Məhkəmə qərarları › İş №8(011)-1178/2024

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qərardad — İş №8(011)-1178/2024

06.12.2024 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 8(011)-1178/2024 06.12.2024 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Əliyev Şəhriyar İbrahim oğlunun sədrliyi, Bəndəliyev Zaur Taleh oğlunun katibliyi, Tələbkarın nümayəndəsi X1 iştirakı ilə, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 2(007)-1862/2008 nömrəli, xx.xx.2008-ci il tarixli icra sənədinin icrasının təmin edilməsi məqsədilə Borclu məxsus Xətai rayonu, Nobel prospekti, 23 saylı binanın 1-ci mərtəbəsində yerləşən 43 saylı qeyri-yaşayış sahəsinin üzərinə həbs qoyulmasına dair Bakı şəhəri Xətai rayon icra şöbəsinin icra məmuru Xatir Məmmədov tərəfindən verilmiş təqdimata məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Bakı şəhəri Xətai rayon icra şöbəsinin icra məmuru Xatir Məmmədov təqdimatla məhkəməyə müraciət edərək, Borcluna məxsus Xətai rayonu, Nobel prospekti, 23 saylı binanın 1-ci mərtəbəsində yerləşən 43 saylı qeyri-yaşayış sahəsinin üzərinə həbs qoyulması barədə qərardad qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Təqdimat onunla əsaslandırılmışdır ki, icra sənədi xx.xx.2024-cü il tarixdə Bakı şəhəri Xətai rayon İcra şöbəsinə daxil olmuş və qanuna müvafiq qaydada icraya yönəldilmişdir. İcraata başlamaq haqqında qərar qəbul olunaraq, surəti bildirişlə bərabər icra sənədi üzrə Borclu icra sənədində qeyd olunan ünvan 1 ünvanına göndərilmişdir. Borclu könüllü icra müddətində icra sənədi üzrə tələbi təmin etmədiyi üçün borclunun Əmlak vəziyyətini yoxlamaq məqsədilə elektron sistem vasistəsilə sorğular edilmişdir. Belə ki, "Elektron icra" informasiya sistemindən əldə olunmuş sorğu məlumatına Əsasən müəyyən olunmuşdur ki, Borclu məxsus olan ünvan 4 binada yerləşən qeyri-yaşayış sahəsi 43 saylı mağaza müəyyən edilmişdir. Borclu xx.xx.2024-cü il tarixdə şöbəyə ərizə ilə müraciət edərək borcunu xüsusi mülkiyyətində olan əmlakına yönəldilməsini xahiş etmişdir. İcra sənədinin icrasını təmin etmək məqsədilə hesab edirəm ki, məcburi icra tədbirləri kimi borclunun əmlakının üzərinə həbs qoymaq və onu satmaq yolu ilə tələbin əmlaka yönəlməsi barədə məcburi icra tədbirləri tətbiq edilməlidir. Yuxarıda göstərilənləri və "İcra haqqında" Azərbaycan Respublikası Qanununun 50.2-ci maddəsini rəhbər tutaraq, icra sənədi üzrə Borclu məxsus olan daşınmaz əmlakın üzərinə həbs qoyulmasına dair qərardad verilməsi xahiş olunur. İcra sənədinin icrasını təmin etmək məqsədilə hesab edir ki, məcburi icra tədbirləri kimi borclunun əmlakının üzərinə həbs qoymaq və onu satmaq yolu ilə tələbin əmlaka yönəlməsi barədə məcburi icra tədbirləri tətbiq edilməlidir. Məhkəmə iclasında iştirak edən tələbkarın nümayəndəsi Anar Ağayev izahatında bildirdi ki, əmlakın açıq hərracda satılması nəzərdə tutulsa da, uzun müddətdir ki, borc ödənilmir. Sonda o, təqdimatın təmin edilməsini xahiş etdi. Bakı şəhəri Xətai rayon icra şöbəsinin icra məmuru və borclu təqdimata baxılması üçün təyin edilmiş məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməklə məhkəmə iclasına çağırılsalar da, onlar məhkəmə iclasına gəlməmişdir. Onların məhkəmə iclasına gəlməmələri məhkəmə qarşısında qoyulmuş məsələnin həll edilməsinə mane olmadığından, məhkəmə Azərbaycan Respublikası MPM-in 231.2-ci maddəsinə əsasən təqdimata baxılmasını mümkün hesab etmişdir. Məhkəmə, təqdimat və ona əlavə olunmuş sənədləri nəzərdən keçirərək hesab edir ki, təqdimat rədd edilməlidir. Belə ki, təqdimata əlavə edilmiş sənədlərdən görünür ki, Nizami Rayon Məhkəməsinin 2(007)-1862/2008 nömrəli, xx.xx.2008-ci il tarixli icra vərəqəsinə əsasən Borclu xx.xx.2007-ci il tarixli kredit müqaviləsi üzrə götürülmüş 190.00 (yüz doxsan min) ABŞ dolları və 20 manat dövlət rüsumu tutularaq "xxxx" ASC-nə verilsin. Həmin məbləğ 27 fevral 2007-ci il tarixli ipoteka müqaviləsinə əsasən ipoteka qoyulmuş Borclu xüsusi mülkiyyətində olan Bakı şəhəri, Xətai rayonu, Nobel prospekti, 23 saylı binanın 1-ci mərtəbəsində yerləşən 43 saylı mağazaya yönəldilmiş və mağaza açıq hərracdan satışa çıxarılmışdır. Təqdimata əlavə edilmiş sənədlərdən görünür ki, xx.xx.2024-cü il tarixli icraata başlamaq haqqında qərar qəbul edilmiş, qərar və tələbin könüllü icrası barədə bildirişin Borclu göndərilməsi qeyd olunmuşdur. Təqdimata əlavə edilmiş sənədlərdən görünür ki, Xətai rayon icra şöbəsi tərəfindən icraata başlamaq haqqında qərarın surəti 237534/2024-1-42-19 saylı xx.xx.2024-cü il tarixli məktubla Nizami Rayon Məhkəməsinə göndərilmişdir. Təqdimata əlavə edilmiş sənədlərdən görünür ki, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı Şəhəri Ərazi İdarəsinin "xxxx" ASC-yə ünvanlanmış məktubuna əsasən Nizami Rayon Məhkəməsinin xx.xx.2008-ci il tarixli, 2(007)-1862/2008 saylı icra vərəqəsində ipotekaya qoyulmuş daşınmaz əmlaka tutmanın yönəldilməsi qeyd edilmişdir. Daşınmaz əmlakın dövlət reyestrində "xxxx" ASC-nin xeyrinə ünvan 4 ünvanında yerləşən qeyri-yaşayış sahəsi ipoteka ilə yüklü olunmamışdır. Lakin iş materiallarından, Borcluna məxsus torpaq sahəsinin üzərinə həbs qoyulması üçün əsaslar müəyyən olunmadı. Belə ki, hazırda üzərinə həbs qoyulması tələb edilən əmlakın (Bakı şəhəri, Xətai rayonu, Nobel prospekti, 23 saylı binanın 1-ci mərtəbəsində yerləşən 43 saylı mağaza) məhz Nizami rayon Məhkəməsinin 2(007)-1862/2008 nömrəli, xx.xx.2008-ci il tarixli qətnaməsinin icrası məqsədilə açıq hərracda satılması nəzərdə tutulmuşdur ki, bu da yenidən eyni məqsədlə həmin əmlakın üzərinə həbs qoyulmasını istisna edir, həmçinin təqdimatı verən orqanın icra məmuru məhkəmə iclasında iştirak etməməklə təqdimatın dəlillərinə dair izahat verməmiş və bu halları təqdimatda göstərməmişdir ki, bu da təqdimatın təmin olunması nəticəsinə gəlməyə əsas vermir, odur ki, təqdimat əsassızdır və buna görə də rədd edilməlidir. “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 45.2-ci maddəsinə əsasən, icra sənədləri üzrə tələb ilk növbədə borclunun manatla və xarici valyuta ilə, o cümlədən banklarda və digər kredit təşkilatlarında olan pul vəsaitlərinə və başqa sərvətlərinə yönəldilir. Borcluda aşkar edilən nağd pul vəsaitləri götürülür. Həmin Qanunun 45.6-cı maddəsinə əsasən, tələbkarın tələblərinin təmin edilməsi üçün borclunun yetərli pul vəsaitləri olmadıqda, Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq tələbin yönəldilə bilmədiyi əmlak istisna olmaqla, tələb borcluya məxsus olan digər əmlaka yönəldilir. “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 50.4-cü maddəsinə əsasən, borclunun əmlakı üzərinə aşağıdakı hallarda həbs qoyulur: tələbkara verilməsi və ya satılması nəzərdə tutulan əmlakın mühafizəsini təmin etmək üçün; borclunun əmlakının müsadirəsi haqqında məhkəmə qərarının icrasını təmin etmək üçün. “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 50.2-ci maddəsinə əsasən, icra sənədi icraya yönəldilənə qədər borclunun əmlakına həbs qoyulmayıbsa və ya icra sənədinin icrası zamanı tələbin borclunun əmlakına yönəldilməsi hallarında əmlak üzərinə həbs, bir qayda olaraq, icra məmurunun əsaslandırılmış təqdimatına əsasən məhkəmənin qərardadı ilə qoyulur. Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 231.4-cü maddəsinin şərh edilməsinə dair” 4 iyul 2014-cü il tarixli Qərarına əsasən məhkəmə hər bir konkret halda Konstitusiyanın 60-cı maddəsinin İ hissəsinin və 71-ci maddəsinin İİ hissəsinin, habelə “Azərbaycan Respublikasında insan hüquq və azadlıqlarının həyata keçirilməsinin tənzimlənməsi haqqında” Konstitusiya Qanununun 3cü maddəsinin müddəalarından çıxış edərək, qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsinin daha səmərəli icrasına nail olmaq məqsədilə, konstitusiya mütənasiblik prinsipi əsasında tələbkarların və borcluların hüquqlarının ədalətli və ağlabatan tarazlığını təmin etməklə, onların konstitusiya hüquqlarının mahiyyətini dəyişməməlidir. Qeyd olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 263, 264 və 266-268-ci maddələrini rəhbər tutaraq məhkəmə qərara aldı: Bakı şəhəri Xətai rayon İcra Şöbəsinin icra məmuru Xatir Məmmədovun “Borclu məxsus Bakı şəhəri Xətai rayonu, Nobel prospekti, 23 saylı binanın 1-ci mərtəbəsində yerləşən 43 saylı qeyri-yaşayış sahəsinin üzərinə həbs qoyulması” barədə təqdimatı təmin olunmasın. Qərardaddan rəsmi qaydada verildikdən 10 gün müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Şəhriyar Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar