Məhkəmə qərarları › İş №8(011)-1177/2024

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qərardad — İş №8(011)-1177/2024

25.12.2024 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 8(011)-1177/2024 25.12.2024 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Abbasova İlahə Namiq Kamal qızının sədrliyi, Osmanova Əfsanə Fəxrəddin qızının katibliyi, Borclu iştirakı ilə, Bakı şəhəri Xətai Rayon İcra Şöbəsinin icra məmuru Ruslan Osmanlının borclunun ölkədən getmək hüququnun məhdudlaşdırılması haqqında təqdimatına Bakı şəhəri Xətai Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Bakı şəhəri Xətai Rayon İcra Şöbəsinin icra məmuru Ruslan Osmanlı borclunun ölkədən getmək hüququnun məhdudlaşdırılması haqqında təqdimatla məhkəməyə müraciət edərək göstərmişdir ki, xx.xx.2022-ci il tarixli qərarla icraata başladığı Bakı Şəhəri Xətai Rayon Məhkəməsi tərəfindən verilmiş e-2(011)-5250/2022-016 nömrəli, xx.xx.2022-ci il tarixli icra sənədinə əsasən xx.xx.1979-ci ildə anadan olmuş və ünvan 1 ünvanında qeydiyyatda olan və yaşayan Borclu 9919.78 manat məbləğində pul vəsaiti və 119.2 manat dövlət rüsumu tutularaq tələbkar "xxxx" ASC-nin xeyrinə ödənilməlidir. Qeyd olunan icra sənədi 21,11.2022ci il tarixində Bakı şəhəri Xətai rayon İcra şöbəsinə daxil olmuş və qanuna müvafiq qaydada icraya yönəldilmişdir. İcraata başlamaq haqqında qərar qəbul edilərək, qərarın surəti bildirişlə icra sənədi üzrə Borclu göndərilmiş, icra sənədində olan tələbi könüllü təmin edilməsi üçün 10 gün müddət müəyyən edilmişdir. Lakin bu müddət ərzində borclu tərəfindən icra sənədində olan tələb könüllü təmin edilməmiş, borclunun adına elektron “icra sisteminin”dən adına əmlakı, qiymətli kağız həmçinin, torpaq sahəsi aşkar edilməmişdir, icraat zamanı borclunun iş yeri müəyyən edilərək xx.xx.2024-cu il tarixdə əmək haqqından tutulma aparılması üçün məktub göndərilsə də tutulma aparılmadığından təkrarən xx.xx.2024-cü il tarixdə xəbərdarlıq məktubu göndərilmiş və o, da nəticə verməmişdir. İcra sənədinin icrası tam şəkildə təmin olunmamışdır. Bugünə olan borc 5410,20 manat təşkil edir. Tələbkar "xxxx" ASC xx.xx.2024cü il tarixdə müraciət edərək, borclunun ölkədən getmək hüququ müvəqqəti məhdudlaşdırılmasını xahiş etmişdir. Təqdimatda Borclu ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə qərardad qəbul edilməsi məsələsinə baxılmasını xahiş edilmişdir. Məhkəmə iclasında iştirak edən Borclu təqdimata etiraz etməyərək izahatında bildirmişdir ki, qətnamə qüvvədədir, həmin qətnamə üzrə borcunu tam ödəməmişdir. Borclu borcunu 2025-ci ilin 1-2 ayı ərzində tam şəkildə ödəyəcəyini bildirmişdir. İş üzrə icra məmuru və tələbkar məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq, məhkəmə iclasında iştirak etməmişlər. Məhkəmə onların iştirakları olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə təqdimatı və iş materiallarını araşdıraraq hesab edir ki, təqdimat təmin olunmalıdır. Belə ki, iş materiallarında olan Bakı şəhəri Xətai Rayon Məhkəməsi tərəfindən verilmiş e- e- 2(011)-5250/2022-016 nömrəli, 29 sentyabr 2022-ci il tarixli icra sənədindən müəyyən edilir ki, Borclu 9919.78 manat məbləğində pul vəsaiti və 119.2 manat dövlət rüsumu tutularaq tələbkar "xxxx" ASC-nin xeyrinə ödənilməlidir. İş materiallarında olan məktubun surətindən məlum olur ki, Xətai rayon İcra şöbəsinin 13dekabr 2022-ci il tarixli icraata başlamaq haqqında qərarı və icra sənədinin surəti 13 dekabr 2022-ci il tarixdə Borclu göndərilmişdir. İş materiallarında olan Xətai rayon İcra şöbəsi tərəfindən "xxxx" MMC-yə göndərilmiş 02 may 2024-cü il tarixli məktubdan görünür ki, Xətai rayon İcra şöbəsinin icraatında olan Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-5250/2022 nömrəli 29 sentyabr 2022-ci il tarixli icra sənədi icra olunması üçün "xxxx" MMC-yə göndərilmişdir. İş materiallarında olan "xxxx" ASC tərəfindən Xətai rayon İcra şöbəsinə ünvanlanmış 16 noyabr 2024-cü il tarixli məktubun surətindən görünür ki, Borclu əmək haqqına yönəldilmə olsa da, şirkət əməkhaqqından tutulmanı həyata keçirmir. Borclu icra sənədi üzrə borcu ödəməkdən qərəzli şəkildə yayınır. Bu səbəbdən borclu barəsində məcburi icra tədbirlərinin (məsələn borclunun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması təqdimatı) həyata keçirilməsi xahiş edilmişdir. Təqdimata əlavə olunmuş sənədlərlə təsdiq edilir ki, icra məmuru tərəfindən icranın təmin edilməsi üçün qanunvericilikdə nəzərdə tutulmuş bir sıra icra hərəkətləri aparılmışdır. Beləliklə, məhkəmə hesab edir ki, Borclu Bakı şəhəri Xətai Rayon Məhkəməsi tərəfindən verilmiş e-2(011)-5250/2022-016 nömrəli, 29 sentyabr 2022-ci il tarixli icra sənədini xəbərdarlıq edilməsinə baxmayaraq könüllü icra üçün müəyyən olunmuş vaxtda üzrsüz səbəbdən icra etmədiyindən onun ölkədən getmək hüququ müvəqqəti məhdudlaşdırılmalıdır. Belə ki, “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 84-1-ci maddəsi müəyyən edir ki, məhkəmə qərarları əsasında verilmiş icra sənədləri könüllü icra üçün müəyyən olunmuş vaxtda borclu tərəfindən üzrsüz səbəbdən icra edilmədikdə, borclunun ölkədən getmək hüququ icra məmurunun əsaslandırılmış təqdimatı əsasında məhkəmənin qərarı ilə müvəqqəti məhdudlaşdırıla bilər. Borclunun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılmasına səbəb olmuş əsaslar aradan qalxdıqdan sonra icra məmuru həmin məhdudlaşdırmanın götürülməsi barədə icra qurumunun rəhbəri tərəfindən təsdiq olunan qərar qəbul edir. Həmin qərar dərhal borcluya, tələbkara, məhkəməyə və müvafiq icra hakimiyyəti orqanına göndərilir. Şərh olunanlara əsaslanaraq, “İcra Haqqında” Azərbaycan Respublikasının Qanunun 84-1-ci maddəsinə və Azərbaycan Respublikası MPM-nin 263-264-cü və 266-269-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Təqdimat təmin edilsin. Bakı şəhəri Xətai Rayon Məhkəməsi tərəfindən verilmiş e-2(011)-5250/2022-016 nömrəli, 29 sentyabr 2022-ci il tarixli icra sənədi üzrə borclu xx.xx.1979-cu ildə anadan olmuş və ünvan 1 ünvanında qeydiyyatda olan Borclu ölkədən getmək hüququ qeyd edilən icra sənədi icra edilənədək müvəqqəti məhdudlaşdırılsın. Qərardadın icrası müvafiq olaraq Bakı şəhəri Xətai Rayon İcra Şöbəsinə həvalə edilsin. Borclunun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılmasına səbəb olmuş əsaslar aradan qalxdıqdan sonra həmin məhdudlaşdırmanın götürülməsi barədə icra qurumunun rəhbəri tərəfindən təsdiq olunan qərarın dərhal məhkəməyə təqdim edilməsi icra məmuruna həvalə edilsin. Qərardaddan rəsmi qaydada verildikdən sonra tərəflər 10 (on) gün müddətində işə baxan Bakı şəhəri Xətai Rayon Məhkəməsinə şikayət verə bilərlər. Sədrlik edən:İlahə Abbasova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar