Məhkəmə qərarları › İş №8(011)-1175/2022

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qərardad — İş №8(011)-1175/2022

27.12.2022 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 8(011)-1175/2022 27.12.2022 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Həsənova Aygün Namiq qızının sədrliyi, X7 qızının katibliyi, İcra məmuru Mehdi Zeynalovun iştirakı ilə, X1 “Xətai rayon İcra şöbəsinin üzərinə X1 Xətai rayon İcra şöbəsinə məcburi gətirilməsi barədə 04 iyul 2022-ci il tarixli qərarın surətinin borcluya verilməsi (göndərilməsi) öhdəliyinin qoyulması” barədə şikayətinə baxaraq müəyyən etdi : X2 şikayət ərizəsi ilə Bakı şəhəri Xətai Rayon Məhkəməsinə müraciət edərək, Xətai rayon İcra şöbəsinin üzərinə X1 Xətai rayon İcra şöbəsinə məcburi gətirilməsi barədə 04 iyul 2022-ci il tarixli qərarın surətinin borcluya verilməsi (göndərilməsi) öhdəliyinin qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, Xətai rayon İcra şöbəsinin icra məmuru Mehdi Zeynalov tərəfindən X1 icra şöbəsinə məcburi gətirilməsi barədə 04 iyul 2022-ci il tarixdə qərar qəbul edilmişdir. Həmin qərarın surəti indiyə kimi ona verilməmişdir. İcra işinin materiallarından görünür ki, Xətai Rayon Məhkəməsinin 05 avqust 2021-ci il tarixli qətnaməsinə əsasən X6 övladı 31 yanvar 2017-ci il təvəllüdlü X10 ilə həftənin şənbə günləri saat 10:00-dan 18:00-dək sərbəst şəkildə görüş vaxtı müəyyən edilmişdir. Qətnamə qanuni qüvvəsini almışdır. Qətnamənin icra edilməsi Xətai rayon İcra şöbəsinə tapşırılmışdır. İcra məmuru icraata başlamaq haqqında qərar qəbul etmişdir. İddiaçı dəfələrlə icra işi ilə əlaqədar icra şöbəsində uşaqla olmuşdur. İcra məmurunun dəfələrlə uşaqla söhbəti atası ilə görüşməsi ilə əlaqədar nəticə verməmişdir. Uşaq ağlayır və atası ilə görüşmək niyyətində deyil. Məhkəmə iclasında icra məmuru Mehdi Zeynalov məhkəməyə qaimə təqdim edərək, Xətai rayon İcra şöbəsinin 04 iyul 2022-ci il tarixli məcburi gətirilmə haqqında qərarının surətini təkrarən 26 dekabr 2022-ci il tarixdə sürətli poçt vasitəsilə X2na göndərdiklərini bildirdi. İşdə iştirak edən digər şəxslər şikayətə baxılması üçün təyin edilmiş məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməklə məhkəmə iclasına çağırılsalar da, onlar məhkəmə iclasına gəlməmiş, onların məhkəmə iclasına gəlməməsi məhkəmə qarşısında qoyulmuş məsələnin həll edilməsinə mane olmadığından, məhkəmə şikayətə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə icra məmurunun izahatlarını dinləyib, şikayəti və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək hesab edir ki, şikayət təmin edilməlidir. Belə ki, “İcra məmurları haqqında” AR Qanunun 7-ci maddəsinə əsasən icra məmuru icraata daxil olmuş icra sənədlərinin vaxtında, tam və düzgün icra edilməsi üçün tədbirlər görməlidirlər. Həmin Qanunun 10-cu maddəsinə əsasən icra məmurlarının öz səlahiyyətləri hüdudunda irəli sürdükləri tələblər Azərbaycan Respublikası ərazisində bütün fiziki və hüquqi şəxslər üçün məcburidir. İcra məmurlarının qanuni tələblərini yerinə yetirməyən, ona həvalə edilmiş vəzifələrin icrasına mane olan şəxslər qanunvericilikdə nəzərdə tutulmuş qaydada məsuliyyət daşıyırlar. Həmin Qanunun 8.2-ci maddəsinə əsasən, icra məmuru icra sənədini aldığı vaxtdan üç gün müddətində icraata başlamaq haqqında qərar qəbul edir. Həmin qərarda icra məmuru icra sənədində göstərilmiş tələblərin borclu tərəfindən könüllü icrası üçün məhkəmənin qərarında digər icra müddəti müəyyən edilməyibsə, həmçinin bu maddənin üçüncü bəndində müəyyən edilmiş icra müddəti istisna olmaqla, icraata başlanıldığı vaxtdan ən çoxu on gün müddət təyin edir və bu barədə borcluya bildiriş verir. Bildirişdə həmin müddət başa çatdıqdan sonra göstərilən tələblərin məcburi qaydada icra ediləcəyi və bu Qanunla nəzərdə tutulmuş icra ödənişinin və icra hərəkətlərinin həyata keçirilməsi ilə bağlı xərclərin ondan tutulacağı göstərilir. Həmin Qanunun 84.2-ci maddəsinə əsasən, icra məmurunun çağırışı ilə gəlməkdən və ya icra hərəkətlərinin həyata keçirildiyi yerə gəlməkdən üzrsüz səbəbdən yayınan şəxslər barəsində məhkəmənin qərarı əsasında məcburi gətirilmə tədbiri tətbiq olunur. Həmin Qanunun 84.3-cü maddəsinə əsasən, həmin Qanunun 84.2-ci maddəsində nəzərdə tutulmuş hallarda icra məmuru müvafiq qərar qəbul edir. Həmin qərar icra qurumunun rəhbəri tərəfindən yoxlanılaraq təsdiq olunur. Tərəflər həmin qərarın surətini aldıqdan sonra 10 gün müddətində müvafiq məhkəməyə şikayət verə bilərlər. İş materiallarından və icra məmurunun izahatından görünür ki, icra məmuru Mehdi Zeynalov tərəfindən Xətai rayon İcra şöbəsinin 04 iyul 2022-ci il tarixli məcburi gətirilmə haqqında qərarının surəti təkrarən 26 dekabr 2022-ci il tarixdə sürətli poçt vasitəsilə X2na göndərilmişdir. İş materiallarına əlavə olunmuş qaimə ilə də bu hal təsdiq olunur. Odur ki, işin hazırkı halında borclunun şikayətinin təmin edilməsinin zəruriliyi aradan qalxmışdır. Beləliklə, məhkəmə yuxarıda sadalanan qanunvericilik normalarını nəzərdən keçirərək, şikayət ərizəsinin dəlillərini və iş materiallarını araşdıraraq belə hesab edir ki, hazırkı şikayət ərizəsinin təmin edilməsinin zəruriliyi aradan qalxdığından şikayət rədd edilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 263-264-cü maddələrini rəhbər tutaraq məhkəmə qərara aldı : X1 “Xətai rayon İcra şöbəsinin üzərinə X1 Xətai rayon İcra şöbəsinə məcburi gətirilməsi barədə 04 iyul 2022-ci il tarixli qərarın surətinin borcluya verilməsi (göndərilməsi) öhdəliyinin qoyulması” barədə şikayəti rədd edilsin. Qərardaddan onun tərəflərə rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) Bakı şəhəri Xətai Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Aygün Həsənova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar