Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 8(011)-1176/2024 04.12.2024 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Abbasova İlahə Namiq Kamal qızının sədrliyi Osmanova Əfsanə Fəxrəddin qızının katibliyi ilə, Bakı şəhəri 54 saylı Notariat Kontoru ofisinin 8İ-9122 nömrəli 28 noyabr 2023-cü il tarixli icra sənədinin qaytarılması barədə Bakı şəhəri Xətai rayon İcra şöbəsinin 25 oktyabr 2024-cü il tarixli qərarının ləğvinə dair X3 Kredit Təşkilatı "xxxx" MMC-nin şikayətinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: X3 Kredit Təşkilatı "xxxx" MMC Xətai rayon İcra Şöbəsinin icra məmuru Vüsal Umarovun 25 oktyabr 2024-cü il tarixli “icra sənədinin qaytarılması” haqqında qərarından şikayət ərizəsi ilə məhkəməyə müraciət edərək ərizəsində göstərmişdir ki, Bakı şəhəri 54 saylı Notariat Kontoru tərəfindən Borclu barəsində 8İ-9122 nömrəli 28 noyabr 2023-cü il tarixli icra qeydi vermişdir. Həmin icra qeydinə əsasən borcludan cəmiyyətin xeyrinə ümumilikdə 350 manat məbləğində pul tutulmalıdır. Həmin icra sənədi Bakı şəhəri Xətai rayon İcra Şöbəsinin icraatına daxil olmuş və icra məmuru "İcra haqqında" Azərbaycan Respublikası Qanununun 23.1.3-cü maddəsinin tələblərini rəhbər tutaraq icra sənədinin qaytarılması haqqında xx.xx.2024-cü il tarixli qərar qəbul etmişdir. Həmin qərar qanunsuz və əsassızdır. İcra məmuru qərarını onunla əsaslandırmışdır ki, aidiyyəti orqan və təşkilatlara sorğular göndərilmiş və borclunun mülkiyyətində heç bir əmlak aşkar edilməmişdir. Həmçinin borclunun yaşadığı mənzilə əmlak siyahıya alınması məqsədilə baxış keçirilmiş, tələbin yönələ biləcəyi hər hansı dəyərli əmlak aşkar olunmamış və bu barədə akt tərtib olunmuşdur. Bununla bağlı ilk olaraq bildirimişdir ki, qanunvericiliyə zidd olaraq borclunun yaşadığı mənzildə tələbin yönələ biləcəyi hər hansı dəyərli əmlakın aşkar olunmamasına dair tərtib edilmiş akt barədə tələbkara məlumat verilməmişdir. Bundan başqa, Qanunun 23.1.3-cü mədəsinin tələblərinə əsasən icra məmuru tərəfindən borclunun əmlakının və gəlirlərinin axtarışı ilə bağlı bütün tədbirlər görülməmiş və qərarda görülmüş bütün tədbirlərin nəticə verilmədiyi qeyd olunmamışdır. Halbuki qanunvericiliyə görə, icra sənədi yalnız borclunun tələbin yönəldilə biləcəyi əmlak və gəlirlər olmadıqda və icra məmuru tərəfindən onun əmlakının və gəlirlərinin axtarışı ilə bağlı bütün tədbirlər nəticə vermədikdə icra qeydini tələbkara qaytara bilər. Ümumilikdə isə demək olar ki, bu icra işi üzrə icra məmurun fəaliyyəti yalnız kabinetdən müəyyən sorğuların göndərilməsindən ibarət olmuşdur. İcra tədbirləri yalnız şablon üzrə sorğuların göndərilməsindən (ümumi məlumat sisteminə daxil olmasından) ibarət deyildir. Nəzərə almaq lazımdır ki, borc məbləği nə 10.000 manat, nə də ki, 1.000 manatdır. İcra məmuru üçün borcludan borc məbləğinin hissə-hissə belə tutulması mümkünsüz işə çevrilmişdir. Yəni borcludan tutulmalı olan məbləğin cəmi 350 manat təşkil etmdiyini nəzərə alaraq, icra məmuru tərəfindən həmin məbləğin heç olmasa qismən də ödənilməsini təmin edə biləcək hər hansı əmlakın aşkar olunmaması ağlabatan deyildir. Ən azı borclunun istifadəsində olan mobil telefonunun dəyəri və ya mobil operatordan onun hər ay telefonuna nə qədər pulun yüklənməsini müəyyən etsə borclunun kredit borcunun rahat şəkildə ödəmə qabiliyyətində olması aşkar olar. Bu da onu göstərir ki, icra məmuru öz vəzifələrini lazımınca yerinə yetirməmiş, borclu isə borcu ödəməkdən qərəzli olaraq yayınmışdır. Digər tərəfdən, icra məmuru qərarla icra sənədini tələbkara deyil, notariusa qaytarmaqla qanunvericiliyin tələbini kobud surətdə pozmuşdur. Qeyd olunanlara əsasən, X3 Kredit Təşkilatı "xxxx" MMC Xətai rayon İcra şöbəsinin 8İ- 9122 nömrəli 28 noyabr 2023-cü il tarixli icra sənədinin qaytarılması haqqında xx.xx.2024cü il tarixli qərarının ləğv edilməsi və icra sənədi üzrə icra hərəkətlərinin davam etdirilməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdir. İş üzrə icra məmuru, tələbkar və borclu məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq məhkəmə iclasında iştirak etməmiş, lakin tələbkarın nümayəndəsi X2 məhkəməyə elektron ərizə ilə müraciət edərək, şikayəti müdafiə etdiyini bildirmiş, məhkəmə iclasının onun iştirakı olmadan keçirilməsini xahiş etmişdir. Məhkəmə tərəflərin iştirakı olmadan şikayətə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə şikayəti, şikayətə əlavə olunan sənədləri nəzərdən keçirib hesab edir ki, şikayət təmin edilməlidir. Belə ki, iş materiallarda olan Bakı şəhəri 54 saylı Notariat Kontoru tərəfindən verilmiş 8İ- 9122 nömrəli 28 noyabr 2023-cü il tarixli icra qeydinin surətindən görünür ki, X1 Bank Olmayan Kredit Təşkilatı "xxxx" MMC-nin xeyrinə 350 manat pul tutulmalıdır. İş materiallarına əlavə edilən Bakı şəhəri Xətai rayon İcra Şöbəsinin 25 oktyabr 2024-cü il tarixli icra sənədinin qaytarılması barədə qərarından görünür ki, icra məmuru “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 23.1.2 və 23.1.3-cü maddələrinə əsasən borcluda tələbin yönəldilə biləcəyi əmlak və gəlirlər olmadıqda və icra məmuru tərəfindən onun əmlakının və gəlirlərinin axtarışı ilə bağlı görülmüş bütün tədbirlər nəticə verməmiş və icra sənədi Bakı şəhəri 54 saylı notariat ofisinə geri qaytarılmışdır. “İcra Haqqında” Azərbaycan Respublikası Qanununun: 2.1.-ci maddəsinə əsasən Azərbaycan Respublikasında məhkəmə və digər orqanların qərarlarının məcburi icrası icra məmurları tərəfindən həyata keçirilir. 2.2.-ci maddəsinə əsasən icra məmurlarının səlahiyyətləri Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilir. 3.1.-ci maddəsinə əsasən məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun tələbləri Azərbaycan Respublikasının ərazisində bütün orqanlar, hüquqi şəxslər, onların vəzifəli şəxsləri və fiziki şəxslər üçün məcburidir. 3.2.-ci maddəsinə əsasən məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurlarının tələblərini yerinə yetirməyən, onlara həvalə edilmiş vəzifələrin icrasına mane olan şəxslər Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada məsuliyyət daşıyırlar. 21.2-ci maddəsinə əsasən bu Qanunun 18-ci maddəsində nəzərdə tutulmuş icraatın dayandırılmasının mümkün olduğu hallarda icra məmuru tərəfindən icraatın dayandırılması barədə müvafiq məhkəməyə əsaslandırılmış və icra qurumunun rəhbəri tərəfindən təsdiq olunmuş təqdimat verilir. 23.1.3-cü maddəsinə əsasən tələbin icra edilmədiyi və ya qismən icra edildiyi icra sənədi üzrə borcluda tələbin yönəldilə biləcəyi əmlak və gəlirlər olmadıqda və icra məmuru tərəfindən onun əmlakının və gəlirlərinin axtarışı ilə bağlı görülmüş bütün tədbirlər nəticə vermədikdə icra sənədi icra sənədini vermiş məhkəməyə və ya digər orqana (notariusun icra qeydi isə tələbkara) qaytarılır. 43-cü maddəsində məcburi icra tədbirləri müəyyən edilmişdir ki, bunlara aşağıdakılar aiddir: borclunun əmlakı üzərinə həbs qoymaq və onu satmaq yolu ilə tələbin əmlaka yönəldilməsi (43.1.1); tələbin borclunun əmək haqqına, pensiyasına, təqaüdünə və sair gəlirlərinə yönəldilməsi (43.1.2); tələbin borclunun üçüncü şəxslərdə olan pul vəsaitlərinə və digər əmlakına yönəldilməsi (43.1.3); icra sənədində göstərilmiş müəyyən əşyaların borcludan götürülüb tələbkara verilməsi (43.1.4); bu Qanuna və Azərbaycan Respublikasının digər qanunvericilik aktlarına uyğun olaraq icra sənədinin icrasını təmin edən başqa tədbirlər (43.1.5). 70.4-cü maddəsinə əsasən icra sənədinin icrası mümkün olmadıqda, icra məmuru icra sənədinin məhkəməyə və ya icra sənədini vermiş digər orqana (notariusun icra qeydinin isə tələbkara) qaytarılması haqqında qərar qəbul edir. İcra məmurunun bu qərarı icra qurumunun rəhbəri tərəfindən yoxlanılaraq təsdiq olunur. Tərəflər həmin qərardan onun surətini aldıqdan sonra 30 gün müddətində müvafiq məhkəməyə şikayət verə bilərlər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 15.2-ci maddəsinə əsasən məhkəmələrin qanuni qüvvəyə minmiş qətnaməsi, qərardadı, qərarı, əmri bütün dövlət hakimiyyəti, yerli özünüidarə orqanları, onların vəzifəli şəxsləri, ictimai birliklər, siyasi partiyalar, həmkarlar ittifaqları, onların vəzifəli şəxsləri, həmçinin fiziki və hüquqi şəxslər üçün məcburidir və Azərbaycan Respublikasının bütün ərazisində hökmən icra olunmalıdır. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, icra məmuru “İcra haqqında” Azərbaycan Respublikası Qanunun 23.1.3-cü və 43-cü maddəsində nəzərdə tutulmuş bütün tədbirlərin görülməsi ilə bağlı sübutları məhkəməyə təqdim etmədiyindən X3 Kredit Təşkilatı "xxxx" MMC Bakı şəhəri 54 saylı Notariat Kontoru ofisinin 8İ-9122 nömrəli 28 noyabr 2023-cü il tarixli icra sənədinin qaytarılması qərarından şikayəti əsaslı olduğu üçün şikayət təmin edilməli və icra sənədi icra olunması üçün yenidən Bakı şəhəri Xətai rayon İcra şöbəsinə qaytarılmalıdır. Şərh olunanlara əsasən, Azərbaycan Respublikası MPM-nin 263-264-cü maddələrini rəhbər tutub, məhkəmə QƏRARA ALDİ: Şikayət təmin edilsin. Bakı şəhəri Xətai rayon İcra şöbəsinin “icra sənədinin qaytarılması” haqqında 25 oktyabr 2024-cü il tarixli qərarı ləğv edilsin. Bakı şəhəri 54 saylı Notariat Kontoru ofisinin 8İ-9122 nömrəli 28 noyabr 2023-cü il tarixli icra sənədi yenidən icra olunması üçün Bakı şəhəri Xətai rayon İcra şöbəsinə göndərilsin. Qərardaddan 10 gün müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən:İlahə Abbasova
Məhkəmə qərarları › İş №8(011)-1176/2024
Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qərardad — İş №8(011)-1176/2024
04.12.2024 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver