv olunması” barədə şikayətinə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: Tələbkar BOKT "xxxx" MMC məhkəməyə müraciət edərək, Bakı şəhəri Xətai rayon İcra şöbəsinin 8İ-14488 saylı xx.xx.2024-cü il tarixli icra sənədinin xx.xx.2024-cü il tarixdə geri qaytarılması haqında qərarının ləğv edilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, Bakı şəhəri 54 saylı Notariat ofisi tərəfindən Borclu barəsində 81-14488 saylı, xx.xx.2024-cü il tarixli icra qeydi verilmişdir. Həmin icra qeydinə əsasən borcludan cəmiyyətin xeyrinə ümumilikdə 156 (yüz əlli altı) manat məbləğində pul tutulmalıdır. Həmin icra sənədi Bakı şəhəri Xətai rayon İcra Şöbəsinin (bundan sonra "Şöbə") icraatına daxil olmuş və icra məmuru "İcra haqqında" Azərbaycan Respublikası Qanununun (bundan sonra "Qanun") 23.1.3-cü maddəsinin tələblərini rəhbər tutaraq icra sənədinin qaytarılması haqqında xx.xx.2024-cü il tarixli qərar qəbul etmişdir. Aşağıdakı səbəblərə görə hesab edirik ki, Şöbənin icra sənədinin qaytarılması haqqında qərarı qanunsuz və əsassızdır. Belə ki, Qanunun 23.1, 23.1.3-cü maddəsinə əsasən borcluda tələbin yönəldilə biləcəyi əmlak və gəlirlər olmadıqda və icra məmuru tərəfindən onun əmlakının və gəlirlərinin axtarışı ilə bağlı görülmüş bütün tədbirlər nəticə vermədikdə icra sənədi icra sənədini vermiş məhkəməyə və ya digər orqana (notariusun icra qeydi isə tələbkara) qaytarılır. Həmin Qanunun 23.2-ci maddəsinə əsasən tələbin icrası bu Qanunun 23.1.2-23.1.5- ci maddələrində göstərilən əsaslara görə mümkün olmadıqda, icra məmuru bu haqda müvafiq akt tərtib edir və həmin akt icra qurumunun rəhbəri tərəfindən yoxlanılaraq təsdiq olunur və bu barədə tələbkara məlumat verilir. Şöbənin icra məmuru qərarını onunla əsaslandırıb ki, aidiyyəti orqan və təşkilatlara sorğular göndərilmiş və borclunun mülkiyyətində heç bir əmlak aşkar edilməmişdir. Həmçinin borclunun yaşadığı mənzilə əmlak siyahıya alınması məqsədilə baxış keçirilmiş. tələbin yönələ biləcəyi hər hansı dəyərli əmlak aşkar olunmamış və bu barədə akt tərtib olunmuşdur. Bununla bağlı ilk olaraq bildiririk ki, qanunvericiliyə zidd olaraq borclunun yaşadığı mənzildə tələbin yönələ biləcəyi hər hansı dəyərli əmlakın aşkar olunmamasına dair tərtib edilmiş akt barədə tələbkara məlumat verilməmişdir. Bundan başqa, Qanunun 23.1.3-cü madəsinin tələblərinə əsasən məmuru tərəfindən borclunun əmlakının və gəlirlərinin axtarışı ilə bağlı bütün tədbirlər görülməmiş və Qərarda görülmüş bütün tədbirlərin nəticə verilmədiyi qeyd olunmamışdır. Halbuki qanunvericiliyə görə, icra sənədi yalnız borclunun tələbin yönəldilə biləcəyi əmlak və gəlirlər olmadıqda və icra məmuru tərəfindən onun əmlakının və gəlirlərinin axtarışı ilə bağlı bütün tədbirlər nəticə vermədikdə icra qeydini tələbkara qaytara bilər. Ümumilikdə isə demək olar ki, bu icra işi üzrə icra məmurun fəaliyyəti yalnız kabinetdən müəyyən sorğuların göndərilməsindən ibarət olmuşdur. İcra tədbirləri yalnız şablon üzrə sorğuların göndərilməsindən (ümumi məlumat sisteminə daxil olmasından) ibarət deyildir. Nəzərə almaq lazımdır ki, borc məbləği nə 10.000 manat, nə də ki, 1.000 manatdır. İcra məmuru üçün borcludan borc məbləğinin hissə-hissə belə tutulması mümkünsüz işə çevrilmişdir. Yəni borcludan tutulmalı olan məbləğin cəmi 106,2 manat təşkil etdiyini nəzərə alaraq hesab edirik ki, icra məmuru tərəfindən həmin məbləğin heç olmasa qismən də ödənilməsini təmin edə biləcək hər hansı əmlakın aşkar olunmaması ağlabatan deyil. Ən azı mobil operatordan borclunun hər ay telefonuna nə qədər pulun yüklənməsini müəyyən etsə borclunun kredit borcunun rahat şəkildə ödəməsi qabiliyyətində olması aşkar olar. Bu da onu göstərir ki, icra məmuru öz vəzifələrini həyata keçirməkdə maraqlı deyil, borclu isə borcu ödəməkdən qərəzli olaraq yayınır. Qərarın surəti xx.xx.2024-cü il tarixdə verilmişdir. İcra məmuru və borclu təqdimata baxılması üçün təyin edilmiş məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməklə məhkəmə iclasına çağırılsalar da, onlar məhkəmə iclasına gəlməmişdir. Tələbkar isə ərizə ilə məhkəməyə müraciət edərək, işə onların iştirakı olmadan baxılmasını və şikayətin təmin edilməsini xahiş etmişdir. Onların məhkəmə iclasına gəlməmələri məhkəmə qarşısında qoyulmuş məsələnin həll edilməsinə mane olmadığından, məhkəmə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 231.2-ci maddəsinə əsasən təqdimata onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə, şikayəti və ona əlavə olunan sənədləri nəzərdən keçirib hesab edir ki, şikayət təmin edilməlidir. Belə ki şikayətə əlavə olunmuş Bakı şəhəri Xətai rayon İcra şöbəsinin xx.xx.2024-cü il tarixli “icra sənədinin qaytarılması” haqqında Qərarından görünür ki, Bakı şəhəri 54 saylı Notariat kontorunun 8İ-14488 saylı xx.xx.2024-cü il tarixli icra sənədi qaytarılmışdır. Qərar onunla əsaslandırılmışdır ki, borclunun adına mülkün, bağ sahəsinin, torpaq sahəsinin, avtomobilin, VÖEN-in, qiymətli kağızın, əmanətin olub-olmaması və təqaüd alıb-almaması barədə aidiyyəti orqan və təşkilatlara sorğular göndərilmiş və borclunun mülkiyyətində heç bir əmlak aşkar edilməmişdir. Həmçinin Borclu icra sənədində göstərilən ünvanında olub borclunun yaşadığı mənzilə əmlak siyahıya alınması məqsədilə baxış keçirilmiş, tələbin yönəldilə biləcəyi hər hansı dəyərli əmlak aşkar olunmamış və bu barədə müvafiq akt tərtib olunmuşdur. Şikayətə əlavə olunmuş 8İ-14488 saylı xx.xx.2024-cü il tarixli İcra qeydindən görünür ki, Borclu BOKT "xxxx" MMC-nin xeyrinə vaxtında ödənilməmiş 80 manat 16 qəpik, 45 manat 84 qəpik cərimə, tələbkar tərəfindən ödənilmiş 25 manat məbləğində dövlət rüsumu və poçt vasitəsilə vətəndaşa göndərilən bildirişə görə 5 manat olmaqla, cəmi 156 manat tutlumalıdır. Məhkəmə tərəfindən məhkəmə iclasında baxış keçirilmiş İcra işindən görünür ki, könüllü icra barədə borcluya bildiriş verilməmiş, onun izahatının alınması və borcun alınmasına dair digər tədbirlər görülməmişdir. Belə ki, iş materiallarından görünür ki, Borclu BOKT "xxxx" MMC-nin xeyrinə 156 manat tutulması barədə 8İ-14488 saylı xx.xx.2024-cü il tarixli İcra qeydi aparılmış və həmin icra sənədi İcra şöbəsinə daxil olmuşdur, Bakı şəhəri Xətai rayon İcra şöbəsinin icra məmurunun “icra sənədinin qaytarılması” haqqında xx.xx.2024-cü il tarixli qərarı ilə icra sənədi geri qaytarılmışdır, əsas kimi borclunun adına mülkün, bağ sahəsinin, torpaq sahəsinin, avtomobilin, VÖEN-in, qiymətli kağızın, əmanətin olub-olmaması və təqaüd alıb-almaması barədə aidiyyəti orqan və təşkilatlara sorğular göndərilməsi və borclunun mülkiyyətində heç bir əmlak aşkar edilməməsi göstərilmiş, könüllü icra barədə borcluya bildiriş verilməmiş, onun izahatının alınması və borcun alınmasına dair digər tədbirlər görülməmişdir. Məhkəmə qeyd edir ki, əvvəla, notariusun icra qeydi icra sənədi olmaqla, bununla bağlı icra məmurunun tələbləri Azərbaycan Respublikasının ərazisində bütün orqanlar, hüquqi şəxslər, onların vəzifəli şəxsləri və fiziki şəxslər üçün məcburidir və icra olunmalıdır. İkincisi, Bakı şəhəri Xətai rayon İcra şöbəsinin “icra sənədinin qaytarılması” barədə qərarında mülkün, bağ sahəsinin, torpaq sahəsinin, avtomobilin, VÖEN-in, qiymətli kağızın, əmanətin olub-olmaması və təqaüd alıb-almaması barədə aidiyyəti orqan və təşkilatlara sorğular göndərildiyi və borclunun mülkiyyətində heç bir əmlak aşkar edilməməsi qeyd olunsa da, bu halları təsdiq edən sübutlar icra işinə əlavə edilməmişdir, üçüncüsü, könüllü icra barədə borcluya bildiriş verilməmiş, onun izahatının alınması və borcun alınmasına dair digər tədbirlər görülməmiş, həmçinin icra məmuru məhkəmə iclasında iştirak etməməklə də qərarın geri qaytarılmasına əsas yaradan hallarla bağlı sübutları məhkəməyə təqdim etməmişdir. Həmçinin icra məmuru borclunun bank və ya digər kredit təşkilatlarında ona məxsus pul vəsaitlərini və başqa qiymətli şeylərin olması barədə məlumat əldə edə bilmədikdə, qanunvericilik ona borclunun əmlakının axtarışı barədə qərar qəbul etmək imkanı vermişdir. Azərbaycan Respublikası Konstitusiyasının 129-cu maddəsinin İ hissəsinə əsasən, məhkəmənin qəbul etdiyi qərarlar dövlətin adından çıxarılır və onların icrası məcburidir. İcra haqqında Azərbaycan Respublikası Qanununun giriş hissəsində qeyd edilir ki, bu Qanun Azərbaycan Respublikası məhkəmələrinin, ..., notariusun icra qeydlərinin, ... və Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş hallarda digər orqanların (bundan sonra - məhkəmə və digər orqanların) qərarlarının məcburi icrası qaydalarını və şərtlərini müəyyən edir. Həmin Qanunun 2.1-ci maddəsinə əsasən, Azərbaycan Respublikasında məhkəmə və digər orqanların qərarlarının məcburi icrası icra məmurları tərəfindən həyata keçirilir. Həmin Qanunun 2.2-ci maddəsinə əsasən, icra məmurlarının səlahiyyətləri Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilir. Həmin Qanunun 3.1-ci maddəsinə əsasən məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun tələbləri Azərbaycan Respublikasının ərazisində bütün orqanlar, hüquqi şəxslər, onların vəzifəli şəxsləri və fiziki şəxslər üçün məcburidir. Həmin Qanunun 6.1.4-cü maddəsinə əsasən, notariusun icra qeydləri icra sənədləri sayılır. Həmin Qanunun 8.2-ci maddəsinin üçüncü bəndində nəzərdə tutulmuş hal istisna olmaqla, icra məmuru icra sənədini aldığı gündən iki ay müddətində bütün zəruri icra hərəkətlərini həyata keçirməlidir. Həmin Qanunun 13.1.3-cü maddəsinə əsasən, notariusun icra qeydləri dərhal icraya yönəlməlidir. Həmin Qanunun 23.1-ci maddəsinə görə, tələbin icra edilmədiyi və ya qismən icra edildiyi icra sənədi aşağıdakı hallarda icra sənədini vermiş məhkəməyə və ya digər orqana (notariusun icra qeydi isə tələbkara) qaytarılır: tələbkarın ərizəsi əsasında; borclu hüquqi şəxsin ünvanını və ya borclu fiziki şəxsin yaşayış yerini, borclunun əmlakının olduğu yeri müəyyən etmək və yaxud bank və ya digər kredit təşkilatlarında ona məxsus pul vəsaitlərinin və başqa qiymətli şeylərin olması barədə məlumat əldə etmək mümkün olmadıqda (borclunun və ya onun əmlakının bu qanunla nəzərdə tutulan hallarda axtarışı istisna olmaqla) və ya ləğv olunan hüquqi şəxsin əmlakı tələbkarın tələblərinin təmin edilməsi üçün yetərli olmadıqda... Həmin Qanunun 23.3-cü maddəsinə görə, icra sənədinin qaytarılması bu Qanunun 23.1-ci maddəsində nəzərdə tutulan əsaslar aradan qalxdıqdan sonra tələbkar müraciət etdikdə sənəd yenidən icraya yönəldilir. Bu Qanunun 23.1-ci maddəsində nəzərdə tutulan əsaslar aradan qalxdıqdan sonra tələbkar icra qeydinin icrası üçün yenidən aidiyyəti icra qurumuna müraciət edə bilər. Bu hallarda icra qurumu icra qeydini icraata qəbul etməli və bu Qanunla nəzərdə tutulan tədbirləri görməlidir. Həmin Qanunun 26-cı maddəsinə əsasən, icra sənədlərinin vaxtında və düzgün icra edilməsinə nəzarət icra qurumunun rəhbəri və məhkəmə tərəfindən öz səlahiyyətləri daxilində həyata keçirilir. İcra qurumunun icra sənədinin icra olunması ilə bağlı qərarı, hərəkəti və hərəkətsizliyi belə mübahisənin predmetini təşkil edir. Tələbkar və borclu icra sənədinin icra olunması ilə bağlı məsələləri mübahisələndirmək hüququna malikdirlər. Həmin Qanunun 27.2-ci maddəsinə əsasən borclunun əmlakının və ya uşağının axtarılması barədə də icra məmuru qərar qəbul edir. Həmin Qanunun 29.1-ci maddəsinə əsasən icra icraatının tərəfləri olan borclu və tələbkar icra məmurunun qərarından, hərəkətlərindən (hərəkətsizliyindən) irəli gələn məsələləri mübahisələndirmək hüququna malikdirlər. Həmin Qanunun 70.4-cü maddəsinə əsasən, icra sənədinin icrası mümkün olmadıqda, icra məmuru icra sənədinin məhkəməyə və ya icra sənədini vermiş digər orqana (notariusun icra qeydinin isə tələbkara) qaytarılması haqqında qərar qəbul edir. İcra məmurunun bu qərarı icra qurumunun rəhbəri tərəfindən yoxlanılaraq təsdiq olunur. Tərəflər həmin qərardan onun surətini aldıqdan sonra 30 gün müddətində müvafiq məhkəməyə şikayət verə bilərlər. Məhkəmə hesab edir ki, icra sənədinin icrası ilə bağlı icra hərəkətləri tam şəkildə həyata keçirilmədiyindən və lazımi icra tədbirləri görülmədiyindən tələbkarın şikayəti əsaslıdır və ona görə də “icra sənədinin qaytarılması haqqında” icra məmurunun qərarı ləğv edilməli və icra hərəkətlərinin davam etdirilməsi üçün icra sənədi yenidən Xətai rayon İcra şöbəsinə geri qaytarılmalıdır. Şərh olunanlara əsasən, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 263-264-cü maddələrini rəhbər tutub məhkəmə qərara aldı: Şikayət təmin edilsin. Bakı şəhəri Xətai rayon İcra şöbəsinin icra məmurunun “icra sənəsinin qaytarılması” haqqında xx.xx.2024-cü il tarixli qərarı ləğv edilsin. Bakı şəhəri 54 saylı Notariat Kontorunun 8İ-14488 saylı xx.xx.2024-cü il tarixli icra qeydi icra hərəkətlərinin davam etdirilməsi üçün Bakı şəhəri Xətai rayon İcra şöbəsinə qaytarılsın. Qərardaddan, rəsmi qaydada verildikən 10 (on) gün müddətində Bakı Şəhəri Xətai Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Şəhriyar Əliyev
Məhkəmə qərarları › İş №8(011)-1171/2024
Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qərardad — İş №8(011)-1171/2024
06.12.2024 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver