Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 8(011)-119/2023 17.02.2023 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Eyvazova Samirə Əli qızının sədrliyi Xəlilzadə Cəfər Həmid oğlunun katibliyi ilə Bakı şəhəri Xətai rayon İcra şöbəsinin icra məmuru Xatir Məmmədovun borcluya məxsus daşınmaz əmlakın üzərinə həbs qoyulmasına dair təqdimatına açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Bakı şəhəri Xətai rayon İcra şöbəsinin icra məmuru Xatir Məmmədov Borclu məxsus Tərtər rayonu Bəyimsarov kəndində yerləşən ümumi sahəsi 0.30 ha olan torpaq sahəsinin üzərinə həbs qoyulmasına dair təqdimatla məhkəməyə müraciət etmişdir. Təqdimat onunla əsaslandırılır ki, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli 2(011)-5387/2022 nömrəli icra sənədinə əsasən Borclu 701.54 manat borc tutularaq Tələbkar xeyrinə ödənilməlidir. İcra sənədi xx.xx.2022-ci il tarixdə Bakı şəhəri Xətai rayon İcra şöbəsinin icraatına daxil olmuş və icra olunması üçün borcluya, məlumat üçün tələbkara və müvafiq məhkəməyə göndərilmişdir. Borclu könüllü icra müddətində icra sənədi üzrə tələbi təmin etmədiyi üçün borclunun əmlak vəziyyətini yoxlamaq məqsədilə aidiyyəti təşkilatlara elektron sistem vasitəsilə sorğular göndərilmişdir. Belə ki, elektron icra informasiya sistemindən əldə olunmuş məlumata əsasən Borclu məxsus Tərtər rayonu Bəyimsarov kəndində yerləşən ümumi sahəsi 0.30 ha olan torpaq sahəsi aşkar olunmuşdur. Hazırda icra sənədi üzrə borc 701.54 manat təşkil edir. Ona görə də Borclu məxsus Tərtər rayonu Bəyimsarov kəndində yerləşən ümumi sahəsi 0.30 ha olan torpaq sahəsinin üzərinə həbs qoyulması barədə qərardad qəbul edilməsi xahiş olunur. Məhkəmə təqdimatı, təqdimata əlavə olunan sənədləri araşdırıb hesab edir ki, təqdimat təmin edilməlidir. Elektron icra sistemindən çıxarışdan müəyyən olunur ki, Tərtər rayonu Bəyimsarov kəndində yerləşən ümumi sahəsi 0.30 ha olan torpaq sahəsi Borclu adına qeydiyyatdan keçirilmişdir. Tətbiq edilən hüquq: İcra haqqında Azərbaycan Respublikası Qanununun: 43.1 məcburi icra tədbirləri aşağıdakılardır: 43.1.1 borclunun əmlakı üzərinə həbs qoymaq və onu satmaq yolu ilə tələbin əmlaka yönəldilməsi. 45.1 tələbin borclunun əmlakına yönəldilməsi bu əmlakın üzərinə həbs qoyulmasından, götürülməsindən və satılmasından ibarətdir. 45.2 icra sənədləri üzrə tələb ilk növbədə borclunun manatla və xarici valyuta ilə, o cümlədən banklarda və digər kredit təşkilatlarında olan pul vəsaitlərinə və başqa sərvətlərinə yönəldilir. Borcluda aşkar edilən nağd pul vəsaitləri götürülür. 45.3 borclunun banklarda və digər kredit təşkilatlarında hesablarda və əmanətlərdə, habelə saxlancda pul vəsaitlərini və başqa sərvətlərinin olması barədə məlumat olduqda, onların üzərinə həbs qoyulur. 45.6 tələbkarın tələblərinin təmin edilməsi üçün borclunun yetərli pul vəsaitləri olmadıqda, Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq tələbin yönəldilə bilmədiyi əmlak istisna olmaqla, tələb borcluya məxsus olan digər əmlaka yönəldilir. 50.1 icraata başlamaq haqqında qərar borcluya təqdim olunduğu gündən ən geci 1 ay müddətində, zəruri hallarda isə, qərarın təqdim olunması ilə eyni vaxtda borclunun əmlakı üzərinə həbs qoyulur. 50.2 borclunun əmlakı üzərinə həbs qoyulması əmlakın siyahıya alınmasından, həmin əmlak üzərində sərəncam vermək hüququnun qadağan olunmasından, zəruri hallarda isə, əmlakdan istifadə huququnun məhdudlaşdırılmasından, onun götürülməsindən və ya saxlanmaq üçün verilməsindən ibarətdir. İcra sənədi icraya yönəldilənə qədər borclunun əmlakına həbs qoyulmayıbsa və ya icra sənədinin icrası zamanı tələbin borclunun əmlakına yönəldilməsi hallarında əmlak üzərinə həbs, bir qayda olaraq, icra məmurunun əsaslandırılmış təqdimatına əsasən məhkəmənin qərardadı ilə qoyulur. İşə baxan məhkəmənin mövqeyi: İstinad olunan normalardan müəyyən olunur ki, əmlakın üzərinə həbs qoyulması üçün məhkəmə qərarının olması tələb olunur. Məhkəmə araşdırması zamanı müəyyən olunmuşdur ki, Borclu qanuni qüvvəsini almış məhkəmə aktını könüllü olaraq icra etməmişdir. Qeyd olunan faktlara əsasən məhkəmə hesab edir ki, borclu tərəfindən icra sənədi könüllü icra edilmədiyi halda icra məmuru İcra haqqında Azərbaycan Respublikası Qanunu ilə müəyyən edilən səlahiyyətlərindən istifadə etməklə icra sənədinin icrasını təmin etməli olduğundan təqdimat təmin edilərək Borclu məxsus Tərtər rayonu Bəyimsarov kəndində yerləşən ümumi sahəsi 0.30 ha olan torpaq sahəsinin üzərinə həbs qoyulmalıdır. Şərh olunanlara əsasən, Azərbaycan Respublikası MPM-nin 263-264-cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Təqdimat təmin edilsin. Borclu məxsus Tərtər rayonu Bəyimsarov kəndində yerləşən ümumi sahəsi 0.30 ha olan torpaq sahəsinin üzərinə həbs qoyulsun. Qərardadın icrası Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında ƏMDX-nın DƏDRX-nin 7 saylı Bərdə Ərazi İdarəsinə həvalə edilsin. Qərardaddan 10 gün müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən Samirə Eyvazova
Məhkəmə qərarları › İş №8(011)-119/2023
Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qərardad — İş №8(011)-119/2023
17.02.2023 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver