Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 8(011)-1188/2022 27.12.2022 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Əliyev Şəhriyar İbrahim oğlunun sədrliyi, Nuriyev Xaliq Firqət oğlunun katibliyi ilə Bakı şəhəri Xətai Məhkəməsinin 2(011)-461/2022 saylı xx.xx.2022-ci il tarixli icra sənədinin icrasının təmin edilməsi məqsədilə Borclu məxsus daşınmaz əmlakın üzərinə həbs qoyulmasına dair Bakı şəhəri Xətai rayon icra şöbəsinin icra məmuru Ceyhun Həmidov tərəfindən verilmiş təqdimata məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Bakı şəhəri Xətai rayon icra şöbəsinin icra məmuru Ceyhun Həmidov təqdimatla məhkəməyə müraciət edərək, Borclu məxsus daşınmaz əmlakın üzərinə həbs qoyulması barədə qərardad qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Təqdimat onunla əsaslandırılmışdır ki, Bakı şəhəri Xətai Məhkəməsinin 2(011)- 461/2022 saylı xx.xx.2022-ci il tarixli icra sənədinə əsasən, xx.xx.2005-ci il təvəllüdlü X2 anası Tələbkar himayəsində saxlanılmalı, xx.xx.2005-ci il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanması üçün, Borclu xx.xx.2021-ci il tarixdən hesablanmaqla, hər ay 193 (yüz doxsan üç) manat sabit pul məbləğində aliment tutularaq Tələbkar ödənilməli, 50 (əlli) manat dövlət rüsumu Borclu alınaraq Dövlət büdcəsinə ödənilsin, mediasiya xərci olaraq ödənilmiş 60 (altmış) manat Borclu alınaraq Tələbkar ödənilməlidir, icra sənədi xx.xx.2022ci il tarixdə Bakı şəhəri Xətai rayon icra şöbəsinə daxil olmuş və qanunamüvafiq qaydada icraya yönəldilmişdir. İcraata başlamaq haqqında qərar qəbul olunaraq, surəti bildirişlə bərabər icra sənədi üzrə Borclu icra sənədində qeyd olunan ünvanına göndərilmişdir. Borclu könüllü icra müddətində icra sənədi üzrə tələbi təmin etmədiyi üçün borclunun əmlak vəziyyətini yoxlamaq məqsədilə elektron sistem vasitəsilə sorğular edilmişdir. Belə ki, “Elektron icra” informasiya sistemindən çıxarışa əsasən müəyyən olunmuşdur ki, Borclu məxsus ünvan 1 nömrəli qeyri-yaşayış sahəsi müəyyən edilmişdir, icra sənədinin icrasını təmin etmək məqsədilə hesab edilir ki, məcburi icra tədbirləri kimi borclunun əmlakının üzərinə həbs qoymaq və onu satmaq yolu ilə tələbin əmlaka yönəlməsi barədə məcburi icra tədbirləri tətbiq edilməlidir. xx.xx.2022-ci il tarixli məhkəmə iclasında Tələbkar izahatında bildirdi ki, adına qeydə alınmış bir mənzil, borclunun adına qeydə alınmış ünvan 1 nömrəli qeyri-yaşayış sahəsi Xətai rayon Məhkəməsinin 2(011)-5284/2022 saylı xx.xx.2022-ci il tarixli qətnaməsinə əsasən, borclu ilə arasında ½ hissədə bölünmüşdür, həmin qeyri-yaşayış sahəsinin ½ hissəsi ona aiddir, bununla bağlı dövlət reyestrindən çıxarış almamış, rəsmiləşdirməmişdir, əmlak hələ də borclunun adındadır, borclunun əmlakı üzərinə həbs qoyulmasına etiraz etmir, lakin öz əmlakının üzərinə - ½ hissənin həbs qoyulmasını istəmir. Bakı şəhəri Xətai rayon icra şöbəsinin icra məmuru, borclu və tələbkar təqdimata baxılması üçün təyin edilmiş məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməklə məhkəmə iclasına çağırılsalar da, Xətai rayon icra şöbəsinin və tələbkarın nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Onların məhkəmə iclasına gəlməmələri məhkəmə qarşısında qoyulmuş məsələnin həll edilməsinə mane olmadığından, məhkəmə Azərbaycan Respublikası MPM-in 231.2-ci maddəsinə əsasən təqdimata baxılmasını mümkün hesab etmişdir. Məhkəmə, təqdimatı və ona əlavə olunmuş sənədləri nəzərdən keçirərək hesab edir ki, təqdimat rədd edilməlidir. Belə ki, iş materiallarından görünür ki, Bakı şəhəri Xətai Məhkəməsinin 2(011)- 461/2022 saylı xx.xx.2022-ci il tarixli icra sənədinə əsasən, Borclu ilə Tələbkar arasında xx.xx.2002-ci il tarixdə Səadət Sarayı tərəfindən 507 saylı aktla qeydə alınmış nikah pozulmalı, xx.xx.2005-ci il təvəllüdlü X2 anası Tələbkar himayəsində saxlanılmalı, xx.xx.2005-ci il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanması üçün, Borclu xx.xx.2021-ci il tarixdən hesablanmaqla, hər ay 193 (yüz doxsan üç) manat sabit pul məbləğində aliment tutularaq Tələbkar ödənilməli, 50 (əlli) manat dövlət rüsumu Borclu alınaraq Dövlət büdcəsinə ödənilsin, mediasiya xərci olaraq ödənilmiş 60 (altmış) manat Borclu alınaraq Tələbkar ödənilməli, ödənilmiş 50 (əlli) manat məbləğində dövlət rüsumu Tələbkar özünə aid edilməlidir. Təqdimata əlavə edilmiş sənədlərdən görünür ki, Bakı şəhəri Xətai rayon icra şöbəsi tərəfindən xx.xx.2022-ci il tarixli icraata başlamaq haqqında qərar qəbul edilmiş, qərar və tələbin könüllü icrası barədə bildirişin Borclu göndərilməsi qeyd olunmuşdur. Təqdimata əlavə edilmiş sənədlərdən görünür ki, Tələbkar Bakı şəhəri Xətai rayon icra şöbəsinə ərizə ilə müraciət edərək, aliment və mediasiya xərcinin bank hesabına köçürülməsini xahiş etmişdir. Təqdimata əlavə edilmiş sənədlərdən görünür ki, ünvan 1 ünvanında yerləşən əmlak Borclu adına qeydiyyata alınmışdır. Təqdimata əlavə edilmiş sənədlərdən görünür ki, Bakı şəhəri Xətai rayon Məhkəməsinin 2(011)-5284/2022 saylı xx.xx.2022-ci il tarixli qətnaməsi ilə ilkin və qarşılıqlı iddialar qismən təmin edilmiş, birgə nikah dövründə əldə edilmiş Bakı şəhəri, Nərimanov rayonu, X4 küçəsi, ev 18, 33 saylı mənzilin üzərində ½ hissədə Tələbkar, ½ hissədə isə Borclu payının müəyyən edilməsi, birgə nikah dövründə əldə edilmiş Bakı şəhəri, Nəsimi rayonu, Vidadi küçəsi, ev 114, 28.1 kv.m olan qeyri-yaşayış sahəsinin üzərində ½ hissədə Tələbkar, ½ hissədə isə Borclu payı müəyyən edilməsi qət edilmişdir. “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 50.4-cü maddəsinə əsasən, borclunun əmlakı üzərinə aşağıdakı hallarda həbs qoyulur: tələbkara verilməsi və ya satılması nəzərdə tutulan əmlakın mühafizəsini təmin etmək üçün; borclunun əmlakının müsadirəsi haqqında məhkəmə qərarının icrasını təmin etmək üçün. Məhkəmə hesab edir ki, qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə, Borclu adına qeydiyyata alınmış Bakı şəhəri, Nəsimi rayonu, Vidadi küçəsi, ev 114, 28.1 kv.m olan qeyri-yaşayış sahəsinin üzərində ½ hissədə Tələbkar, ½ hissədə isə Borclu payı müəyyən edildiyindən və həmin əmlaklar üzrə paylara dair tərəflərin tam mülkiyyət hüququ dövlət reyestrində qeydiyyata alınmadığından, təqdimatın təmin edilməsi ilə əmlakın üzərinə həbs qoyulması Tələbkar mülki qanunvericiliklə müəyyən edilmiş hüquqlarının məhdudlaşdırılmasına gətirib çıxara bilər. Belə olan halda məhkəmə hesab edir ki, hazırkı vəziyyətdə icra sənədinin icrasının əmlaka yönəldilməsi məqsədilə borclunun əmlakının üzərinə həbs qoyulması qətnamənin icrasını təmin etməməklə tələbkarın mülkiyyət hüquqlarının pozulmasına səbəb olur, buna görə də təqdimat əsassızdır və məhkəmə tərəfindən təmin edilə bilməz. “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 50.2-ci maddəsinə əsasən, İcra sənədi icraya yönəldilənə qədər borclunun əmlakına həbs qoyulmayıbsa və ya icra sənədinin icrası zamanı tələbin borclunun əmlakına yönəldilməsi hallarında əmlak üzərinə həbs, bir qayda olaraq, icra məmurunun əsaslandırılmış təqdimatına əsasən məhkəmənin qərardadı ilə qoyulur. Qeyd olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 263, 264 və 266-268-ci maddələrini rəhbər tutaraq məhkəmə qərara aldı: Bakı şəhəri Xətai rayon İcra Şöbəsinin icra məmuru Ceyhun Həmidovun "Borclu məxsus daşınmaz əmlakın üzərinə həbs qoyulması" barədə təqdimatı təmin olunmasın. Qərardaddan rəsmi qaydada verildikdən 10 gün müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Şəhriyar Əliyev
Məhkəmə qərarları › İş №8(011)-1188/2022
Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qərardad — İş №8(011)-1188/2022
27.12.2022 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver