Məhkəmə qərarları › İş №8(011)-1181/2022

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qərardad — İş №8(011)-1181/2022

21.12.2022 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 8(011)-1181/2022 21.12.2022 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Əliyev Şəhriyar İbrahim oğlunun sədrliyi, Nuriyev Xaliq Firqət oğlunun katibliyi ilə, Borclu mülkiyyətində olan “daşınar əmlakın üzərinə qoyulmuş həbsin götürülməsi” barədə Bakı şəhəri Xətai rayon İcra şöbəsinin icra məmuru Kəmalə Həsənova tərəfindən verilmiş təqdimata məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Bakı şəhəri Xətai rayon İcra şöbəsinin icra məmuru Kəmalə Həsənova təqdimatla məhkəməyə müraciət edərək, Borclu mülkiyyətində olan “Toyota Prius” minik markalı **- VY-*** dövlət qeydiyyat nişanlı avtomobilin üzərinə qoyulmuş həbsin ləğv edilməsinə dair qərardad qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Təqdimat onunla əsaslandırılmışdır ki, Bakı şəhəri Xətai rayon Məhkəməsinin 2(011)- 4656 nömrəli xx.xx.2018-ci il tarixli icra sənədinə əsasən Borclu 1048 manat məbləğində pul vəsaiti və 20 manat dövlət rüsumu tutularaq "xxxx" MMC-nin xeyrinə ödənilməlidir, icra sənədinin icra edilməsi məqsədi ilə Borclu mülkiyyətində olan “Toyota Prius” minik markalı **-VY-*** dövlət qeydiyyat nişanlı avtomobilin üzərinə Xətai rayon Məhkəməsinin 8(011)- 923 saylı, xx.xx.2021-ci il tarixli qərardadı ilə həbs qoyulmuşdur, icra sənədi üzrə tələb borclu tərəfindən tam şəkildə təmin olunmuşdur. Göstərilənlərə əsasən Borclu məxsus “Toyota Prius” minik markalı **-VY-*** dövlət qeydiyyat nişanlı avtomobilin üzərinə qoyulmuş həbsin götürülməsi zərurəti yaranmışdır. İddiaçının nümayəndəsi R.Süleymanlı xx.xx.2022-ci il tarixdə elektron qaydada ərizə ilə məhkəməyə müraciət edərək, Borclu barəsində Xətai rayon Məhkəməsinin 2(011)- 4656/2018 nömrəli xx.xx.2018-ci il tarixli qətnaməsinə əsasən borcunun ödənildiyini bildirmişdir. Tələbkar, borclu və Bakı şəhəri Xətai rayon İcra şöbəsinin icra məmuru təqdimata baxılması üçün təyin edilmiş məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməklə məhkəmə iclasına çağırılsalar da, onlar məhkəmə iclasına gəlməmiş, onların məhkəmə iclasına gəlməməsi məhkəmə qarşısında qoyulmuş məsələnin həll edilməsinə mane olmadığından, məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 231.2-ci maddəsinə əsasən, təqdimata baxılmasını mümkün hesab etmişdir. Məhkəmə, təqdimatı və təqdimata əlavə edilmiş sənədləri nəzərdən keçirərək hesab edir ki, təqdimat təmin edilməlidir. Belə ki, təqdimata əlavə edilmiş Bakı şəhəri Xətai rayon Məhkəməsinin 2(011)- 4656/2018-011 nömrəli xx.xx.2018-ci il tarixli icra sənədinə - məhkəmə əmrinə əsasən, Borclu 1048 manat məbəğində pul vəsaiti və 20 manat dövlət rüsumu tutularaq tələbkar "xxxx" MMC-nin xeyrinə ödənilməlidir. Təqdimata əlavə edilmiş Xətai Rayon Məhkəməsinin 8(011)-923/2022 saylı, xx.xx.2022-ci il tarixli qərardadından görünür ki, Borclu məxsus “Toyota Prius” minik markalı **-VY-*** dövlət qeydiyyat nişanlı avtomobilin üzərinə həbs qoyulması qərara alınmışdır. Təqdimata əlavə edilmiş Tələbkar MMC tərəfindən Xətai rayon İcra Şöbəsinə ünvanlanan 21929/5 saylı xx.xx.2022-ci il tarixli ərizənin surətindən görünür ki, Borclu Tələbkar MMC-nin xeyrinə tutulmalı olan borc ödənildiyi üçün icra sənədinin icraatına xitam verilməsi xahiş edilmişdir. Təqdimata əlavə edilmiş sənədlərdən görünür ki, Xətai rayon İcra şöbəsi tərəfindən xx.xx.2022-ci il tarixdə “İcraata xitam verilməsi haqqında” Qərar qəbul edilmiş, icra sənədində qeyd olunan tələb Borclu tərəfindən tam şəkildə icra olunduğundan Bakı şəhəri Xətai rayon Məhkəməsinin 2(011)-4656/2018-011 nömrəli xx.xx.2018-ci il tarixli icra sənədinə xitam verilmişdir. Belə olan halda məhkəmə hesab edir ki, borcunu tam ödəməklə borclunun əmlakı üzərinə həbs qoyulması əsasları aradan qaldırıldığına görə təqdimat əsaslıdır və buna görə də təmin edilməli, Bakı şəhəri Xətai rayon Məhkəməsinin 8(011)-923/2022 saylı, xx.xx.2022-ci il tarixli qərardadı ilə Borclu məxsus olan “Toyota Prius” minik markalı **-VY- *** dövlət qeydiyyat nişanlı avtomobilin üzərinə qoyulmuş həbs götürülməlidir. "İcra haqqında" Azərbaycan Respublikası Qanununun 50.4-cü maddəsinə əsasən tələbkara verilməsi və ya satılması nəzərdə tutulan əmlakın mühafizəsini təmin etmək üçün; borclunun əmlakının müsadirəsi haqqında məhkəmə qərarının icrasını təmin etmək üçün borclunun əmlakı üzərinə həbs qoyulur. Həmin Qanunun 20.1.5-ci maddəsinə əsasən icra sənədi tam icra olunduqda icra sənədi üzrə icraata xitam verilir. Həmin Qanunun 20.8-cü maddəsinə əsasən, icra sənədi məhkəməyə və ya icra sənədini vermiş digər orqana qaytarıldıqdan sonra icra məmuru təyin etdiyi bütün icra tədbirlərini ləğv edir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 263-264, 267-268-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Təqdimat təmin edilsin. Borclu məxsus “Toyota Prius” minik markalı **-VY-*** dövlət qeydiyyat nişanlı avtomobilin üzərinə qoyulmuş həbs götürülsün. Qərardaddan rəsmi qaydada verildikdən 10 (on) gün müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Şəhriyar Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar